Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   2   3   4   5   6   7   8   9   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
10 
kimi,  “nəbzini  tutub,  ürəyinə  yaxşı  qulaq  asdıqda”  –  mətnin  bətninə 
girdikdə  bu  hissləri  onun  çap  etdirdiyi  əsərlərdə  də  sezmək,  duymaq 
mümkündür. 
Tədqiqatçıları  şairin  əsərlərinin  bulaq  suyu  kimi  saf,  təmiz,  aydın 
olmasına istinadən belə bir mülahizə də irəli sürürlər ki,  Vurğunun şeir-
lərinin özü hər şeyi deyir, onların şərhə, izaha ehtiyacı yoxdur. Doğrudur, 
Vurğunun əsərlərində çətin anlaşılan sözə, demək olar ki, təsadüf olunmur 
və mətnin anlaşılmasında, təbii ki, onun dilinin aydın olmasının  əhəmiy-
yəti böyükdür. Bununla yanaşı, müşahidələr təsdiq edir ki, mətndəki söz-
lərin başa düşülən, aydın olması, heç də əsərin məzmununun, müəllif ide-
yasının tam, axıradək anlaşılmasına, dərk olunmasına kifayət etmir. Bun-
dan ötrü mətnin tarixçəsi, mühit-müəllif-mətn əlaqələri dərindən, incəlik-
lərinə qədər öyrənilməlidir. Mülahizələrimizin təsdiqi üçün Vurğunun bə-
zi əsərlərinə müraciət edək. 
S.Vurğun  1934-cü  ildə  belə  bir  qitə  yazmış,  onu  həmin  ildə  çıxan 
“Könül dəftəri” kitabına salmış, sonrakı kitablarına daxil etməmişdir: 
 
Üzərimdə qara-qara, 
İlan başlı buludlar var. 
Gəril, sinəm hücumlara, 
Ayğır dalınca toz qopar.
 
 
Bir  il  sonra,  1935-ci  ilin  5  yanvarında  şair  başqa  bir  qitə  (6  iyun 
tarixli  “Kirovabad  bolşeviki”  qəzetində  çap  etdirsə  də,  kitablarına  daxil 
etməyib) yazır: 
 
Döyür pəncərəmi qışın rüzgarı, 
Vaxtsız ölümmüdür üstümə gələn?! 
Çəkilsin gecənin qaranlıqları, 
Ömrə son sözümü deməmişəm mən
Vaxtsız ölümmüdür üstümə gələn?! 
 
Göründüyü kimi, qitələrdə mənası anlaşılmayan bircə söz belə yox-
dur. Amma, sözlərin mənasının anlaşılması mətnin dərk olunmasına kifa-
yət  etmir:  şairin  hansı  “qara  buludlar”dan,  ona  yönələn  hansı  “hücum-
lar”dan danışdığı,  üstünə nəyə  görə “vaxtsız ölüm”ün  gəlməsinin səbəbi 
məlum olmur. 
Analoji ədəbi faktlar şairin əsərlərində istənilən qədərdir. Hətta, hər 
kəsin,  heç  olmasa,  bir  neçə  bəndini  əzbər  bildiyi  “Azərbaycan”  şeirində 
belə  məzmunu  kifayət  qədər  dərk  edilməyən  məqamlara  təsadüf  edilir. 
Məsələn, anlaşılmır ki, S.Vurğun dillər əzbərinə, doğma  yurdumuzun vi-
zit  vərəqinə  çevrilmiş  məşhur  “Azərbaycan”  şeirində  niyə  Vətəni  sevdi-
yinə  eli şahid  çəkir? İnsan övladını,  anasını sevdiyini kimlərəsə nümayiş 


______________________________________________________ Poetika.izm 
  
 
11 
etdirirmi? Bu, insanın borcu – vəzifəsi deyilmi? Vətən-Ana sevgisinin şa-
hidə ehtiyacı varmı? Təbii ki,  yoxdur. Bəs bu müəmmalı çağırışın şeirdə 
yer almasının səbəbi nədir? Yaxud, şeirdəki “Ayrılarmı könül candan?!” 
misrası ilə şair nə demək istəyir? Əgər, könül – Vurğun, can – Azərbay-
candırsa, könülün candan, şairin Vətəndən ayrıla biləcəyinin səbəbi nədir? 
Burada hansı ayrılıqdan söhbət gedir? 
Ümumiyyətlə, şairin vaxtsız ölüm – qətlə yetirilmək, Vətəndən ay-
rılmaq xofu, təhdidi onun sonrakı əsərlərindən də keçir (Bir gün ömrüm 
gedər bada // Məni yelkən kimi qərq etsə də dəryada Zaman və s.). Əgər 
S.Vurğun yaradıcılığının ilk dövrlərində özünü bir şair kimi təsdiqə çalı-
şırsa, 1930-cu illərin ortalarından Vətənə, dövlətə sədaqətini təsdiqə cəhd 
edir. Əlbəttə, bütün bu ədəbi faktların gerçək səbəbləri var və onlar öyrə-
nilmədən şairin  yaradıcılığını dərk etmək mümkün deyil. Mülahizəmizin 
təsdiqi üçün şairin bir neçə əsərinə qısa nəzər yetirmək belə kifayət edər.  
S.Vurğunun 1936-cı ilin 2 avqustunda qələmə aldığı “Azad ilham” 
adlı bir şeiri var. Şair burada haqsızlığın hökm sürdüyü – “sadə fırıldağın 
həqiqəti boğduğu” bir dövrdə yaşayan, “haqq adlı divan qurmaq” istəyən, 
müqabilində  “diri-diri  soyulan”  Nəsimini,  “göz  yaşlarından  doymayan”, 
“karvanı dərd adlı səhrada qalan” Füzulini, “fars dilinə sinə gərən”, “ürək 
nəğməsi  daşlara  dəyib,  şüşə  kimi  çiliklənən”,  “səsi  boğulub,  ahını  min 
dağ, min dərə əks etdirən” Vaqifi yada salır, onların dövrü və həyatı ilə öz 
həyatı və dövrünü qarşılaşdırır, müqayisə edir və yazır: 
 
Başımın üstündə nə yumruq durur
Nə hicran səsi var mənim sazımda. 
Nə qanun qoluma qandallar vurur, 
Nə göylər darıxır xoş avazımda... 
 
Bu və sonrakı bir neçə misrada demokratik bir ölkədə yaşadığını və 
ilhamının azad olduğunu təsdiq üçün nümunələr gətirən, üstəlik Bayronu 
da  yarışa  çağıran  şair,  sanki  sadaladıqlarını  “unudur”  və  haşiyə  çıxıb 
şeirin ümumi ruhundan kənara çıxır: 
 
Kaman qaşlarını çatma, günəşim, 
Min sızıltı qopar dost ürəyindən! 
Dərin dəryalara batma, günəşim 
Əzəldən düşmənəm qaranlığa mən! 
...Mən ki qranlıqdan – qəfəsdən uzaq,  
Könüllər yolçusu azad bir quşam. 
Sən ey kinli baxış, tənəni burax, 
Mən öz zəhmətimlə azad olmuşam! 
...Kim keçər bu yerin daşından, deyin? 
Vətəndən ayrılar hansı şərəfsiz?! 


______________________________________________________ Poetika.izm 
  
 
12 
 
Bu  misralarla  yuxarıda  təqdim  edilənlər  zərrəcə  də  olsa,  təmas-
laşmır. Bunlar, sanki əvvəlkilərin davamı, eyni əsərin misraları yox, başqa 
bir əsərin parçasıdır. Bu misralarda “ilhamı azad” olan yox, əksinə adları 
çəkilən sənətkarlarla oxşar tale yaşayan bir şairi görürük.  
Bu misralarla şairin kimə və nəyə işarə etməsi,  ilk  baxışdan, bir o 
qədər  də  aydın  olmur.  Çünki,  onlar  yuxarıda  təqdim  edilən  misralarla, 
nəinki təmaslaşır, hətta başqa bir əsərdən götürülmüş təsiri bağışlayır. Bu 
misralarda  “ilhamın  azad”  olduğu  bir  ölkədə  yaşayan  şairi  yox,  əksinə, 
adları çəkilən sənətkarlarla oxşar tale yaşayan bir şairi görürük. Bu mis-
raları şairin bioqrafiyası və xüsusilə ömürlüyünün 1930-cu illər mərhələsi
eləcə  də  digər  əsərləri  və  əsərləri  haqqında  yazılan  tənqidlərlə  tutuşdur-
duqda  deyilənlərin  –  şairin  özünə  aid  olduğu,  işarə  edilən  sarsıntıları, 
məhz özünün yaşadığı məlum olur.  
Diqqət  yetirdikdə,  təqdim  etdiyimiz  parçanın  əvvəlki  misralarının 
“Vaqif” dramından bir səhnəni xatırlatdığı da məlum olur: 
 
Şairdir... qəlbi var, şirin sözü var, 
Böyük bir ölkənin onda gözü var. 
O, ölsə... dağlar da dil deyib ağlar, 
Əfv edin... yaxşılıq qalır yadigar. 
 
Yaxud, “Azad ilham”dan təqdim etdiyimiz parçanın son iki misra-
sının  köməkliyi  ilə  “Azərbaycan”  şeirində  şairin  Vətəni  sevdiyinə  eli 
şahid gətirməsi (El bilir ki, sən mənimsən) və könülün candan ayrıla bil-
mək təhlükəsinin  (Ayrılarmı könül  candan?) səbəbini anlamaq mümkün-
dür.  Beləliklə,  məlum  olur  ki,  S.Vurğun  bu  şeirində  Nəsimini,  Füzulini, 
Vaqifi xatırlamaqla, təkcə onların halına yanmır, özünün də təqiblər, təz-
yiqlər,  təhlükələr  altında  ömür  sürdüyünü,  adlarını  çəkdiyi  sənətkarlarla 
oxşar tale yaşadığını nəzərə çatdırmaq istəyir. 
Qeyd etdik ki, bu hissləri, bu duyğuları şair başqa əsərlərində də ya-
şamışdır. S.Vurğun 1937-ci ilin 2 sentyabrında alleqorik səpkidə “Bülbül 
və  bağban”  adlı şeir  yazmış,  lakin onu çap etdirməmişdir (C.Abdullayev 
şeiri üzə çıxarmış və 1968-ci ildə oxuculara təqdim etmişdir). Bu şeir də, 
düşünürük  ki,  adlarını  çəkdiyimiz  əsərlərin  məzmununun  anlaşılmasına 
işıq tutur. 
“Bülbül  və  bağban”  şeiri  bülbülün  (şairin),  bağa  –  vətənə  səda-
qətinin təsviri ilə başlayır: 
 
Gözəl bir bağçada bir bülbül vardı, 
Budaqdan-budağa uçub qonardı. 
Onun yuvasıydı gülün yarpağı, 
Dilindən düşməzdi vətən torpağı. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə