Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

İlkin təlimat: Zavodda işə yeni daxil olan və ya bir istehsalat sahəsindən digər istehsalat 
sahəsinə işə keçən fəhlə iş yerində işə başlamazdan qabaq işin təhlükəsiz görülməsi üzrə ilkin təlimat 
almalıdır. İş yerində təlimat keçməkdə məqsəd işləyən fəhləyə təhlükəsizlik texnikası nöqteyi-
nəzərindən konkret işin xüsusiyyətlərini müfəssəl surətdə öyrətməkdən ibarətdir. Təlimatı usta 
keçərkən təlimatın bütün maddəalarını dərindən izah etməli işin görülməsi qaydalarını əyani şəkildə 
başa salmalıdır. 
Fəhlənin iş yerində ilkin təlimatlandırılması proqramına, aşağıdakıları ətraflı tanış etmək daxildir: 
Fəhlənin işləyəcəyi və xidmət edəcəyi avadanlığın quruluşu ilə, avadanlıqda olan bütün təhlükəli 
yerlər ilə, qoruyucu hasarlarla fərdi mühafizə üçün olan bütün tərtibat və vasitələrlə, onların təyinatı və 
onlardan düzgün istifadə etmək qaydası ilə, iş yerinin düzgün və təhlükəsiz təşkil edilməsi ilə, 
təhlükəsizlik texnikası üzrə təlimatların məzmunu ilə, təlimatlarda irəli sürülən bütün tələblərə sözsüz 
əməl olunmasının vacibliyi ilə, işin təhlükəsiz görülməsi qaydaları ilə, hansı qaydalara əməl etmək fəhləni 
travmadan, peşə xəstəliklərindən və zəhərlənmədən xilas edir. 
Şəkil 1.21 Diqqətsizlik 
İşə yeni qəbul olunan fəhlə yüksək təhlükəli, zərərli və istehsal prosesinə görə mürəkkəb sahədə 
işə başlamış olarsa, o ən azı 10 iş növbəsi ərzində təcrübəli fəhlənin rəhbərliyi altında işləməli və bu 
müddət ərzində işin təhlükəsiz görülməsi qaydalarına yiyələnməlidir. İş növbəsi qurtardıqdan sonra 
həmin fəhlənin işi təhlükəsiz görməsi vərdişləri barədə fərdi biliyi yoxlanmalı və o sex rəisinin və ya onun 
müavininin sədrliyi ilə və təhlükəsizlik texnikası üzrə mühəndisin iştirak etdiyi komissiyada təhlükəsizlik 
texnikası üzrə imtahan verməlidir. İmtahan barədə protokolun bir nüsxəsi zavodun əməyin mühafizəsi 


20 
şöbəsinə göndərilməlidir. Yoxlamanın nəticələri komissiyanın xüsusi jurnalında qeyd olunmalıdır. Biliyi 
yoxlanılan şəxsə ümumi qiymət verilməli, onun işə müstəqil buraxılması və ya buraxılmaması barədə 
rəy yazılmalıdır. İstehsalatın xarakterindən asılı olaraq komissiyalarda təhlükəsizlik texnikası üzrə fərdi 
biliyi yoxlanılmalı olan fəhlə peşələrinin siyahısı müəssisənin baş mühəndisi tərəfindən zavod həmkarlar 
ittifaqı ilə razılaşdırıldıqdan sonra müəyyən edilir.
Dövrü təkrar təlimat: Öz peşəsi üzrə ixtisasından və iş təcrübəsindən asılı olmayaraq, bütün 
fəhlələr hər rübdə işin təhlükəsiz qaydaları və üsulları ilə əlaqədar dövrü təkrar təlimat keçməlidirlər. 
Dövrü təlimatlandırma təlimata dair biliyin yoxlanılması və fəhlələrin yaddaşında qazanılmış biliyin 
möhkəmləndirilməsi məqsədi daşıyır. Fəhlələrin təkrar təlimatlandırılması (sex rəisinin, yaxud müavinin 
göstərişi və nəzarəti altında) rəhbərliyi altında işlədiyi usta tərəfindən aparılır. Təlimatlandırma canlı 
söhbət formasında aparılması və biliyin yaxud sexin təcrübəsindən konkret misalların təhlili ilə 
möhkəmləndirilməlidir. Təlimatlandıran konkret suallar verməklə inanmalıdır ki, hər bir fəhlə 
təhlükəsizlik texnikası qaydalarını dərindən mənimsəmişdir. Əgər yoxlama nəticəsində, fəhlələrin 
təhlükəsizlik texnikası ilə əlaqədar bilikləri qeyri-kafi qiymətləndirilibsə (qadağan olunmuş iş 
qaydalarının tətbiqi, hasarı və mühafizə vasitələri olmayan avadanlıqlarda işləmək) onda təlimatçı 
fəhləyə lazım izahatlar verməsi iş yerində işin təhlükəsiz yerinə yetirilməsi üsullarını göstərməli və 
təhlükəsizlik texnikasına dair təlimatın bütün tələblərinin düzgün yerinə yetirməsini tələb etməlidir. 
Əgər işçi təhlükəsizlik texnikasına dair təlimatın tələblərinin məzmununu təkrar edə bilərsə, onu praktiki 
işdə tətbiq edə bilərsə, onda təlimatlandırma başa çatmış hesab olunur. İşçi təlimatı mənimsəyə 
bilmirsə onu təkrar təlimatlandırmaq lazımdır. 
Şəkil 1.22 Təlimatsızlıq 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə