Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   2   3   4   5   6   7   8   9   ...   68

19 
 
dərəcə  20  dəqiqədədir...»  Sonra  müəllif  yazır:  «Suyu  kiçik  çaydan 
götürürlər ki, o da Tərtər (adı ilə) tanınır» (370, s.22).  
Həmdullah Qəzvini  Bərdə şəhərinə  məxsus olan yay  iqamətgahından 
da bəhs edir:  «Hərik – Bərdəyə  yaylaq (yay  iqamətgahı) kimi qulluq 
edir  və o çox cazibədar  və  gözəl  yerdir, bulaq suları,  zəngin  yaşıllıq 
və ov üçün  yerlərlə  zəngindir. Bərdə əhalisi  yayda oraya  gedir, qışda 
isə  şəhərə  qayıdır»  (370,  s.22).  Məcdəddin  əl-Hüseyni  (Məcidi)  də 
(XVI  əsr)  Bərdənin  beşinci  iqlimə  aid  olduğunu  qeyd  edir  (399,  
s.104).  Bərdənin  koordinatları  Nəsirəddin  Tusinin  və  Uluqbəyin 
astronomik  bölgülərə  aid  cədvəlində  də  verilmişdir  (8,  s.20).  Bərdə 
şəhərinin  gözəlliyinin  təsvirinə  Nizami  Gəncəvinin  «İskəndərnamə» 
poemasında da rast  gəlirik:  «Bərdə nə  gözəldir, necə qəşəngdir,  Yazı 
da,  qışı  da  güldür,  çiçəkdir.  İyulda  dağları  lalələr  səpər,  Qışını 
baharın  nəsimi  öpər.  O  yaşıl  meşəsi  cənnətə  bənzər,  Şən  ətəklərinə 
bağlamış  kövsər.  Söyüdlük  çöllərə  vermişdir  zinət,  Ağ  bağı  elə  bil 
həqiqi  cənnət.  Q ırqovul  yuvası  hər  sərv  ağacı,  O xuyur  kəkliyi,  ötür 
turacı.  Səssizlik  içində  dincəlir  gülşən,  Torpağı  silinmiş  qayğı, 
kədərdən. Reyhanı yaşıldır illər uzunu, Hər çeşid naz- nemət bürümüş 
onu. Yem üçün quş gələr bu gözəl yurda, İstəsən «quş südü» taparsan 
burda.  Torpağı  yoğrulmuş  qızıl  suyundan,  Elə  bil  hər  yanda  bitmiş 
zəfəran.  O  yaşıl  yerləri  dolaşıb  gəzsən,  Şənlikdən  başqa  bir  xəyal 
görməzsən» (147,  s.372).  Bərdəni  tərənnüm edən  ulu şair bu  zəngin 
şəhərin  yerləşdiyi  məkanın  bənzətmə  və  poetik  ümumiləşdirmələrlə 
mənzərəsini  yaratmışdır.  Nisbətən  son  dövrün  mənbələrində  də 
Bərdə  haqqında  məlumatlar  verilmişdir.  Məsələn,  Abbasqulu  ağa 
Bakıxanov  Bərdənin  öz  dövründəki  görkəmi  və  vəziyyəti  haqqında 
qısa  məlumat vermışdır (208, s.49).  Yusif Vəzir Çəmənzəminli qeyd 
etmişdir ki,  «min  sənə əvvəl  Bərdə bağlı-bağçalı,  gözəl bir şəhər  idi. 
Çoxlu  hamamlar,  karvansaralar,  bazarlar  şəhəri  zinətləndirirdi...» 


20 
 
(20,  s.27).  Qədim  tarixi  mənbələrin  və  tədqiqat  əsərlərinin 
araşdırılması  nəticəsində  belə  bir  qənaətə  gəlmək  olur  ki,  Bərdə 
Qafqaz  Albaniyasının  geniş  düzənlik  əraziyə,  əkinə  yararlı 
torpaqlara,  təbii  və süni su  hövzələrinə,  malik olan Uti  nahiyəsində, 
Kür çayı  ilə  Tərtər çayının  arasında  yerləşmişdir. İki tərəfdən çaylar, 
digər  tərəflərdən  böyük  göl  və  ucsuz-bucaqsız  meşələr,  otlaqlar, 
əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin, eyni zamanda 
Albaniyanın  mərkəzində  yerləşmiş,  ətrafda  olan  həm  düzənlik,  həm 
də  dağlıq  hissələrin  təbii  sərvətləri  ilə  əhatədə  olmuş,  əhali  qeyd 
edilən  təbii  şərait  və  sərvətlərdən  bəhrələnmişdir.  Ərazicə  beşinci 
iqlimdə  yerləşən,  təbii-coğrafi  cəhətdən  özünəməxsus  müsbət 
xüsusiyyətlərə  malik olan Bərdədə  müxtəlif  təsərrüfat  növləri  inkişaf 
etmiş,  burada  sənətkarlığın  meydana  çıxmasına  zəmin  yaranmış  və 
bütün  bunlar  şəhərin  əmələ  gəlməsi  və  inkişafında  mühüm  rol 
oynamışdır.Beləliklə, əlverişli təbii şəraitə və strateji  mövqeyə  malik 
olan Bərdə ərazisində təsərrüfatın, sənətin  yüksək  inkişafı  zəminində 
şəhər  əmələ  gəlmişdir  (31,  s.25;  44,  s.149;  51,  s.45;  96;  112,  s.15; 
206,  s.18;  241,  s.12;  279,  s.14;  294,  s.15;  342).  İndiki  Bərdə 
şəhərinin  şimal-qərbində  yerləşən  «Şortəpə»  e.ə.  III  minillikdə 
yaşayış məskəni, e.ə. IV əsrdən etibarən şəhər olmuşdur.  
1.2. Şəhərin adının etimologiyası.  Tarixən qədim olan  hər bir 
şəhərin  adının  etimologiyası  tədqiqat  obyekti  kimi  böyük  maraq 
doğurur.  Bu  baxımdan  Bərdə  şəhəri  də  diqqəti  cəlb  edən  obyektdir. 
Bərdənin  adının  tarixi 
mənbələrdə  çəkilməsi  ilə  əlaqədar 
araşdırmalarımızı,  «Bərdə»  toponimi  və  adın  etimologiyası  ilə  bağlı 
mənbə  məlumatlarını  və  tədqiqatçıların  fikirlərini  müqayisəli şəkildə 
təqdim edirik. Fikrimizcə, özündə şəhərin tarixi keçmişini əks etdirən 
Bərdə adının  zaman-zaman  inkişaf  və  tənəzzüllə bağlı  məruz qaldığı 
dəyişikliyi,  adın  mənasını  öyrənməklə  tarixi  adın  səciyyəvi 


21 
 
xüsusiyyətini,  müasirlikdə  rolunu  qiymətləndirməyin  tədqiqat  üçün 
əhəmiyyəti  olacaq.  Bərdə  şəhərinin  adı  ilə  bağlı  ən  qədim  yazılı 
məlumat  ilk  orta  əsrlərə  aid  olan  alban,  erməni  və  gürcü 
mənbələrində  saxlanmışdır  (136,  k.1,  f.5;  244.  s.32;  295,  s.  62). 
M.Kalankatlının  Albaniya  tarixi əsərində  Bərdənin (Partav)  adı daha 
çox  çəkilir,  onun  tarixi  coğrafiyasına,  siyasi,  iqtisadi,  mədəni 
həyatına  dair  geniş  məlumatlar  verilir  (136,  k.1,  f.2,  3),  lakin  Bərdə 
sözünün  etimologiyası  haqqında  məlumata  rast  gəlinmir.  Bərdənin 
adı  ilk olaraq orta əsr  (V-VIII əsr)  gürcü  mənbələrində qədim  gürcü 
əfsanələri  əsasında  şərh  edilir.  Gürcü  tarixçisi  Leonti  Mrovelinin 
«Kartli  çarlarının  həyatı»  adlı  xronikasında  Bardos  haqqında 
söylənilən  rəvayətin  Bardiyaya  (Bərdəyə)  aid  olduğu  qeyd  edilir 
(315,  s.  22).  Bərdənin  adı  ulu  dastanımız  Dədə  Qorqud  əsərində  də 
çəkilir  (17;  388,  s.28).  Doqquzuncu  Oğuznamədə  deyilir:  «… 
Qorqud Begil adında bəyi razı  saldı, özü ona qılınc  verdi, barmağına 
qolçaq  taxdı,  əmr  etdi  cəsur  at  gətirdilər,  onun  yurtunu  çıxardı  və 
bəyi  Bərdə  və  Gəncəyə  göndərdi  ki,  oğuz  ilini  (elini- müəllif) 
qorusun»  (181,  s.365;  289,  s.143).  Orta  əsrlər  ərəb  və  fars 
mənbələrində  Bərdənin  adı  dəfələrlə  çəkilir,  lakin  onlarda  da 
«Bərdə»  toponimi  izahını  tapmır  (8,  s.67,  77,  110,  137,  164,  169, 
179;  173;  318).  Yalnız  Yaqut  əl-Həməvi  üç  yerdə  «Bərdə»  adlı 
məntəqənin  olduğunu  qeyd  edir 
və  «Bərdə»  toponiminin 
etimologiyasını  açmağa  səy  göstərir.  O,  «Bərdə»  sözünün  fars 
mənşəli  «Bərdədar» olub,  «əsir etmə  yeri»  mənası  verdiyini  bildirir. 
Sonra  şərh  edir  ki,  hökmdarlar  ətraf  yerlərdən  tutduqları  əsirləri 
dustaq kimi burada saxlayırdılar (40,  s.88; 382, s.12).  Hətta bəziləri 
bu  fikri  ifratlaşdırıb  yazır  ki,  «əyalətlərdən  tutduqları  əsirləri  gətirib 
burada  məskun edirdilər» (400, s.153). Əvvəla, Yaqut əl-Həməvidən 
əvvəl  və sonra  heç bir  müəllif  «Bərdə»  toponimini dustaq  saxlanılan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə