33
münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına dair münasibətdə isə DT və XK-nin yerli qurumları (rayon,
şəhər şöbələri) arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq
müqavilə bağlanmalıdır.
18. Vətəndaşlar tərəfindən fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün qeyri-qanuni istifadə edilən
torpaq sahələri onların adına qanuniləşdiriləcəkmi?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ( 29
iyun 2001-ci il tarixədək) fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək
məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən ( müvafiq qaydada rəsmiləşdirilməmiş)
bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri
bələdiyyənin qərarı ilə müsabiqə və ya hərrac keçirilmədən onları istifadə edənlərin mülkiyyətinə bilavasitə
satılacaq bu şərtlə ki, həmin torpaq sahələri elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər
kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşməmiş olsun. “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi 29 iyun 2001-ci il
tarixdən sonra fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə
zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən ( müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə
torpaqları müvafiq bələdiyyələrin qərarları ilə müsabiqəyə çıxarılmalıdır. Bu zaman möhürlü zərflərdəki təkliflər
bərabər olduğu halda, torpağın ilkin istifadəçisi üstün hüquqla həmin torpağı əldə edə bilər.
15. Hərbi xidmətə çağırış
1. Kimlər hərbi xidmətə çağırılmalıdır və həqiqi hərbi xidmətin müddətləri nə qədərdir?
Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyyatda xidmətdən ibarətdir.
Hərbi xidmətə münasibətdə vətəndaşlar aşağıdakı kateqoryalara bölünürlər:
o
çağırışa qədər yaşlılar-hərbi uçota qəbul ərəfəsində olan vətəndaşlar,
o
çağırışçılar-ehtiyata keçirilənədək hərbi uçotda duran və ya durmalı olan və ehtiyatda olmayan, 18
yaşdan 35 yaşınadək kişi vətəndaşlar,
o
hərbi qulluqçular-həqiqi hərbi xidmətdə
olan vətəndaşlar,
o
hərbi vəzifələr –ehtiyatda olan vətəndaşlar,
o
hərbi vəzifəli olmayanlar-hərbi uçota götürülməli olmayan və ya hərbi uçotdan çıxarılmış, o cümlədən
istefaya keçirilmiş vətəndaşlar.
2.Hansı hallarda çağırışa möhlət verilir?
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək
üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətrayon, şəhər,
şəhərdə rayon şağırış komissiyasının qərarı ilə verilir. Həmin məsələdə komissiya bu Qanunu rəhbər tutur.
Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək
üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə
müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə
çağırılmalıdırlar.
3. Ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət, himayəsnidə aşağıdakı şəxslər olan
çağırışçılara verilir:
Birinci qurup əlil olan ata və ana, onlarla birlikdə və ya ayrılıqda yaşamalarından aslı olmayaraq, onları
saxlamalı olan başqa övladları olmadıqda.
Hərbi xidmətə çağrılanadək doğulmuş üç və daha çox uşağı olan , yaxud birinci ya ikinci qrup əlil olan
arvad:
8 yaşınadək üç və ya daha çox uşağı olan ana:
18 yaşınadək və yaxud yaşları 18-dən yuxarı, lakin birinci və ya ikinci qrup əlil olan qardaş və ya
bacı, onların saxlamaq imkanına malik başqa şəxslər olmadıqda.
Çağırışçılara ailə vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər
çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar
və ehtiyata keçirilirlər.
4. Hansı hallarda səhhətə görə çağırışa möhlət verilir?
34
Tibbi müayinə zamanı həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə çağırışdan səhhətə görə
möhlət verilir.
Səhhətə görə çağırışdan möhlət üç il müddətinədək, hər dəfə bir ildən artıq olmamaq şərti ilə verilə bilər. Üç
ildən sonra, səhətinin vəziyyətindən aslı olaraq, möhlət almış çağırışçılar, ya həqiqi hərbi xidmətə çağırırlar,
ya da hərbi xidmətə tam yararsız hesab olunaraq hərbi uçotdan çıxarılırlar, yaxud da 35 yaşına çatana qədər
müntəzəm ardıcıllıqla təkrarən tibbi müayinədən keçərək ehtiyata keçirilirlər. Bu yaşa çatmamış ehtiyatda
olan şəxslər, təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə çağırılırlar.
5. Hansı hallarda təhsili davam etdirmək üçün çağırışa möhlət verilir?
Mülkiyyət formasından aslı olmayaraq qeydiyyatdan keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil
müəssisələrində və onların filiallarında təhsili davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət verilir:
Orta ümum təhsil məktəblərində əyani və ya axşam orta təhil alan, 20 yaşınadək çağırışçılara,
Peşə təhsili müəssisələrində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 20 yaşınadək
çağırışçılara,
Orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək
çağırışçılara,
Dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq
(lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada təhsil müəssisələrinin əyani formada
təhsil alan tələbələrinə və xarici ölkədə əyani formada ali təhsil alan tələbələrə-təhsilini bitirənədək. Ali
təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi
hərbi xidmətə çağırılırlar,
Dövlət, qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq
(lisenziya) almış qeyri -dövlət ali təhsil müəssisələrini bitirəndən sonra əyani formada magistiraturada,
aspiranturada davam etdirən şəxslərə -təhsilini bitirənədək.
Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə
müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi
xidmətə çağırılırlar.
16. Miqrasiya xıdməti
1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur?
· Ərizə-anket və ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;
fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə
vaxt və kim tərəfindən verilmişdir, ünvanı);
əcnəbinin adı, atasının adı, soyadı, vətəndaşlığı, daimi yaşayış yerinin ünvanı, doğulduğu tarix və ölkə, cinsi,
ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı.
əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin
notariat qaydada təsdiq olunmuş surəti;
nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində
qalmasına hüquq verən müvafiq sənədin surəti.
İşəgötürən hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
notarial qaydada təsdiq edilmiş surətləri, fiziki şəxs olduqda isə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və
fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surətləri.
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla
yaşamaları və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların
yaşayış yeri üzrə qeydiyyata alınması məsələləri 20 iş günü ərzində həyata keçirilir