Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə25/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   21   22   23   24   25   26   27   28   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

yadan istifadə etmədən dövlət və hüquq hadisələrini dərindən dərk 

etmək mümkün deyil. 

İnduktiv  idrak  nəticəsində  alınan  ümumi  biliklərin  həqiqiliyi 

deduksiya  vasitəsilə  yoxlanılır,  faktlarla  sınaqdan  keçirilir.  Lui  de 

Broylun  yazdığı  kimi  «elmdə  böyük  kəşflər,  elmi  fikrin  irəliyə  doğru 

sıçrayışları  riskli,  lakin  əsl  yaradıcı  metod  olan  induksiya  vasitəsilə 

reallaşır.  (...)  Lakin  buradan  belə  bir  nəticə  çıxarılmamalıdır  ki, 

deduktiv  mühakimənin  ciddiliyinin  elə  bir  dəyəri  yoxdur.  Əslində 

induksiyanın  yeni  çıxış  hökmləri  müəyyənləşdirmə-  sindən  sonra, 

deduksiya  onlardan  nəticə  çıxarmaqla  hökmlərin  faktlarla 

uzlaşdırılmasına imkan yaradır və yalnış təsəvvürlərin yaranmasının 

qarşısını alır. Yalnız deduksiya hipotezaların yoxlanılmasını təmin edə 

bilir və fantaziyanın həddindən kənara çıxmasına qarşı duran dəyərli 

vasitə rolunu oynayır».”' 

Analogiya 

-  hadisələrin  bir  qism  əlamətlərindəki  oxşarlıqdan 

onların  digər  əlamətlərə  görə  də  oxşarlığı  haqqında  nəticə 

çıxarılmasında  ifadə  olunan  əqli  nəticədir.  Analogiyadan  daha  çox 

real  münasibətlər  əsasında  həqiqi  biliklər  almaq  mümkün  olmayan 

hallarda  istifadə  edilir.  Analogiyanı  tətbiq  etməklə  məlum  olanların 

əsasında  məlum  olmayanlar  haqqında  müəyyən  nəticəyə  gəlmək 

olur. Mürəkkəb ictimai-siyasi proseslərin, dövlət-hüquq hadisələrinin 

təhlilində  analogiyadan  heç  də  az  istifadə  olunmur.  Dövlət  və 

hüququn keçmişə və gələcəyə aid olan hadisələrinin öyrənilməsində 

bu metodun tətbiq edilməsinin xüsusi əhəmiyyəti var. 

Analogiyanın bir neçə funksiyası var ki, onlardan biri də evristik 

funksiyadır.  Bu  funksiya  öz  ifadəsini  bilavasitə  modelləşdirmə 

əməliyyatında  tapır. 

Modelləşdirmə  metodu 

obyektin  modellərlə 

öyrənilməsi üsulu olmaqla tədqiq edilən obyektin müəyyən xassə və 

əlamətlərini  yenidən  canlandırır.  Nəzəri  sahədə  modelləşdirmə 

metodu  tətbiq  edildiyi  təqdirdə  ideal  modelləşdirmədən  istifadə 

olunur.  Bu  baxımdan  modelləşdirmə  tədqiq  olunan  obyektlərin 

şüurda ideal inikasını ifadə edir. 

Луи де Бройлъ. По тропам науки. М., 1962, s.178. 

75 



ilqar Məmmədov 

Mücərrədləşdirmə  (abstraktlaşdırma) 

metodunun  tətbiq 

olunması obyektiv idraka çatmaq üçün predmetin, hadisənin ümumi, 

zəruri,  əhəmiyyətli  cəhətlərinin  digərlərindən  ayrılması,  təcrid 

olunması İlə müşaiyət olunur. Öyrənilən hadisənin, predmetin hansı 

cəhətlərinin 

mühüm, 


hansıların 

ikinci 


dərəcəli 

olmasını 

müəyyənləşdirmək  mücərrədləşdirmənin  vacib  vəzifələrindəndir. 

Digər elm sahələrində olduğu kimi dövlət və hüquq nəzəriyyəsində 

də mücərrədləşdirmənin müxtəlif növlərindən istifadə olunur. 

Mücərrəddən  konkretə  yüksəlmə  metodu 

fikrin  ayrı-ayrı 

abstraksiyalardan  onların  sintetik  birliyinə  doğru  hərəkətində  ifadə 

olunur.  Konkretlik  mücərrədləşdirmə  prosesində  seçilib  ayrılan 

anlayışların  nə  isə  bütöv,  tam  halında  yenidən  birləşdirilməsinin 

nəticəsi  olmaqla  ondan  sonra  gəlir.  Konkret,  mücərrədləş-  mə 

nəticəsində ayrılmış tərəflərin sintezi, müxtəlifliyin vəhdəti kimi çıxış 

edir.  Obyektin  ayrı-ayrı  tərəflərini  əks  etdirən  mücərrəd  bilik 

konkretliyə doğru hərəkət etdikdə obyektin bütün tərəf və əlaqələrini 

əks etdirən tam biliyin alınmasına gətirib çıxarır. Həmin tam bilik isə 

konkretlikdə ifadə olunur. Odur ki, konkretlik çoxlu tərəflərin sintezi 

olub tam bilik verən mücərrəd sistem kimi xarakterizə edilir. Beləliklə, 

idrakda  mücərrədliklə  konkretlik  bir-  birini  tamamlayır  və  qırılmaz 

şəkildə bir-birinə bağlı olur. 

İdeallaşdırma  metodu 

mücərrədləşdirmənin  xüsusi  bir  növü 

hesab olunur, ideallaşdırma deyərkən gerçəklikdə mövcud olmayan, 

lakin real həyatda örnəyi olan obyektlər haqqında anlayışlar qurmaq 

üsulu nəzərdə tutulur. Gerçəkliyin daha dərindən və daha dəqiq dərk 

edilməsi  məqsədi  ilə  real  predmetlərin,  hadisələrin  və  onlar 

arasındakı  əlaqələrin,  münasibətlərin  xassələrindən  fikrən  ayrılmaq 

onlara  gerçəklikdə  olmayan  xassələr  verməklə  «idealizə  olunmuş 

obyekt» yaradır. Real obyektlərin nəzəri səviyyədə öyrənilməsi üçün 

həmin  «idealizə  olunmuş  obyekt»dən  istifadə  edilir.  İdeallaşdırma 

nəticəsində  yaradılan  nəzəri  model  öyrənilən  obyektin  faktiki 

materialından  ayrılmaqla  yanaşı  anlayışlar  qurmaq  yolu  ilə  onun 

xassələrinin  və  tərəflərinin  daha  dolğun  və  tam  təqdim  olunmasına 

imkan verir. 

76 



Dövlət və hüquq nəzəriyyəsi 

İdeallaşdırma  metodunun  digər  elm  sahələrində  olduğu  kimi, 

dövlət  və  hüquq  nəzəriyyəsi  üçün  də  çox  mühüm  əhəmiyyəti  var. 

Çünki  dövlət  və  hüquq  həyatının  qanunlarını  həmin  hadisələrdən 

fikrən  ayrılmaqla  öyrənmək  mümkündür.  Bu  isə  ideallaşdırma 

metodunun tətbiq edilməsi zərurətini yaradır. 

Mücərrədləşmə  ilə  yaxından  əlaqəsi  olan  bir  metod  da  ümu- 

miləşdirmədir. 

Ümumiləşdirmə  metodu 

bu  və  ya  digər  əlamətlər 

əsasında  predmetlərin,  hadisələrin,  onların  qruplarının  fikrən 

birləşdirilməsi  və  ya  onların  ümumi  xassələrinin,  əlamətlərinin 

müəyyənləşdirilməsidir. 

«Tək» 


və 

«ümumi» 


kateqoriyaları 

ümumiləşdirmənin  qnoseoloji  əsası  kimi  çıxış  edir.  Ümumiləşdirmə 

mücərrəd-ümumi və konkret-ümuminin müəyyənləşməsi ilə müşayiət 

olunur. 


Tarixi  və  məntiqi  metodlar 

idrak  prosesində  tarixiliklə  mən- 

tiqiliyin  vəhdətdə  götürülməsini  ifadə  edir.  Metodoloji  araşdırmalar 

göstərir  ki,  tarixi  inkişafda  olan  sistemləri  öyrənən  elmlərin  hamısı 

üçün  tədqiqatın  tarixi  metodunun  böyük  əhəmiyyəti  var.  Bu  elə 

metoddur  ki,  obyektin  real  tarixini  onun  konkret  müxtəlifliyində  əks 

etdirir,  əhəmiyyətli  tarixi  faktları  və  onun  inkişaf  mərhələlərini  üzə 

çıxarır,  nəticədə  öyrənilən  obyektin  nəzəriyyəsini  yaratmağa  təkan 

verir,  onun  inkişaf  məntiqini  və  qanunauyğunluğunu  aşkarlayır.  Bu 

zaman tarixilik məntiqiliklə tamamlanaraq onda öz məntiqi yekununu 

tapmalıdır. Məntiqi metodun tətbiq olunması, tarixi prosesin mücərrəd 

və  ardıcıl  nəzəri  formada  dərk  olunmasına  xidmət  edir.  Beləliklə, 

məntiqilik obyektiv aləmi insan şüurunda ideal obrazlar şəklində əks 

etdirən fikirlərin (anlayışların, kateqoriyaların, mühakimələrin) bir-biri 

ilə müəyyən zəruri əlaqəsini yaradır. 

Sistemli  yanaşma 

və  ya  sistemli  analiz  metodu  da  elmi 

təfəkkürün  bir  istiqamətini  ifadə  edir,  dövlət  və  hüququn  struktur 

ünsürlərini, 

tərkib 


hissələrini 

və 


onların 

əlaqəliliyini 

müəyyənləşdirmək  yolu  ilə  bu  strukturun  vahid  nəzəri  mənzərəsini 

yaratmağa  imkan  verir.  Sistemli  analiz  aparılarkən  öz  strukturu 

daxilində  obyektin  bütövlüyünü  şərtləndirən  əsaslar,  obyektin 

elementləri  arasında  olan  əlaqələr  öyrənilir  və  onların  mahiyyəti, 

keyfiyyət xüsusiyyətləri aşkarlanır. Misal üçün, dövlət mexanizmi 

77 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə