Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   ...   68

10 
 
əvvəl  ümummilli  liderimiz  Heydər  Əliyevin  vaxtilə  verdiyi  göstəriş 
və  qərarları  ilə  bağlıdır.  Ulu  Öndərin  imperativ  şəkildə  dediyi 
«Azərbaycanın  qədim  şəhərlərinin  tarixi  öyrənilməlidir»  fikri 
tarixçiləri ruhlandırdı, onların qarşısında böyük məsuliyyət qoydu, bu 
səpkidə  mövzuların  tədqiqinə  diqqəti  artırdı.  Bu  baxımdan  Ulu 
Öndər  Heydər  Əliyevin  «Tariximizin  hər  səhifəsi  bizim  üçün 
əzizdir»,  «Xalq  gərək  daim  öz  kökünü  xatırlasın»  aforizmlərinin  də 
böyük  təsiri  oldu.  Azərbaycanın  qədim  və  orta  əsr  şəhərlərinin 
müxtəlif  aspektdə  öyrənilməsi  şəhər  tarixşünaslığımızın  bir  çox 
problemlərinin üzərinə işıq salmışdır. Azərbaycan tarixçiləri arasında 
şəhər  tarixi  problemi  ilə  məşğul  olan  böyük  bir  alimlər  ordusu 
formalaşmışdır 
(S.B.Aşurbəyli, 
M.X.Heydərov, 
H.Ə.Ciddi, 
Q.M.Əhmədov, 
S.M.Onullahi, 
İ.A.Babayev, 
N.M.Vəlixanlı, 
V.H.Əliyev,  T.M.Məmmədov,  A.B.  Nuriyev,  Ş.F.Fərzəlibəyli, 
R.İ.Məmmədov, 
İ.M.Cəfərzadə, 
İ.N.Əliyev, 
F.V.Qədirov, 
R.M.Vahidov,  E.Q.Mirzəyeva  və  b.).  Onların  əsərləri,  arxeoloji 
qazıntılar,  yazılı  mənbələr əsasında apardıqları elmi tədqiqatları  həm 
bütövlükdə  tarixşünaslıq,  həm  də  Azərbaycan  şəhərlərinin 
öyrənilməsi  baxımından  böyük  əhəmiyyətə  malikdir.  Həmin  əsərlər 
sırasına  daxil  olan  İ.M.Cəfərzadənin  «Köhnə  Gəncənin  tarixi-
arxeoloji  oçerki»,  İ.H.Əliyev  və  F.V.Qədirovun  «Qəbələ», 
H.Ə.Ciddinin  «Orta  əsr  Şamaxı  şəhəri  IX-XVII  əsrlərdə», 
R.M.Vahidovun  «Mingəçevir  III-VIII  əsrlərdə»,  M.X.Heydərovun 
«Şəhərlər  və  şəhər  sənətkarlığı»,  «XIII-XVII  əsrlərdə  Azərbaycan 
şəhərlərində  sosial-iqtisadi  münasibət  və  sənətkarlıq  təşkilatları», 
S.B.Aşurbəylinin «Bakı şəhərinin tarixi», Q.M.Əhmədovun «Orta əsr 
Beyləqan  şəhəri»,  «Qədim  Beyləqan»,  S.M.Onullahinin  «XIII-XVII 
əsrlərdə  Təbriz 
şəhərinin  tarixi»,  İ.B.Babayevin 
«Qafqaz 
Albaniyasının  antik  şəhərləri»,  V.H.Əliyevin  «Qədim  Naxçıvan», 


11 
 
R.İ.Məmmədovun  «Naxçıvan  şəhərnin  tarixi  oçerki»,  F.Ə.Əliyevin 
«XVIII  əsrin  ikinci  yarısında  Azərbaycan  şəhərləri»  və 
Ş.F.Fərzəlibəylinin  «Quba  tarixi»  Azərbaycan  tarixşünaslığında 
mühüm  yer  tutur  (adı  çəkilən  əsərlərə  dair  mənbə  və  ədəbiyyat 
göstəricisində  kifayət  qədər  məlumat  verilmişdir).  Bərdə  şəhərinin 
tarixinin problem olaraq tarixşünaslığını araşdırmağa başlamamışdan 
öncə əvvəldə qeyd  etdiyimiz bir  məsələni təkrarən diqqət  mərkəzinə 
çəkmək  istərdik.  Bu  da  ondan  ibarətdir  ki,  son  vaxtlara  qədər  yazılı 
mənbələrin  azlığı 
və  arxeoloji  tədqiqatların  kifayət  qədər 
aparılmaması  səbəbindən  Bərdə  şəhərinin  tarixi  dərindən 
öyrənilməmiş,  elə  bu  səbəbdən  də  Bərdə  elmi  ədəbiyyatda  orta  əsr 
şəhəri  kimi  təqdim  edilmişdir.  Odur  ki,  biz  problemin  öyrənilmə 
dərəcəsini təhlil edərkən tarixşünaslığın araşdırılmasında  təkcə  yazılı 
mənbələrlə kifayətlənməmiş,  təhlili  ilk dəfə olaraq yazılı  mənbələrdə 
əldə 
edilən 
məlumatlardan, 
Bərdə 
şəhərinin 
arxeoloji 
materiallarından  və  qlobal  şəhər  probleminin  öyrənilməsi 
təcrübəsindən 
istifadə 
etməklə 
aparmışıq. 
Bu 
baxımdan 
monoqrafiyada  təkcə  Azərbaycanın  deyil,  keçmiş  SSRİ  məkanına 
daxil  olan  şəhərlərin,  eləcə  də  Asiya  və  Avropanın  bir  çox 
şəhərlərinin  tarixinə  dair  əsərlərə,  o  cümlədən  Yaxın  və  Orta  Şərq 
ölkələrinin  şəhər  problemlərinə  dair  elmi  ədəbiyyata  geniş  nəzər 
yetirilmişdir.  Bərdənin  tarixinin  öyrənilməsinə  son  dövrlərdə 
təşəbbüslər  göstərilsə  də  hərtərəfli  tədqiqatlar  aparılmamış,  yalnız 
müxtəlif  səpkidə kiçik  həcmli  bir sıra  əsərlər çap edilmişdir. Həmin 
əsərlər  şəhərin  arxeoloji  tədqiqinə  həsr  edilmiş  kitab  (322),  tarixi-
arxeoloji oçerk (154)  və orta əsrlər dövrünə aid dərs vəsaitindən (90) 
ibarətdir.  Bərdə  şəhərinin  tarixi  probleminə  bir  namizədlik 
dissertasiyası  həsr  edilmişdir  ki,  burada  da  əsasən  şəhərin  gil  qab 
məmulatı  öyrənilmişdir  (9).A.B.Nuriyevin  «Orta  əsr  Bərdə  şəhəri» 


12 
 
kitabı  Bərdə  şəhərində  1984-1985-ci  illərdə  arxeoloqun  özünün 
rəhbərlik  etdiyi  arxeoloji  ekspedisiyanın  aşkarladığı  materiallar 
əsasında  yazılmışdır  (322).  Həmin  kitabda  Bərdənin  orta  əsrlər 
tarixinə  qısa  şəkildə  toxunulmuş,  əsasən  qazıntı  zamanı  müxtəlif 
mədəni  təbəqədən  aşkar  edilmiş  arxeoloji  məmulatların  təsnifatı 
verilmişdir.  Bərdənin  sonuncu  arxeoloji  tədqiqatlarına  həsr  edilmiş 
əsər  A.B.  Nuriyev  və  Ə.H.Babayevin  birgə  yazdıqları  «Bərdə 
şəhərinin  tarixi-arxeoloji  oçerki»dir  (2001-ci  il).  Əsər  Bərdənin 
arxeoloji  tədqiqini  əks  etdirmək  baxımından  əhəmiyyətlidir  (136). 
Son  dövrlərdə  özlərinə  vətən  tarixi  yaratmaq  istəyən  erməni 
«tarixçiləri»  Bərdəni  də  uydurma  «böyük  Ermənistan»a,  «Şərqi 
Ermənistan»a  daxil  etmiş,  guya  onlara  məxsus  qədim  yaşayış 
məskəni  olması  barədə  iddialar  irəli  sürmüşlər.  2006-cı  ilin  iyun 
ayında yaradılmış ekspedisya (bax: səh.8-9)  
Bərdə şəhərinin qədim yeri hesab edilən «Şortəpə» abidəsində 
arxeoloji  tədqiqat  işləri  apardı.  100  kv.m  sahədə  aparılan  qazıntı  5 
metr  dərinliyə  qədər  davam  etdirilərək 
mədəni  təbəqənin 
stratiqrafiyasını  müəyyənləşdirdi.  Arxeoloji  tədqiqat  işləri  zamanı 
Bərdə  şəhərinin  antik  dövr  tarixini  öyrənmək  baxımından  maraqlı 
maddi  mədəniyyət  materialları aşkar edildi.  Belə ki, qədim dövrə aid 
təbəqədə  çay  daşı  və  çiy  kərpiclə  tikilmiş  divar  qalıqları  açıldı. 
Həmçinin  müxtəlif  təyinatlı  və  rəngarəng  saxsı  məmulatı,  o 
cümlədən  küp,  kuzə  tipli  qab,  bardaq,  kasa,  döyrə,  boşqab  tipli 
təsərrüfat,  məişət  və  süfrə qabları,  həmçinin kiçik  həcmli  metal əşya 
və  şüşə  qırıqları,  eləcə  də  kirəmit,  dən  daşları,  metal  ərintisi,  ocaq 
yerləri, habelə təsərrüfat məhsullarının (arpa, buğda, darı) çürüntüləri 
və  s.  aşkar  edildi  (15).  Bərdə  şəhərinin  qədim  tarixinin 
öyrənilməsində  xüsusi  əhəmiyyətə  malik  olan  bu  maddi  materiallar, 
qeyd  etdiyimiz  kimi,  şəhərin  tarixinin  2500  il  olduğunu  sübutlarla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə