Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


Texniki təhlükəsizlik tələbləri



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Texniki təhlükəsizlik tələbləri
Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, 
habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki 
təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi 
olan digər tələblərdən ibarətdir.
Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə 
ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin 
və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır. Əmək müəssisələrində 
təlimatlandırma: Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın 
təhlükəsizlik dərəcəsindən, xarakterindən və işçilərin hazırkı peşələri və dərəcələrindən asılı olmayaraq 


18 
bütün sexlərdəki işçilərin təhlükəsizlik qaydalarını aşılamaq, sexlərdəki işçilərin təhlükəsiz iş metodları 
üzrə təlimatları təlqin etmək məqsədilə aparılır. 
Şəkil 1.18 Texniki tələblərlə tanışlıq 
Əmək müəssisələrində aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü 
təkrar təlimat və növbədənkənar təlimat kimi növlər əsasında təşkil olunur. 

Giriş təlimatı: İşə yeni qəbul edilən və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçular 
məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatı almalıdır. 
Şəkil 1.19 Giriş təlimatı 
Giriş təlimatını təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş təlimatı həm eyni 
peşədən olan fəhlə qrupları üçün həm də müxtəlif ixtisaslı fəhlələr üçün aparıla bilər. Bu zaman 
qruplarda olan fəhlələrin sayı 30 nəfərdən çox olmamalıdır. Giriş təlimatı təhlükəsizlik texnikası üzrə 
kabinetdə aparılmalıdır. Giriş təlimatı materialın məzmununa konkret cavab verən, həmçinin sexin 
istehsalat şəraitinə tətbiq edilə bilən təhlükəsiz iş qaydaları və metodlarını əyani şəkildə nümayiş 
etdirən vasitələrdən istifadə etməklə aparılmalıdır. Giriş təlimatı aparılan zaman müvafiq proqrama 
uyğun olaraq əməyin əsas məsələlərinə dair başlıca suallar ətraflı şərh edilməlidir. Giriş təlimatının 
keçirilməsi xüsusi jurnalda və fəhlənin şəxsi kitabçasında qeyd olunmalıdır. Əməyin mühafizəsi 
şöbəsində təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçən şəxs hər bir fəhləyə təhlükəsizlik 
texnikası üzrə kitabça verilməlidir. İşə yeni qəbul edilən hər bir fəhlə sexin istehsal sahələrində olan əsas 
təhlükə və zərər barədə, həmçinin iş görülən zaman verilən təhlükəsizlik tələbləri barədə özlərinin sex 
rəislərindən təlimat almalıdırlar.


19 
 
 
Şəkil 1.20 İlkin təlimat 
 
Şəkil 1.21 Giriş təlimatı 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə