Publication1


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix24.02.2018
ölçüsü0,91 Mb.
#27644
1   ...   35   36   37   38   39   40   41   42   43

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ 2013/01

­  77 ­

vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon (şəhər) icra hakimiyyətlərindən

icazə  almalı  deyil,  yalnızca  bu  qurumu  özünə  aid  torpaq  sahəsində  ev  tikəcəyi  barədə

məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Əlbəttə,

bunun üçün bir sıra şərtlər müəyyənləşdirib. Məsələn, fərdi yaşayış evinin hündürlüyü ‐ binanın

səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin

sayı  isə  3‐dən  artıq  olmamalıdır.  Həmçinin,  tikiləcək  evin  aşırımları  (divar  və  ya  sütunları)

arasındakı məsafə maksimum 6 metr olmalıdır.

İkinci  şərt  İH‐lərinə  tikinti  barədə  yazılı  xəbərdarlıq  göndərərkən,  memarlıq‐planlaşdırma

sənədləri  də  məktuba  əlavə  olunmalıdır.  Yəni,  tikiləcək  evin  fasadı  və  onun  mərtəbələrinin

quruluşunu əks etdirən plan‐çertyoj çəkilməlidir. Bu çertyoj lisenziya əsasında fəaliyyət göstərən

memarlara və ya tikinti‐layihə institutlarında müəyyən pul müqabilində hazırlatdırıla bilər. Qanuna

əsasən,  3  ay  ərzində  həmin  plan‐çertyoja  yerli  icra  hakimiyyətindən  irad  tutulmazsa,  tikintiyə

başlanıla bilər. Əks təqdirdə, yəni planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə

göstəriş olarsa, vətəndaş bu iradları aradan aldırıb tikintiyə başlaya bilər.



Nazirlər Kabineti tərəfindən hələ ki qaydalar hazırlanmayıb

Bakı Hüquq Mərkəzinin hüquqşünası Fərhad Nəcəfov da hazırda məcəllənin tətbiqi ilə bağlı bəzi

problemlərin  olduğunu  bildirir:  “Əfsuslar  olsun,  bəzən  fərdi  yaşayış  evinin  tikintisi  üçün  yeni

qaydalar  əsasında  yerli  İH  orqanlarına  müraciət  edən  şəxslərə  həmin  orqanlardan  qaneedici

cavablar verilmir. Belə ki, bir sıra yerli icra hakimiyyəti orqanlarından vətəndaşlara bildirirlər ki,

"məlumatlandırma  icraatı  haqqında  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  müvafiq  qaydalar

olmalıdır və həmin qaydalar hələ ki, onlarda yoxdur. Və onlarda bu qaydaların mövcud olmadığı

dövrdə tikinti üçün hələ ki, icazənin alınması lazımdır."

Hüquqşünas əslində ilk baxışdan bu cavabın müəyyən qədər əsaslı olduğunu da istisna etmir. Çünki

Prezidentin  “Azərbaycan  Respublikasının  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin  təsdiq  edilməsi,

qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununun tətbiqi barədə 4

sentyabr  2012‐ci  il  tarixli  Fərmanına  əsasən,  Nazirlər  Kabineti  5  ay  ərzində  məlumatlandırma

icraatı ilə bağlı qaydalar müəyyənləşdirməli idi: “Eyni zamanda, Nazirlər Kabinetinin 13 sentyabr

2012‐ci  il  tarixli  Sərəncamına  əsasən,  aidiyyəti  dövlət  qurumları  bu  qaydaları  hazırlayıb  4  ay

ərzində  Nazirlər  Kabinetinə  təqdim  etməli  idilər.  Yəni,  Prezidentin  Fərmanın  qüvvəyə

minməsindən sonrakı ən geci 5‐ci ay – 4 fevral 2013‐cü ilə kimi bu Qaydalar işıq üzü görməli idi.

Lakin hələlik bu qaydalar haqqında heç bir məlumat yoxdur”.

Buna  baxmayaraq,  F.Nəcəfov  hesab  edir  ki,  qaydaların  olmaması  Məcəllənin  işləməsinə  əngəl

törədə bilməz. Çünki “AR Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiqi, qüvvəyə minməsi və bununla

bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012‐ci il tarixli Qanuna əsasən, şəhərsalma və tikinti

fəaliyyəti  ilə  bağlı  digər  normativ  hüquqi  aktlar  yeni  Məcəlləyə  zidd  olmayan  hissədə  hüquqi

qüvvəsini  saxlayır:  “Yəni  bu  normadan  bəlli  olur  ki,  əgər  tikinti  ilə  bağlı  qüvvədə  olan  digər

qanunlar bu Məcəllə ilə ziddirsə, həmin qanunlar tətbiq oluna bilməz. Ona görə də əvvəllər qüvvədə

olan "fərdi yaşayış evinin tikintisi üçün icazə icraatı" "məlumatlandırma icraatı" ilə ziddiyyət təşkil

etdiyindən  "məlumatlandırma  icraatı"na  istinad  edilməlidir.  Axı  "icazə  icraatı"  artıq  qüvvədən

düşmüş sayılır. Yeni qaydaların hələlik mövcud olmaması insanların fərdi ev tikintisinə maneə

yarada  bilməz.  Bu,  dolayısilə  Konstitusiyanın  43‐cü  maddəsindən  irəli  gələn  hüquqlarından

istifadəyə maneə yaratmış olardı”.



Sökə bilməzlər, lakin cərimələmək olar

F.Nəcəfov  qanunda  peşəkarlar  tərəfindən  hazırlanmış  plan‐çertyoj  haqda  tələbin  qoyulmasını

düzgün sayır. Əks təqdirdə, ölkədə standartlarsız, tikinti normalarına riayət edilmədən inşaatların

sayı çoxalar: “Həm də İH çertyoj‐plana yalnız bir dəfə irad tuta bilər. Digər tərəfdən, çertyojlar

lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti‐layihə institutlarında çəkilirsə, orada

nadir hallarda qüsurlar tapıla bilər”.




­  78 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  2013/1

Evin sökülməsi haqda hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj‐plana

qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati

Xətalar  Məcəlləsinin  195‐ci  maddəsinə  görə,  qanunvericiliklə  müəyyən  edilmiş  normalardan

kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən 300‐600

manatadək cərimə oluna bilərlər.



Parlamentin töhfəsi

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yeni Məcəlləni

parlamentin Azərbaycan qanunvericiliyinə verdiyi çox əhəmiyyətli bir töhfə kimi qiymətləndirir:

“Həyat  məcəllənin  praktikaya  nə  dərəcədə  uyğun  hazırlandığını  da  göstərəcək.  Bu  sənəd  tam

beynəlxalq standartlara uyğun hazırlanıb və bəyənilib. Ona görə də məcəllənin həm fərdi evlər,

həm də mənzil tikintisi sahəsində uğurlu tətbiqinə inanıram”.



Bizdə 3 aya, Amerikada 10 dəqiqəyə

Beynəlxalq standartlardan söz düşmüşkən, müxtəlif ölkələrdə fərdi evlərin tikintisi üçün icazənin

alınması  şrtləri  müxtəlifdir.  Elə  ABŞ‐da  da  tikinti  üçün  icazə  alınmalıdır.  Sadəcə  bu  prosedur

maksimum  dərəcədə  asanlaşdırılıb:  inşaata  icazə  verəcək  instansiyalarının  hamısının

nümayəndəsinin əyləşdiyi ayrıca bir qurum ‐ Binalar və Qiymətlər üzrə departamenti yaradılıb.

Mülkiyyətçisi olduğu torpaqda nəsə tikmək istəyən vətəndaş (yaxud şirkət rəhbəri) bura yalnız

bir dəfə gəlir. Vətəndaşa hansı forma doldurmaq lazım olduğu göstərilir. Həmin şəxs lazım olan

anketləri  doldurur  və  rüsumu  ödəyir.  Bundan  sonrası  işlə  idarə  işçiləri  özləri  məşğul  olurlar.

Müraciət  cavab  hazır  olan  kimi  onu  elektron  qaydada  vətəndaşa  göndərirlər,  həmçinin  sayta

yerləşdirirlər.  İmtina  olarsa,  onun  konkret  səbəbləri  göstərilir.  Ona  görə  vətəndaşın  yenindən

gəlməsinə ehtiyac qalmır.

Ohayo ştatında Sinsinnati Binalar və Qiymətlər üzrə departamentin ictimaiyyətlə əlaqələndiricisi

Məcid Dubdoub bizə müsahibəsində deyib ki, sənədlərdəki əyər‐əksiyi düzəldəndən sonra icazəni

bir  neçə  günə  almaq  olar:  “Evinin  böyür‐başının  düzəltmək  istəyən,  hansısa  artırma  aparmaq

istəyənlərin işi lap asandır. Praktikada onlar 1 saat ərzində icazəni alırlar. Sizə düzünü deyim, hətta

15 dəqiqəyə də icazə verdiyimiz hallar olub. Adətən bizə müraciət edənlərin 95 faizi icazə alır.

Məqsədimiz o deyil ki, insanları get‐gələ salaq. Departamentin yaradılmasına məqsəd insanların

işini asanlaşdırmaqdır”.



İcazələrin sayı azalıb

Dövlət  Statistika  Komitəsindən  aldığımız  məlumata  görə,  Azərbaycanda  son  illərdə  daşınmaz

əmlakla  bağlı  verilən  icazələrin  sayında  azalma  müşahidə  olunur.  Belə  ki,  mənzil  tikintisi  üçün

2009‐cu ildə 1258 icazə verilibsə, 2010‐cu ildə onların sayı 1245‐ə düşüb. Bununla yanaşı ölkə

ərazisi üzrə istifadəyə verilmiş evlərin sayında artım var. Belə ki, 2009‐cu İldə 998 min kv.m ərazi

yaşayış evi kimi istifadəyə verilibsə, 2010‐cu ildə bu göstərici 1151 min kv.metr, 2011‐ci ildə isə

1652 min kv.metrə çatıb. Ekspertlər ümid edirlər ki, qüvvəyə minən yeni qanunvericilik sayəsində

icazələrin və fərdi yaşayış sahələrinin sayı artacaq.



Mənbə: modern.az/articles/36573/1/


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə