Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

 

23 



4.Sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasına çıxmağa görə sığorta stajı 

neçə il olmalıdır? 

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olmalıdır və anaların  

müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 

 

5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa görə sığorta 

stajı neçə il olmalıdır? 

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan  məhrum edildiyinə 

görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha 

çox  uşağı  övladlığa  götürüb  təkbaşına  səkkiz  yaşınadək  böyüdən  ataların,  həmçinin  5  və  daha  çox  uşağı  səkkiz 

yaşınadək  böyüdən  qəyyum  kişilərin  azı  10  il  sığorta  stajı  olmalıdır  və  müəyyən  olunmuş  yaş  həddi  5  il 

azaldılmaqla yaşa görə əmək pensiyası hüququna malikdir. 



 

6. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün kişilərin və qadınlarin sığorta stajı neçə il olmalıdır ? 

Kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, 

qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə 

çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 



 

7. Hansı işlərə görə güzəştli şərtlərlə kişilər və qadınlar əmək pensiyasına çıxmaq hüququna malikdirlər  ? 

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə 

zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə 



əmək pensiyası hüquqları vardır. 

 

8. Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir? 

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara 

görə  əmək  qabiliyyətinin  məhdudlaşması  ilə  əlaqədar  təyin  edilir.  Əlillik  qrupları,  əlilliyin  və  ya  18  yaşınadək 

sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti 



müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur 



 

9. Hansı şərtlərə  əlilliyə görə əmək pensiyası təyin edilir? 

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən 

az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 

 

10. Hərbi qulluqçulara əlilliyə görə pensiya hansı şərtlərlə təyin edilir? 

Hərbi  qulluqçulara  (hərbi  rütbələrdən  məhrum  edilmiş  hərbi  qulluqçular,  müddətli  həqiqi  hərbi  xidmət  hərbi 

qulluqçuları  istisna  olmaqla)  əlilliyə  görə  əmək  pensiyaları  xidmət  müddətindən  asılı  olmayaraq,  əlillik  hərbi 

qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud 

əlillik  bu  müddətdən  sonra,  lakin  xidmət  dövründə  alınmış  xəsarət  (yaralanma,  travma,  kontuziya),  xəstəlik 

nəticəsində üz verdikdə təyin edilir. 



 

11.Əlilliyə görə əmək pensiyasının məbləği hər qrupa görə neçə faizl təşkil edir? 

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I 

qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq 

imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində 

müəyyən edilir. 

 

12. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir? 

 



Vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları: 

 



Ata, ana, ər, arvad  müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə 

 



Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 

 



Ata, ana, ər (arvad) pensiya yaşına — kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup 

əlildirsə; 

 

Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, 



qardaş,  bacı  vəfat  etmiş  və  ya  həlak  olmuş  ailə  başçısının  8  yaşına  çatmamış  uşaqlarına,  qardaşlarına, 

bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 



 

13. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği neçə faizlə hesablanır? 


 

 

24 



Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat 

etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və pensiya 

hüququ  olan  bir  ailə  üzvü  qaldıqda  həmin  şəxs  üçün  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin  100  faizi 

məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində 

hesablanır. 

 

14. Əmək pensiyasının baza hissəsinə əlavələr necə hesablanır? 

Öhdəsində  əmək  qabiliyyəti  olmayan  ailə  üzvləri  olan  işləməyən  I  və  II  qrup  əlillərə  və  ya  sağlamlıq  imkanları 

məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə 

aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına — 

ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin  5 faizi məbləğində 

hesablanır 

 

15. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının 



baza hissəsi neçə faiz təşkil edir? 

I  qrup  əlillərə  və  ya  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  şəxslərə  qulluq  üçün  —  yaşa  görə  əmək 

pensiyasının baza hissəsinin 10 faizi məbləği təşkil edir 

 

16. Müharibə əlillərinin və müharibə iştirakçıları sırasından olan əlillərin yaşa görə əmək pensiyalarının baza 

hissəsinə edilən əlavələr neçə faiz təşkil edir? 

 



I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində

 



II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində; 

 



III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində. 

 

17. Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin əmək pensiyalarının baza hissəsinə edilən əlavələr 

neçə faiz təşkil edir? 

 



Müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 

faizi məbləğində;  

 

I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;  



 

II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;  



 

III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində. 



 

18. Yaşa görə əmək pensiyası nə vaxt təyin edilir? 

Yaşa  görə  əmək  pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  əmək  pensiyası  hüququnun  yarandığı 

gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 

 

19. Əlilliyə görə əmək pensiyası nə vaxt təyin edilir? 

Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin  və ya 18 yaşınadək sağlamlıq 

imkanları  məhdudluğunun  müəyyən  olunduğu  gündən 



müvafiq icra hakimiyyəti orqanının

  müəyyən  etdiyi  bütün 

əlillik  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğu  dövrü  üçün  müəyyən  edilmiş  pensiya  yaşına  çatmış  şəxslərə 

ömürlük təyin edilir. 



 

20. Ailə başçısını itirməyə görə əmək pensiyası nə vaxt təyin edilir? 

Ailə  başçısını  itirməyə  görə  əmək  pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  ailə  başçısını  itirməyə 

görə əmək pensiyası hüququnun yarandığı gündən müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin 

edilir. 


 

21. Əmək pensiyasının bir növündən başqa növünə keçmə mümkündürmü? 

Bəli  mümkündür,  belə  ki, əmək  pensiyaçısının  yaşa görə  əmək  pensiyası  növündən  əlilliyə  görə  əmək  pensiyası 

növünə  keçirilmə  istisna  olmaqla,  əmək  pensiyasının  bir  növündən  başqa  növünə  keçmə  hüququ  vardır.  Əmək 

pensiyasının  bir  növündən  başqa  bir  növünə  keçirilmə  ərizəçi  tərəfindən  müvafiq  əmək  pensiyası  təyin  edilməsi 

üçün zəruri sənədlər təqdim edilməklə pensiyanın başqa növünə keçirilir. 

 

22. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası kimə ödənilir? 

Əmək  pensiyaçısı  vəfat  etdikdə,  onun  ailəsinə  pensiyaçının  vəfatı  tarixinə  yaşa  görə  əmək  pensiyasının  baza 

hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə