Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   ...   68

16 
 
tarixi  əhəmiyyətli  və  maraqlı  məlumatlar  verir.  Əsərinin  əvvəlində 
Albaniyanın  coğrafi  yeri  və  təbiətindən  bəhs  edən  M.Kalankatlı 
göstərir  ki,  bu  ölkənin  paytaxtı  Bərdə  şəhəridir  (136,  k.1,  f.4). 
M.Kalankatlı  əsərinin  sonrakı  bölmələrində  də  bəzi  hadisələri  şərh 
edərkən  Bərdə  ərazisinin  təbiəti  haqqında  geniş  təsəvvür  yaradır. 
Məsələn,  o,  III  Vaçaqan  dövründə  Kürsahili  qalın  meşələr, 
şəhərətrafı  bağlar,  istirahət  və  ov  yerləri  haqqında,  həmçinin  Kür 
çayının  təbii  xüsusiyyətləri,  onun  sahillərinin  vətəgələr  üçün 
yararlılığı  barədə,  bölgənin  təbii  şəraiti,  sərvətləri  və  təsərrüfatı 
haqqında  məlumatlar  verir  (136,  k.1).  M.Kalankatlı  yazır: 
«Dağlararası düzləri keçib (Viro  və digərləri  nəzərdə  tutulur – Q.H.) 
Uti  vilayətinin  gözəl,  hamar  və  bərəkətli  düzənliklərinə  enəndə,...» 
(136,  k.2,  f.14).  Burada  verilən  təbii- coğrafi  ərazi  təsviri  Bərdə 
ərazisinin  təsviridir.  Bərdənin  təbii  şəraiti  haqqında  buna  bənzər 
məlumatlara əsərin başqa  yerlərində də rast  gəlinir.  Bərdə ərazisinin 
təbii  xüsusiyyətləri  haqqında  yunan,  latın  və  alban  mənbələrində 
olduğu  kimi,  ərəb,  fars  və  türk  dilində  olan  mənbələrdə  də  dəyərli 
məlumatlar  vardır.  Həmin  mənbələr  əsasən  coğrafiyaşünasların  və 
səyyahların  əsərləri  olduğundan,  onlardan  da  Bərdənin  təbii-coğrafi 
xüsusiyyətlərinə  dair  məlumat  almaq  mümkündür.  Fars  dilində 
yazılmış  «Hüdud-əl-aləm»də bildirilir ki,  «...Bərdə böyük  və  zəngin 
şəhərdir.  O,  Arranın  paytaxtı  və  bu  əyalətin  şahının  daimi 
iqamətgahıdır.  Orada,  onun  ətrafında  meyvə  və  taxılla  zəngin  olan 
geniş, çiçəklənən  əkinlər  var. Orada tut ağacları çoxdur» (97, s. 36). 
Ərəb  müəllifləri  də  Bərdənin  təbii-coğrafi  ərazisi  və  s.  barədə 
maraqlı  məlumatlar  verirlər.  Məsudi  bildirir  ki,  «Kür  çayı  Tiflis 
ölkəsindən  və Curzan torpaqlarından, Suqdəbil  şəhərindən, sonra  isə 
Bərdə  vilayətindən  axır»  (302,  s.33).  O,  daha  sonra  qeyd  edir  ki, 
«Kür öz  yolunu  Bərdənin  üç  milliyindən (1 coğrafi  mil 7640  m.-ə, 1 


17 
 
mil 2-3 km-ə bərabərdir – Q.H.) davam etdirir və onun əyalətlərindən 
biri olan Beyləqanın yanından keçir» (302, s.58). Əbu-Duləf Bərdədə 
müalicə əhəmiyyətli  isti su bulaqlarından danışır (173, s.75-85). Əl-
Fəqih Bərdənin təbii sərvətlərindən bəhs edərək yazır: «Arranda civə, 
mis  kuprosu,  mis  və  gümüş-qurğuşun  yatağı  vardır.  Ora  yerli  fıstıq, 
şabalıd və çox gözəl şeylər düzəldilən tozağacı ağacları ilə zəngindir; 
həmin  tozağacı  ağacları  Bərdə  ölkəsindəki  ağac  və  kollarla  zəngin 
olan  qalın  meşələrdədir.  Ər-Rəhman  adlanan  bu  meşə  Xəzərə  qədər 
uzanır  və  Xavarəzm  ölkəsinə  daxil  olur»  (267,  s.39).  İbn  Rusta  isə 
qısaca olaraq qeyd edir ki,  «Kür çayı  Alanlar ölkəsindən axır, Tiflis 
və Bərdənin yanından keçir, Təbəristan dənizinə tökülür» (266, s.35). 
İstəxri  Bərdənin  təbii  xüsusiyətlərinə  görə  digər  şəhərlərdən 
fərqləndiyini qeyd edərək yazır ki, «Arranda Bərdə, Bab əl-Əbvab və 
Tiflisdən  böyük  şəhər  yoxdur  (173,  s.89).  Beyləqan,  Varsan, 
Bərdinc,  Bərzənc,  Şamaxı,  Şirvan,  Abxaz,  Şabran,  Qəbələ,  Şəki, 
Cənzə, Şəmkir, Xunan böyüklüyünə, çiçəklənməsinə və məhsullarına 
görə çox da diqqəti cəlb edən şəhərlər deyil. Kür çayının  suyu şirin, 
sağlam  və  yüngüldür»  (8,  s.110-117;  173,  s.85-102;  270,  s.21). 
İstəxri xüsusi olaraq bildirir ki, Bərdə «sağlam iqlimli, münbit, çoxlu 
əkin sahəsi  və bol  meyvəsi olan  yerdir. İraqla Xorasan arasında  Rey 
və  İsfahandan  sonra  Bərdədən  daha  münbit  (torpaqlı),  əlverişli 
mövqe  tutan  bir  şəhər  yoxdur.  Buradan  (Bərdədən  –  Q.H.)  bir 
fərsəxdən də az məsafədə, onunla yaxşı münasibətdə olan əl-Ə ndərab 
adlanan  yer  vardır.  Bura  Kərnə,  Ləsub  və  Yəqtan  arasındadır  və 
sahəsi bir  günlük  yol ərazisini  tutur. Bura  hər cür  meyvəli bostan  və 
bağlarla  doludur»  (173,  s.88;  147,  s.151;  270,  s.9).  İbn  Hövqəl 
Bərdənin təbii şəraiti  və ərazisinin təbii  xüsusiyyətləri  haqqında belə 
məlu- mat  verir:  «Bərdə  şəhərinə  gəldikdə,  bura  Ümmu- l  Randır 
(Arranın anası)  (paytaxtı)  və bu  yerlərin ən  yaxşısıdır... Bura parlaq 


18 
 
vəziyyətdə  və  çox  yaxşı  haldadır.  Bu  isə  onun  saf  havasından, 
məhsuldarlığından,  əkinlərin,  meyvə  ağaclarının  və  çayların 
çoxluğundan  irəli  gəlir.  Rey  və  İsfahandan  sonra  İraqla  Təbəristan 
arasında  Bərdətək  böyük  və  məhsuldar,  tutduğu  mövqe  və  xəzinəyə 
verdiyi  gəlirə  görə  yaxşı  yer  yoxdur»  (173,  s.108;  181,  s.86). 
Müqəddəsinin  məlumatı:  «O  ki  qaldı  Arrana,  o,  vilayətin  üç 
hissəsini,  Arras  çayı  ilə  dəniz  arasındakı  yarımadanı  tutur,  Məlik 
(Kür)  çayı  vilayəti  ortadan  bölür.  Onun  paytaxtı  Bərdə  şəhəridir. 
Bərdə baş şəhərdir... Bərdədə şəhəri kəsib keçən çay var, Kür çayı isə 
şəhərdən  iki  fərsənglikdədir.  Bərdə  gözəl şəhərdir»  (173, s.125-140; 
302,  s.7).  İstəxri  və  İbn-Xordadbeh  Arran  və  K ürlə  bərabər  Kərnə 
(Gərnə)  sözlərini  işlədir  ki,  bu  da  Bərdənin  toponimlərinə  aid 
məlumatı  zənginləşdirir (173,  s.88; 269,  s.11).  Bərdənin coğrafi  yeri 
haqqında  İbn  Rusta  bildirir  ki,  «Adərbaycan:  …  Bərdə,  Nəşəva, 
Sisacan,  Arzan,  Xilat  beşinci  iqlimdədir»  (266,  s.43).  Yaqut  əl-
Həməvinin  yazdığına  görə,  «Kitab  əl  məlhəmə»  əsərinin  müəllifi 
danışıb  ki,  Bərdə  şəhəri  yetmiş  doqquz  dərəcə  otuz  dəqiqə  uzunluq, 
qırx  beş  dərəcə  en  dairəsində,  altıncı  iqlimdə  yerləşir.  Əbu  Avn  isə 
öz  astronomik  cədvəlində  Bərdəni  beşinci  iqlimin  yetmiş  dərəcə 
uzunluq  və qırx  üç dərəcə endə  göstərir  (40, s.150-154; 382, s.134). 
Əl-Biruni (X-XI əsrlər) «Məsud cədvəli»ndə Bərdəni beşinci iqlimdə 
göstərir  və  qeyd  edir  ki,  Bərdə  Kür  çayı  yaxınlığındadır  (8,  s.146). 
Əl-İdrisi coğrafi ərazilər  haqqında danışarkən qeyd edir ki,  «Beşinci 
iqlimin  altıncı  hissəsinin  əhatə  etdiyi  yerlərə...  Azərbaycanın  bəzi 
şəhərləri və bütün Arran daxildir. Biz buna Bərdə şəhərinin təsviri ilə 
başlayırıq.  Çünki  bura  Arran  ölkəsinin  paytaxtıdır.  Bu  şəhər  çox 
böyükdür, onun uzunluğu 3 milə qədərdir, eni də bundan az deyildir» 
(173,  s.150).  Həmdullah  Qəzvini  də  Bərdəni  beşinci  iqlimə  aid  edir 
və  göstərir  ki,  Bərdənin  «yerləşdiyi  coğrafi  yer  uzunluğu  80,  eni  40 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə