Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  75 ­



Yerli xəbərlər

Vəkillər və məhkəmə aparatı işçilərinə

təlimlər keçiriləcək

Azərbaycan Hüquq İslahatları Mərkəzindən (AHİM) Trend‐

ə  verilən  məlumata  görə,  təlimlər  Mərkəzin  Azərbaycan

Respublikası 

Prezidenti 

yanında 


Qeyri‐Hökumət

Təşkilatlarına 

Dövlət 

Dəstəyi 


Şurası 

tərəfindən

maliyyələşdirilən 

"Peşədaxili 

davranış 

qaydaları

korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihəsi

çərçivəsində təşkil olunacaqdır.

Üç ay ərzində davam edəcək layihənin məqsədi korrupsiya

hallarının  qarşısının  alınması  üzrə  mübarizədə  vəkillərin  və  məhkəmə  aparatı  işçilərinin

maarifləndirilməsini təmin etməklə ölkəmizdə aparılan məhkəmə‐hüquq islahatlarına dəstək

verməkdir.

AHİM‐in rəhbəri Anar Bağırov bildirib ki, hal‐hazırda ölkəmizin hüquq sferasında peşədaxili

etika qaydalarının öyrənilməsi və bu istiqamətdə aidiyyəti işçilərin maarifləndirilməsində bir

sıra problemlər mövcuddur.

"Bütün bunlara baxmayaraq məsələnin həlli istiqamətində dövlət və qeyri‐dövlət qurumları

tərəfindən  çoxlu  sayda  etik  davranış  qaydaları  qəbul  olunaraq  onların  təbliği  üzrə  işlər

aparılmaqdadır. Əslində, bu sənədlərin məqsədi həmin sferada çalışan işçilərin vahid peşə

davranışı qaydalarının müəyyən edilməsidir", o deyib.

Bağırov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə əsas vasitələrdən biri kimi çıxış edən

peşədaxili etik davranış qaydaları gələcəkdə insan hüquqlarının müdafiəsinə təminat verməklə

onların pozulması ehtimalını da aşağı salır.

"Azərbycan Respublikasında yerli qanunvericiliyin beynəlxalq, habelə Avropa standartları ilə

mütərəqqi  harmonizasiya  təcrübəsinin  olmasına  baxmayaraq  vəkillik,  habelə  məhkəmə

aparatı  işçilərinin  sahəvi  etik  davranış  qaydalarının  müəyyənləşdirilməsində  açıq  qalan

məsələlər mövcuddur. Məhz buna görə Avropa Vəkillər Kollegiyaları Assosiasiyası tərəfindən

qəbul olunmuş Avropa Vəkillərinin Davranış Kodeksinin vəkil və hüquqşünaslara çatdırılması,

onların  bu  sahədə  biliklərinin  zənginləşdirilməsi,  həmçinin  adı  çəkilən  sahədə  boşluğun

doldurulması vəkilliyin inkişafı baxımından faydalı olacaq", AHİM rəhbəri vurğulayıb.

Layihə  çərçivəsində  yerli  ekspertlərin  iştirakı  ilə  təlimlərin  keçirilməsi,  habelə  Avropa

Vəkillərinin  Davranış  Kodeksinin  (Kommentariyasının),  "Məhkəmə  aparatı  işçilərinin  etik

davranış prinsipləri"nin tərcümə olunaraq vəkil, məhkəmə aparatı işçiləri, həmçinin hüquq

ictimaiyyəti arasında paylanılmasının təşkil edilməsi nəzərdə tutulub.

Təlimlərin paytaxt və digər regionlarda keçirilməsi planlaşdırılmışdır.



Mənbə: http://az.trend.az/news/society/2137148.html


­  76 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün

kurslar təşkil olunacaq

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir

və namizədlər ilkin hazırlıq kursuna dəvət olunurlar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend‐ə verilən xəbərə

görə, 2013‐cü ilin fevral ayının 15‐dən etibarən ədliyyə orqanlarına

qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə ilə bağlı

ərizələrin qəbulu davam edir.

Müsabiqənin birinci mərhələsində ‐ test imtahanında iştirak etmək

üçün  yalnız  müvafiq  ərizə  ilə  müraciət  etmək  kifayətdir.  Əlavə

məlumatı  nazirliyin  internet  səhifəsindən,  eləcə  də  538‐01‐62,

538‐08‐15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Müsabiqədə  iştirak  edən  hüquqşünasların  test  imtahanına  və

söhbət  mərhələsinə  mükəmməl  hazırlaşmalarına  və  yüksək  nəticələr  əldə  etmələrinə  kömək

məqsədilə Müsabiqə Komissiyası onlar üçün Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursu təşkil

edir.

Aprel ayının ikinci yarısından etibarən başlanılacaq kursun tədris proqramı əvvəlki imtahanların



təcrübəsi və namizədlər üçün zəruri olan sahələr nəzərə alınmaqla hazırlanıb.

Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri,

Vidadi küçəsi 158, telefon: 493‐71‐31) və ya nazirliyin Kadrlar idarəsində qəbul olunur.

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.



Mənbə: http://az.trend.az/news/society/2137274.html

İcazə verərsiz evimi tikim?

“Keçən  ildən  torpaq  sahəsi  almışam,  sənədləri  də

qaydasındadır.  Ancaq  heç  cür  ev  tikintisinə  başlaya

bilmirəm.  Neçə  aydır  rayon  icra  hakimiyyətinə  get‐

gəldəyəm,  icazə  almaq  mümkün  olmur”.  Dərdini  bizə

danışan  Rasim  Babayev  Bakı  qəsəbələrindən  birində

torpaq alanda ailəsi çox sevinibmiş, bir neçə aydan sonra

geniş evə köçəcəklərini xəyal ediblər. Amma ailə rəhbəri

hələ  də  İH‐nin  Tikinti  və  Memarlıq  Şöbəsindən  lazımi

sənədi ala bilmir.

R.Babayevə  eşitdiriblər  ki,  gərək  icra  başçısı  yanında

hansısa fonda pul keçirsin. Özü də nədənsə bu rüsumun

məbləği az qala torpağın qiymətinin üçdə birinə ‐ 2500 manata yaxındır. Amma Babayevin əlində

qanunla tələb olunan rüsumların ödənməsi haqda qəbzlər var. O, tələb olunan sənədlərin hamısını

əldə edəcəyini, rüsumdan əlavə pul ödəməyəcəyini bildirib. Onda İH özündən yeni sənədlər icad

edib ‐ tikiləcək evin smeta xərcləri, onu hansı pul gəlirləri hesabına tikdirəcəyi haqqında məlumat

istəyiblər: “Mən bir mərtəbəli, 3 otaqlı ev tikmək istəyirəm. Məgər ipoteka alıram ki, gəlirlərim

haqda sənəd gətirəm? Bax, beləcə, işlərim donub qalıb. Orasını da deyiblər ki, əgər icazəsiz tikintiyə

başlasam, gəlib sökəcəklər”.

Qanun icazə istəmir

Əslində isə hazırda qüvvədə olan qanunvericilik fərdi mənzil tikintisi üçün icazə prosedurunu xeyli

asanlaşdırıb. Bu il yanvarın 1‐dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə