Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   2   3   4   5   6   7   8   9   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
13 
Güllər boy atardı onun səsiylə, 
Çiçəklər yatardı xoş nəfəsiylə. 
Bülbül bu gülşəndən ilham alardı, 
Gündə şadlığından qanad çalardı. 
...Bu bağın, bağçanın sahibi bağban
Bülbülü eşq ilə dinlərdi hər an. 
 
Günlərin birində bu bağın yanından keçən atlı (şairi gözü götürmə-
yən xəbis) şairi bağbanın gözündən salmaq üçün tələ qurur: onu öz bağına 
aparmaq üçün şirin vədlər verir (arzusu baş tutmadıqda bağbanın  yanına 
gedib, bülbülün ünvanına böhtanlar yağdırır). Atlının vədlərini və təklif-
lərini eşidən bülbül “tüklərini qabardır”: 
 
Dedi: “Aşiqiyəm bu doğma gülün, 
Bu bağlar, bağçalar, ellər mənimdir. 
Bura öz vətənim, öz vətənimdir. 
Doğma oylağımdır bu daş, bu torpaq, 
Anamdır, yuvamdır, bu gül, bu yarpaq. 
Mən burdan almışam şeri, ilhamı, 
Andıma, əhdimə şahiddir hamı. 
Azaddır ilhamım, azaddır səsim, 
Mən burdan ayrılsam, donar nəfəsim. 
Get, alçaq! Dediyin böhtandır mana, 
Doğma anasını atarmı ana?”. 
 
Təqdim  etdiyimiz  bu  kiçik  parçadan  da  (şeir  154  misradır)  aşkar 
görünür ki, şair “Azərbaycan” və “Azad ilham” şeirlərində olduğu kimi, 
doğma yurda – Azərbaycana bağlılığına, andına, əhdinə sadiqliyinə hamı-
nın – elin şahid olduğunu diqqətə çəkir. 
1937-ci  ilin  oktyabrında  qələmə  aldığı  “Ömrümün  gündəliyindən” 
adlı şeirində də şairin ömürlüyünün qara səhifəsini duymaq mümkündür. 
Doğrudur,  şair  şeiri  yazdığı  vaxt  keçirdiyi  sarsıntıları,  çəkdiyi  əzabları 
açıb-ağartmamağa çalışır. Əksinə, yenicə dünyaya gəlmiş qızının xoşbəxt 
həyat sürəcəyinə əminliyini ifadə edir:  
 
Sənin cocuqluğun bizdən bəxtiyar, 
Nə çörək dərdi var, nə su dərdi var. 
Azad yurdumuzun bir çiçəyisən, 
Sən şaxta vurmamış güllər təkisən. 
 
Və  maraqlıdır  ki,  şair  körpə  qızına  “günahsız  quzum”  –  deyə  mü-
raciət  edir.  Doğrudur,  uşaqların,  körpələrin  günahsız  olması  fikrində,  ilk 
baxışda qeyri-adi bir şey yoxdur. Amma, Vurğunun 1937-ci il və sonrakı 
illərdə yaşadığı faciələri göz önünə gətirsək, şairin körpə qızına “günahsız 


______________________________________________________ Poetika.izm 
  
 
14 
quzum” deyə müraciət etməsinin səbəbsiz olmadığı bəlli olur. Mülahizə-
mizin  təsdiqi  üçün  faciə  kimi  qələmə  alınmış  “Vaqif”in  ilk  nüsxələrinin 
birindən Vaqifin və oğlu Əli bəyin qətlə yetirilməsi səhnəsindən kiçik bir 
parçaya da nəzər salaq: 
 
Oğlum, alışıram, yanıram, aman! 
Səni öldürürlər mənim ucumdan
Qoy uçsun başıma qayalı dağlar! 
 
Diqqəti,  təqdim  etdiyimiz  parçanın  2-ci  misrasına  yönəltmək  istə-
yirik:  1937-ci  ildə  həbs  edilən  sənətkarların  ailələrinin,  övladlarının  ba-
şına gətirilən faciələr göz qabağında idi. Həbs olunmağın real təhlükəsini 
yaşayan və MTN-in arxiv sənədlərində qeyd olunduğu kimi, iki dəfə bir 
neçə  gününü  “zindanda  keçirməli  olan”  Vurğunu  azyaşlı  uşaqların  belə 
valideynlərinə görə günahkarlar siyahısına daxil edilməsi və cəzalandırıl-
ması  dəhşətə  gətirir  və  onun  qızına  “günahsız  quzum”  deyə  müraciət 
etməsinin də səbəbi, əslində, bu idi. 
Əlavə  edək  ki,  şair  ünvanına  deyilən  yalanlara,  böhtanlara  cavab 
olaraq  1937-ci  ilin  6  noyabrında  “Böhtan”  adlı  şeir  yazmış,  lakin  onu, 
məlum səbəbdən çap etdirə bilməmişdir: 
 
Mənmiyəm “vicdanı, məsləki satan”? 
Yaxamdan əl çəksin bu qara böhtan. 
Ellərin bağında ötən bir quşam
Bir az da vaxtından tez doğulmuşam... 
İndi bu böhtanlar mənə dar gəlir, 
Saçlarım ağarır, ömrüm gödəlir. 
Qapımdan çəkilsin qara buludlar
Mənim günəş adlı bir vicdanım var. 
 
S.Vurğun bu şeiri çap etdirə bilməsə də, ondakı ruhu, yenə də “Va-
qif” pyesinə gətirmişdir. Təqdim etdiyimiz parça Vaqifin Qacar və Şeyxlə 
qarşılaşdığı səhnəni yada salır. 
Son illərə qədər “sosializm quruluşunun tərənnümçüsü, kommunist 
şair,  “Azərbaycan  sovet  poeziyasının  bayraqdarı”  kimi  təbliğ  və  təlqin 
edildiyindən, özü də: 
 
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,  
Bundan da gözəl bir daha dövran ola bilməz! 
 
– deyən Vurğunun qələmindən: 
 
....Fəqət durur gözlərimin qarşısında bu iblislər, 
Ürəyimdə külək əsir, yarpaq düşür, çiçək solur. 


______________________________________________________ Poetika.izm 
  
 
15 
Gecəm keçir xəyal ilə sual verir mənə səhər: 
– Hansı şair hansı qələm öz vaxtında xoşbəxt olur? 
 
– yaxud: 
 
Böyük bir hünərim yoxdur bilirəm, 
Bəzən öz-özümə baxıb gülürəm. 
Artıq can üstəyəm, artıq ölürəm! 
Şöhrətim quru bir səsdir, a “dostlar”; 
 
 
Və yaxud da: 
 
...Rəzillər can atırlar ki, rübabım sınsın aləmdə. 
 
Nəsibim,  taleyim,  haqqım  soyuq  bir  intihar  olsun  –  kimi  yüzlərlə 
misranın, onlarla şeirin çıxmasının səbəbini müasir oxucu bir o qədər də 
başa  düşmür.  Şairin  yazdığı  bəzi  əsərlərə,  elə  təqdim  etdiyimiz  beytə 
(Xoşbəxt  elimin...)  istinadən  deyir  ki,  əgər,  S.Vurğun  sosializm  qurulu-
şunun tərənnümçüsü idisə, bu quruluş niyə onu sıxışdırır, təqib edir, hətta 
intihara  belə  təhrik  edirdi?  Bəziləri  isə  bunun  səbəbini  başa  düşsə  də, 
məqsədli  olaraq  təhrifə  yol  verir,  şairi  sağlığında  olduğu  kimi,  yenə  də 
ittiham  edirlər.  Fərq  qınaq  obyektlərinin  ünvanının  yerinin  dəyişdirilmə-
sindədir. 
Əlbəttə, bu mülahizələrin yaranması səbəbsiz deyil. Əvvəla, S.Vur-
ğun dövrdən, zamandan narazılıq, təqib və təzyiqlərlə bağlı yazdığı, həqi-
qəti  açıq  dilə  gətirdiyi  şeirləri  sağlığında  çap  etdirə  bilməmiş  və  onun 
ömürlüyünün ağrılı səhifələri oxuculara kifayət qədər məlum olmamışdır. 
İkincisi, onun çap etdirdiyi əsərlərdə örtülü toxunduğu bu problemlər təd-
qiqatçıları  tərəfindən  sovet  dövründə,  məlum  səbəbdən  qabardılmamış, 
əsərlərində yer alan narazılıqların, gileylərin, səbəbi şairin “şəxsi kədəri” 
kimi qələmə verilmişdir. 
Müşahidələr  sübut  edir  ki,  S.Vurğunun  əksər  əsərlərinə  hopmuş 
hüznün,  kədərin,  vaxtsız  ölüm  xofunun  səbəbi,  heç  də,  yaxud  təkcə  və 
yaxud  da  heç  də  şəxsi  həyatı  ilə  yox,  dövrün  ictimai-siyasi  hadisələri, 
təqib və təzyiqlər altında yaşamağa məhkum olması ilə bağlıdır. O da ma-
raqlıdır  ki,  onunla,  təxminən  eyni  dövrdə  ədəbiyyata  gələn  həmkarları 
sovet  quruluşunun  tərənnümü  yolunda  yarışa  çıxdıqları,  proletar  ədəbiy-
yatını yaratdıqları zaman S.Vurğun “yekrəng” adlandırdığı həmin ədəbiy-
yatı  qəbul  edə  bilmir.  1928-ci  ilin  20  fevralında  qardaşına  göndərdiyi 
məktubda  deyir:  “Fəqət,  bugünkü,  “yekrəng”  ədəbiyyatın  amansız  bir 
düşməniyəm” [3, s. 419]. Maraqlısı həm də odur ki, bu gün sovet qurulu-
şunu, kommunist partiyasını mədh etməkdə qınağa tutulan S.Vurğun, de-
mək  olar  ki,  bütün  yaradıcılığı  boyu  sovet  quruluşunu  inkar  etməkdə  və 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə