Publication1



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

­  83 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

1949‐cu ildə Amerikada səyahətdə olan Sürəyya Ağaoğlu orada kimsəsiz uşaqlar üçün yaradılmış

mərkəzi  görür  və  qayıtdıqdan  sonra  belə  bir  mərkəzi  Türkiyədə  də  yaratmağı  qərara  alır.

Qayıtdıqdan sonra yuxarıda adı çəkilən uşaq fondunu yaradır. 1960‐cı ildə Ekrem Alicanın liderliyi

ilə yaradılan Yeni Türkiyə Partiyasında siyasi fəaliyyətə başlayır və partiyanın İstanbul şöbəsinin

sədri  olur.  1960‐ci  il  hərbi  çevrilişi  zamanı  qardaşı  Səməd  Ağaoğlu  hərbi  tribunal  tərəfindən

mühakimə  olunduğundan  Sürəyya  xanım  qardaşının  vəkili  olmuşdur.  Qeyd  edək  ki,  Sürəyya

xanımın qardaşı Səməd Ağaoğlu 1950‐1958‐ci illərdə Türkiyənin Baş nazirinin müavini, əmək

naziri və ticarət naziri vəzifələrində işləmişdir.

“Londonda gördüklərim” və “Bir ömür belə keçdi”

adlı  kitablarında  çox  sayda  hüquqi  məqalələr

yazıb. 1950‐ci ilin əvvəllərində alman hüquqşünas

Verner  Taschenberqer  ilə  evlənən  Sürəyya

xanımın  evliliyi  1960‐cı  ilədək  davam  edib.  Bu

evlilikdən onların övladı olmayıb.

Sürəyya xanım Ağaoğlu təkcə hüquqşünas deyildi.

O,  həm  də  mətbuat  aləmində  tez‐tez  imzası

görünən bir publisist idi. "Bir ömür də belə keçdi"

kitablarında  Sürəyya  xanım  öz  ailələrinin

timsalında 

Azərbaycandan 

uzaq 


düşmüş

mühacirlərin 

həyatından, 

ictimai‐siyasi

fəaliyyətindən bəhs edir.

Sürəyya  xanımla  bağlı  vikipediya  olan  bir

məlumatda  oxuyuruq:  "1921‐ci  il  iyulun  18‐də

erməni  qatil  Torlakyan  İstanbulun  "Pera‐Palas"  hotelinin  önündə  Azərbaycan  Xalq

Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur.

Həmin  vaxt  İstanbul  İngilis  işğalı  altında  olduğundan  cani  cinayət  hadisəsindən  20  gün  sonra

İngilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi

bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət,

məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror

24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi

və qatil Torlakyan gecə ikən qaçırıldı".

Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür.

Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona

türklərin bu davada haqlı olduğunu söyləyir.

Sürəyya xanım 73 il ayrılıqdan sonra 1983‐cü ildə  ilk dəfə Bakıya gəlib. Lakin o zaman Şuşaya

gedə  bilməyib.  1989‐cu  ildə  Bakıda  atası  Əhməd  bəy  Ağayevin  anadan  olmasının  120  illiyi  ilə

əlaqədar yubiley tədbirinə dəvət alan Sürəyya Ağaoğluna ölüm vətənə gəlməyə imkan vermir.

Sürəyya Ağaoğlu 1989‐cu il dekabrın 29‐da İstanbulda qatıldığı “Qadın hüquqları və çağdaşlaşma”

adlı iclasdan çıxarkən pilləkənlərdən yıxılaraq beyninə qan sızması səbəbindən vəfat etmişdir.

Bu gün Türkiyədə onun adını daşıyan neçə‐neçə küçə adları var. Yaratdığı Sürəyya Ağaoğlu Uşaq

Dostları Fondu isə hələ də fəaliyyət göstərir.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  84 ­



“

LUİS‐MORENO OKAMPO KİMDİR?” ‐

                      ARAŞDIRMA

Beynəlxalq  Haaqa  Cinayət  Məhkəməsinin  baş

prokuroru, 2011‐ci ilin cəsarətli və aparıcı yüzlərlə

mütəfəkkirlərindən  biri, Foreign  Policy  və The

Atlantic  nəşrlərinin  versiyasına  görə  Beynəlxalq

Şəffaflıq  təşkilatının  əməkdaşı‐  Luis‐Qabriel

Moreno‐Okampo. 

Onu 


çoxlu 

tənqid 


edir,

tərifləyirlər, lakin o, heç vaxt darıxdırıcı olmadı və

həmişə qabağa getdi.

Moreno‐Okampo 1952‐ci ildə Argentinada anadan

olub, 

Buenos‐Ayres 



Universitetinin 

Hüquq


məktəbini bitirib və 1980‐ci ildə Argentina Ədliyyə

Nazirliyinə texniki işçi olaraq daxil olub.

O, 1985‐ci ildə 1976‐1983‐cü illərdə ölkədə hakimiyyətdə olmuş Argentina xuntasının üzvləri

üzərində  aparılan  məhkəmə  prosesi  zamanı  baş  dövlət  ittihamçısının  köməkçisi  işləyərkən

məşhurlaşdı. Təəcüblü deyil ki, bu, Latın Amerikası tarixində yeganə prosesdir ki, müttəhimlər

kürsüsündə dövlətə faktiki rəhbərlik edənlər idi. 1988‐1992‐ci illərdə Moreno‐Okampo nazirlərə,

federal hakimlərə və yüksək vəzifəli hərbiçilərə qarşı korrupsiya və hərbi cinayətlərlə bağlı ad

qazanmış  "10  nömrəli  iş"in  ittiham  aktını  elan  etmişdi.  Sonra  o,  böyük  korporasiyalar  üçün

antikorrupsiya proqramları və mürəkkəb arbitraj mübahisələri üzrə ixtisaslaşmış şəxsi hüquq

firmasının  (Moreno  Ocampo  və  Wortman  Jofre)  əsasını  qoydu.  Bundan  başqa,  bu  firma  öz

hesabına siyasi korrupsiya və buna bənzər işlərdə iştirak edirdi. 1990‐cı ilin sonlarında “Xalq

məhkəməsi‐yığıncağı” realiti‐şousunda iştirak edirdi. Bundan başqa, o, müəllimlik edir,  BMT‐də

və Dünya Bankında konsultasiya verir, məqalələr və kitablar yazırdı.

Onun  həyatında  başlıca  işi  16  iyun  2003‐cü  ildə  başladı.  Həmin  vaxt  o,  Beynəlxalq  Cinayət

Məhkəməsinin və Prokurorluğun tarixində ilk dəfə olaraq birinci və daimi prokuror seçildi. 9

illik fəaliyyəti dövründə o prokurorun ofisini bir neçə əməkdaşın və stajorun çalışdığı naməlum

idarədən  hamının  hesablaşdığı  quruma  çevirdi.  Ancaq  Moreno‐Okamponun  prokurorluğu

dövründə məhkəmə heç bir hökm çıxartmayıb. Beynəlxalq cinayət məhkəməsində iş qaldırılmış

və ittiham olunan ilk müttəhim Tomas Lyubanqa barəsində hökm yalnız 2012‐ci il iyulunda –

Luis  Moreno‐Okamponu  öz  postunda  onun  müavini  Fatu  Bensuda  əvəz  etdikdən  1  ay  sonra

çıxarılmışdır.

Argentinadakı fəaliyyəti haqqında

Xunta iştirakçılarının işi ilə bağlı proses mənim həyatımı tamamilə dəyişdi, ona görə ki, buna

qədər mən qanunların nəzəri tərəfi ilə daha çox məşğul olmuşdum və mən o zaman başa düşdüm

ki, həqiqətdə hər şey başqa cürdür. Cinayətkarlar hakimiyyətin nümayəndələri idilər. Cinayəti

polislər törətmişdilər. Ümumiyyətlə, mənim anam da daxil olmaqla həmvətənlərimin əksəriyyəti

cinayətkarları  müdafiə  edirdilər.  Onlar  fikirləşirdilər  ki,  xunta  onları  partizanlardan  müdafiə

edir. Belə ki, bu, olduqca çətin idi, üstəlik, cinayət işinin həcminə görə biz məhkəməyə 800 şahid

təqdim  etmişdik.  Bu,  mənim  qanun  haqqındakı  təsəvvürümü  tam  şəkildə  dəyişdi,  həmçinin

məhkəməyə  iri  həcmli  şahid  ifadələrinin  verilməsi  ilə  bağlı  təcrübəmi  dəyişdi.  Lakin  proses

başlayanda  ən  maraqlısı,  mən  anladım  ki,  bu  proses  bütün  xalqa  dərs  oldu.  Mənim  anam

prosesdən iki həftə sonra mənə zəng edərək dedi: “Sən haqlı idin. Mən hələ də general Videlanı

yüksək  qiymətləndirirəm,  lakin  o  türmədə  yatmalıdır”.  Məhz  buna  görə  mən  ədalət

mühakiməsinə  inanıram.  Müqəssirlərin  tanıdılması  vacibdir,  amma  ən  vacib  olanı,  insanların

nəyin baş verdiyini görmələri daha mühümdür.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə