Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Baş verə biləcək yanğın təhlükəsinin qarşını ala biləcək tədbirləri və yanğının



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Baş verə biləcək yanğın təhlükəsinin qarşını ala biləcək tədbirləri və yanğının 
yayılmasına qarşı mübarizədə yanğın söndürmə vasitələrini seçir” 

İlkin yanğınsöndürmə cihazları hansılardır? 

Tez alışan mayelər yanarsa onları söndürmək üçün hansı odsöndürən vasitələrdən 
istifadə etmək lazımdır? 

Yanğının yayılmasının qarşısını almaq üçün hansı üsullardan istifadə edilməlidir? 

Yanğından özünüzü qorumaq üçün hansı üsullardan istifadə etdiyinizi rollu oyunlarla 
nümayiş etdirin. 

Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Paltarı 
alışan adam nə etməlidir? 
 
Şəkil 2.15 Nərdivanlardan istifadə ardıcıllığı 
 
2.4.1. Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələblərini 
əlaqələndirir 

Nərdivanlar və ayaqaltılar üzərində işləyən zaman təhlükəsizlik 
qaydaları 
Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın 
təhlükəsizlik dərəcəsindən, xarakterindən və işçilərin hazırki peşələri və 
dərəcələrindən asılı olmayaraq bütün sexlərdəki işçilərin təhlükəsizlik 
qaydalarını aşılamaq, sexlərdəki işçilərin təhlükəsiz iş metodları üzrə təlimatları 
təlqin etmək məqsədilə aparılır. 


34 
Şəkil 2.16 Tikintidə nərdivanlardan istifadə 
Əməyin təhlükəsizliyi üzrə əlavə (artırılmış) tələblər irəli sürülən işlərə qəbul olunmuş işçilərə iş 
yerində ilkin təlimatdan öncə həmkarlar ittifaqı və dövlət nəzarət orqanları tərəfindən təsdiqlənmiş 
proqramlar əsasında təhlükəsiz iş metodları üzrə təlim keçilməlidir. İşlərin taxtabəndlər, ayaqaltılar və 
dayaqlar üzərində aparılması üçün onların sazlığına əmin olacaq ustanın (iş icraçısının) icazəsini almaq 
lazımdır.
Nasaz taxtabəndlər, ayaqaltılar, dayaqlar üzərində eləcə də təsadüfi dayaqlar (çəlləklər, kərpiclər 
və s ) üzərində söykədilmiş döşəmələr üzərində qadağan olunur. Daşınan nərdivanın uzunluğu 5 m dən 
çox olmamalı və nərdivanın yuxarı qurtaracağından ən azı 1m məsafədə yerləşmiş pillədən işləmək 
imkanı təmin etməlidir. Daşınan nərdivanların pillələri oyulub nərdivanın yan taxtalarına keçirilməli və 
mismarla bərkidilməlidir (yalnız mismarlarla vurulmuş və yan taxtalara oyub keçirilməmiş pillələri olan 
nərdivanlardan istifadə etmək qəti qadağandır). Nərdivan hər iki metrdən bir (uzunluq boyunca) çəkilib 
bağlana bilən boltlarla bərkidilməlidir. Nərdivanların aşağı qurtaracaqları metal çıxıntılar və ya rezin 
ucluqlar şəkilində dayaqlara malik olmalıdır (dayaq səthinin materialından və vəziyyətindən asılı olaraq). 
Nəqliyyatın və ya adamların gediş-gəlişli yerlərində nərdivanlarla işlərkən həmin yerlərdə hasarlar 
quraşdırılmalı və keşikçi qoyulmalıdır. 
Yeni təhlükəsiz iş metodları üzrə praktik məşğələləri istehsalat təlimi zamanı təlim 
emalatxanalarında (sexlərdə işçilərin, meydançalarda) təlimatçının rəhbərliyi altında yaxud iş yerində 
yüksək ixtisaslı işçinin briqadirin və ya lazımi hazırlığı olan başqa mütəxəssisin rəhbərliyi altında 
keçirilməlidir. Hər bir işçiyə təlim keçirilməsi mərhələləri təlim işinin qeydiyyat jurnalında qeyd 
olunmalıdır. 
Söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma 
(devrilmə) imkanlarını istisna etməlidir. Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa 
batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə 
nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan 
materialdan başmaqlar taxılmalıdır. 
Söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda 
etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmalıdır. 
Borulara və ya xətlərə söykəmə nərdivanların yuxarı ucları küləyin təsirindən və ya təsadüfi 
təkanlardan yıxılmasının qarşısını alan xüsusi qarmaq tutucularla təchiz olunurlar. 
Nərdivanların və meydançaların qaldırılmasından əvvəl onlar montaj edilən konstruksiyalara 
quraşdırılmalı və bərkidilməlidir. Söykəmə nərdivanın uzunluğu işçiyə nərdivanın yuxarı ucundan 1 m-
dən az olmayan məsafədəki pilləsində ayaq üstə duraraq işləyə bilmək imkanını təmin etməlidir. 
Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən aşağıdakılara yol verilmir: 

nərdivanın hasarı və ya dayağı olmayan ən yuxarı iki pilləsində durub işləməyə

söykəmə və ya asma nərdivanın pilləsində birdən çox adamın olmasına; 


35 

söykəmə nərdivanla yük qaldırmağa və ya endirməyə, üzərində alət saxlamağa. 
Nərdivan iki işçi tərəfindən daşınarkən ucluqları arxada qoyaraq və qarşıdan gələnləri təhlükə 
barədə xəbərdar edərək aparılmalıdırlar. Nərdivan bir işçi tərəfindən daşındığı halda o, maili vəziyyətdə 
elə tutulmalıdır ki, nərdivanın qabaq ucu yer səthindən 2 m-dən az olmayaraq yuxarı qaldırılsın. 
Nərdivanlar quru yerlərdə, təsadüfi mexaniki zədələnmələri istisna edən şəraitdə 
saxlanılmalıdır. 
Şəkil 2.17 Nərdivanlarda işləyərkən söykənmə və asma qaydaları 
2.4.2.Tələbələr üçün fəaliyyətlər 

Valideynlərinizdən hündürlükdə işləyən zaman istifadə etdikləri vasitələrin təhlükəsizliyi 
barədə məlumatlar toplayın və onları sinifdə müzakirə edin.

Daşınan nərdivanların təhlükəsizliyi haqqında müzakirə təşkil edin. 

Aşağıda göstərilən şəklə (şəkil 2.18) münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 
yanaşma nümunəsini göstərin. 
Şəkil 2.18 Səriştəli işçi 

Söykəmə və ya asma nərdivanlardan istifadə qaydaları haqqında esse yazın.


36 
2.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə