Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  81 ­

hədəflərlə mülki şəxslər arasında fərq qoymur, ona görə ki, nəticələr insan nəzarətindən kənardır,

ona görə ki, onun səbəb olduğu iztirablar böyük və lüzumsuzdur. Beynəxalq Ədalət Məhkəməsinin

dediyi  kimi  “nüvə  silahlarının  dağıdıcı  gücü  məkan  və  zamanla  məhdudlaşmır”.  Bu,  iki  ən

fundamental  insan  hüququnu  pozur,  "həyatdan  özbaşına  məhrum  olunmamaq  hüququ"  və

işgəncəyə, bu halda ionlaşdırıcı radiasiyaya məruz qalmama hüququ.

Haaqada yerləşən Beynəxalq Cinayət Məhkəməsi son on ildə böyük hüquqi əhəmiyyəti olmayan

işlərlə  məşğul  olmuşdur.  Həmin  işlər  ağır  cinayətlər  olsa  da,  əsasən  öldürmək  və  öldürməyə

təhriklə bağlı işlərdir. Məhkəmə öz məqsədinin icrasına demək olar ki başlamayıb, çünki onun

mühakimələri  yerli  Afrika  siyasətçiləri  və  səhra  komandirləri  ilə  məhdudlaşır.  Beynəlxalq

məhkəmə beynəlxalq cinayətkarlarla məşğul olmalıdır. Qanunsuz olaraq nüvə silahı hazırlayan,

istehsal edən və istifadə etməklə hədələyən şəxslər isə ən təhlükəli beynəlxalq cinayətkarlardır.

Mənbə: http://www.guardian.co.uk/commentisfree/2013/apr/07/north­korea­case­to­the­hague

Belarus Respublikasında mülki mübahisələr zamanı

mediasiya institutundan istifadə olunacaqdır

Belarus  Respublikasının  Ali  Məhkəməsinin  sədr

müavini Aleksandr Fyodortsovun jurnalistlərə verdiyi

məlumata  görə  artıq Belarusda  mülki  mübahisələr

zamanı  mediasiya  institutundan  yararlanılmağa

başlanılacaqdır.

Fyodortsovun 

sözlərinə 

görə, 

mülki 


hüquq

münasibətləri  çərçivəsində  bu  instituta  müraciət

edilməsi 

icbari 


olacaqdır. 

Artıq 


Belarus

Respublikasında  mediasiya  institutundan  təsərrüfat

məhkəmələri sistemində geniş istifadə olunur.

Fyodortsov "məhkəməyəqədər və ya məhkəmə prosesi

mərhələsində  tərəflərin  hər  hansı  bir  barışığa  və  ya

razılığa gəlməsi konfliktin daha da böyüməsinin qarşısını alır" deyir. Əslində, mülki prosesdə əsas

diqqət  əsasən,  məhkəmə  hazırlığı  mərhələsinə  verilir.  Belarus  Respublikasının  təcrübəsində

barışıqı  sazişi  institutundan  istifadə  olunur.  Sədr  müavininin  dediklərinə  görə,  bu  institutdan

istifadə olunmasına baxmayaraq ondan daha geniş formada istifadə olunmasının tərəfdarıdır.

Hal‐hazırda Belarus Respublikasında "Mediasiya haqqında" qanun layihəsinin parlamentdə ikinci

oxunuşa hazırlanması üçün təkmilləşdirilməsi prosesi gedir. Qanun layihəsinin hazırlanması üzrə

İşçi Qrupun tərkibinə parlamentarilər, Qanunvericilik və Hüquqi Tədqiqatlar üzrə Milli Mərkəzin,

Baş Prokurorluğun, Dövlət Nəzarət Komitəsi və Ədliyyə Nazirliyinin nümayəndələri daxildir.

Mediasiya  konfliktli  vəziyyətin  məhkəməyəqədər  və  məhkəmə  prosesi  ərzində  könüllü  həllini

nəzərdə  tutur.  Burada  söhbət  iqtisadi  və  mülki  mübahisələrdən  gedir.  Qanun  layihəsində

mediatorların iştirakı və danışıqlar yolu ilə bu cür mübahisələrin həlli məsələləri tənzimlənəcəkdir.

Bu mexanizm mahiyyət etibarı ilə işdə marağı olmayan üçüncü tərəfə ‐ mediatora etimada əsaslanır.

Qanun  layihəsinə  əsasən,  mediator  ya  ali  hüquq  təhsilinə  və  ya  digər  ixtitsaslar  üzrə  ali  təhsil

dərəcəsinə  malik  olmalıdır.  Bu  cür  şəxslər  müvafiq  hazırlıq  keçməklə  xüsusi  sənədə  malik

olmalıdırlar. Qanun layihəsinə müvafiq olaraq mediatorların peşəyə buraxılışını Ədliyyə Nazirliyi

nəzdində fəaliyyət göstərən xüsusi komissiya həyata keçirəcəkdir.

Mənbə: http://www.moyby.com/news/106265/



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  82 ­



Tanınmış hüquqşünaslar silsiləsindən

”SÜRƏYYA AĞAOĞLU KİMDİR?” ‐ ARAŞDIRMA

Türkiyənin tarixində ilk qadın vəkil ‐ Sürəyya Ağaoğlunun bu il

anadan olmasının 110 illiyidir.

O Sürəyya xanım ki, Azərbaycanın ictimai‐siyasi, mədəni, ədəbi

fikir  tarixində  böyük  rol  oynamış  yazıçı,  publisist,  şərqşünas

alim,  hüquq  professoru,  dövlət  xadimi  Əhməd  bəy  Ağayevin

(Ağaoğlu) 5 övladından biridir.

Sürəyya  Ağaoğlu  1903‐cü  ildə  Azərbaycanın  Şuşa  şəhərində

anadan  olub.  Ailədə  beş  uşaq  olublar.  Sürəyya  ailənin  böyük

övladı  idi.  Qardaşları  Əbdürrəhman  Ağaoğlu  mühəndis  və  iş

adamı,  Səməd  Ağaoğlu  ədəbiyyatşünas  və  hüqüqşünas,  bacısı

Tezer Taşkıran müəllimə və millət vəkili, nəhayət, kiçik bacısı

Gültəkin Ağaoğlu uşaq həkimi idi.

O zamanlar Əhməd bəy Türkiyədə fəaliyyət göstərdiyi üçün Ağaoğlu ailəsi 1910‐cu ildə onun

dəvəti ilə Türkiyəyə köçüb. Sürəyya xanım uşaqlıq və gənclik illərini atasının işi və idealogiyasına

görə Türk Ocaqları üzvlərinin və Mustafa Kamal Paşanın dostları arasında keçirib.

Kiçik  Sürəyyanın  inkişafında  təkcə  məktəb  həyatı  yox,  eyni  zamanda  öz  ailələrindəki  mühit,

atasının  dostları,  eləcə  də  Türkiyənin  o  dövrdəki  görkəmli  yazıçıları,  tarixi  simaları  təsirli  rol

oynayıblar.  Əli  bəy  Hüseynzadə,  Ziya  Göyalp,  Fuad  Köprülü,  Abdulla  Cövdət  kimi  şəxsiyyətlər

tez‐tez  onların  ailələrində  qonaq  olardılar.  Təsadüfi  deyildi  ki,  o  vaxtlar  Türkiyədə  yaşayan

azərbaycanlı  mühacirlər  müntəzəm  olaraq  Əhməd  bəygilə  yığışardılar.  Onların  söhbətləri,

Azərbaycanla  bağlı  dərin  həsrətləri  Sürəyya  xanıma  bir  tərəfdən  həm  ciddi  təsir  edir,  digər

tərəfdən də yetkinləşməsinə səbəb olurdu.

O, 1920‐ci ildə İstanbul Qız Liseyini bitirdikdən sonra, 1921‐ci ildə hüquq fakültəsinə qəbul olmaq

üçün sənədlərini Darülfünuna (indiki İstanbul Universitetinə) verir. Bütün qadınların başı örtülü

gəzdiyi bir vaxtda Türkiyədə qızlar üçün hüquq fakültəsi belə yox idi. Sürəyya Ağaoğlu qızlar

üçün hüquq fakültəsinin açılmasını tələb edir, lakin cavabında "Bir nəfər üçün fakültə açıla bilməz"

cavabını alır. Bu zaman Sürəyya öz məktəb yoldaşları Bedia, Məlahət və Saimanı dilə tutaraq bu

fakültəyə qəbul olmağa razı salır, qızlar üçün ilk hüquq fakültəsi açılır.

1925‐ci ildə hüquq fakültəsini bitirdikdən sonra Ankara Dövlət Təzminat Şöbəsində işləməyə

başlayır.  5  dekabr  1927‐ci  ildə  Ankara  Barosunda  (Vəkillər  Birliyində)  qeydiyyatdan  keçir,

1928‐ci ildə sərbəst vəkillik lisenziyası alaraq "Türkiyənin ilk qadın vəkili" adını almır və həyatı

boyunca vəkil kimi çalışır. 1936‐cı ildə İstanbul Barosuna (Vəkillər Birliyinə) üzv qəbul edilir.

İngilis  və  Fransız  dillərini  mükəmməl  bilən  Sürəyya  Ağaoğlu  iş  həyatı  boyunca  çoxlu  sayda

ölkələrarası konfranslarda Türkiyəni təmsil etmişdir.

Sürəyya  xanım  1946‐cı  ildə  İstanbul  Vəkillər  Birliyini  o  dövrdə  Beynəlxalq  Vəkillər

Assosiasiyasına  üzv  edir  və  1946‐1960‐cı  illər  arasında  bu  Assosiasiyanın  Rəyasət  Heyətinin

yeganə qadın üzvü olur. 1980‐1982‐ci illərdə Hüquqşünas Qadınlar Federasiyasının ikinci sədri

seçilir.

1948‐ci  ildə  Berlin  Beynəlxalq  Hüquqşünaslar  Komissiyasının  üzvü  olan  Sürəyya  xanım  Azad

Fikir Dərnəyi, Türk‐Amerikan Universitetlər Dərnəyi və Sürəyya Ağaoğlu Uşaq Dostları Fondunu

təsis etmişdir.

Ömrünün  65  ilini  sərbəst  vəkilliyə  həsr  etmiş  Sürəyya  xanım  1948‐ci  ildə  Beynəlxalq  Qadın

Hüquqşünaslar Cəmiyyətinə üzv seçilib, daha sonra iki il həmin cəmiyyətin prezidenti olub.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə