Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   10   ...   68

22 
 
yer kimi qeyd etmir.  Eyni  zamanda,  Bərdənin  yerləşdiyi ərazi  yalnız 
həbsxana  üçün  əlverişli  yer  ola  bilməzdi  ki,  şəhərin  adlandırıla 
bilinəcək başqa əlamətlərini  üstələyə bilsin. Bu da  istisna deyildir ki, 
qədim şəhərlərin  hər birinin, o  cümlədən Bərdənin dustaq  saxlanılan 
həbsxanası olmuşdur (2,  s.80; 51; 309, s.61; 382).  Tarixən  möhkəm 
mühafizəli  həbsxanası  ilə  məşhur  olan  şəhərlər  də  məlumdur  (27, 
s.22;  208,  s.36;  359,  s.12,  28),  lakin  «Bərdə»  toponiminin 
etimologiyasını bununla bağlamaq  üçün əsas  yoxdur. Bərdə sözünün 
fars  dilində  olan  hərfi  tərcüməsi  qul,  kölə  olsa  da,  «bərdədar»  bar 
verən,  bol  məhsul  verən,  həmçinin  xeyir  verən,  mənfəət  verən 
mənasında  işlədilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Bərdə  sözünün 
fonetik  kökü  «bərd»  ərəbcə  bir  mənada  daş,  ikinci  mənada  soyuq, 
sərin  sözündən  ibarətdir  (43,  s.52).  Orta  əsr  tarixçi  və 
coğrafiyaşünası  Əbd-ər-Rəşid  əl-Bakuvinin  «Abidələrin  xülasəsi  və 
qüdrətli  hökmdarın  möcüzələri»  əsərində  də  «Bərdə»  toponimi 
haqqında  məlumat verilir  (32, s.118). Qeyd etmək  lazımdır ki, adları 
çəkilən  mənbələrdə  Bərdə  adının  etimologiyası  haqqında  məlumat 
verilməməsi  müxtəlif  mülahizə  və  fikirlərin  meydana  çıxmasına 
səbəb olmuşdur. Burada  Bərdə adının etimologiyası  ilə bağlı  maraqlı 
araşdırmaların 
məğzini 
tarixi 
ardıcıllıqla 
təqdim 
etməyi 
məqsədəuyğun  sayırıq.  Mənbələrdə  qədim  dövrdə  şəhərin  necə 
adlandırıldığı  barədə  məlumat  verilmir.  Orta  əsrlərdə  isə  şəhər 
zaman-zaman 
Firuzabad, 
Partav, 
Bərdə, 
nəhayət, 
Bərdə 
adlandırılmışdır.  Qeyd  edək  ki,  qonşu  xalqların  dilində  bu  adlar 
müxtəlif  formalarda  işlədilmiş,  mənbələrdə  də  həmin  formada 
saxlanmışdır.  Məsələn:  farsca  Partav  və  Perozapat  (Firuzabad), 
erməni  dilində  də  Partav,  gürcü  dilində  Bardos,  ərəbcə  Bərdə 
adlandırılmışdır  (136,  k.1,  f.8;  40,  s.88;  239,  s.12;  295,  s.10;  296, 
s.62; 312, s.41; 315, s.22).  


23 
 
Bərdənin  adı  və  onun  etimologiyasının  öyrənilməsində  tarixi 
və coğrafi əsərlərdən başqa özündə tarixi  hadisələri, toponimləri əks 
etdirən  şifahi  xalq  yaradıcılığı  nümunələri,  yazılı  ədəbi-bədii  əsərlər 
və  etnoqrafik  məlumatlardan  da  faydalanmaq  mümkündür  (30,  s.7-
16; 318). Nizami  Gəncəvi  «İskəndərnamə» poemasında  yazır:  Harun 
(Hurum)  adlanırdı  bu  yurd  hər  yerdə,  İndisə  adına  deyirlər  Bərdə. 
(147,  s.195)  Maraqlıdır  ki,  Nizami  Gəncəvidən  başqa  heç  kim 
Bərdənin  «Harun»  adlandırıldığını  qeyd  etmir.  Bununla  belə,  o  da 
çox  maraqlıdır  ki,  XVIII  əsrdə  tərtib  olunmuş  «Gəncə-Qarabağ 
əyalətinin  müfəssəl dəftəri»ndə  Bərdə  nahiyəsinin  kəndləri  sırasında 
«Harun»  adlı  kəndin  adı  çəkilir.  Həmin  kəndin  Tərtər  çayının 
kənarında  yerləşdiyi,  eyni  zamanda  orada  yaşayış  olmadığı  bildirilir 
(49, s.300).  
Demək  olar  ki,  qaynaqlarda,  Yaqut  əl- Həməvinin  qeydləri 
istisna  olmaqla,  «Bərdə»  toponiminin  mənşəyi  və  mənası  haqqında 
məlumat  verilmir  (40,  s.  88;  382,  s.14).  Adının  sonuncu  deyiliş  və 
yazılış  formasını,  qismən  dəyişməklə,  son  dövrlərədək  saxlayan 
«Bərdə»nin  etimologiyası  haqqında  fikirlərə  keçən  əsrin  axırlarında 
və  son  dövrlərdə  müraciət  edilmişdir.  Həmin  tədqiqatçıların 
fikirlərini  ardıcıllıqla  təqdim  etməklə  onlara  öz  münasibətimizi  də 
bildirək.  İ.Şopen  (1894-cü  il)  «Bərdə»  sözünün  mənasını  yunan 
dilində  axtarır  (375,  s.384).  Q.Osipov,  qəribə  də  olsa,  «Bərdə» 
sözünün  mənasının  erməni  dilində  «qovaqlı  yer»  mənası  verdiyini 
yazır. V.Sisoyev əl-Həməviyə əsaslanaraq  «Bərdə»ni  «qul  yeri – qul 
saxlanan  yer»  hesab edir (355,  s.57). Qrum-Qrcimalo Orta Asiyada, 
Sakistan  vilayətində  «Bərdə»  adlı  şəhərin  mövcudluğunu  və  Bərdə 
şəhərinin  adının  da  onunla  bağlı  olduğunu  qeyd  edir  (240). 
Y.Paxomov  gürcü  mənbələrində  olan  rəvayətlərə  və  erməni  dilində 
şərhlərə  öz  münasibətini  bildirərək  «Bərdə»  toponimini  Qafqaz 


24 
 
dillərində  axtarmamaq  qərarına  gəlir,  yəni  «Bərdə»  toponiminin 
Qafqazda yaşayan xalqlara deyil, başqa xalqa mənsub olduğunu qeyd 
edir  (332,  s.81).  M.S.Ordubadi  ərəb  mənbələrinə  əsaslanaraq 
«Bərdə»  toponimi  haqqında  «dustaqların  saxlandığı  həbsxana», 
«dustaq  düşərgəsi»  fikrinə  tərəfdar  çıxır  (157,  s.112).  Q.Melikişvili 
Bərdə  ilə  e.ə.  VIII  əsrdə  Mannada  olan  «Parda»  arasında  əlaqə 
olduğunu  göstərir  (305,  s.5).  M.Minorski  şəhərin  adının  «palan» 
mənası  verdiyini  hesab  edir,  lakin  bunu  heç  cür  şərh  etmir  (309, 
s.11).  A.Məmmədov  Bərdə  şəhərinin  adını  Firuz,  Peroz,  Barda, 
Partav  və  Bərdə  kimi  qeyd  edir  (121,  s.33).  R.Yüzbaşov  «Bərdə» 
toponimini  tayfa  adı  kimi  qəbul  edir  (177,  s.67).  T.Səlimov 
«Bərdə»nin  farsdilli  söz  olub,  «qız  şəhəri»  mənasını  verdiyini  yazır 
(348,  s.74-75).  N.Nəbiyev  isə  V.Sısoyevin  fikri  ilə  razılaşdığını 
bildirir  (140,  s.38).  A.Axundov  göstərir  ki,  Bərdə  türk  mənşəli 
«berdi»  sözündən  olub,  «qab,  piyalə,  kuzə»  mənasını  verən 
toponimdir  (1,  s.99).  E.Əzizova  görə,  Bərdə  «Berdi»  (ipək  sap  –  E. 
Ə.)  sözü  olub,  «ensiz  çay,  qol,  tel»  mənasındadır  (44). 
Q.Qeybullayev  «Bərdə»  toponiminin  Urmiya  gölü sahilindəki Parda 
şəhərinin  adı  ilə  əlaqədar  olduğunu  qeyd  edir  (108,  s.125;  229). 
T.Rəsuloğlu  (Ə liyev)  «Bərdə»  adının  Əhəməni  hökmdarı  K irin 
(e.ə.VI)  oğlanlarından  birinin  adı  ilə-  Bisütun  qayalarında  yazılmış 
«Bardiya»  ilə əlaqədar olduğunu bildirir (164,  s.72-73). Qeyd etmək 
lazımdır  ki,  son  dövrlərdə  yaşayış  məskəni  adlarını  tayfa  adları  ilə 
izah etməyə maraq artmışdır (30; 31; 90; 108; 112; 163; 229). Bu, ilk 
növbədə bir  vaxtlar  müəyyən  təsirlərə, tarixi təhriflərə  məruz qalmış 
həqiqətlərin  bərpası  kimi  qəbul  edilir.  Bu,  çox  təqdirəlayiq  haldır. 
Lakin  unutmaq  olmaz  ki,  heç  bir  elmi  mülahizə  tarixi  həqiqətləri 
kölgədə  qoymamalıdır.  Faktsız,  elmi  cəhətdən  əsaslandırılmamış, 
tələsik  fikirlər söyləməkdənsə,  susmaq daha dürüstdür. Qaynaqlarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə