Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   2   3   4   5   6   7   8   9   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
16 
kommunist  partiyasının  rəhbərlik  rolunu  danmaqda  –  “...proletar  ölkə-
sində  olan  azadlıq  və  xoş  günlərə  inanmamaqda,  şeirlərindən  hicran  və 
bədbinlik  qoxusu  gəlməkdə,  yalnız özünün daxili  xırda burjua varlığı  ilə 
məşğul olaraq, irəli  yürüyə bilməməkdə, öz keçmiş məfkurəsindən uzaq-
laşa  bilməyərək,  əski  bataqlıqdan  çıxa  bilməməkdə,  ən  qüvvətli  şeirlə-
rində hələ də Sanılı mahnılarını çalmaqda” [4, s. 68]; “...xırda burjua dün-
yagörüşünün  şiddətli  təsirinə  məruz  qalmaqda,  qarşısına  qoyduğu  mə-
sələlərin heç birini proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilməməkdə” 
[5,  M.Cəlal,  1932];  “...proletariatın  arxasınca  gedən  kommunist  firqəsi 
rəhbərliyi  altında  sosializm  quran  kəndlilərin,  kolxozçuların  əhval-ruhiy-
yəsini  təsvir  və  ifadə  etməməkdə,  hadisələri  uzaqdan  təsvir  edərək,  öz 
fikrini  bildirmədən,  öz  sinfi  borcunu  vermədən  keçməkdə,  kəndi  təsvir 
edərkən  ondan  bir  qolçomaq  ləzzəti  almaqda”  [7,  A.Faruq,  Ə.Dəmir-
çizadə, 1931]; “...inqilabi axın qarşısında bir an duraraq yıxılana qarşı bir 
“həsrət” çəkməkdə və bununla da əfvolunmaz bir günah işlətməkdə” [6, 
M.K.Ələkbərli, 1935]; “...yaşadığı kəndin ibtidailiyinə, “idiotizminə” göz 
yumaraq onu “vətən” deyə sevmək və sinif xaricində bir aləm kimi mə-
nimsəməkdə,  köhnə  patriarxal  həyatı  təsvir  edərkən  ruhlanmaqda,  coş-
maqda, yeni dünyanın yeni insanlarına gəldikdə isə səsi və rənginin zəif-
ləməsində, Lenin-Stalin dünyagörüşünü bir çox şeirlərində göstərə bilmə-
məkdə, şeiri, sənəti sosializm quruluşunun praktiki işlərindən, siyasətdən, 
partiya  tarixindən  ayırmaqda”  [8,  M.Arif,  1937]  ittiham  edilir.  Hətta, 
1950-ci  illərdə  belə  S.Vurğunun  yazdığı  əsərləri  bəzi  tənqidçilər  eyni 
müstəvidə  tənqid  atəşinə  tuturdular.  M.Quluzadə,  S.Vurğunun  “Aygün” 
poemasında, “bolşevik partiyalılığı prinsipindən, sosializm realizmindən, 
sovet varlığının, sovet adamlarının simasını təhrif edən müvəffəqiyyətsiz, 
bədii  cəhətdən,  sönük,  zəif  əsər  yaratdığı  qənaətinə  gəlir  və  bildirir  ki, 
“Bu  əsər  partiyamızın  sovet  ədəbiyyatı  qarşısında  qoyduğu  məfkurə  – 
bədii tələblərə cavab vermir”” [9, s. 1952]. 
Şübhəsiz,  adətən,  yaradıcılıq  mübahisələri  kimi  qəbul  edilən  və 
dövrünə  görə  bu  haqlı  tənqidlər,  üstəlik  şairin  həm  özünün  millətçilikdə 
ittiham edilməsi və Yİ-nin o vaxtkı (1937) rəhbərlərindən biri kimi “mil-
lətçi  ünsürləri  qanadı  altına  almaqda”  günahlandırılması,  özünün  dediyi 
kimi, “saçlarını ağardıb, ömrünü gödəltməklə” yanaşı, yaşadığı ağrılı mə-
qamlar,  sarsıntılar  əsərlərinə  də  keçmiş,  izlərini  onlarda  da  qoymuşdur. 
Bu səbəbdən də,  yazımızın əvvəlində qeyd etdiyimiz kimi, şairin  yaradı-
cılığının  şəxsiyyəti  və  mühiti  ilə  paralel  araşdırılması  vurğunşünaslığın 
qarşısında dayanan başlıca vəzifədir. Yalnız bu halda mühit-müəllif-mətn 
əlaqələrini üzə çıxarar, nəticədə isə həm Vurğunu daha yaxından, olduğu 
kimi tanıyar, yaradıcılığındakı bəzi mürəkkəb məqamlara aydınlıq gətirər, 
həm də dövrün özünün ziddiyyətlərini üzə çıxarmış olarıq.  
 


______________________________________________________ Poetika.izm 
  
 
17 
ƏDƏBİYYAT 
 
1.
 
Adalis A. Səməd ilə işləmək səadətdir. X.Rza. Bir odlu gözləri, bir də xoş səsi. 
Bakı, “Çinar-Çap”, 2007. 
2.
 
Vahabzadə B. Səməd Vurğun. Bakı, Azərnəşr, 1968. 
3.
 
Vurğun S. Əsərləri, 6 cilddə, VI c. Bakı, 1972. 
4.
 
Zəngili. Şairin andı. “İnqilab və mədəniyyət” jurnalı, 1931, № 3-4. 
5.
 
Mir Cəlal. Özünü yenidən qurma yollarında. “Hücum” jurnalı, 1932, № 5-6. 
6.
 
Ələkbərli M.K. Səmədin “Həsrət”i. “Ədəbiyyat qəzeti”, 9 yanvar 1935. 
7.
 
Faruq A. Dəmirçizadə Ə. Şairin andı. “Kommunist” qəzeti, 8 may 1931. 
8.
 
Məmməd A. Səməd Vurğun haqqında. “Ədəbiyyat qəzeti”, 20 sentyabr 1937. 
9.
 
Quluzadə M. Səməd Vurğunun “Aygün” poeması haqqında. “Kommunist” qə-
zeti, 13 mart 1952. 
 
 
Aslan Salmanov 
 
MÜHİT-MÜƏLLİF-MƏTN ƏLAQƏLƏRİ  
VƏ MƏTNİN ANLAŞILMASI PROBLEMİ 
(Səməd Vurğunun əsərləri əsasında) 
 
XÜLASƏ 
 
Ədəbi mətnlərin yaranma prosesinə həsr edilən bu məqalədə S.Vurğunun bir neçə 
əsəri mühit-müəllif-mətn əlaqələri kontekstində araşdırılır. 
Məqsəd  mühit  və  müəllifin,  “unikal  mədəniyyət  hadisəsi”  hesab  edilən  mətnin 
yaranmasında iştirakına, eləcə də mətndə “müəllif obrazı”nın hansı səviyyədə yer alma-
sına – mətnin müəllifinə yaradıcılıq aktında “oxşayıb-oxşamaması” səbəblərinə aydınlıq 
gətirilir. 
Araşdırma  zamanı  tekstoloji  və  komparativ  metodlardan  istifadə  edilmiş,  tədqi-
qata  cəlb  edilən  mətnlərin  tarixçəsinin  öyrənilməsi  problematikası  əsas  vəzifə  kimi 
müəyyənləşdirilmişdir.  Mətnlərin  anlaşılmasında  mühit-müəllif-mətn  əlaqələrinin  üzə 
çıxarılmasının əhəmiyyəti ədəbi-elmi materialların köməkliyi ilə əsaslandırılır.  
Məqalədə irəli sürülən elmi mülahizə və mühakimələrdən S.Vurğunun qalan əsər-
lərinin  də  mühit-müəllif-mətn  əlaqələri  kontekstində  araşdırılması  zamanı  istifadə  edilə 
bilər. 
    
 
Aslan Salmanov 
 
ENVIRONMENT, AUTHOR AND TEXT RELATIONS  
AND THE PROBLEM OF UNDERSTANDING OF THE TEXT 
(on the basis of works by Samad Vurgun) 
 
SUMMARY 
 
In this article devoted to the process of formation of literary texts is investigated 
the  several  works  by  Samad  Vurgun  in  the  context  of  the  environment,  the  author  and 
the text relations. 
The  goal  is  to  shed  light  on  the  reasons  of  participation  of  the  environment  and 
author  in  formation  of  a  text  considered  “uncial  event  of  culture”,  as  well  as 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə