Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   ...   68


 
uyğun  yeniləşdirmişdisə,  bu  böyük  işləri  layiqincə  davam  etdirən 
Azərbaycan  Prezidenti  cənab  İlham  Ə liyevin  şəxsi  təşəbbüsü  və 
göstərişi ilə son dövrlərdə burada tikilmiş olimpiya idman kompleksi
Heydər Ə liyev  muzeyi,  akademik  Zərifə Ə liyeva adına orta  məktəb, 
ictimai  binalar,  istehsal  müəssisələri,  salınmış  parklar  və  görülmüş 
çoxsaylı  abadlıq  işləri  və  s.  Bərdə  üçün  daha  geniş  inkişaf 
perspektivləri  açmışdır.  Bütün  bunlar  Bərdənin  müasir  quruculuq 
tarixidir  və  gələcək  xüsusi  tədqiqatların  mövzusudur.  Bunlarla 
yanaşı, aşağıdakıları da qeyd etməyi özümüzə borc bilirik: Bərdənin 
qədim  tarixini  və  zəngin  ənənələrini  yaşadan  əhalinin  gözündə 
doğma  şəhərin  inkişaf  edib  çiçəklənməsində  əvəzsiz  tarixi  rolu  olan 
Ulu  Öndər  Heydər  Əliyev  və  cənab  İlham  Əliyev  misilsiz 
insanlardır.  “Qarabağın  bütün  guşələri,  o  cümlədən  Bərdə  mənim 
üçün  daha  doğma,  daha  əzizdir”  deyən  Ulu  Öndərin  Bərdəyə 
məhəbbəti  ilə  Bərdəni  Azərbaycanın  dilbər  guşəsi  adlandıran,  onun 
Azərbaycanda  xüsusi  yeri  olduğunu,  həmçinin  hər  bir  azərbaycanlı 
üçün  doğma  yer,  doğma  məkan  olduğunu  vurğulayan  cənab  İlham 
Əliyevin 
Bərdənin 
çox 
inkişaf 
edib 
gözəlləşməsindən, 
abadlaşmasından keçirdiyi  xüsusi  fərəh arasında birbaşa bağlılıq  var. 
Sürətlə  inkişaf  edən  Bərdədə  böyük  işlər  görülməsinə  şad  olduğunu 
dəfələrlə  bildirən  cənab  İlham  Ə liyev  xalqımızın  ümummilli  lideri 
Heydər  Ə liyevin  Bərdəyə  göstərdiyi  qayğı  və  xüsusi  münasibətə 
dərin  hörmətlə  yanaşdığını  və  buna  sadiq  olduğunu  dönə-dönə 
nümayiş etdirir.  
Bərdəlilər  xalqımızın  Ulu  Öndəri  Heydər  Ə liyevin  yolunu 
saxlayanları,  Heydər  Əliyev  kursuna  sadiq  və  etibarlı  insanları  da 
ağırlayır,  yüksək  qiymətləndirirlər.  Bu  cür  ali  keyfiyyətlərə  malik 
insanlar  hörmətli  cənab  Prezident  İlham  Əliyevin  komandasında 
yetərincədir.  Bu  komandada  Heydər  Ə liyev  kursuna  sadiqliyi  ilə 



 
seçilən  və  Qarabağ  camaatının,  eləcə  də  bərdəlilərin  xüsusi  rəğbət 
bəslədiyi  Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun 
xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanı,  Daxili 
İşlər Naziri cənab  Ramil  Usubovu qeyd etməmək, düşünürük ki,  ilk 
növbədə elimizin istəyinə qarşı ədalətsizlik olar – el gözü tərəzidir.  
2006-cı  ilin  ortalarında  Bərdə  İH  başçısının  AMEA- nın  prezidenti 
akademik  M.K.Kərimova  Bərdə  şəhərinin  salınma  tarixi  barədə 
məlumat  almaq  üçün  müraciəti  ilə  əlaqədar  olaraq  AMEA  Tarix 
İnstitutunun  direktoru  AMEA-nın  müxbir  üzvü,  professor 
Y.M.Mahmudovun,  Arxeologiya 
və  Etnoqrafiya  İnstitutunun 
direktoru  tarix  elmləri  doktoru  M.A.Rəhimovanın  razılığı  ilə  tarixçi 
və  arxeoloqlardan  (AMEA- nın  müxbir  üzvü,  t.e.d.,  professor 
İ.A.Babayev,  t.e.d.Q.Ə.Hacıyev,  t.e.d.  A.M.  Məmmədov)  ibarət 
elmi-tədqiqat qrupu  yaradıldı  və Bərdə şəhərinin əsasının qoyulduğu 
tarixi  dəqiqləşdirmək  məqsədilə  şəhərin  qədim  yerində  arxeoloji 
qazıntı  işləri  aparıldı.  Bərdə  şəhərinin  2500  il  tarixə  malik  olması 
sübuta yetirildi.  
Təqdim  olunan  bu  əsər  «Bərdə  şəhərinin  tarixi  (e.ə.  III  əsr–
b.e.  XVIII  əsri)»  monoqrafiyasından  fərqli  olaraq  Azərbaycanın 
əzəli-əbədi  torpağı  olan  Qarabağ  bölgəsinin  qədim  şəhəri  Bərdənin 
yaranması  və  inkişafına  dair  yeni  materialların  da  daxil  edildiyi 
antik, orta əsrlər və yeni dövr (e.ə. IV əsr – b.e. XIX əsri) tarixini əks 
etdirən  ikicildliyin  I  cildidir.  Üzərində  iş  gedən  II  cild  də  yaxın 
zamanlarda işıq üzü görəcəkdir.  
Məqsədimiz  doğma  vətənimizin,  qədim  və  zəngin  tarixə  malik 
şəhərimizin  tarixini obyektiv  yazıb oxuculara təqdim etməkdir. Buna 
nə  dərəcədə  nail  olduğumuzu  isə  hörmətli  həmkarlardan  və 
oxuculardan  eşitmək  ümidindəyik.  Yeri  gəlmişkən,  vaxtında 
araşdırılmaması  səbəbindən  erməni  ideyapərdazları  pərxaşlıq 



 
yazılarında  Bərdəni  də  uydurma  «Şərqi  Ermənistan»,  «əzəli  erməni 
torpaqları» 
daxilinə 
«qatmışlar» 
və 
bu 
saxtakarlıqları 
genişləndirməkdə davam edirlər. Söz  yox ki, erməni təbliğatçılarının 
yazdıqları o qədər cəfəngdır ki, tarixdən az-çox xəbərdar olan hər kəs 
həmin yazıları oxusa, onların uydurma olduğunu anlamaqda çətinlik  
çəkməz. 
Biz  təmkin  və  dözüm  nümayiş  etdirərək  ermənilərin 
yazdıqları  cəfəngiyatlara  detallarına  qədər  cavab  vermək  fikrindən 
yan  keçirik.  Onlara  ən  tutarlı  cavab  Azərbaycanın  Qarabağ 
bölgəsinin  qədim  şəhərlərindən  biri  olan  Bərdənin  obyektiv,  elmi 
mənbələrə  əsaslanaraq  yazılmış  bu  tarixidir.  Güman  edirik  ki,  onlar 
da bu əsəri oxuyub uydurduqları yalanlardan usanarlar – beş min illik 
dövlətçilik  tarixi  olan  türk  torpaqlarında  özlərinə  qədim  məskən 
axtarmazlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
GİRİŞ 
 
Azərbaycan  dünyanın  ən  qədim  yaşayış  məskənlərindəndir. 
Azərbaycan  həm  də  ulu  tarixə  malik  şəhərlər  diyarıdır.  Həmin 
şəhərlərdən biri də  vaxtilə ölkənin siyasi,  iqtisadi  və  mədəni  mərkəzi 
– paytaxtı olmuş  Bərdədir.  Bərdə orta əsrlərdə  Yaxın  və Orta Şərqin 
nəhəng  şəhərlərindən  olmuşdur.  Azərbaycanda  qədim  və  orta  əsr 
şəhərlərinin  yaranması  və  əsas  inkişaf  xüsusiyyətləri,  şəhərin 
quruluşu,  ictimai  həyatı,  hərbi-strateji  mövqeyi,  inzibati-idarə  üsulu, 
sənətkarlıq  və  ticarəti,  mədəniyyəti,  xarici  əlaqələri  və  şəhər  həyatı 
ilə  bağlı  digər  məsələlər  tarix  elmimiz  üçün  vacib,  habelə  mühüm 
elmi  axtarışlar  tələb  edən  məsələlərdir.  Mənbələr,  arxeoloji 
materiallar  və  etnoqrafik  müşahidələr  əsasında  aparılmış  tədqiqat 
Bərdənin çoxəsrlik  və  zəngin  tarixə  malik olması qənaətinə  gəlməyə 
imkan verir. Cənubi Qafqazda, qədim və beynəlxalq ticarət yollarının 
kəsişdiyi  yerdə  yaranaraq  inkişaf  etmiş  Bərdə  şəhəri  Azərbaycan 
xalqının  iqtisadi,  siyasi  və  mədəni  həyatında  mühüm rol oynamışdır. 
Bərdə  orta  əsrlərdə,  mənbələrin  dili  ilə  desək,  «Arranın  anası» 
olmuşdur.Yeri  gəlmişkən,  ərəb  mənbələrində  indiki  Cənubi 
Azərbaycan  “Azərbaycan”,  Albaniya  isə  “Arran”  adlandırılmışdır. 
Əsər  Bərdə  şəhərinin  eramızdan  əvvəl  I  minilliyin  sonundan  bizim 
eranın  XIX  əsrinədək  tarixini  əks  etdirir.  Bu  dövr  Bərdə  şəhərinin 
yaranma,  formalaşma,  inkişaf  mərhələlərini  əhatə  edir.  Şəhərin 
yarandığı  və  fəaliyyət  göstərdiyi  antik  və  orta  əsrlər  dövrü  tarixinin 
tədqiqinə qanunauyğun bir  maraq oyanır.  Bu baxımdan qeyd olunan 
xronoloji  çərçivə  daxilində  Bərdənin  ümumi  tarixini  elmi  əsasda 
tədqiq  etmək  mühüm  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  şəhər 
tarixinin  tədqiqinə  son  dövrlərdə  başlanılmışdır.  Bu,  hər  şeydən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə