Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Növbədən kənar təlimat: İşçilərlə işin təhlükəsizlik qaydaları və üsullarına dair 
növbədənkənar təlimatlandırma aşağıdakı hallarda aparılır. Texnoloji prosesləri, avadanlıqların, xammal 
və materialların dəyişdirilməsi ilə əlaqədar işin təhlükəsizlik şəraiti dəyişdikdə; Bəzən işçilərə işin 
təhlükəsizlik qaydalarına və üsullarına dair lazımi səviyyədə təlimatlandırma aparılmadıqda peşə 
xəstəliyi və bədbəxt hadisələr baş verdikdə; Haqqında götürülmüş ölçüdən asılı olmayaraq, işçi 
təhlükəsizlik texnikasına dair təlimatı və qaydaları pozduqda; İşdə 12 gündən çox fasilə olduğu halda; 
Fəhlənin şəxsin özü müraciət etdikdə; Başqa işə keçirildikdə. 
İlkin və dövrü olaraq təkrar təlimatlandırma keçmək xidməti vəzifəsinə daxil olan işçilərlə də 
təhlükəsizlik texnikası üzrə növbədən kənar təlimatlandırma keçirilir. 
Təlimatların hazırlanması: Hər bir peşə üçün əməyin mühafizəsi üzrə təlimat müəssisədə işlənib 
hazırlanmalıdır. təlimat iş yerindəki işçin konkret spesifikasiyası və şəraiti nəzərə alınmaqla uyğun olan 
qaydalara əsasən tərtib olunur. əməyin mühafizəsi üzrə təlimatlar aşağıdakı kimi işlənib hazırlanmalıdır: 

Hərtərəfli peşəyə malik olan işçilər üçün müəssisənin uyğun şöbələri və baş 
mütəxəssisləri tərəfindən


21 

Qalan işçilər üçün isə sex rəisləri tərəfindən; 

Müəssisənin işçiləri və mühəndis texniki işçiləri üçün təhlükəsizlik texnikası üzrə ümumi 
təlimatlar müəssisədə əməyin mühafizəsi şöbəsi tərəfindən işlənib hazırlanmalıdır; 
Şəkil 1.23 Əmək qanunlarını
Sexlərdə və şöbələrdə hər peşə üçün işlənmiş, təhlükəsizlik texnikasına dair təlimatlar əməyin 
mühafizəsi şöbəsi və HİK ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
Təlimatların yazılmasının qısa məzmunu: əməyin mühafizəsinə dair təlimatlar işləyənlərin öz 
vəzifələrinin təhlükəsiz şəraitdə və zərərsiz yerinə yetirilməsi qaydalarını müəyyən etməlidir. Texnoloji 
proseslərin dəyişilməsi, eləcə də qurğuların dəyişdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar məlumat, 
təhlükəsizlik texnikasına dair təlimatlarda əlavələri və dəyişdirilmələri sex rəisləri həyata keçirməlidir. 
Təlimatlardakı əlavələr və dəyişiklər müəssisənin müvafiq baş mütəxəssisləri və əməyin mühafizəsi 
şöbəsi ilə mütləq razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilməlidir. 
Təlimatda qeyd olunan əsas bölmələr: əməyin mühafizəsinə dair təlimatlar, aşağıdakı ümumi 
qaydalar, təhlükəsizlikdən və zərərdən qorumaq, təlimatların yerinə yetirilməsinə görə məsuliyyət kimi 
bölmələri əhatə etməlidir. 
Təlimatın təchizatı: əməyin mühafizəsinə dair lazımı təlimatların vaxtında işlənməsinə nəzarət 
və müəssisə işçilərinin bu təlimatlarla təchizatı, müəssisənin əməyin mühafizəsi şöbəsinə həvalə edilir. 
Bütün istehsalat sahələrinin şöbələri və sexləri müxtəlif peşələr üzrə təlimatlarla təmin etmək üçün 
müəssisənin əməyin mühafizəsi şöbəsində bu təlimatlardan lazım olan miqdarda olmalıdır. 
Şəkil 1.24 Hər kəsi ucaldan əməkdir 
1.3.2. Tələbələr üçün fəaliyyətlər 

Müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması haqqında esse yazın.


22 

Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini 
göstərin. 
Şəkil 1.25 Səriştəli işçi

Əmək müəssisələrində aparılan təlimatlandırmanın növlərini aşağıdakı üsuldan istifadə 
edərək qeyd edin. 
Diaqram 1.1

“Təhlükəsizlik texnikasına dair təlimatlar” mövzusunda müzakirə təşkil edin.
1.3.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə