25
23. Əmək pensiyaçısı vəfat etdikdə onu ailə üzvləri dəfn etmədikdə,dəfn müavinatı o halda kimlərə
ödənilməlidir?
Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs onu dəfn edən
şəxslərə ödənilir.
24. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına Azərbaycanda təyin edilmiş əmək pensiyası ödənilirmi?
Bəli ödənilir, belə ki, Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə
onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının
banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları digər dövlətlərə köçürülür.
25. Xaricdə yaşayan və Azərbaycan vətəndaşlığından çıxan şəxslərin Azərbaycanda təyin edilmiş əmək
pensiyası ödənilirmi?
Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və
ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların başqa dövlətlərə köçürülməsi
qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
26. Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi?
Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər.
9. Sosial müavinatlar
1. Sosial müavinatlar nə deməkdir?
Sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik
ödənilən pul vəsaitidir
2. Sosial müavinat hansı müddətə təyin edilir?
Sosial müavinat aşağıdakı müddətlərə təyin edilir:
dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük;
əlilliyə görə müavinət-əlillik müddətinə;
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının
məhdudluğu müddətinə;
ailə başçısını itirməyə görə müavinət:
vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan
çox olmamaqla);
vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından
yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı
olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və
digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu
hüququ itirənədək;
3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs
qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək
(ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət:
uşağın 16 yaşı tamam olan ayın sonunadək;
ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox
olmamaqla).
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə;
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək.
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı
ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq
təyin edilir.
3. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir?
26
Yalnız bir dəfə uşaq anadan olanda ödənilir
4. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur?
Aşağıda göstərilən sənədlər tələb olunur:
Valideynlərin
şəxsiyyət vəsiqələrinin surəti;
Uşağın doğum şəhadətnaməsinin surəti
Nikah
şəhadətnaməsinin surəti;
Yaşayış yerindən ailə tərkibinə dair arayış.
Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir;
Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd;
Qeyd: Torpaq sahəsinə görə məcburi dövlət sosial sığortası ödənildikdə birdəfəlik müavinatı Sosial Müdafiə Fondu
ödəyir, həmçinin valideynlər işləyirlərsə bu halda da müavinatı Fond ödəyir. Sosial Müdafiə Fondu torpaq sahəsinə
dair məcburi dövlət sosial sığortası ödənilmədiyinə dair arayış verərsə bu halda müavinatı Sosial Müdafiəsi
Mərkəzi ödəyir, habelə valideynlər işsizdirsə o halda da müavinat Mərkəz tərəfindən ödənilir.
5. Sosial müavinat hansı hallarda təyin edilir?
Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu
müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda
Ailə başçısını itirməyə görə müavinət:
Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat
etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və
digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ
olmadıqda;
3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək
(ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət bəzi kateqoriya
şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)
müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı
dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ
olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında"
Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası
nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının
qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı
təqdim edildikdə;
Uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim
edildikdə;
Dəfn üçün müavinət şəxs vəfat etdikdə.
10. Ünvanlı sosial yardım
1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur?
Sosial yardım yalnız aztəminatlı ailələr üçün təyin olunmalıdır
2.Sosial yardımı hansı ailələr ala bilərlər?
Ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduqda(ailəyə daxil olan
məbləğ) ,ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün Məşğulluq Mərkəzində işsiz
kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud itkin hesab edilməsi, azadlıqdan