Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

­  73 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Sosial  xidmətə  tələbatı  olmayan  şəxsin  qanunsuz  və  ya  əsassız  olaraq  dövlət  tərəfindən  sosial

xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin

sosial xidmətə götürülməsindən imtina edilməsinə görə ‐  vəzifəli şəxslər yüz manat miqdarında

cərimə edilir.

Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında

“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə

müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda

imtinanın səbəblərinin göstərilməməsinə görə ‐ vəzifəli şəxslər yüz manat miqdarında cərimə edilir.

Sosial  xidmət  göstərilməsinin  keyfiyyətini,  həcmini  və  şərtlərini  müəyyən  edən  tələblərin

pozulmasına  görə  ‐  fiziki  şəxslər  əlli  manat  miqdarında,  vəzifəli  şəxslər  yüz  manat  miqdarında,

hüquqi şəxslər yüz əlli manat miqdarında cərimə edilir.”.

11.03.2013‐cü  il  tarixdə  İnzibati  Xətalar  Məcəlləsinə  edilən  dəyişikliyə  əsasən, xüsusi  razılıq

(lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə cəzalar sərtləşdirilib.

Belə ki, xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə

fiziki  şəxslər  iki  min  manatdan  üç  min  manatadək,  vəzifəli  şəxslər  beş  min  manatdan  on  min

manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək miqdarda cərimə ediləcək.

İndiyədək bu qaydanın pozulmasına görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə

nəzərdə tutulurdu.

3. Ötən ay “Qrant haqqında” Qanuna da dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə görə, “Dini etiqad

azadlığı  haqqında”  və  “Qeyri‐hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında”

Azərbaycan  Respublikasının  qanunlarında  nəzərdə  tutulan  ianələr  və  dövlət  hakimiyyəti

orqanlarının  yardımları  istisna  olmaqla,  qrant  müqaviləsi  (qərarı)  olmadan  Azərbaycan

Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri‐hökumət təşkilatları, o cümlədən xarici

dövlətlərin qeyri‐hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və

ya) başqa maddi formada yardım qəbul edə bilməz.

4. “Reklam  haqqında”  Qanuna  edilən  dəyişikliklə  özəl  tibb  müəssisələrinin  televiziyalarda

reklamlarına  nəzarət  gücıləndirilib.  Belə  ki,  qanuna  edilən  dəyişikliyə  görə,  özəl  tibb  fəaliyyəti

subyektləri  tərəfindən  göstərilən  tibbi  xidmətlərin  reklamının  yayımı  müvafiq  icra  hakimiyyəti

orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.



5.  “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklikdə nəzərdə tutulur ki, dini qurum

qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa,

yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə

və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində

özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz

və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. Bu maddədə

“ianə”  dedikdə  dini  qurumun  qarşısında  hər  hansı  məqsədə  nail  olmaq  vəzifəsi  qoymadan  ona

maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.



6. Mart ayında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna və həmin Qanunun

tətbiqi ilə bağlı Əsasnaməyə də dəyişiklik edilib. Dəyişiklik əsasında əcnəbilərin və vətəndaşlığı

olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydası yeni

Qanunla dəyişdirilib.

Belə ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata

alınmalıdır. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana,

sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər)

müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ("qəbul edən tərəf") 3 iş günü ərzində

əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  olduğu  yer  üzrə qeydiyyata  alınması  haqqında



­  74 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

ərizə‐anket və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən

müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  etməlidir.  Ərizə  daxil  olduqdan  sonra  müvafiq  icra

hakimiyyəti orqanı dərhal əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi olduğu yer üzrə qeydiyyata

alır  və  bu  barədə  48  saat  ərzində  məlumat  verir.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər

aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

1) viza əsasında gələnlər ‐ vizada göstərilən qalma müddətinə;

2) viza tələb olunmayan qaydada gələnlər ‐ 90 gün müddətinə.

 Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət

rüsumu ödənilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul

edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında

onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və ya

vətəndaşlığı  olmayan  şəxslər  qeydiyyatdan  çıxarılmış  hesab  edilir.  Əcnəbi  və  ya  vətəndaşlığı

olmayan şəxs olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer

üzrə qeydiyyata alınmalıdır. 2013‐cü il aprelin 1‐dək verilən "Azərbaycan Respublikasında 30

gündən  artıq  yaşamaq  istəyən  əcnəbinin  qeydiyyata  alınması  haqqında  vəsiqələr"  etibarlılıq

müddəti  bitənədək  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının

ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunur.

Hər iki qanun bu il aprelin 1‐də qüvvəyə minir.

7.  Aprel  ayında  həmçinin “Dərman  vasitələri  haqqında”,  “Dini  etiqad  azadlığı  haqqında”

qanunlara dəyişikliklər edilmişdir.

“Dərman  vasitələri  haqqında”  qanuna  edilən  dəyişikliyə  görə,  dərman  vasitələrinin  üzərinə

Səhiyyə Nazirliyi  tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklikdə nəzərdə tutulur ki, vətəndaşlar və dini

qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə

markalanmış  dini  təyinatlı ədəbiyyat  (kağız  və  elektron  daşıyıcılarında),  audio  və  video

materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan

istifadə edə bilərlər.

Dini  qurumlar,  dini  qurum  olmayan  digər  hüquqi  və  fiziki  şəxslər  müvafiq  icra  hakimiyyəti

orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video

materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal,

ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.

Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında),

audio  və  video  materialların,  mal  və  məmulatların  və  dini  məzmunlu  başqa  məlumat

materiallarının  satışı  yalnız  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  yaradılmış

ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə