Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“Əməyin mühafizəsi ilə bağlı norma, qayda və təlimatları yerinə yetirir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“Əməyin mühafizəsi ilə bağlı norma, qayda və təlimatları yerinə yetirir” 

Əməyin mühafizəsinə kimlər nəzarət edir? 
A.
Rəhbər işçi
B.
Xalq drujinası 
C.
Müfəttişlər 

Müəssisədə əməyin mühafizəsini təmin edən amillər hansılardır? 

Əməyin mühafizəsi üzrə işəgotürən tərəfindən əmələ edilən tələbləri sadalayın. 

İşəgötürənlər hansı hallarda cərimə oluna bilər? 

Zərərli mühit nə deməkdir? 

Əməyin normaları haqqında nə deyə bilərsiniz? 


16 
1.3.1. İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edir 

 Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin 
təmin edilməsi 
Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin 
olunması, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsi və 
nəzarətin nəticələri haqqında əmək kollektivlərinə vaxtında məlumat verilməsi 
müdiriyyətə tapşırılır. 
İşçilərə təhlükəli və zərərli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti yaradılmasına əmək 
təhlükəsizliyi deyilir. 
Müdiriyyət əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və 
işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planları hazırlayır və həyata 
keçirir. 
Müdiriyyətin və işçilərin müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə 
qarşılıqlı öhdəlikləri kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulur. 
Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində 
aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq surətdə 
pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici 
materiallar verilir. 
Şəkil 1.16 İş yerində instruktaj
Müəssisə və təşkilatlar həmkarlar komitəsi ilə razılaşdırılmış müddətlərdə vaxtaşırı iş yerlərinin 
əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyanı aparmalıdır. Attestasiyanın 
nəticələri barədə əmək kollektivinə məlumat verilir. Müdiriyyət iş yerləri attestasiyasının nəticələrinə 
əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi 
tədbirlər görməlidir. 
Müdiriyyət işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin 
saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivasiyasını və 
təmirini təmin etməlidir. 


17 
Şəkil 1.17 Xüsusi iş geyimləri 
Müəssisənin müdiriyyəti qaynar sexlərin və sahələrin işçilərini qazlaşdırılmış duzlu su ilə təchiz 
etməlidir. Qazlaşdırılmış duzlu su ilə təchiz olunmalı sexləri və istehsal sahələrini sanitariya nəzarəti 
orqanları müəyyən edirlər. 
Müəssisələrin, təşkilatların müdiriyyəti ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud 
qızdırılmayan qapalı binalarda və qaynar sexlərdə çalışan işçilərin isinməsi və istirahəti üçün otaqlar 
hazırlamalıdır. Qanunvericiliyə uyğun olaraq işçilərə isinmək və istirahət etmək üçün xüsusi fasilələr 
verilir və bu fasilələr iş vaxtına daxil edilir. 
İş rəhbərliyi şəraitdən asılı olaraq əməyin təhlükəsizliyini təmin edən və bu qaydalara zidd 
olmayan əlavə tədbirlərin görülməsini nəzərə ala bilər. Bu təhlükəsizlik tədbirləri uyğun əməyin 
mühafizəsi təlimatlarına daxil edilməli, sərəncam, göstəriş və təlimat şəklində heyətə çatdırılmalıdır. 
Elektrik qurğuları sınanmış, istifadəyə hazır olan mühafizə vasitələri ilə həmçinin qüvvədə olan 
qayda və normalara uyğun olaraq ilkin yardımı göstərmə vasitələri ilə təmin olunmalıdırlar. 
Təşkilatlarda bu qaydalara riayət edilməsinə, əmək mühafizəsi təlimatları tələblərinin yerinə 
yetirilməsinə, təlimatların aparılmasına nəzarət olunmalıdır. Təşkilatda əmək mühafizəsinin vəziyyətinə 
görə məsuliyyəti iş rəhbəri daşıyır. 
Bu qaydalara zidd olan göstəriş və tapşırıqların yerinə yetirilməsinə yol verilmir. 
Əmək mühafizəsinə aid qanunvericiliyini pozan işçilər, müəyyən olunan qaydada məsuliyyətə 
cəlb olunurlar. 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə