Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   2   3   4   5   6   7   8   9   ...   93

______________________________________________________ Poetika.izm 
  
 

 
 
ƏDƏBİYYAT 
 
1.
 
Абрамович Г.Л. Введение в литературоведение. Москва, 1976. 
2.
 
Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyatşünaslığın əsasları. Bakı, “Maarif”, 1972. 
3.
 
Həbibbəyli İsa. Ədəbiyyat nəzəriyyəsi. Bakı, ADPİ-nin nəşri, 1985. 
4.
 
Ədəbi  komparativistika:  müqayisəsi  və  texnikası.  Magistrantlar  üçün proqram 
(5 xüsusi kurs üzrə). Bakı, 2008. 
 
İsa Həbibbəyli 
 
ƏDƏBİ ƏLAQƏLƏRDƏN  
MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIĞA 
 
XÜLASƏ 
 
Ədəbi əlaqələr ayrı-ayrı xalqların ədəbiyyatlarının və yazıçıların əlaqələrini öyrə-
nir. XXI  əsrdə bu istiqamət inkişaf edərək  və funksiyalarını  genişləndirərək  müqayisəli 
ədəbiyyatşünaslıq səviyyəsində formalaşmışdır. Müqayisəli ədəbiyyatşünaslıq ədəbi əla-
qələrin  vəzifələri  ilə  yanaşı,  həm  ədəbiyyatların  tipoloji-müqayisəli  təhlili  və  tədqiqi 
məsələləri ilə də məşğul olur. 
Məqalədə  müqayisəli  ədəbiyyatşünaslığın  hazırkı  mərhələdə  ədəbiyyatşünaslıq 
elminin müstəqil bir şöbəsinə çevrildiyi əsaslandırılır.
 
 
Isa Habibbayli 
 
FROM LITERARY RELATIONS TO THE  
COMPARATIVE LITERARY CRITICISM 
 
SUMMARY 
 
 
Literary  relations  learn  the  relations  of  separate  nations’  literature  and  writers. 
This course was formed in the level of comparative literary criticism by developing and 
forming at the XXI century. The comparative literary criticism was engaged in functions 
of literary relations, as well as typological-comparative analytic and mythological items 
of literature.  
In  the  article  is  collaborated  that  the  comparative  literary  criticism  turned  over 
independent sector of literary criticism science at present period. 
 
 
 


______________________________________________________ Poetika.izm 
  
 

ƏDƏBİ TƏHLİL. MƏTN POETİKASI
 
 
Aslan SALMANOV 
Filologiya üzrə fəlsəfə doktoru 
aslan_salmansoy@mail.ru 
 
 
MÜHİT-MÜƏLLİF-MƏTN ƏLAQƏLƏRİ  
VƏ MƏTNİN ANLAŞILMASI PROBLEMİ  
(Səməd Vurğunun əsərləri əsasında) 
 
Açar sözlər: mühit, müəllif, mətn, anlama, Vurğun, millətçilik 
Key words: environment, author, text, understanding, Vurgun, nationalism 
   
 
 
 
 
 
 
  
Mətn, məlum olduğu kimi, şüurun mövcudluq forması, şüurun daşı-
yıcısı  – subyekt  (müəllif), onu formalaşdıran isə  konkret  tarix  –  gerçək-
likdir. Bu mənada mühit və müəllif tandemindən kənar ədəbi mətn (ümu-
miyyətlə  mətn)  yoxdur  və  olması  da  mümkün  deyil.  Folklor  nümunələ-
rinin,  yaxud, bəzi qədim və ortaçağ  yazılı mətnlərinin dəqiq  yaranma ta-
rixi  (mühiti)  və  müəllifinin  bəlli  olmaması,  onların  “tarixsiz”  (mühitin 
“iştirakı”  olmadan)  və  “müəllifsiz”  yarandığına  dəlalət  etmir  (Əslində, 
təkcə mətnlərin yox, hər bir sözün belə öz müəllifi-yaradanı-ustası olub). 
Başqa  sözlə,  bütün  ədəbi  mətnlər  öz  mühitinin  və  bu  mühitin  formalaş-
dırdığı  müəllifin  yaradıcılıq  aktıdır.  O  da  unudulmamalıdır  ki,  sonrakı 
mətnlər  həm  də  əvvəlki  mətnlərin  (simvolların,  konstruksiyaların,  poetik 
fiqurların,  dünyagörüşlərin,  dil  aktlarının  və  s.)  davamı  və  belə  demək 
mümkünsə, tamamıdır. Mətni insan yaratdığından, mətndə insan və mətn 
insan  üçün  yaradıldığından  (D.Lixaçev)  insan  mətnin  məcmusu  kimi  də 
təfsir  olunur.  Mütəxəssislər  mətni-əsəri  “dil  açan  şəxsiyyət”  hesab  edir, 
şəxsiyyət  dedikdə  isə  “sənətkarların  mənəvi  aləmini,  söz  cildinə  girmiş 
bioqrafiyası”nı  (S.Böv)  nəzərdə  tuturlar.  Mandelştam  o  qənaətdə  idi  ki, 
poeziyadakı  hər  bir  söz  müəllif  etirafıdır,  onun  avtobioqrafiyasının  bir 
hissəsidir.  Baxtin  avtoru  “avtoritet”  adlandırır,  onun  əsərdə  təsvir  edilən 
hadisələrin iştirakçısı və həmin hadisələrə “rəhbərlik” edən avtoritet oldu-
ğuna  əsaslanıb,  yaradıcılığını şəxsiyyəti (dolayısı ilə mühiti  – A.S.) əsa-
sında öyrənməyi tövsiyə edirdi. 
Yaradıcı  şəxsiyyətin  öz  əsərində  özünü  və  mühitini  nə  dərəcədə, 
hansı səviyyədə ifadə edə bilməsi – öz “obrazını yarada bilməsi” (müəl-
lifin  ədəbi  obrazı  yox,  ömürlüyü,  belə  demək  mümkünsə,  “bioqrafik  ob-
raz”ı  nəzərdə  tutulur),  bir  tərəfdən  mühitin  (dövrün,  zamanın)  tələbləri, 
siyasi-ideoloji  qurumların  ədəbiyyatın  qarşısında  qoyduğu  vəzifələrlə 


______________________________________________________ Poetika.izm 
  
 

bağlıdırsa,  digər  tərəfdən  müəllif  istəyi  və  iradəsi,  eləcə  də  yaradıcılıq 
amalı,  üslubu  və  b.  kateqoriyalarla  bağlıdır.  Başqa  sözlə,  bir  tərəfdən 
siyasi-ideoloji  təpkilər,  senzura  qadağaları  və  s.  müəllifə  öz  “obrazı”nı 
yaratmağa,  kimliyini  –  şəxsiyyətini  olduğu  kimi  ifadə  etməyə,  həqiqəti 
dilə  gətirməyə  imkan  vermirsə,  digər  tərəfdən  müəllifin  mənsub  olduğu 
siyasi,  yaxud, ədəbi cərəyan “müəllif məni”ni – obrazını ikinci plana ke-
çirir. Hadisələri kifayət qədər dərk etməmək, mənəvi-əxlaqi və b. səbəblər 
üzündən  də  müəllif  özünü  tam,  axıradək  ifadə  edə  bilmir.  Beləliklə, 
sadalanan  səbəblərdən  müəllifin  yazdığı  əsərlər  bir  o  qədər  də  özünə 
“oxşamır”.  Daha  doğrusu,  müəllifi  yazdığı  əsərlərin  “alt  qatları”nda, 
”mətnlərin üzü”ndə yox, ”özü”ndə – bətnində axtarıb, tapmaq lazım gəlir. 
Bəs, yaxın keçmişimizin ən mürəkkəb və ziddiyyətli dövründə – bir 
çox  hallarda  milli-mənəvi  dəyərlərin  aşağılandığı  bir  mürəkkəb  zaman 
kəsiyində  yazıb-yaradan  S.Vurğun  necə,  əsərlərində  özünü  və  mühitini 
şəffaflıqla ifadə edə, həqiqəti sonadək söyləyə, “öz obrazı”nı olduğu kimi 
yarada  bilibmi?  Gerçək  və  ədəbi  həqiqətlər  şairin  yaradıcılığında  nə 
dərəcədə təmaslaşır?  
Tədqiqatçıları və onu tanıyanlar S.Vurğunun öz əsərlərinə “çox ox-
şadığını” və “şəxsiyyətinin yaradıcılığını tamamladığını” yazırlar (xatırla-
daq  ki,  bu  ifadə  ilk  dəfə  S.Vurğun  haqqında  işlədilib.  Ona  qədər  ədəbi 
irsləri  araşdırılarkən  şair  və  yazıçıların  şəxsiyyətinə,  daha  doğrusu,  ya-
radıcılıq və şəxsiyyət, mühit və müəllif əlaqələrinə bir o qədər əhəmiyyət 
verilməyib). 
S.Vurğunla  1930-31-ci  illərdə  tanış  olan,  şairlə  işləməyi  özünə 
səadət hesab edən, onun ən yaxşı tərcüməçilərindən biri olan A.Adalis də 
eyni qənaəti paylaşır: “S.Vurğun obyektiv olduğu qədər subyektiv şairdir. 
Onun  mənəviyyatı  əsərlərində  aydın  əks  olunmuşdur”  [1,  s.  148].  B.Va-
habzadə də şairin əsərlərində, xüsusilə, yaradıcılığının ilk dövrlərində qə-
ləmə  aldığı  əsərlərdə  bioqrafik  məqamların  geniş  yer  aldığını,  ömürlü-
yünün  daha  aydın  göründüyünü  diqqətə  çatdırır.  O  yazır:  “Həyatının  ilk 
dövrünü (Vurğunun – A.S.) dəqiqliyinə qədər bilməsək belə, bu şeirlərin 
hər  biri  bizə  şairin  gənclik  dövründə  keçirdiyi  əhvali-ruhiyyəni,  mənəvi 
sarsıntıları nəql edir. Belə ki, bu şeirlər əsasında şairin tərcümeyi-halının 
ilk  gənclik  dövrünü  yazmaq  mümkündür.  Qoşmaların  hər  biri  şairin  ba-
şına gələn bir hadisə ilə, vəziyyət və münasibətlərlə yazılmışdır” [2, s.31]. 
Əslində, bu yaradıcılıq aktı şairin bütün dövrlərdə yazdığı əsərlərdə mü-
şahidə edilir. Lakin, 1930-cu illərin ortalarından başlayaraq, şairin bioqra-
fiyası, xüsusilə həyatının ağrılı-acılı günləri, sanki, “çiliklənir”, əsərlərinə 
səpələnir,  görünməz  olur.  Təzyiqlər,  təqiblər,  böhtanlardan  cana  doyan 
şair yaşadığı sarsıntıları, əzabları, faciələri ya ricətlərdə ümumi şəkildə, ya 
yaratdığı  obrazların  dilində,  ya  da  çap  üçün  nəzərdə  tutmadığı  əsərlərdə 
verməyə  məcbur  olur.  Diqqətlə  nəzər  yetirdikdə,  şairin  özünün  dediyi 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə