Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

Beynəlxalq aləm

Türkiyədə qadın vəkillər öz vəzifələrini

baş örtüyü ilə icra edə biləcəklər

Türkiyənin Danıştay məhkəməsi (Türkiyə

Respublikasında 

icra 


hakimiyyəti

orqanlarında qanunların icrasına nəzarət

edən, həmçinin mühakimə orqanı olaraq

onlar  barəsində  məcburi  xarakterli

qərarlar  qəbul  edən  qurumdur)  xanım

vəkillər  üçün  nəzərdə  tutulmuş  baş

örtüyü qadağasını ləğv edən qərar çıxarıb.

Türkiyə mətbuatının məlumatına görə, bu

ölkənin Vəkillər Kollegiyasının "Vəkillərin

Peşə  Davranışı  Qaydaları"nda  qeyd

olunan  "vəzifələrini  "başları  açıq"  icra

edəcəklər" 

müddəasının 

icrası


dayandırılıb.

Vəkil vəsiqəsini yeniləmək istəyən bir xanım vəkil baş örtüyü ilə foto‐şəkil təqdim etdiyi üçün

Türkiyə Vəkillər Kollegiyası tərəfindən imtina cavabı alandan sonra "Vəkillərin Peşə Davranışı

Qaydaları"nın 20‐ci maddəsinin ləğvi tələbi ilə Danıştaya müraciət edib.

Şikayətə baxan Danıştay 8‐ci dairəsi "Vəkillərin Peşə Davranışı Qaydaları"nın 20‐ci ‐ "Vəkil və

stajor vəkillər peşələrinə yaraşan geyimdə "başları açıq" şəkildə məhkəmələrdə öz vəzifələrini

icra edirlər" müddəasındakı "başları açıq" ifadəsini səs çoxluğu ilə ləğv edib.

Qərarda vəkillik peşəsinin müstəqil peşə olmasına baxmayaraq, bu fəaliyyətin ictimailiyi nəzərə

alınaraq vəkillərə dövlət qulluqçularının riayət etməli olduğu standartların tətbiqinin zəruriliyi

vurğulanıb.

Qərarda  vəkilliyin  müstəqil  peşə  olduğu  nəzərə  alınmadan  onun  sadəcə  göstərilən  xidmətin

publik  xarakterli  olması  nəzərə  alınaraq  vəkillərin  öz  vəzifələrini  icra  edərkən  dövlət

qulluqçularının raiyət etdiyi qaydalar əsasında həyata keçirmələri qeyd olunmuşdur. Bu müddəa

həmçinin sərbəst vəkillərə də aiddir. Vəkilliyin gösətilən xidmətin xarakteri baxımıdan publik,

lakin peşə faəliyyəti olaraq müstəqil olması qeyd olunan qərarda vəkillik peşəsinin özünəməxsus

daxili qaydaları olduğundan bu peşənin Konstitusiyada dövlət qulluqçuları üçün təsbit olunan

tərifə daxil olmadığı da ayrıca vurğulanmışdır. Bununla belə, xidmətin publik xarakterli olması

nəzərə  alınaraq  bu  sahədə  tənzimləmənin  iyerarxiya  baxımıdan  daha  üstün  normativ  akt

çərçivəsində təfsir olunması qeyd olunmuşdur.

Danıştayın qərarla razılaşmayan üzvləri öz əsaslandırmalarında bu qərarın vəkillərin peşələrinin

icrası zamanı geyimləri ilə bağlı deyil, vəkillik vəsiqəsinə şəkil çəkdirilməsi ilə bağlı çıxarılmalı

olduğunu qeyd edirlər.

Türkiyə Vəkillər Kollegiyası qeyd olunan qərardan şikayət verib. Danştay məhkəməsi Türkiyənin

Vəkillər Kollegiyasının şikayətini səs çoxluğu ilə rədd edib.



Mənbə: http://www.trthaber.com/haber/gundem/danistaydan­basortusu­karari­80697.html

­  79 ­




­  80 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

BMT Şimali Koreyanı Beynəlxalq

Cinayət Məhkəməsinə verməlidir

Şimali  Koreyanın  ABŞ‐a  ilkin  nüvə  zərbəsi  endirmək

hədəsi  hələ  ki  ciddi  qədul  olunmalı  deyil.  Amma  onun

bombası  (mötəbər  hesablamalara  əsasən  12  ədəd)  və

ballistik  raketləri  var  və  Hollivuda  atmaq  üçün  nüvə

başlığı  və  atmosferə  daxil  olmaq  üçün  istilik  qalxanı

hazırlamaq cəmi bir neçə il vaxt aparacaq. O vaxta qədər

İranın  da  bombası  ola  bilər,  həmçinin  Səudiyyə

Ərəbistanının və bəlkə hətta Misirin də. Biz həmin vaxt

soyuq müharibənin köhnə xoş günlərini nostalji hisslərlə

xatırlayacağıq. Bəs biz Amerika prezidentinin Pxenyanı

yerlə yeksan etməyə qərar verməsini gözləməkdən başqa nə edirik?

Şimali Koreyanın təhdidləri nüvə silahının yayılmaması haqqında müqavilədəki mühüm boşluqları

ortaya çıxardı. Bu müqavilə Kuba raket böhranından sonra nüvə silahlarını bir gün öz aralarında

arsenallarını sıfıra endirmək barədə razılığa gələ biləcək 5 böyük və ya heç olmasa sağlam məntiqlə

hərəkət edən superderjavalarla məhdudlaşdırmaq məqsədilə imzalanmışdı.

Şimali Koreya bu Müqaviləyə həvəssiz də olsa 1985‐ci ildə qoşuldu, amma 2003‐cü ildə yenidən

çıxdı. BMT‐nin Təhlükəsizlik şurası heç vaxt buna yol verməməli idi, çünki müqavilə üzvlük tərəfin

ali maraqlarına təhlükə yaratmadığı halda birtərəfli ayrılmaya icazə vermir. Şimali Koreya sadəcə

olaraq  MAQATE‐nin  müdaxiləsi  olmadan  bombalar  hazırlamaq  istəyirdi.  O  belə  də  etdi  və  ilk

bombasını 2006‐cı il iyulun 4‐də, Amerikanın istiqlaliyyət günü sınaqdan keçirdi.

Hələ 1994‐cü ildə Şimali Koreyanın gizlicə olaraq iki bomba üçün kifayət qədər plutonium topladığı

məlum olduqda Bill Klinton hökuməti müdaxiləni ciddi şəkildə nəzərdən keçirdi, lakin bunun 100

milyard  dollara  və  1  milyon  insan  itkisinə  başa  gələcəyi  hesablamalarından  qorxuya  düşdülər.

Cimmi Karterin diplomatiyası müharibənin qarşısını aldı, lakin onun danışıqlar nəticəsində əldə

olunan Çərçivə Sazişinə əsaslanan sistem tezliklə çökdü və daha sonra son 10 ildir davam edən

Altıtərəfli Danışıqlarla əvəz olundu. Bu arada ordu uran istehsalını və raketlərin sınağını davam

etdirdi. Sanksiyaların artması Şimali Koreyanı öz təhdidlərini həyata keçirmək üzrə fəaliyyətindən

çəkindirməyəcək. O, hər provakasiyadan sonra daha çox sanksiyaya məruz qalmışdır, hətta Çin də

artıq  Təhlükəsizlik  Şurasında  onların  lehinə  səs  verir.  Çinin  razılığı  ilə  belə  olsa,  ABŞ‐ın  onun

şəhərlərini və ya nüvə obyektlərini bombalaması qanlı cavab hücumları ilə nəticələnəcək.

Təhlükəsizlik  Şurasının  iki  yolu  var.  Birincisi  yumşaq  yoldur:  Şimali  Koreyanın  bütün  bu

aqressiyanın arxasında duran əsl istəyini həyata keçirmək, yəni onu nüvə silahının yayılmaması

haqqında müqaviləyə altıncı (və ya Hindistandan sonra yeddinci) nüvə silahı dövləti kimi yenidən

qəbul  etmək.  Bu  artıq  Con  Kerri  tərədinən  rədd  edilmişdir  və  digər  dövlətlər  tərəfindən  də

müqavimətlə qarşılanacaqdır. Amma hərbi yolu saymasaq, bu qeyri‐mümkün vəziyyəti saxlamağın

yeganə  yolu  ola  bilər.  Müqaviləyə  həmin  statusla  yenidən  qoşulmaq  ən  azından  onun  üzərinə

tədricən silahsızlanma öhdəliyi qoyacaqdır (MAQATE‐nin müntəzəm inspeksiyaları olmadan poza

biləcəyi bir öhdəlik olsa da).

Digər  yol  isə  Şimali  Koreyanın  nüvə  müharibəsi  təhdidlərini  insanlıq  əleyhinə  cinayət  kimi

qiymətləndirmək və onun davranışını araşdırmaq, Kim Çen İnin və onun generallarının potensial

mühakiməsi üçün beynəlxalq cinayət məhkəməsinin prokuroruna göndərməkdir.

Nüvə silahlarından istifadə etmək və ya bu cür istifadə ilə hədələmək BMT tərəfindən 1984‐cü ildə

insanlığa qarşı cinayət elan olunmuşdur. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 1986‐cı ildə

qəbul etdiyi qərara əsasən “fövqəladə özünü müdafiə halları istisna olmaqla nüvə silahlarından

istifadə etmək və ya bu cür istifadə ilə hədələmək ümumilikdə (beynəlxalq) hüquq qaydalarına

ziddir”. Özünü müdafiə isə Şimali Koreyanın hazırki ilkin istifadə təhdidlərinə şamil olunmur.

Nüvə silahı atmaq və və ya  atmaqla  hədələmək  qeyri‐qanunidir.  Ona  görə  ki,  bu  silahlar  hərbi




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə