Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edir” 

Əmək təhlükəsizliyi nədir? 

Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti necə təmin olunur? 

Elektrik qurğularının istismarı zamanı işçilərin vəsiqələrində qeyd olunan təhlükəsizlik 
tələbləri hansılardır?

Dövrü təkrar təlimat nəyə deyilir? 

Növbədən kənar təlimat hansı məqsədlə aparılır? 
Təlimatlandırmanın 
növləri
?
?
?
?


23 
1.4.1. İstehsal sahələri və istehsal meydançaları ilə bağlı təhlükəsizlik tələblərini sadalayır 

İstehsal sahələri ilə bağlı təhlükəsizlik tələbləri 
İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat 
amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə 
müntəzəm olaraq və vaxtında məlumat verir. Əmək şəraiti zərərli və təhlükəli 
olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya 
çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq 
pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici 
maddələr verilir və işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin 
saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivasiyasını və 
təmirini təmin etməlidir. 
Şəkil 1.26 İstehsalatda xüsusi geyim
Təyinаtındаn аsılı оlаrаq bunlаr аşаğıdаkılаrdır:

Хüsusi gеyimlər - kоmbinеzоnlаr, yаrımkоmbinеzоnlаr, gödəkçələr, şаlvаrlаr, kоstyumlаr, 
yаrımşubаlаr, tuluplаr, döşlüklər, jilеtlər, qоlcuqlаr;

Хüsusi аyаqqаbılаr-çəkmələr, yаrımçəkmələr, qаlоşlаr; 

Bаş mühаfizəsi vаsitələri - dəbilqələr, şаpqаlаr, şlеmlər; 

Nəfəs оrqаnlаrının mühаfizəsi vаsitələri - əlеhiqаzlаr, rеspirаtоrlаr; 

Üzün mühаfizəsi vаsitələri - mühаfizə şiti və mаskаlаr; 

Gözün mühаfizəsi vаsitələri - mühаfizə еynəyi;

Еşitmə оrqаnlаrının mühаfizəsi vаsitələri – səs-küy əlеyhinə şlеmlər, qulаqlıqlаr;

Хilаsеdici vаsitələr – хilаsеdici kəmər, diеlеktrik хаlçаcıqlаr, əl tutаcаqlаrı,
mаnipulyаtоrlаr, dizliklər, dirsəkciklər, çiyinliklər;

Əlin mühаfizəsi vаsitələri – əlcəklər; 

Çirklənməyə qаrşı mühаfizəsi vаsitələri – yuyucu tozlar, pаstаlаr, krеmlər, mаzlаr; 
Müdiriyyət istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin qarşısını alan müasir əmək 
mühafizəsi vasitələrini tətbiq etməli və sanitariya-gigiyena tələblərinə uyğun gələn əmək şəraitini təmin 
etməlidir. Müdiriyyət işə yeni qəbul edilən, habelə başqa işə keçirilən işçilərin hamısına əməyin 
mühafizəsi üzrə təlimat verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt 
hadisələrdən zərər çəkənlərə ilk yardım göstərməyin öyrədilməsini təşkil etməlidir. İşəgötürən 
həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və 
qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. 


24 
Şəkil 1.27 Xüsusi geyim, kombinezon, kaska, əlcək 
1.4.2. Tələbələr üçün fəaliyyətlər 

Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işçilərə verilən xüsusi geyimlər 
haqqında müzakirələr aparın və təhlil edin. 

Valideynlərinizdən iş yerində hansı mühafizə vasitələrindən istifadə etdiyini soruşun. 
Qeydlər apararaq sinifdə müzakirələr təşkil edin. 

Təhsilinizi başa vurduqdan sonra yiyələnəcəyiniz peşəni nəzərdən keçirin. Bu sahədə 
hansı mühafizə vasitələrindən istifadə etməli olduğunuzu qeyd edin. 
1.4.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə