Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

25 
 
və  tədqiqat  əsərlərində  sakların  e.ə.  VIII-VII  əsrlərdə  Azərbaycana 
gəlməsi  və  Kür-Araz  ovalığında  yerləşməsi  barədə  məlumat  verilir 
(112; 185; 379).  Bildirilir ki, saklar  indiki Bərdə şəhərindən Qafqaz 
dağlarına  qədər  böyük  bir  ərazini  tutmuşdular.  Həmin  sak  tayfaları 
içərisində «bərdor» adlı tayfanın mövcud olduğundan bəhs edilir (11; 
252;  379).  Bərdənin  adına  və  onun  etimologiyasına  bu  nöqteyi-
nəzərdən  yanaşmalar  da  vardır.  Ə.Haqverdiyev  Bərdənin  adının 
eradan  əvvəl  Cənubi  Qafqaza  gəlmiş  saklar  içərisindəki  bərdorların 
adından götürüldüyünü yazır (90, s.16-17).  
Məhərrəm  Bayar  göstərir  ki,  «saklar  (albanlar,  sakasenlər, 
gögərənlər,  taoklar,  phasianlar,  pakturlar  və  konduklar)  türkmən 
uluslarındandır»  (119).  M.Bayara  görə,  sak  (iskit)  türklərinə 
assuriyalılar  «aşkuzan\işkuza»,  yəhudilər  Tövratda  «aşkenaz», 
yunanlar  «skcuthe»,  farslar  «saki»,  hindlilər  «sakya»  deyirdilər» 
(119).  A.Zəki  Vəlidi  Toğan  apardığı  araşdırmalarda  G.Nemet, 
Qutşmidt,  O.Franke,  N.Aristov,  Edvard,  Meyer,  Mortmann  kimi 
görkəmli  türkoloqların  sakların  türk  olduğunu  qəbul  etdiklərini 
bildirir (394).  
Herodotun  yazdığına  görə,  Qaqunun  oğlu  Parati  Anadolunu, 
Fələstini,  Suriyanı  almış  və  e.ə.  634-cü  ildə  Misirə  hücum  etmişdi. 
Strabona  görə,  Qaqu  və  Gögün  (Assuriya  mənbələrində  Lu  kimi  də 
adı çəkilir) rəhbərliyi  ilə saklar Arandan cənuba  yenərək  Xram suyu 
və  yuxarı  K ür  boylarını  da  tutmuşdular  (119;  259,  I).  Saklar  Xəzər 
dənizinin  şimalından  keçərək  Qafqazı  almışdılar.  İndiki  Qarabağ 
bölgəsində  binələyən  sak  (iskit)  kraliçası  Tomris  e.ə.  529-cu  ildə 
Xəzər  dənizinin  cənubunda  İran  hökmdarı  K uruşu  məğlubiyyətə 
uğratmışdı  (119;  259,  I).  Bərdə  şəhərinin  tarixi  ədəbiyyatda  məlum 
olan adları  və qədim dövrdə adlandırıldığı  gümanları  nəzərdə tutaraq 
apardığımız  araşdırmalar  müəyyən  nəticələr  çıxarmağa  imkan  verir. 


26 
 
Belə  ki,  e.ə.  VIII  əsrdə  Zikertu  vilayətinin  indiki  Mianə-Ərdəbil 
bölgəsində  yerləşdiyi  bildirilir  və  vilayətin  paytaxt  şəhərinin  Parda 
(bu  ad  sonrakı  Bərdə  şəhərinin  adı  ilə  səsləşir)  olduğu  qeyd  edilir. 
Göstərilir  ki,  İşquz  vilayəti  Marağa  ətrafı  torpaqlarda  yerləşirdi. 
Ondan quzeyə doğru Urmu gölünün gündoğan tərəfində Subi və Bari 
adlanan daha  iki qonşu vilayət vardı; yaxşı  möhkəmləndirilmiş Tarui 
və  Tarmakisa  (indiki  Təbriz)  adlı  zəngin  qalalar  Bari  vilayətində 
idilər.  Onun  gündoğan  səmtində  indiki  Qarabağ  bölgəsində  Puluadi 
vilayətinin  paytaxtı  Libliuni  şəhəri  (hazırkı  Varsağan  inzibati 
mərkəzi  yaxınlığında)  yerləşirdi  (183,  s.53-54;  233,  1).  Tarixi 
mənbələrə  əsaslanan  ədəbiyyatda  göstərilir  ki,  «I  Rusa  ilə  savaşı 
tezləşdirmək  üçün  Sarqon  Zikertuya  yollandı.  O,  Mannada 
Urartupərəst  müxalifət  ocaqlarını  dağıtmaq  istəyirdi.  O,  İştaraura 
çayını  keçib  Parda  şəhərində  oturan  Metatti  üzərinə  gəldi.  Çünki 
sonuncu  öz  hərbi  qüvvələrini  kömək  üçün  I  Rusanın  sərəncamına 
göndərmişdi»  (5,  s.61;  233,  1).  Manna  hökmdarı  ilə  müqavilə  üzrə 
Assur çarı Urartudan alıb Assuriyaya qatdığı iyirmi iki qalanı, üstəlik 
bərkidilmiş Uşkaya və Parda şəhərlərini Mannaya qaytarmalı oldu (5, 
s.61; 233, 1). E.ə. 674-cü ildə Manna hökmdarı Ahşeri «mannalıların 
ölkəsindəki  vilayətdə»  gəlib  məskunlaşan  iskitlərlə Assuriyaya qarşı 
ittifaqa girdi. Bu ittifaqa midiyalılar da qoşuldu. Öz yürüşləri ilə Ö n  
Asiyanı qorxu  içində saxlayan  iskitlər  ilə  müqavilə bağladı  (5, s.63). 
Hasaraddon o ittifaqı pozmağa maraq göstərdi. Təxminən 672-ci ildə 
«işqus  (iskit) ölkəsinin çarı» Partatua  ilə  yaxınlaşıb danışığa başladı 
(5,  s.63;  233,  1).  Herodota  görə  (119;  233,  1),  skif-sakların  bir 
başçısının adı Prototiy  (Assur  mənbələrində Partatua)  idi (109, s.96). 
Partatua adını qədim  fars dilindəki  tava  «güc», «qüvvət» («tab» sözü 
də buradandır) sözü  ilə bağlayır  və onun  «Avesta» dilindəki Partava 
–  «döyüş»,  «vuruşma»  sözü  ilə  əlaqələndirirlər  (109,  s.96;  238, 


27 
 
s.103). M.N.Poqrebova yazır: «Hesab edirlər ki, Partatua (Partatua da 
«İşquzlar ölkəsinin çarı»  adlandırılır) Prototiy  formasında Herodotda 
skif  çarı  Madyanın  atası  kimi  xatırlanır»  (277,  s.48)  İqrar  Əliyev 
«Midiya  tarixi»ndə  Bardiya  haqqında  ətraflı  məlumat  verir  (183). 
Həmin  Bardiyanın  Bərdə  ilə  nə  dərəcədə  əlaqəsi  olmasını 
müəyyənləşdirməyə  də  maraq  yaranır.  Məmmədtağı  Zöhtabi  «İran 
türklərinin əski  tarixi»ndə Qaumat-Bardiya-Zöhhak  haqqında şərhlər 
verir,  Bardiyanın  (Qaumata)  qiyamından  xüsusi  bəhs  edir  (397, 
s.643-657).  Bunlardan  əlavə,  tarixi  ədəbiyyatda  Makedoniyalı 
İskəndərin Şərqə doğru  yürüşləri  ilə bağlı bəzi  maraqlı  faktlar da öz 
əksini  tapır.  Baryaks  adlı  birisi  makedoniyalıların  hakimiyyətinə 
qarşı  üsyan qaldırıb özünü Parsa  və  Madanın çarı elan edir.  Atropat 
öz  gücü  ilə  Baryaksın  üsyanını  yatırır.  Üsyançını  əsir  edib, 
makedoniyalılara  verirlər.  Baryaks  Pasarqadda  qətlə  yetirilir  (183, 
s.79).  Görünür  Nizaminin  «İskəndərnamə»  poemasındakı  Bərdə 
hökmdarı  (Nüşabə)  surəti  də  İsgəndərin  müasiri  olmuş  Alban  çarı 
haqqında  antik  müəlliflərin  verdikləri  məlumatlara  söykənir  (183, 
s.92).  Skiflərin  Şimali  Azərbaycan  ərazisində  yayılması  yeni 
tədqiqatlarda  çox  mühüm  yer  tutur.  Burada  skif  mədəniyyətinin 
izlərinin  tarixi-arxeoloji  öyrənilməsi  indiyə  qədər  qaranlıq  qalan 
problemlərin həllinə imkan verir (16; 94; 250; 117; 300; 369). Skiflər 
haqqında  qiymətli  tədqiqatlardan  biri  olan  Azər  Həsənovun  “Çar 
skiflər”  adlı  monoqrafiyasında  qeyd  edilir  ki,  “Skiflərin  adı  ən  ilkin 
olaraq  Assuriya  çarı  Asarxaddonun  yazılarında  (e.ə.  VII  əsrin  70-ci 
illəri)  çəkilir”  (94,  s.29).  Burada  Assuriyaya  qarşı  mübarizə  aparan 
skiflərin  çarlarından  birinin  adı  Partatua  olduğu  bildirilir, 
Asarxaddonun  diplomatiyaya  əl  ataraq  qızını  Partatuaya  ərə 
verməklə  skiflərlə  ittifaq  bağlamasından  bəhs  edilir  (94,  s.30). 
Tarixən  bir  tayfa  ittifaqının  da  şəhər  yaratmaq  imkanı  olduğunu  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə