QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   ...   39

 



inanmaqdan)  üz  döndərirlər.  (Qiyamət  insanlar  üçün  nə  qədər  uzaq  isə, 



Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan 

meyl,  varlanmaq  həvəsi  insanların  başını  elə  qatmışdır  ki,  qiyamət  günü 

barəsində  əsla  fikirləşmirlər)”.  (əl-Ənbiya  1).  “Camaat  (Məkkə  əhli) 

səndən  o  saat  (qiyamətin  nə  vaxt  qopacağı)  barədə  soruşar.  (Ya 

Peyğəmbər!) De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat 

(Qiyamət yaxındır)”. (əl-Əhzab 63). “Şübhəsiz ki, onlar (müşriklər) onu 

(o əzabı) uzaq görürlər (ona inanmırlar). Biz isə onu yaxın görürük (ona 

inanırıq)”.  (əl-Məaric  6-7).  “O  saat  (Qiyamət)  yaxınlaşdı  və  ay 

(Peyğəmbərin  möcüzəsi  ilə)  parçalandı”.  (Qəmər  1).  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Mən  Qiyamətin  başlanğıcında 

göndərildim”

7

. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən 



və Qiyamət birlikdə göndərildik. Az qaldı ki, o məni keçsin”

8

.  



 

QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ 

Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:  

1.  Kiçik  Əlamətlər  –  Bu  əlamətlər  çox  uzun  zaman  davam  edən  və 

təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki 

içilməsi, binaların ucaldılması və s.  

2.  Böyük  Əlamətlər  –  Bu  əlamətlər  Qiyamətin  qopmasına  yaxın 

görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa 



əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s

9

.  



Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə 

çatan  bəzilərini  xatırladaq.  Bu  əlamətləri  sıra  ilə  vermədim.  Çünki 

əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də 

alimlərin  oldu  və  bitti  dedikləri  əlamətlərdən  başladım.  Diqqət  çəkiləsi 

məsələlərdən  biri  də  bəzi  insanların  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  xəbər  verdiyi  Qiyamət  əlamətlərinin  çəkinəlisi  və  qadağan 

olunan  bir  əlamətlər  kimi  başa  düşürlər.  Lakin  bu  heç  də  belə  deyildir. 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  xəbər  verdiyi  Qiyamətin 

əlamətlərinin  hamısı  çəkinəlisi  və  ya  pis  əlamət  deyildir.  Onların 

içərisində xeyirli olan əlamətlər də vardır.  

 

PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD – Sallallahu 



Aleyhi Və Səlləm – İN GÖNDƏRİLMƏSİ 

Ənəs  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Mən  Qiyamət  günü  ilə  birlikdə 

                                                        

7

 “Fəthul Bəri” 11/347.  



8

 İmam Əhməd “Musnəd” 5/348, “Fəthul Bəri” 11/348.  

9

 “Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624.  




 

10 


göndərildim,  bu  iki  barmaq  kimi».  Ravi  Şöbə  deyir  ki:  «O  şəhadət 

barmağı  ilə  orta  barmağını  bir-birinə  birləşdirdi.  Onların  bir-birinə  olan 

üstünlüyü  qədər»

10

.  İmam  Bağavi  –  rahmətullahi  aleyhi  –  deyir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  Allah  tərəfindən 

göndərilməsi  Qiyamətin  yaxınlaşmasına  səbəbdir.  Əbu  Cubeyr  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»

11

.  



 

ONUNLA PEYĞƏMBƏRLİYİN, RİSALƏTİN SONA 

YETMƏSİ VƏ PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və 

Səlləm – İN VƏFAT ETMƏSİ 

Auf  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günündən  qabaq  altı 

hadisəni  gözləyin:  «Mənim  ölümümü»

12

.  Ənəs  -  radıyallahu  anhu  – 



rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Mədinəyə 

gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq 

olmuşdu

13

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  dünyasını 



dəyişdikdən  sonra  Əbu  Bəkr  və  Ömər  -  radıyallahu  anhum  –  onun  süd 

anasını  ziyarət  etmək  qərarına  gəlirlər.  Qoca  qadın  ilə  görüşdükdə  onun 

ağladığını görüb deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun 

(Allahın)  dərgahında  daha  yaxşıdır»  Qoca  qadın  dedi:  «Mən  ona  görə 

ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər 

- radıyallahu anhum – da ağlamağa məcbur etdi

14

.  



 

BEYTUL-MƏQDİSİN FƏTH EDİLMƏSİ 

Auf  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günündən  qabaq  altı 

hadisəni  gözləyin:  «Qüdsün  (Yerusəlimin)  fəth  edilməsi»

15

.  Ömər  



radıyallahu  anhu  –  nun  xəlifəliyi  dövründə,  hicrətin  16-cı  ilində  Qüds 

zəbt olunur və orada bir məscid də inşa edilir

16

.  


 

TAUN XƏSTƏLİYİ 

Auf  b.  Məlik  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  günündən  qabaq  altı 

                                                        

10

 “Fəthul Bəri”, Buxari “Rikak” 11/347, Müslim “Fitən”.  



11

 əd-Daulabi, əl-Albani səhih.  

12

 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  



13

 Tirmizi “Mənakib”, “Tuhfətul Əhfazi” 10/87-88, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.  

14

 Müslim “Fadailus Sahabə”, İmam Nəvəvi “Şərh Müslim” 16/9-10.  



15

 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  

16

 “əl–Bidâyə vən–Nihâyə” 7/55–57 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə