Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

44 
 
Bundan  sonra  Albaniya  bir  müddət  (510-629)  Sasanilərin 
mərzbanları  (canişinləri)  tərəfindən  idarə  olundu  (136,  k.2,  f.12; 
126). VII əsrin əvvəllərində (603-629) Sasani  və Bizans  imperiyaları 
arasında  müharibə  yenidən  başlandı.  Bu  müharibəyə  Albaniya  da 
cəlb edilmişdi (136, k.2, f.12; 126). Fasilələrlə 26 ilə qədər (602-628) 
davam  etmiş  bu  müharibədə  ölkə  talan  edildi.  Bərdəyə  böyük  ziyan 
dəydi  (136,  k.2,  f.9,  10).  Hətta  şəhərin  qala  divarı  dağıdıldı  (628-ci 
ildə), (136, k.2, 9, 10; 23, s.43; 126, s.129).   
Albanlar  Sasanilərlə  Bizans  arasında  gedən  müharibədən 
istifadə  xalqına  divan  tutdu  (15,  s.46-49).  O nun  rəhbəri  Viro 
Sasanilərin paytaxtına aparıldı (136, k.2, f.14; 15, s.46; 126; 218).   
Sasani dövləti ərazisinə 622-ci  ildə  yenidən  növbəti  yürüş təşkil etdi 
(136,  k.  2,  f.10).  Xosrov  şahla  müharibəyə  ciddi  hazırlaşan  Bizans 
imperatoru ordusuna şəxsən rəhbərlik edirdi.  
Araz  çayına  doğru  irəliləyən  Xosrovun  üzərinə  qəflətən 
hücum etmək  istəyən İrakli Atropatenaya daxil olub Qazaka şəhərini 
tutdu,  ölkəni  talan  edib  əhalisini  əsir  aldı,  oradan  qayıdaraq  qışı 
İberiya  və Albaniyada keçirmək  istədi  (623-624) (136, k.2,  f.10; 15, 
s.45-46; 126, s.251).  
M.Kalankatlı  məlumat  verir  ki,  buna  görə  İrakli  bu  ölkələrin 
hakim  və  əyanlarına  məktublar  yazıb  onların  könüllü  olaraq  onu 
qarşılanmalarını  və  bütün  qış  boyu  onun  özünə  və  ordusuna 
xidmətlərini  tələb  etdi.  «Ə gər  bu  tələblərə  əməl  etməsələr,  onları 
bütpərəst  hesab  edəcək  və  ordularına  əmr  edəcək  ki,  bu  ölkələrin 
qalalarını alıb torpaqlarını viran etsinlər» (136, k.2, f.10; 296, s.143). 
Müəllif sonra  yazır ki, «bunları  eşidən Albaniyanın sahib  və əyanları 
Böyük  Bərdə  şəhərini  tərk  edib  müxtəlif  yerlərdə  istehkam  qurub 
yerləşdilər.  Amma  Bərdənin  xaçpərəst  və  bütpərəst  sakinlərinin 
çoxu,  o  cümlədən  sənətkarları  xəstəliyə  və  başqa  səbəblərə  görə, 


45 
 
şəhərdən  çıxıb  qaça  bilmədiyindən  evlərində  qaldılar»  (136,  k.2, 
f.10).  İraklinin  hücumları  zamanı  Sasani  hakimiyyətindən  kömək 
görə  bilməyən  Bərdə  əhalisi  Bizans  qoşunlarına  qarşı  müqavimət 
göstərmək üçün hamılıqla silaha sarılmışdı. Yalnız  vuruşmaq  imkanı 
olmayan xəstələr evlərində qalmışdılar (136, k.2, f.10; 296, s.143).   
M.Kalankatlı  yazır  ki,  «Bərdə  kilsəsinin  Zəkəriyyə  adlı 
yumşaq  xasiyyətli  keşişi  şəhər  sakinlərinin  nicatı  üçün  öz  həyatını 
belə  əsirgəmirdi.  Andla,  ibadətlə  və  müxtəlif  tədbirlərlə  o, 
xaçpərəstlərin  çoxunu  əsirlikdən  qurtardı»  (136,  k.2,  f.10). 
M.Kalankatlı  bildirir  ki,  «saysız-hesabsız  Bizans  orduları  öz 
düşərgələrini  Kalankat  kəndinin  yanında,  axan  çayın  sahilində 
saldılar.  Yanlarından  keçdikləri  kəndləri,  gözəl  bağ  və  üzümlükləri 
tapdayıb xaraba qoydular. Sonra onlar yerlərini dəyişib, düşərgələrini 
Tərtərçayın  sahilində,  Divtəkin  kəndinin  yanında  yerləşdirdilər» 
(136, k.2, f.10).  
M.Kalankatlının yazdığına görə, öz qüvvəsini toplamış Sasani 
qoşunu  yeni  qüvvələrin  köməyi  ilə  Bizans  ordusunu  qovub  ölkədən 
çıxardı  və  onların  bir  çox  şəhərlərini  də  əllərindən  aldı  (136,  k.2, 
f.10; 15, s.46; 295, s.30; 296, s.143). II Xosrov Bizans imperatoru ilə 
müharibə  apardığı  dövrdə  Xəzər  orduları  Albaniyaya  hücum  etdi 
(136, k.2, f.10; 296, s.143).  
M.Kalankatlı  yazır:  «İraklinin  təhriki  ilə  saysız-hesabsız 
Xəzər orduları ölkəmizə soxulub onu  talan etməyə başladılar» (136, 
k.2,  f.11).  Müəllif  qeyd  edir  ki  «Xəzərlərin  hücumunun  qarşısını 
almaq  üçün  Xosrov  şah  onlara  hədələr  dolu  məktub  göndərdi. 
Xəzərlər  Dərbənd  keçidi  ilə  geriyə  çəkildilər.  O nlar  Sasani  şahı 
Xosrovun  qətlə  yetirildiyi  ildə  ölkəyə  yenidən  hücum  etdilər»  (136, 
k.2,  f.11).  Xəzərlərin  növbəti  hücumunda  Dərbənd  keçidindən 
birbaşa  Bərdəyə  qədər  irəliləmək  nəzərdə  tutulmuşdu.  M.Kalankatlı 


46 
 
bu barədə də  məlumat  verərək  yazır ki,  «bu dəhşətli  və qəmli  xəbər 
Albanlar  ölkəsinə  çatanda  böyük  paytaxt  və  qala  olan  Bərdədə 
ölkəmizin  möhkəmləndirilməsi  haqqında  qərar  çıxardılar.  Qərar 
Xosrov  şahın  bu  ölkənin  valiliyinə  təyin  etdiyi  Qayşaq  adlı  şəxs 
tərəfindən  verilmişdi. O, şəhərdə ətraf  vilayətlərin əhalisinin çoxunu 
saxlayaraq, xəzərlərə müqavimət göstərmək qərarına gəldi və ölkənin 
əyanları  və  şəhər  əhalisi  ilə  ittifaq  bağlayaraq  öz  mövqeyini 
möhkəmlətməyə  çalışdı.  O,  böyük  Çola  şəhərinin  müdafiəçiləri  və 
onun  həddindən artıq  möhkəm divarlarını qoruyan döyüşçüləri  ilə  nə 
ola  biləcəyinə  diqqət  etməyə  hazırlaşdı»  (136,  k.2,  f.11). 
M.Kalankatlı  bildirir:  «Dəhşətli  qırğınlarla  başlanmış  hücum  xəbəri 
ölkənin  paytaxtı  Bərdəyə  çatdırıldı»  (136,  k.2,  f.11).  Bu  zaman 
Bərdədə  baş  verənləri  M.Kalankatlı  aşağıdakı  kimi  təsvir  edir:  «Bu 
xəbər  Bərdə  şəhərinə  sahib  olan  və  onu  idarə  edən  bizim  ağamıza 
Cavanşirə – Q.H.) çatanda o, yaxınlaşan böyük təhlükədən çıxış yolu 
axtarmaq  üçün  qorxudan  şəhərin  İç  qalasına  sığınan  qoşunlarla 
məsləhətləşmək  istədi.  Amma  o,  danışmaq  üçün  ağzını  açmaq 
istəyəndə  onu  elə  dəhşət  bürüdü  ki,  dizləri  bir-birinə  dəyib,  elə  əsdi 
ki,  bir  kəlmə  belə  ağzından  çıxara  bilmədi»  (136,  k.2,  f.10). 
M.Kalankatlı  məlumat  verir ki,  sürətli  hücumla bütün  Uti  vilayətinə 
yayılmış  xəzərlər  qaçanları  da  haqlayıb  geri  qaytardılar,  bir  qədər 
əhali və «Qayşaq və onun ailəsi Arsaxın dağ yolları ilə qaçıb … xilas 
oldular.  Özü  isə  bundan  sonra  bu  yerlərdə  keçmiş  vəzifəsini  daha 
qaytara bilmədi» (136, k.2, f.10).  
Bundan  sonra  xəzərlər  gürcülərin  torpaqlarına  doğru  yayıldılar  və 
Tiflis şəhərini mühasirəyə aldılar. Bunu eşidən İrakli bütün ordularını 
səfərbərliyə  alıb  öz  müttəfiqi  ilə  birləşdi.  Tiflisi  tutmaq  üçün  ciddi-
cəhd  göstərən  müttəfiqlər  qələbə  qazana  bilməyərək  geri  çəkildilər. 
Onlar Sasanilər üzərinə hücuma hazırlaşdılar (136, k.2, f.11; 15, s.46; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə