Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   ...   68

13 
 
təsdiqlədi.  Beləliklə,  təqdim  olunan  bu  əsər  eyni  zamanda 
Azərbaycanın  bir  çox  şəhərləri,  o  cümlədən  Bərdə  haqqında  əsassız 
iddialara,  yəni  Bərdə  şəhərinin  guya  nə  vaxtsa  ermənilərə  məxsus 
olmasına dair saxta tədqiqatlara cavabdır. Azərbaycan tarixinin  şəhər 
tarixi  ilə bağlı problemlərinin  həllinin  xüsusi  əhəmiyyəti  məsələsinə 
qayıdaraq  bir  daha  qeyd  edirik:  Respublikamız  yenidən 
müstəqilliyini  əldə  etdi.  Tarixi  təhriflərin,  çatışmazlıqların  aradan 
qaldırılması  üçün  əlverişli  şəraitin  yarandığı  bir  dövr  başlandı.  Belə 
bir şəraitdə  xalqımızın  formalaşmasında, onun  ictimai-iqtisadi, siyasi 
və  mənəvi  varlığının  möhkəmləndirilməsi  və  inkişaf  etdirilməsində 
mühüm  rol  oynamış  qədim  şəhərlərin  tarixinin  öyrənilməsi,  o 
cümlədən  Azərbaycan  torpaqlarının  tarixi  taleyinin  böyük  bir 
dövrünü  özündə  qoruyub  saxlamış  Bərdə  şəhərinin  tarixinin  elmi 
əsaslarla,  hərtərəfli,  kompleks  öyrənilməsi,  fikrimizcə,  bir  çox 
mürəkkəb  və  az  tədqiq  olunmuş  problemlərin,  Azərbaycanda 
yaranmış  ictimai  quruluşların,  dövlətçilik  formalarının  müfəssəl  və 
dərindən  öyrənilməsini,  diyarın  daxili  bazar  münasibətlərinin 
formalaşması 
prosesini, 
azərbaycanlıların 
digər 
xalqların 
nümayəndələri  ilə  qonşuluq,  iqtisadi  və  mədəni  əlaqələrinin 
mənbəyini  və  s.  aydınlaşdırmağa  zəmin  yaradır.  Eyni  zamanda 
doğma  diyarın  təbiəti,  tarixi  abidələri,  xalqın  iqtisadiyyat  və 
mədəniyyətdə  nailiyyətləri  ilə  tanışlıq  insanlarda  Vətənə  məhəbbəti, 
xalqımızın  mübariz  ənənələrinə  sədaqəti  şərtləndirir.  Tədqiqat 
əsasında  elmi  dövriyyəyə  daxil  edilmiş  materiallar,  milli 
özünüdərkin, 
milli 
iqtisadi, 
sosial 
və 
siyasi 
təfəkkürün 
formalaşmasında  faydalı  ola  bilər.  Bunlarla  yanaşı,  daha  bir  qeyd: 
müəllif  Bərdə  şəhərinin  tarixinin  təqdim  edilən  əsərdə  birdəfəlik  və 
tam  şəkildə  öyrənildiyini  iddia  etmir.  Bərdə  şəhəri  geniş  miqyaslı 
arxeoloji tədqiqini hələ gözləyir.  


14 
 
I FƏSĠL 
 
BƏRDƏ ġƏHƏRĠNĠN TARĠXĠ ƏRAZĠSĠ, 
TƏġƏKKÜLÜ VƏ ADININ ETĠMOLOGĠYASI 
1.1. Bərdənin yerləĢdiyi tarixi ə razi və onun təbii- 
coğrafi xüsusiyyətləri. 
 
Bərdə  şəhəri  dünyanın  ən  qədim  insan  məskənlərindən  olan  Azıx 
yaşayış  məskəninə  yaxın bir ərazidə – Kür  və  Tərtər çayları arasında 
salınmşdır.  Bərdə  ərazisinin  coğrafi  təsviri  haqqında  ilkin  məlumata 
yunan  və  latın  mənbələrində  –  Strabonun  coğrafi  təsvirində  (354), 
Ptolemeyin  «Coğrafiya  dərsliyi»ndə  (286),  Böyük  Pliniyin  «Təbiət 
tarixi»ndə  (342)  rast  gəlinir.  Albaniyaya  aid  həmin  təbii-coğrafi 
təsvirlər,  şərhlər  qədim  Bərdə  ərazisinin  təbii-coğrafi  şəraiti  və  eyni 
zamanda  təbiətinin  özünəməxsus  xüsusiyyətləri  haqqında  ümumi 
nəticə  çıxarmağa  imkan  verir.  Bu baxımdan Strabonun (e.ə. 64/63 – 
b.e.  23/24)  «Coğrafiya»  əsərindəki  Albaniya  ərazisinin  etnonim, 
toponim,  oronim  və  hidronimlərinə  aid  məlumatlar  böyük  maraq 
doğurur (354, k.11).  
I  əsrdə  yaşamış  yunan  alimi  Strabon  Kür  çayı  haqqında 
danışarkən  qeyd  edir:  «Çay  suları  daşarkən  sahilləri  daşlarla 
doldururdu» (354, k.11. b.4). Çox  güman ki,  həmin  fikir Kür çayının 
yuxarı  axını  boyuna  aiddir.  Arxeoloji  qazıntılar  zamanı  məlum  olur 
ki, Bərdəyə yaxın ərazidə su selinin yuduğu yerlərdə yarğanlar əmələ 
gəlmiş  və  çay  qumu  təbəqələri  əraziyə  yayılmışdır  (149).  K ür  çayı 
sahilinin  yaşayış  üçün  təbii  cəhətdən  tarixən  daha  əlverişli  olduğu 
məlumdur.  O  da  məlumdur  ki,  Kür  çayı  daşarkən  sahillərinin 
subasması bir neçə kilometrə qədər çatırdı. Bəlkə də buna görə Bərdə 
şəhəri  Kür  çayının  lap  sahilində  deyil,  bir  qədər  aralıda  salınmışdır. 


15 
 
Bu  barədə  müəyyən  mülahizələr  söyləmək  mümkündür.  Ərazinin 
hidronomiyası  və  digər  təbii  xüsusiyyətləri  göstərir  ki,  Kür  tarixən 
bol  sulu, coşqun axan çay olmuşdur. Mənbəyini  uzaqlardan  götürən, 
sürətlə  axan  bu  çay  düzən  ərazilərdə  məcrasından  çıxaraq 
sahillərindəki  meşəlik  və  kolluqları  yuyub  aparır,  yerində  göllər  və 
təbii  kübrələnmiş  torpaqlar  qalırdı.  Bu  da  əkinçilik  –  taxılçılıq  və 
bostançılıq üçün əlverişli idi. Kürün sularından təbii və süni suvarma 
sistemlərində  istifadə etməklə  təsərrüfat  yaradılması əlverişli olsa da 
çayın  düzənlik  hissəsində,  onun  lap  kənarında  şəhər  bünövrəsi 
qoymaq əlverişli deyildi.  Tərtər çayı  isə  mənbəyini  Bərdədən çox da 
uzaqda  olmayan  Qafqaz  dağlarından  götürərək  iti  və  güclü  axını  ilə 
daşları  yuyub  gətirən coşqun dağ çayı olmuşdur. O, daşıb sahillərini 
basır, bəzən  məcrasını da  xeyli  məsafədə birdəfəlik dəyişirdi. Çayın 
yatağı  ətrafında  həmin  izlər  indi  də  qalmaqdadır.  Hətta  çayın 
yatağının  və  onun  üzərindəki  körpünün  yerləşməsindən  ilk  baxışda 
çayın  vaxtilə  hansı  istiqamətdə axdığını  müəyyənləşdirmək  mümkün 
olmur.  Tərtər  çayının  yaz  fəslində  gur  sulu  olduğunu  və  sürətlə 
axdığnı  görənlər, onun həmin  vaxt daşarsa,  hər hansı bir yeri – şəhər 
və  ya  kəndi  bir  anda  yuyub  apara  biləcəyini  təsdiq  edə  bilərlər. 
Ancaq  bütün  bunlarla  yanaşı,  hər  iki  çayın  resurslarından  geniş 
istifadə  edildiyi  güman  olunur.  Roma  ensiklopediyaçısı  Pliniy 
Sekund  (b.e.  23-79)  Albaniyanın  bir  çox  hidronimlərindən,  o 
cümlədən  Kür  çayı  və  onun  qollarından  bəhs  edir  (342,  k.  4).  Yeni 
eranın  II  əsrində  yaşamış  yunan  coğrafiyaşünası  Klavdi  Ptolemey 
Albaniyada  29  şəhərin  və  5  çayın  adını  çəkir  (286,  k.  5).  Bu 
məlumatlar  Bərdənin  yerləşdiyi  təbii-coğrafi  ərazi  haqqında  tarixi 
mənbədə  verilən  ilkin  və  qiymətli  məlumatlardır.  Bərdə  şəhəri 
yaxınlığında  yerləşən  Kalankat  kəndindən  olan  VII  əsrdə  yaşamış 
alban  tarixçisi  Musa  Kalankatlı  Bərdə  ərazisi  haqqında  daha  geniş, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə