Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Əməyin normaları 
Müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri 
əməyin normalaşdırılmasıdır. Əməyin dəqiq normaları işin icra edilməsinin ən əlverişli, məhsuldar, 
mütərəqqi və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir. Əməyin 
normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, 
Şəkil 1.7 Əmək mühafizəsi emblemı 
Şəkil 1.8 Əməyin qorunması emblemi 
Şəkil 1.9 Gender bərabərliyi


12 
müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı arasındakı nisbətin müəyyən 
olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun 
olmalıdır. 
Şəkil 1.10 İş vaxtını planlaşdır 
Şəkil 1.11 Vaxtını faydalı keçir 
Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən həcmdə işin yerinə yetirilməsinə 
sərf olunan iş vaxtı sərfinin ölçülməsi əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər 
bir iş yerində, sexdə və müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək məhsuldarlığını yüksəltməyin 
əlavə ehtiyatı olmaqla normalaşdırma vasitəsilə aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və 
reallaşdırılması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir. Müəssisədə əməyin 
normalaşdırılması aşağıdakıları təmin edir: 

istehsal olunan detal, qovşaq və 
məmulatın plan əməktutumunu müəyyən etməyi; 

peşə və ixtisas üzrə işçilərin zəruri 
sayını hesablamağı; 

əməyin 
nəticələrini 
qiymətləndirməyi, 
əmək 
haqqı 
və 
maddi 
stimullaşdırma fondunun həcmini müəyyən etməyi; 

yeni texnika və texnologiyanın 
tətbiqi səmərəliliyini qiymətləndirməyi

əmək 
məhsuldarlığının 
yüksəldilməsi tapşırığını əsaslandırmağı; 

sexin, istehsal sahəsinin, ayrı-ayrı iş 
yerlərinin istehsal proqramlarını hesablamağı; 

zəruri avadanlıqların miqdarını müəyyən etməyi; 

iş yerlərinin attestasiyasını apararkən onların təşkilati səviyyələrini qiymətləndirməyi və 
iş yerlərinin təşkilinin optimal variantlarının hazırlanması. 
Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsuldarlığının yüksəldilməsinin 
stimullaşdırılmasının təşkili və planlaşdırılmasında əsas rol oynayır. 
Müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xidmət, say, idarə oluna bilmə normaları 
və habelə, normalaşdırılan tapşırıqların normaları hesablanır və tətbiq olunur. 
Əmək normaları içərisində vaxt norması əsas yer tutur. 
Vaxt norması məhsul vahidinin hazırlanması və ya müəyyən həcmdə işin yerinə yetirilməsi üçün 
zəruri olan iş vaxtının müddətidir. Vaxt norması aşağıdakı kimi müəyyən olunur: 
Nvaxt = tə + tk + tx + ti + tu + tht 
Burada, tə - əsas vaxt;  
tk - köməkçi vaxt; 
tx - iş yerinə xidmət vaxtı; 
Şəkil 1.12 ƏM standartlarıyla tanış ol


13 
ti - işçilərin istirahət vaxtı; 
tu - təşkilati-texniki səbəblərdən yaranan fasilələr
tm - hazırlıq-tamamlama vaxtı. 
İş yerinə xidmət vaxtı norması - fəhlənin 
avadanlıqların və iş yerinin işçi vəziyyətdə saxlanması ilə 
əlaqədar sərf etdiyi vaxtdır. Bu da öz növbəsində iki yerə 
bölünür:
texniki xidmətə sərf olunan vaxt
- təşkilati xidmətə sərf olunan vaxt.
İstehsal norması (Nist) müəyyən vaxt ərzində bir 
işçinin istehsal etməli olduğu məhsul miqdarı ilə müəyyən 
olunur: 
Burada, Th - faydalı iş vaxtı fondu, saat;
Nv - məhsul vahidinin istehsalına vaxt norması, saat. 
Xidmət norması (Nx) - işçinin vaxt vahidi ərzində 
xidmət etməli olduğu istehsal obyektlərinin (iş yerləri, avadanlıq vahidləri) miqdarıdır: 
Burada, tx - avadanlıq vahidinə xidmət üçün müəyyən olunmuş vaxt normasıdır, saat. 
Say norması müəyyən işin yerinə yetirilməsi üçün zəruri olan müəyyən peşə-ixtisas tərkibdə 
işçilərin sayını müəyyən edir. 
Tapşırıqların normalaşdırılması müəyyən müddət ərzində briqada tərəfindən yerinə yetirilməli 
olan zəruri çeşid və həcmdə işləri müəyyən edir. 
İdarəolunma norması bir rəhbərə bilavasitə tabe olan işçilərin sayını müəyyən edir. 
Müəssisədə əmək normaları ayrı-ayrı əməliyyatlar (əməliyyat norması) və ya qarşılıqlı əlaqəli 
əməliyyatlar qrupu (iriləşdirilmiş, kompleks normalar) üzrə müəyyən olunur. 
Beləliklə, müəssisədə istehsalın səmərəli təşkili üçün əmək prosesinin müxtəlif tərəflərini əks 
etdirən əmək normalarından istifadə olunur. 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə