Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

28 
 
onlar  «tayfa  şəhərləri»  hesab  edilmiş,  tayfanın  və  ya  tayfa 
başçılarının birinin adı  ilə adlandırılmışlar.  Bərdə şəhərinin adı onun 
siyasi- inzibati  həyatında  baş  verən  dəyişikliklərlə  əlaqədar  olaraq 
dəyişmiş,  eləcə  də  başqa  xalqların  dilindəki  sözlərə  uyğun  şəkildə 
fonetik  cəhətdən  müxtəlif  şəkildə  ifadə  edilmiş,  sonuncu  şəklini  – 
Bərdə – saxlamışdır. Belə ki, bu ad e.ə. VII əsrdən tarixə məlum olan 
Partatuadan  götürülmüş  sonrakı  dövrlərdə  Partav,  Bərdə  və  nəhayət 
Bərdə şəklinə düşmüşdür.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


29 
 
II FƏSĠL 
 
 
BƏRDƏ ANTĠK DÖVR 
VƏ ERKƏN ORTA ƏSRLƏRDƏ 
(e.ə. IV əsr - b.e.VII əsri) 
 
2 .1. Bərdə alban arşakların hakimiyyəti dövründə  
Bərdə  şəhərinin  tarixinin  qədim  dövrünə  aid  dəyərli  mənbə 
materialları olmadığından və  iqtisadi,  mədəni tarixdən  fərqli olaraq s 
i  y  a  s  i  tarixin  öyrənilməsində  arxeoloji  qazıntıların  mühüm  rol 
oynaya  bilməməsi  səbəbindən  şəhərin  tarixinin  bu  aspektdən 
tədqiqatına  ilk  orta  əsrlər  dövründən  –  qaynaqlarda  Bərdə  (Partav) 
şəhərinə  aid  ilk  məlumatların  mövcud  olduğu  dövrdən  (V  əsrdən)  – 
başlamalı oluruq.  Albaniyada baş  vermiş siyasi  hadisələri  «Albaniya 
tarixi»ndə,  erməni,  gürcü  yazılı  mənbələrində,  müasir  tədqiqatlarda 
və  tarixi  ədəbiyyatda  əksini  tapmış  məlumatlara  əsasən  vaxtilə 
Albaniya  dövlətinin  paytaxtlarından  biri  olmuş  Bərdə  ilə  bilavasitə 
bağlı şəkildə  izləmək  mümkündür (15, s.98-120; 106, s.18-125; 220; 
244;  295,  s.30-41;  296,  s.143-177).  Ölkədə  cərəyan  edən  siyasi 
proseslər  Bərdə  şəhərinin  özündə  və  yaxud  paytaxtı  olduğu 
Albaniyanın  vilayətlərində baş  verdiyindən Bərdənin  siyasi taleyi  ilə 
bağlı  olmuş,  buna  görə  də  tarixçi  və  salnaməçilərin  diqqətini  daha 
çox  cəlb  etmiş,  kifayət  qədər  yazılı  mənbə  materialı  yaranmışdır. 
Qaynaqlar  içərisində  mötəbər  mənbələrdən biri olan M.Kalankatlının 
«Albaniya  tarixi»  əsərində  bildirilir  ki,  «Ölkənin  paytaxtı  əzəmətli 
Bərdə  şəhəridir»  (136,  k.1,  f.4;  15,  s.61).  Şübhə  yoxdur  ki,  ölkədə 
baş  vermiş  bütün  siyasi  proseslər  onun  paytaxtı  ilə  bağlı  olmuşdur. 
Bərdənin siyasi tarixi də məhz bu bağlılıqda öyrənilməlidir.  


30 
 
Mənbələrdə  Qafqaz  albanları  ilk  dəfə  e.ə.  IV  əsr  hadisələri  ilə 
əlaqədar  xatırlanır (195, III, 8, 4). Qafqaz  Albaniyası dövləti e.ə. IV-
III əsrlərin qovşağında  meydana çıxmışdır.  B.e. I  əsrində  Albaniyanı 
Arşakilər  soyu  idarə  etmişdir.  Alban  və  erməni  müəllifləri  məlumat 
verir  ki,  Albaniyanın  cənub  sərhəddi  bu  dövrdə  Araz  çayı  boyunca 
keçmişdir  (136, k.1,  f.4; 314, k.2, 8), başqa  sözlə bütünlüklə Kür  və 
Araz  çayları  arası  Albaniya  çarlığının  tərkibinə  daxil  olmuşdur. 
Qardman,  Sakasena,  Uti,  Ərsak,  Paytakaran,  Sisakan  Qarabağın 
tarixi  torpaqları  idi  (136,  k.4.  f.  50;  6,  c.2,  s.15-21).  Azərbaycanın 
dilçi  alimləri  Ərsak  (Artsak)  toponiminin  “ar”  və  “saq,  (şaq)//saq”-
dan  yaranan  Arsaq  (Arşaq//Arsaq)  sözünün  öncə  şəxs  adı  kimi 
işləndiyini, sonralar onun sülaləsinin və yaşadığı yerin adının da belə 
adlandırıldığını,  iki  tərkib  hissədən  ibarət  olan  “Ərsaq”  sözünün 
birinci  hissəsinin  –  “ar//ər”,  demək  olar  ki,  bütün  türk  dillərində 
“igid”,  “kişi”,  “qırmızı”,  ikinci  hissəsinin  isə  qəbiləbirləşməsi  adı 
Saq  (166,  s.43),  həmçinin  türkcə  art  –  “dağlıq  ərazi”,  “yüksəliş”  və 
“sak”  sözlərindən  ibarət  olub  “sak  dağlıq  ərazisi”  mənası  verdiyini 
bildirirlər (105, s.331, 338). Rus müəllifi A.Xazanov təsdiq edirdi ki
«Qarabağ əyalətlərindən biri olan Arsak öz adını  sakların  «cəsarətli» 
və «kişi» sözündən götürülmüş-dür». M.Xorenlinin bildirdiyinə görə: 
«… irsi olaraq bütün Alban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, 
Araks  (Araz  –  müəllif)  çayından  başlayaraq  Hunarakert  adlanan 
qalayadək  (Ağstafa  zonası  –  müəllif)  girdmanlar,  savdeylər  və 
qarqarların  ərazisi  idi»  (314,  k.2,  8).  Bu  məlumatı  alban  tarixçisi 
M.Kalankatlı da təsdiq edir (136, k.1, f.4; 126, s.56, 57). Aydındır ki, 
«…parfiyalı Valarşak (yəqin ki, I Vologez (51/52-79/80) cəsur Aranı 
ölkənin (b.s. Albaniyanın) hakimi təyin etmişdi» deyilərkən söhbət e. 
ə.  I  əsr  hadisələrindən  gedir.  Maraqlıdır  ki,  albanların  «daim 
yalançılıq  edən  adamlar»  olması  məlumatını  da  Moisey  Xorenli 


31 
 
vermişdir  (314,  k.3,  3;  126,  s.56).  Alban  tayfalarından  utilər, 
sovdeylər  və  qarqarlar  Qarabağda  yerləşirdilər.  Göründüyü  kimi, 
bütünlüklə  Kürün  sağ  sahili  boyu,  Araz  çayından  Ağstafaya  qədər 
alban  tayfaları  yayılmışdı.  Beləliklə,  qaynaqlar  Qarabağ  bölgəsinin 
tayfalarının  türk  mənşəli  olması  və  bu  ərazinin  Albaniya  dövlətinə 
məxsus olmasını təsdiq edir.  
Qarabağ  torpaqları  heç  cür  Ermənistanın  «əzəli»  torpağı, 
tarixi  ərazisi  ola  bilməzdi.  Bu,  mifologiya  orta  əsr  erməni 
müəlliflərinin  uydurmasıdır  və  indiyə  qədər  erməni  tarixşünaslığına 
daxil  edilmişdir  (184,  s.16).  Bu,  ermənilərin  öz  tədqiqatlarından  da 
məlumdur:  Ermənilərin  vətəni – Balkanlar, tarixi Frakiya  vilayətidir; 
ilk  erməni  dövləti  K içik  Asiyada  yaranmışdır;  Qafqaza  ermənilər 
XIX  əsrin  əvvəllərində  gəlmişlər.  Buna  görə  də  Qarabağ  ərazisinin 
e.ə.  IV-I  əsrlərdə  «Ermənistanın»  tərkibinə  daxil  olmasını 
düşünməyin  hər  hansı bir əsas  yoxdur. Əvvəla, əgər bu belə olsa  idi, 
onda  Midiya satrapı  Atropat Kür  və  Tərtər çayları arasında  yerləşən 
sakasenlərə  başçılıq  etmək  imkanına  malik  olmazdı.  Bununla 
bərabər,  yaxşı  məlumdur  ki,  Qavqamela  döyüşündə  (e.ə.  IV  əsrin 
sonları)  midiyalılar,  Atropatın  başçılıq  etdiyi  kadusilər,  albanlar  və 
sakasenlər  ilə  «birləşmişdilər».  Üçüncüsü,  həmin  dövrdə  nəinki 
erməni  «mərkəzləşmiş  quldarlıq  dövləti»,  ümumiyyətlə  heç  bir 
erməni dövləti olmamışdır (184, s.16).  
I-IV  əsrlərdə  Albaniyanın  vəziyyəti  Qafqazda  son  dərəcə 
yaxşı  olmuşdur.  Gah  romalıların,  gah  da  parfiyalıların  təsiri  altında 
olan  digər  dövlətlərdən  fərqli  olaraq  Albaniya  müstəqilliyni 
itirməmişdir, bunu alban sikkələri də təsdiq edir (329, s. 81-96).  
Albaniyanı  əyalət  kimi  Roma  imperiyasının  tərkibinə  daxil  etmək 
romalılara  müyəssər  olmamışdır  (363,  s.121).  II  əsrin  əvvəllərində 
bütün  Qafqaz  Romadan  asılı  olanda  da  təkcə  Albaniya  müstəqil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə