Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

­  85 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Argentinada öyrəndiyim ilk dərs ondan ibarətdir ki, istənilən işi yuxarılardan başlamaq lazımdır.

Öyrəndiyim sonrakı dərs isə odur ki, məsuliyyətə cəlb etmək xeyli vaxt tələb edir və bu proses

çox uzun çəkir. Mən hesab edirdim ki, "xunta işi" mənim karyeramın zirvəsi idi. O zaman 32 yaşında

idim. Lakin sonra məlum oldu ki, bu, bir məşq idi. Bu proseslər mənə geniştərkibli cinayətlərin

araşdırılmasını və ittiham aktını hazırlamağı öyrətdi. Maliyyə və korrupsiya sahəsində araşdırma

sizi daha daha ağıllı, mahir prokuror edir. Mənim korporativ sektordakı işim mənə təşkilatları

tanımağa, QHT‐lərlə olan işim isə vətəndaş cəmiyyətini bu işə necə cəlb etməyi anlamağa kömək

etdi.  Müəyyən  mənada,  Argentina  mənə  hərtərəfli  təcrübə  verdi  və  mənə  elə  gəlir  ki,  o,  mənə

Beynəlxalq Cinayət Məhkəməsindəki prokuror işimdə faydalı oldu, çünki burada müxtəlif hüquq

sistemlər  haqqında  məlumatlı  olmaq  və  anlamaq  lazımdır  ki,  müxtəlif  ölkələrin  insanları  və

müxtəlif siyasi sistemlər fərqlidirlər. Bu, çox maraqlıdır.



Beynəlxalq  ədalət  mühakiməsi  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  prokurorunun

fəaliyyəti haqqında

Mən  hesab  edirəm  ki,  Beynəlxalq  Cinayət  Məhkəməsi  indiyə  kimi  mövcud  olmuş  institutlar

arasında ən yaxşısıdır. Bu, sadəcə məhkəmə deyil. Bu, sazişə bənzəyir. Ölkələr federasiya halında

birləşirlər ki, kütləvi cinayətləri törədənləri cəzalandırsınlar və onların gələckdə baş verməsinin

qarşısını  alsınlar.  Lakin  bu  federasiyanın  hökuməti  yoxdur.  Bu,  ittifaq  dövlətlərinin  yeganə

məhkəməsidir.Bir ara bizə almanlardan məktub gələrdi. Onlar vergi ödəməkdən yayınan Qerxard

Şröderin  (Almaniyanın  sabiq  kanslerinin)  məsuliyyətə  cəlb  edilməsini  tələb  edirdilər.  Bu,  çox

maraqlı  idi  və  biz  artıq  nümunəyə  çevrilmişdik.  Bütün  dünyada  insanlar  nəyə  isə  görə

narahatdırlar və onlar müəyyən dövrdən sonra aşkar edirlər ki, biz varıq və onlara kömək edə

bilərik.Mənim üzərimə birinici baş prokuror olmaq vəzifəsi düşür ki, buna görə mən strukturu

təşkil etməliyəm. Qanuna hörmət isə hər şeyə öz axarına salır. Futbol qapılarını onu qoruyanın

dostları ya rəqibləri olmasından asılı olaraq hərəkət etdirən futbol hakimini təsəvvür edin. Lakin,

artıq burada futbol oyunu keçməyəcəkdir. Bizim rolumuz da belədir: biz geniş əhatəli cinayətlərin

qarşısını  almaq  üçün  qanunlara  hörmət  etməliyik.  Bu,  mənim  işimdir  və  mən  qanunauyğun

fəaliyyət göstərirəm. Bu mənim etməyə borclu olduğum yeganə vəzifəmdir. Bu, çox maarqlı işdir,

ona  görə  ki,  mən  yeni  qanunları  ‐  beynəlxalq  miqyaslı  mülki  hüquqları  və  ümumi  hüquqların

kombinasiyalarını yaxşı başa düşməyə borcluyam. Mən həm də inzibatçıyam. Məhkəmə 60 ölkəni

təmsil edən, olduqca mürəkkəb şəraitdə birgə çalışan 300 nəfərdən ibarətdir. 5 min il ərzində

beynəlxalq  münasibətlərdə  qanunun  heç  bir  rol  oynamadığı  bir  şəraitdə  biz,  qanuna  istinad

etməliyik. Biz təkcə ayrı bir ölkə ilə ‐ məsələn, Yuqoslaviya, Ruanda və ya Argentina ilə deyil, bütün

dünya ilə işləyirik və mən siyasi liderlərə qanun‐qaydanın nə olduğunu izah etməyə borcluyam.

Məndən siyasətçi çıxmaz. Mən onların liderlərini nə edəcəyim haqqında malumatlandırıram və

onlara başa salmalıyam ki, bu, vur‐tut qanunun tələbidir. Bax, mənim işimin müxtəlif aspektləri

bunlardır.

Güc gər zaman qanuna ram olmalıdır. Biz milli suverenliyə hörmət edirik və buna görə də, ordudan

istifadə etmirik. Biz milli polis qüvvələrindən Beynəlxalq Cinayət Məhkəməsinin orderlərini icra

etməyi tələb edirik. Necə ki, milli məhkəmələrin göstərişləri ilə polislər qərarı icra edirlər. Çox

hallarda bu, yaxşı işləyir, bəzən isə o qədər də yox. Jozef Koni (Uqanda üsyançılarının rəhbəri)

qoşunların mühasirəsində kollarda gizlənirdi. Sonra "Sudan hadisələri" baş verdi, həmin ölkənin

prezidenti  Bəşirin  həbsi  barədə  order  verildi.  Əlbəttə  ki,  Prezident  özünün  həbsinə  əmr

verməyəcək ki.

Darfurdakı genosid haqqında

Bəşir və Haruna ittihamın elan edilməsi cəzasızlığın sona çatdığını ifadə edir, çünki onlar ədalət

mühakiməsi  qarşısında  duracaqlar.  Harunun  (Sudan  hökumətində  humanitar  işlərə  cavabdeh

şəxsin) cinayətlərin özləri tərəfindən araşdıracağı ideyası illüziyadır. Humanitar məsələlər üzrə

nazir  olan  Harunu  həmin  adamlara  nəzarət  edən  rolunda  saxlamaq  yanğın  törədəni  yanğın

söndürənlərin rəisi vəzifəsində saxlamaq kimidir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  86 ­

Hər ay Darfurda 5 min insan öldürülür. Bu, bu gün baş verən genosiddir. Oyanın!  İnsanlar belə

genişmiqyaslı  cinayətlərin  şahidi  olmaq  istəmirlər.  Təəssüf  edirəm ki,  mən  bu  nadanlığın  bir

parçası olmağı bacarmıram. Cinayət hal‐hazırda baş verir və bunu söyləmək mənim borcumdur.

Əgər  kimsə  bundan  narahatdırsa,  daha  yaxşı.  Dünya  buna  görə  özünü  narahat  hiss  etməyə

borcludur. Problem ondadır ki, ölkənin liderləri 2,5 milyon insanın üstünə hücuma keçib. Bax,

buna görə dövlət, cinayətləri idarə etməməlidir. Bəşir dövlətdir. Bu səbəbdən darfurlular oradan

qaçırlar. Bu, Auşvitsdən sonra çıxardığımız dərsdir. İkinci Dünya Müharibəsindən sonra yaradılan

Təhlükəsizlik  Şurası  BMT  Nizamnaməsinin  7‐ci  fəslinə  istinad  etməklə  bu  vür  dövlətlərin

suverenliyini məhdudlaşdıra bilər.

Belə hallarda beynəlxalq icmanın 3‐lü yanaşması mövcuddur: humanitar yardım, təhlükəsizlik və

ədalət mühakiməsi nəzərə alınmadan siyasi razılaşma. Əhməd Harunun tutulması barədə order

çıxarılanda  mən  gördüm  ki,  reallığa  etinasız

yanaşıla  bilər.  Harun  insan  haqlarının

pozulmasını  araşdıran  komitəyə  rəhbər  təyin

edildi. Bu zarafat deyildi. Bu minvalla Bəşir öz

qrup üzvlərinə sübut etməyə çalışırdı ki, onun

əmrinə əməl etsələr onlara heç nə olmayacaqdır.

Bizə  danışıqlar  lazımdır,  əgər  Bəşirə  ittiham

irəli  sürülərsə,  onunla  danışıqlar  aparmaq

mümkün olmayacaqdır. Hesab edirəm ki, əvvəl‐

axır 

danışıq 


aparan 

tərəflər 

reallığa

uyğunlaşacaqlar.



Qərəzliliyim haqqında ittihamlar

Mən  İraqda  işləməyi  bacarmaram,  çünki  İraq

Roma  Statutunu  imzalamayıb.  Mən  ABŞ‐da

cinayətin təhqiqatını apara bilmərəm, çünki ABŞ bu sənədin iştirakçısı deyil. Mənin son dərəcə

dəqiq  riayət  etdiyim  bir  standart  var.  O  da  ki,  qanundur.  Qanun  mənə  deyir  ki,  bu  Sazişi

imzalamayan  dövlətdə  onu  tətbiq  edə  bilmərəm.  Lakin  mən  Konqoda  işləyə  bildim,  çünki

Konqonun Prezidenti bunu məndən xahiş etmişdi. Bu, Uqanda və Mərkəzi Afrika Respublikasına

da aiddir, çünki hər iki dövlətin prezidentləri Sazişi imzalayaraq məndən kömək istəmişlər. Ona

görə mən onlarla işləyirəm. Və ya Təhlükəsizlik Şurası mənə Darfurdakı kimi iş göndərə bilər.

Lakin  mən  Müqavilənin  iştirakçısı  olmayan  ölkənin  ərazisinə  girə  bilmərəm.  Bunu  etməyə

səlahiyyətim çatmır.

Bu ittihamlar Bəşirin mənim barəmdə olan əks‐təbliğatdır. Jozef Koni 20 il Uqandada uşaqları

qaçırıb və onları müharibə və seksual xidmətlər məqsədilə yetişdirirdi. O, öz komandirlərinə ərə

vermək üçün qızları oğurlayırdı. Siz belə halı ABŞ‐da təsəvvür edə bilərsinizmi?! Biz Afrikadakı

qurbanlara onlar afrikalı olduğu üçün etinasızlıq göstərmirik. Biz onları müdafiə edirik. Hətta əgər

qatillər afrikalılardırsa, mən onları da cəzalandıracağam.



Özü haqqında

Mənim ilham mənbəyim Jiovanne Falkonedir (maifa tərəfindən qətlə yetirilmiş italiyalı hakim).

Mən asan yolla getməyi bacarmıram. Heç kim bilmir ki, mənim hansı sübutlarım var. Qoy, qərarı

hakimlər versin, məsələni onlar həll etsinlər.

Bizim problemlərimiz qlobaldır, lakin hökumətlərimiz qlobal deyillər. Hesab edirəm ki, bu işdə

beynəlxalq  təşkilatlar  daha  mühüm  rol  oynamağa  başlayıblar.  Bu  dövr  feysbuk  dövrüdür.

Feysbukda  biz  vahid  məqsədi  olan  qlobal  birliyik.  Bu  məqsəd  özünü  ağır  cinayətlərin

törədilməməsinə  çağırışda  göstərir.  Bu,  silahsız  vuruşduğumuz  bir  proses  olmaqla  qanunu

gücləndirir. Prosesin vaxt tələb etməsinə baxmayaraq sonda biz qalib gələcəyik.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə