Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

­  71 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Normativ yeniliklər

Bu ilin mart­aprel aylarında qanunvericiliyimizdə bir sıra dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər

həyatımızın  bir  çox  sahələrindəki  münasibətlərin  tənzimləyir.  Mart‐aprel  aylarında

qanunvericiliyimizdə  edilmiş dəyişikliklər  barədə  müxtəsər  məlumatı oxucularımızın  diqqətinə

çatdırırıq.

1.  “Qeyri‐hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna bəzi əlavə və

dəyişikliklər edilib. Qanuna “İanələr və qrantlar” adlı 24‐1 maddəsi əlavə edilib.

Həmin maddədə qeyd olunur:

İanə – qeyri‐hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona

bu Qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada

verilən yardımdır.

 Qeyri‐hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər

hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt

verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.

 Qeyri‐hökumət təşkilatına ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü

şəxslər üçün birbaşa, yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb

edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

İanə edilən pul vəsaitləri qeyri‐hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir.

Nizamnaməsinə  əsasən  başlıca  məqsədi  xeyriyyəçilik  olan  qeyri‐hökumət  təşkilatı iki  yüz

manatadək ianəni nağd şəkildə qəbul edə bilər.

Qeyri‐hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına

təqdim olunan maliyyə hesabatına daxil edlilir.

Qrantların  verilməsi,  alınması və  istifadəsi  ilə  bağlı iqtisadi  və  hüquqi  münasibətlər  “Qrant

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.



2. “Qeyri‐hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna  edilən dəyişikliklərlə

əlaqədar İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişiklik edilib.

Dəyişikliyə  əsasən  İXM‐in  223‐1‐ci  maddəsinin  adı  dəyişdirilərək “Qrant  alınması  (verilməsi)

haqqında  qanunvericiliyin  pozulması”  kimi  qəbul  edilib.  Dəyişikliklərə  görə,  qrant  alan  hüquqi

şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün

qanunvericiliklə  müəyyən  edilmiş  müddətlərdə  Azərbaycan  Respublikasının  müvafiq  icra

hakimiyyəti orqanına təqdim edilməməsinə görə müəyyən edilmiş cərimənin məbləği artırılaraq

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş

min manatdan yeddi min manatadək müəyyən edilib.

 Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələr və qərarlar Azərbaycan

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata  alınmadan  həmin  qrantlardan

istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə isə vəzifəli şəxslərin min beş yüz manatdan

iki  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslərin  beş  min  manatdan  yeddi  min  manat

cərimələnməsi müəyyən olunub.

Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar,

qeyri‐hökumət  təşkilatları,  o  cümlədən  xarici  dövlətlərin  qeyri‐hökumət  təşkilatlarının  filial  və

nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın

qəbul  edilməsinə  görə  ‐  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  vəsait  və  əşyalar  müsadirə

olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər

səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcəklər.




­  72 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Məcəlləyə həmçinin aşağıdakı məzmunda 247‐4‐cü və 247‐5‐ci maddələr əlavə edilib:

Maddə 247‐4. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi

Siyasi  partiyanın  və  ya  qeyri‐hökumət  təşkilatının,  o cümlədən  xarici  dövlətin  qeyri‐hökumət

təşkilatının  filial  və  nümayəndəliyinin  qəbul  etdiyi  ianələrin  məbləği  və  ianəni  vermiş  şəxslər

barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil

edilməməsinə görə ‐ vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi

şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 247‐5. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsi

247‐5.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri‐hökumət təşkilatına, o cümlədən

xarici dövlətin qeyri‐hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə

‐fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli

manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min

manatadək miqdarda cərimə edilir.

247‐5.2.  İanə  edilən  pul  vəsaitlərinin  siyasi  partiya  və  ya  qeyri‐hökumət  təşkilatı,  o  cümlədən

xarici dövlətin qeyri‐hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul

edilməsinə görə ‐vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi

min manatdan on min manatadək miqdarda cərimə edilir.

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən,  nizamnaməsinə  əsasən  başlıca  məqsədi

xeyriyyəçilik  olan  qeyri‐hökumət  təşkilatlarına  nağd  şəkildə  verilən  və  həmin  təşkilatlar

tərəfindən  nağd  şəkildə  qəbul  edilən  iki  yüz  manatadək  ianələrə  bu  maddənin  qüvvəsi  şamil

edilmir.


İnzibati Xətalar  Məcəlləsinə  edilən  digər  dəyişikliklə  mədəni  bitkilərin  genetik  ehtiyatlarının

mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması inzibati xəta hesab olunur.

Həmin  dəyişikliklərdə  qeyd  olunur  ki,  mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və

səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni:

Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki

nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardımın göstərilməsinə; mədəni bitkilərin

genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına;  Azərbaycan

Respublikasının  Milli  Genbankının  davamlılığına  mane  olan  hərəkətlərə,  yəni  soyuducu

kameraların  motorlarının,  quruducu  aparatların  elektrik  təchizatının  dayandırılmasına

(kəsilməsinə),  yanğın  törədə  biləcək  tezalışan  maddələrin  Azərbaycan  Respublikasının  Milli

Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına;  Azərbaycan

Respublikasında  aqroekosistemlər  üçün  potensial  əhəmiyyətə  malik  olan  nadir  və  nəsli

kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan

vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə

olan  bitki  növlərinin  qanunsuz  toplanmasına,  onların  yerləşdiyi ərazilərdə  mal‐qaranın

otarılmasına,  həmin  ərazilərin  yandırılmasına  görə  ‐  fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz

manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi

şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Elmi‐tədqiqat məqsədləri  istisna  olmaqla,  genetik  modifikasiya  olunmuş  bitkilərin  genetik

materiallarının Respublikasının ərazisinə gətirilməsinə və dövlət reyestrinə daxil edilməsinə görə

‐  fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər

əlli min manat miqdarında cərimə edilir.

Məcəlləyə edilən  digər  bir  dəyişiklik    sosial  xidmət  haqqında  qanunvericiliyin  pozulması  ilə

bağlıdır. Dəyişiklikdə qeyd olunur ki, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın

qiymətləndirilməsi,  müəyyən  edilməsi  və  qərar  qəbul  edilməsi  üçün  düzgün  olmayan

məlumatların verilməsinə görə ‐  əlli manat miqdarında cərimə edilir.

Dövlət  tərəfindən  sosial  xidmət  göstərilməsinin  dayandırılmasına  təsir  göstərən  dəyişikliklər

barədə  sosial  xidmət  göstərən  subyektlərin  məlumatlandırılmamasına  görə  ‐  əlli  manat

miqdarında cərimə edilir.



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə