29
mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik
enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və
istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları
olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu).
12. Qaz təhçizatı sahəsində yaranan suallar
1. Qaz pulunun məbləği nəqədərdir?
Təbii qazın pərakəndə satış tarifi 1000 m
3
üçün (ƏDV ilə) - 100,0 manat(1 m
3
-10qəpik).
2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında qaz pulunun ödənilməsində fərq varmı?
Xeyr, qaz haqqının ödənilməsində bütün istehlakçılar qrupları üçün eyni tarifdir.
3. Qaz pulu hara və hansı formada ödənilməlidir?
Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər
ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı şəxsən ödəmələri adiyytı üzrə poçt
bölmələrinə və ya müvafiq banklara ödəməlidir.
4. Qaz təchizatı hansı hallarda dayandırıla bilər?
Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz
təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri
görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim
edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə
bağlanmadıqda; məhkəmənin qərarı ilə.
5.Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır?
Əgər abonentin mənzilində sayğaclaşma aparılmayıbsa bu zaman vətəndaş sərf etdiyi mavi yanacağın dəyərini
metodiki hesablama əsasında ödəməlidir. Yəni, abonentin evində İnventarizasia aparılır və istifadə edilən cihazlar
mövsümi tarif əsasında sərfiyyat üzrə ödəniş edilir.
6.Yaşayış evinin qazlaşdırılması proseduru?
Qazlaşdırılma prosesi “Bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vətəndaş “Azərqaz” İB yerli qaz istismar
sahəsinin (bundan sonra QİS) texniki şöbəsinə standart formada tərtib olunmuş və müvafiq qaydada doldurulmuş
istifadə edilən qaz cihazlarının növünü və saylarını göstərməklə ərizə təqdim edir. Ərizə ilə birlikdə həmçinin
şəxsiyyət vəsiqəsinin surəti, mülkiyyət hüququn təsdiq edən sənədin (çıxarış, şəhədətnamə(kupça)), torpaq
sahəsinin ayrılması barədə sərəncamın (qərarın) və ya torpaq sahəsində evin tikilməsinə icazə verilməsi barədə
sərəncamın(qərarın) surəti təqdim edilir. Həmçinin QİS tərəfindən texniki baxış keçirilidikdən sonra tələb olunan
vəsaitin ödənilməsi barədə qəbz əlavə olunur.Sonunda sayğac quraşdırılandan sonra istismara qəbul aktı tərtib
olunur və vətəndaşa abunəçi kodu barəsində rəsmi məlumat verilir.
7. Qazlaşdırmanın qiyməti?
Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı
hesabına həyata keçirilir. Vətəndaşın xərclərinə aid olan layihə-smeta sənədlərinin hazırlanması üçün nəzərdə
tutulan 62.81AZN (“Azərqaz” İB-nin hesabına ödənilir) və tikinti daxili xətlərin çəkilməsi haqqıdır. Həmin xətlərin
çəkilməsi işlərinin dəyəri sifarişçi ilə tikinti təşkilatı arasında bağlanan müqavilə ilə tənzimlənir. Vətəndaş tikinti-
quraşdırma işlərinin aparılması lisenziyası olan başqa tikinti təşkilatı ilə müqavilə bağlaya bilər və müqavilədən
asılı olaraq ödəmələr etməlidir.
8. Sayğacın işləmədiyi abonent tərəfindən aşkar olunarsa nə etməli?
Vətəndaş nöqsan aşkar etdiyi zaman dərhal yerlı Qaz İstismar Sahəsinin qaynar xəttinə (104) zəng etməli və ya
QİS-nin yerli dispetçer xidmətinə yazılı müraciət etməlidir.
9. İdarə Nümayəndəsi tərəfindən abonentin qaz sayğacında nöqsan aşkar edildiyi zaman hansı tədbirlər
görülməlidir?
Nümayəndə abonentin qaz sayğacında nöqsan aşkar edərsə bu zaman vətəndaşa və öz idarə rəhbərliyinə yazılı
şəkildə müraciət olunmalıdır. Müraciət olunduqdan sonra isə QİS-nin nümayəndələri abonentlə bilrikdə nöqsan aktı
30
tərtib edərək vətəndaşın son aylarda (mövsümü ödənişlər nəzərə alınmaqla) ödənişləri əsasında ortaq aylıq ödəniş
tərtib olunur ki, abonent yeni sayğac quraşdırılana qədər həmin ödənişi ödəməlidir.
10. Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir?
Abonet tərəfindən qazdan istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, QİS nümayəndəsi onun və iki nəfər
hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentə verir. Akt QİS nümayəndəsi, abonent və iki
nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Abonent aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq
qeyd aparılır. Abonentin izahatları və mülahizələr akta əlavə olunur.
13. Su təhçizatı sahəsində yaranan suallar
1. Su təhcizatı üzrə fərdi istifadəçilər tərəfindən ödənilən məbləğ nə qədərdir?
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər 1 m
3
üçün
ƏDV ilə 30 qəpik, d
igər regionlar üzrə tariflər 1 m
3
üçün ƏDV ilə 25qəpik.
2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında su təhcizatı ödənilməsində fərq varmı?
Bəli var, fərdi istifadəçilərdən fərqli olaraq digər sahələrdə istifadəyə görə 1 m
3
üçün ƏDV ilə 70 qəpik
ödənilməlidir, sudan xammal kimi istifadə olunduğu halda isə 1 m
3
üçün ƏDV ilə 12,0 manat ödənilməlidir.
3. Su təhcizatı üzrə ödəmələr hara və hansı formada ödənilməlidir?
Su təhcizatı üzrə ödəmələ vətəndaş tərəfindən sayğacın göstəricilərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq
banklara ödənilməlidir.
4. Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır?
Sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m
3
müəyyən edilir. Beləlik lə, Bakı,
Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə adambaşına 150
qəpik( (5x30)digər regionlar üzrə 70 (5x14) aylıq su sərfiyatı kimi sayılır.
5. Ödəniş hansı müddətdə edilməlidi və gecikdirilməsinə görə sanksiyalar?
Sudan istifadəyə görə hesablaşmalar su təchizatı müəssisəsi tərəfindən hər ay istehlakçıya göndərdiyi məlumat
(hesab) əsasında aparılır. Ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı üzrə poçt bölmələrinə və ya
müvafiq banklara ödənilməlidir. Abonent hesablaşma dövründə istifadə etdiyi suyun haqqını su idarəsi tərəfindən
ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.
6. Su təhcizatı hansı hallarda dayandırıla bilər?
Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının müvafiq yazılı
müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və
qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda; su götürülən yerlərdə səth
sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; su təchizatı
müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən
(göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; su təchizatı müəssisəsi ilə müvafiq
müqavilə bağlanmadıqda; məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su
kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin qərarı ilə.
7. Yaşayış evinin sayğaclaşdırılması proseduru və qiyməti?
Yeni tikilmiş evlərin su xətlərinə qoşulması üçün onların ərizəsi əsasında müvafiq su idarəsi tərəfindən texniki şərt
hazırlanır. Göstərilən texniki şərtin hazırlanmasının haqqı borunun diametirindən asılı olaraq fərqlənir (D=15mm-
73.4AZN, D=50mm-914AZN). Sayğacın quraşdırılması ilə əlaqədar diqər xərclər su təchizatı müəssəsinin hesabına
həyata keçirilir.
14. Bələdiyyələr və onların vəzifələri
1. Bələdiyyə nədir?
Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz
mülkiyyəti və yerli büdcəsi olur və o, yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr
bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların