Sinir-ruhi xəstəlikləri



Yüklə 95,04 Kb.
Pdf görüntüsü
tarix30.05.2023
ölçüsü95,04 Kb.
#114281
Sinir ruhi xəs (1)



Sinir-ruhi xəstəlikləri
1
Alkoqolizmin müalicəsinin üçüncü mərhələsində istifadə olunan sensiblizəedici terapiyanın mahiyyəti nədən ibarətdir?
Alkoqola qarşı meylin söndürülməsi
2
Alkoqol qəbulunu dayandırdıqdan sonra əmələ gələn psixi və somatonevroloji pozğunluq nə adlanır? 
Abstinensiya
3
Alkoqol psixozun müalicəsində alkoqola qarşı şərti refleks yaratmaq üçün istifadə olunan dərman maddəsi hansıdır? 
Apomorfin
4
Alkoqolla zəhərlənmə zamanı ilk təxirəsalınmaz yardım : 
Zond vasitəsilə mədənin yuyulması
5
Opioid intoksikasiyası zamanı göz bəbəkləri necə olur?
Genişlənmiş 
6
Xroniki alkoqolizmin neçə mərhələsi var? 
3
7
Alkoqol abstinent sindromu üçün aşağıdakılardan hansı xarakterik deyil?
İntellektin enməsi
8
Aşağıdakılardan hansı patoloji sərxoşluq vəziyyəti üçün xarakterik deyil?
İntoksikasiyanın tədricən inkişafı
9
Aşağıdakılardan alkaqol abstinensiyasının tipik simptomatikasına aid olanı hansıdır?
Sadalananların hamısı
10
Xroniki alkoqolizmin birinci mərhələsinə hansı əlamət aid deyil?
Abstinent sindrom
11
Xroniki alkoqolizmin hansı mərhələsində tolerantlıq yüksəkdir?
1
12
Abstinent sindrom alkoqolizmin hansı mərhələsində yaranır?
Alkoqolizmin 2-ci mərhələsində
13
Alkoqolizmin müalicəsində aşağıdakı metodlardan hansı istifadə olunmur?
Elektrik cəngolma terapiyası
14
Korsakov psixozunun tipik təzahürlərinə aşağıdakılardan hansı aid deyil?
Şərhedən verbal hallüsinasiyalar
15
Alkaqol deliriyi üçün hansı hallüsinasiyalar xarakterikdir?
Görmə
16
Ağ isitmə zamanı düşüncənin hansı növü pozulur?
deliriy
17
Aşağıdakılardan hansı kokaindən yaranmış intoksikasiyanin tipik simptomatikasına aid deyil?
Bəbəklərin daralması
18
Hind çətənəsindən alınan narkotiklər necə istifadə edilir?
Papiros çəkmə
19
Aşağıdakılardan hansı morfidən yaranmış kəskin intoksikasiyanın tipik simptomatikasına aiddir?
Süstlük, yuxululuq, qulaqlarda küy
20
Aşağıdakılardan hansi morfi abstinensiyasının tipik simptomatikasına aiddir?
Sadalananların hamısı
21
Narkomaniyaların və toksikomaniyaların klinikası aşağıdakı hansı əsas sindromlarla şərtləndirilir?
Bütün əlamətlər doğrudur
22
Opi çətənəsindən alınan narkotiklər necə istifadə olunur?
İynə vurma
23
İnsult nədir?
Beyinə qansızma
24
Xəstədə birdən-birə şiddətli baş ağrıları, psixomotor həyacanlanma, ənsə və boyun əzələlərinin gərginliyi, 
hərarətin yüksəlməsi, hüş itməməsi hansı qanaxma üçün xarakterikdir?
Subaraxnoidal qanaxma
25
Kapsulyar hemiplegiya sindromu hansı insult üçün xarakterikdir?
Hemorragik insult
26
Hormotoniya əlaməti hansı qanaxmada müşahidə olunur?
Mədəciklər içərisinə qanaxma
27
Vallenberq-Zaxarçenko sindromu zamanı proses hansı damarda inkişaf edir?
Aşağı arxa beyincik arteriyasında
28
Hansı halda keçib-gedən baş beyin qan dövranının pozğunluğundan danışmaq olar? 
Xəstəliyin simptomları 24 saatdan artıq davam edir
29
Xəstə başa düşür, amma danışa bilmir, bu nədir?
Motor afaziya
30
Aqrafiya nədir?
Yazma qabilyyətinin pozulması


31
Vernike-mann vəziyyəti hansı xəstəlik üçün xarakterikdir?
Hemorragik insult
32
Bir dəfəlik epileptik tutma zamanı hansı tədbirlərdən istifadə etmək olmaz? 
Cəngolmuş ətrafların hərəkətlərinə güclü əks-təsir göstərmə
33
Aşağıda sadalanan epileptik tutmalardan hansı böyük tutma adlanır?
Tonik-klonik tutma
34
Epileptik status zamanı hansı tədbirlərdən istifadə etmək olmaz? 
İnsulin şok terapiyası
35
Epileptik status zamanı bu preparatlardan hansı istifadə olunmur?
Majeptil
36
Aura nədir? 
Epileptik tutmanı xəbər edən əlamət
37
Epleptik tutmaların bir-birinin ardınca olması hansı vəziyyət adlanır?
Epileptik status 
38
Etiologiyasına görə epilepsiyanın neçə forması var? 
2
39
Kiçik epileptik tutma nə qədər çəkir? 
Qısa müddət
40
Böyük epileptik tutma zamanı düşüncə hansı dərəcədə pozulur?
Koma
41
Böyük epileptik tutma nə qədər çəkir?
3-5 dəqiqə
42
Aura neçə formada müşahidə edilir?
7
43
Epileptik tutmadan sonra yaddaşın hansı pozulması meydana çıxır?
Amneziya
44
Absans nədir?
Kiçik epileptik tutma
45
Epilepsiya üçün hansı simptomlar xarakterik deyil?
Üzün normal və bəyaz rəngdə olması
46
Epilepsiya zamanı təfəkkürün hansı pozulması müşahidə edilir?
Müfəssəllik
47
Böyük epileptik tutmanın başlanması üçün xəbər edici əlamət hansıdır?
Aura
48
Epiteptik tutmanı isterik tutmadan fəqrləndirən cəhət nədir?
Tutma 3-5 dəqiqə davam edir, tonik sonra klonik cəng olma
49
Aşağıdakılardan hansı isterik tutmanı epileptikdən fərqləndirən cəhət deyil?
Başvermənin qəfilliyi
50
Kəllə beyin travmaları üçün hansı psixi pozuntular xarakterik deyil?
Psixosensor pozuntu
51
Beyinin alın paylarının zədələnməsinin tipik əlamətləri hansılardır?
Apato-abulik sindrom
52
Baş beyinin kəskin sarsıntısı (kommosiyası) dövrünə sadalananlardan hansı aid deyil?
Ürəkbulanma, qusma
53
Baş beyinin kontuziyasının kəskin dövrü üçün göstərilən simptomlardan hansı xarakterik deyil?
Proqressiv demensiya
54
Kəllə-beyin travmasından sonra beyindaxili qansızma zamanı aşağıdakılardan hansı müşahidə edilir?
Sadalananların hamsı
55
Doğuşla əlaqədar psixozların əsas səbəbi
Orqanizmin immunobioloji reaktivliyinin zəifləməsi
56
Sadalananlardan hansı HİV-ə yoluxmuş və AİDS mərhələsində olan xəstələr arasında daha çox 
rast gəlinən psixi pozuntu növüdür?
Demensiya
57
Hərarəti yüksək olan xəstədə özünə bələdlik qaldığı halda mühitə bələdlik pozulmuşdur, narahatdır. Hallüsinasiyaya 
müvafiq mimikası dəyişilib və buna müvafiq hərəkət edir, özünü nədənsə müdafiə edir. Bu nə zaman müşahidə olunur?
İnfeksion psixozda
58
Zahı qadın körpəsini əmizdirməkdən imtina edir: nə zaman baş verir?
Qadın orqanizminin immunobioloji reaktivliyi zəiflədikdə
59
Xəstəliyin klinikası 3 əsas simptomlar: diareya, dermatit və demensiya ilə xarakterizə olunur. Sonra yaddaş pozğunluğu, 
kobud ağıl zəifliyi inkişaf edir. Nə zaman müşahidə olunur?
Avitaminozla əlaqədar psixozda


60
Meningit mərkəzi sinir sisteminin hansı hissəsinin xəstəliyidir?
Beyin qişalarının
61
Ensefalit mərkəzi sinir sisteminin hansı şöbəsinin xəstəliyidir?
Baş beynin
62
I-li meningitlərə hansı xəstəlikər aiddir?
Epidemik meninqokokk meningiti
63
II-li meningitlərə hansı xəstəliklər aid edilmir?
Meninqokokk meningiti
64
Epidemik meninqokokk meningitinin törədicisi nədir?
Meninqokokklar
65
Epidemik letargik ensefalit üçün hansı simptomlar xarakterikdir?
Yüksək hərarət, yuxululuq, gözün hərəki sinirinin patologiyası
66
Vərəm meningiti üçün hansı simptomlar xarakterikdir?
Zəiflik, tərləmə, subfebril hərarət, tədrici başlanğıc
67
Hansı meningial simptomlar yalnız uşaqlarda olur?
Lassaj simptomu
68
İnkubasion, preparalitik, paralitik periodlar hansı xəstəlik üçün xarakterikdir?
Poliomielit
69
İrinli meningitin törədicisi hansıdır?
Stafilokokk, streptokokk
70
Fotofobiya bu xəstəliklərin hansında olur?
Meningit
71
Meningitin diaqnozunu qoymağa imkan verən sübutlandırıcı müayinə?
Onurğa beyin mayesinin müayinəsi
72
Meningial simptom - bu nə deməkdir?
Ənsə əzələlərinin rigidliyi
73
Gənə ensefaliti zamanı neçənci gün parez və iflic əlaməti olur?
9-cu gün
74
Kəskin mielit zamanı hara patoloji prosesə cəlb olur?
Onurğa beynin ağ və boz maddəsi
75
İrsi-degenerativ xəstəliklərə hansılar aiddir?
Miopatiya, miasteniya
76
İrsi-degenerativ xəstəliklər zamanı hansı metoddan istifadə olunur?
Vitaminlərlə, fermentlərlə müalicə
77
Pyer-Mari və Fridreyx ataksiyaları arasındakı fərq nədir?
Psixi pozğunluqlar
78
Parkinson xəstəliyi zamanı hansı preparatlar təyin edilir?
Tsiklodol, romparkin, nakom
79
Parkinson xəstəliyi zamanı meydana çıxan əsmə sinir sisteminin başqa xəstəlikləri zamanı 
meydana çıxan əsmədən nə ilə fərqlənir?
Sakitlikdə meydana çıxır
80
Miotoniyanın əsas əlaməti nədir?
Əzələ fəal şəkildə yığıldıqdan sonra boşalması tədriclə olur
81
Hiperkinez nədir?
Məcburi hərəkətdir
82
Xəstədə maskavari üz , monoton nitq, əllərin əsməsi, kiçik addımlarla gəzmə. Bu sindrom necə adlanır?
Parkinsonizm
83
Miasteniyanın səbəbi:
Xolinesterazın artması,asetilxolinin tez parçalanması
84
Fridreyx ataksiyası zamanı onurğa beynin hansı yolları zədələnir?
Onurğa beyin - beyincik yolları
85
Fridreyx xəstəliyi zamanı ən çox şikayətlərdən biri aşağıda sadalananlardan hansıdır?
Yerişin çətinləşməsi
86
Parkinson xəstəliyi adətən hansı yaşda özünü göstərməyə başlayır?
50 yaşdan sonra
87
Proqressiv miopatiyanın əsas əlaməti nədir?
Əzələlərin atrofiyası
88
Parkinsonizmə nə xas deyil?
Hemiplegiya
89
Ördək yerişi hansı xəstəlikdə olur?
Miopatiyada
90
Ənsə payının şişləri üçün xarakter pozğunluqlar hansılardır?
Görmənin pozulması


91
Bruns sindromu nə zaman meydana çıxır?
Beyin sistiserkozunda
92
Baş beyin absesi zamanı hansı müalicə təyin edilmir?
İstiliklə müalicə
93
Onurğa beyinin şişləri üçün xarakter simptomlar
İflic, parez, sidik ifrazı pozğunluğu
94
Broun-Sekar sindromu və seqmentdən asılı olaraq yerli əlamətlər müşahidə olunur. 
Onurğa beyin şişlərində
95
Baş beyin silkələnməsinin yüngül formasına hansı əlamətlər aiddir?
Huşun itməsinin bir neçə saniyədən bir neçə dəqiqəyə qədər çəkməsi
96
Yüngül beyin silkələnməsindən sonra xəstə neçə vaxt ərzində sağalmağa başlayır?
1 həftə müddətində
97
Ağır dərəcəli baş-beyin silkələnməsinin əsas simptomu?
Retroqrad amneziya
98
Eynəklər simptomu hansı travmalar zamanı rast gəlir?
Kəllə əsasının sınıqları
99
Avtomobil qəzasında xəsarət almış xəstənin ağzından, burnundan, qulaqlarından qan axır, xəstə komatoz haldadır: 
Prosses nə zaman müşahidə edilir?
Kəllə əsasının sınması
100
Mərkəzi sinir sisteminin hansı xəstəliyində buynuz qişanı əhatə edən sarımtıl-yaşıl həlgə xarakterikdir?
Hepatoserebral distrofiya
101
Araxnoidit nədir?
Hörümçək torunabənzər qişanın iltihabı
102
Mielit nədir?
Onurğa beynin ağ və boz maddəsinin iltihabı
103
Spesifik hörümçəyəbənzər örtük hansı meningit üçün xarakterikdir?
Vərəm meningiti
104
Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf olunur?
Epidemik ensefalitin xroniki forması
105
Paximeningit nə deməkdir?
Sərt beyin qişasının iltihabı
106
Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır?
Gözün hərəki sinirnin zədələnməsi
107
Poliomielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?
Onurğa beynin ön buynuzları
108
Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?
21-25 yaş
109
Hansı xəstəlik zamanı xəstədə seqmentar dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?
Sirinqomieliya
110
Aşağıda sadalananlardan hansı Epidemik ensefalitin (Ekonom ensefaliti) fəsadıdır?
Parkinsonizm
111
Beyin absesinin müalicəsində hansı üsul effektlidir?
Absesin cərrahi yolla götürülməsi
112
Gənə ensefaliti nə ilə səciyyələnir? 
Boyun və çiyin qurşağı əzələlərinin süst atrofik iflici ilə
113
Bel quruluğu (tabes dorsalis) neçə mərhələdə təzahür edir?
3
114
Kiçik xoreyaya hansı klinik əlamət xasdır?
Sadalananların hamsı
115
Getdikcə artan baş ağrısı, başgicəllənmə, qusma, göz dibində durğunluq-hansı xəstəlik üçün xarakterikdir?
Baş beyin şişləri
116
Hansı nahiyyədə şiş olarsa ruhi korluq qeydə alınır?
Ənsə payında 
117
Hematoraxis nədir?
Onurğa beyin qişalarına qanaxma
118
Hematomieliya nədir?
Onurğa beyninə qansızma
119
Subdural hematoma nəyə deyilir?
Sərt beyin qişasının altında yerləşən qan toplusuna 
120
Epidural hematoma nəyə deyilir?
Kəllə sümüyünün və sərt beyin qişasının arasında yerləşən 
qan toplusuna 


121
Nevrasteniyalı xəstələrdə göstərilən əlamətlərdən hansı müşahidə olunmur?
İpoxondrik sayıqlama
122
Yüksək yorğunluqla müşayiət edilən əsəbi zəiflik və vegetativ pozuntuların uzlaşması necə adlanır?
Asteniya
123
İsteriya üçün aşağıdakılardan hansı xarakterikdir?
Zədələnmə olmadan düşüncənin daralması və nəticədə zəifləməsi
124
Nevrozların əsas səbəbləri nədir?
Stress
125
İsterik tutma nə qədər çəkir?
Düzgün vaxtı yoxdur
126
İsteriya zamanı hərəkət və hissiyyat pozğunluqları necə xarakter daşıyır?
Funksional
127
Hansı nevrozlarda qorxu, qeyri-iradi hərəkət olur?
Sayrışan hallar nevrozu
128
Xəstə yorğunluqdan, tez qıcıqlanmadan, başağrısından, yuxu pozulmasından və s şikayətlər söyləyir. 
Bu nevrozun hansı klinik formasına təsadüf edir?
Nevrasteniyada
129
Astaziya-abaziya nədir?
Ayaq üstə durmaq və gəzməyin mümkün olmaması: yataqda müayinə 
zamanı ayaqlarda hərəki funksiyalar saxlanılır
130
Boğazda isterik yumağın əmələ gəlməsi nevrozun hansı formasında olur?
İsteriyada
131
Davamlı reaktiv psixozların hansı klinik formasında mühit ilə sıx əlaqəsi olan psixi travmanı 
əks edən münasibət, təqib sayıqlamaları olur?
Reaktiv paranoid
132
Yatrogeniya nədir?
Tibb işçisinin ehtiyyatsızlığı nəticəsində yaranan reaktiv hal
133
Kəskin reaktiv psixozların hansı klinik formasında xəstədə qəfləti baş verən əqli çatışmazlıq əlamətləri 
ilə təzahür edən psixi pozuntular qeyd olunur?
Psevdodemensiya
134
Kəskin reaktiv psixozun hansı klinik formasında xəstədə bədbəxt hadisə zamanı tam hərəkətsiz 
bir vəziyyətdə susaraq dayanır, özünü müdafiə etmək üçün heç bir tədbir görmür
Reaktiv stupor
135
Davamlı reaktiv psixozların hansı klinik formasında xəstədə hüzn, kədər, qüssə qeyd olunur, 
çox vaxt susur, söhbət zamanı ah çəkib ağlayır?
Reaktiv depressiyada
136
Metil spirti ilə zəhərlənmə hansı fəsadı törədə bilər?
Korluq
137
Neyrotoksikozların hansı növü üçün bulbar iflic sindromu xarakterikdir?
Botulizm zamanı zəhərlənmə
138
Karbon qazı ilə zəhərlənmənin hansı mərhələsində xəstə komaya düşür?
III
139
Reyno xəstəliyi neçə mərhələdə cərəyan edir?
3
140
Ölü barmaq simptomu hansı vegetativ sininr sistemi xəstəliyində rast gəlir?
Reyno xəstəliyi
141
Oftalmoplegik miqren paroksizmi zamanı aşağıda sadalanan əlamətlərdən hansı müşahidə olunur?
Sadalananların hamısı
142
Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?
Üzün bir tərəfində tutmaşəkilli ağrılar
143
Orta sinirin zədələnməsi zamanı aşağıda sadalanan simptomlardan hansı qeydə alınır?
Əli yumruq kimi bükdükdə 1-ci, 2-ci və qismən 3-cü barmaq 
bükülmür
144
Mil sinirinin zədələnməsi zamanı aşağıda sadalanan əlamətlərdən hansı qeydə alınır?
Əlin açılması və baş barmağın uzaqlaşdırılması mümkün olmur
145
Dirsək sinirin zədələnməsi zamanı aşağıda sadalanan əlamətlərdən hansı müşahidə olunur?
IV-V barmaqların yaxınlaşdırılması mümkün deyil 


146
Kökcüklərin iltihabı necə adlanır?
Radikulit
147
Hansı xəstəliklər periferik sinir sisteminə aid deyil?
Miopatiya, miasteniya
148
Üz sinirinin nevriti zamanı hansı əzələlər zədələnir?
Üz əzələsi
149
Radikulit nədir?
Sinir köklərinin iltihabı
150
Osteoxondroz nə deməkdir?
Fəqərələrarası diskin iltihabı
151
Dovşangözlülük simptomu hansı xəstəlikdə olur?
Üz sinirinin nevriti
152
Bella simptomu hansı xəstəlik üçün xarakterikdir?
Üz sinirinin nevriti
153
Hansı xəstəlik zamanı Kerer nöqtələrini blokada edirlər?
Üçlü sinirin nevralgiyası
154
Başın hərəkəti zamanı boyunda əmələ gələn xışıltı xarakterikdir?
Osteoxondroz
155
Üzün bir yarısında tutmaşəkilli ağrılar, gözdən yaşaxma, burundan selik ifrazı, 
ağızsulanma nəvaxt meydana çıxır?
Üçlü sinirin nevralgiyasında
156
Dovşangözlülük simptomu, zədələnmə tərəfdə alın və burun-dodaq büküşünün hamarlanması, 
ağızın sağlam tərəfə əyilməsi xarakterikdir?
Üz sinirinin nevriti
157
Nevralgiya-bu nə deməkdir?
Sinir boyunca ağrı
158
Decer, Neri və Lassaq simptomları xarakter əlamətdir?
Bel-oma radikulitində
159
Xəstədə süst xarakterli tetraparez, mühiti xarakterli hissiyat pozğunluğu, dırnaqların ovulması, 
diş dibində qara çöküntülər, sidiyində zülal qeyd olunur?
Qurğuşun polinevritdə 
160
Hissiyatın əlcək, corab, şəklində pozulması müşahidə olunur
Polinevritlərdə
161
Said nahiyyəsində yaralanmış xəstənin əli caynaq şəklini almış və çeçələ barmaq tərəfdə 
hissiyatı pozulmuşdur. Bu hansı xəstəliyin əlamətidir?
Dirsək sinirinin nevriti
162
Kəmərləyici dəmrov hansı xəstəlik zamanı baş verir?
Qanqlionit
163
Dəyirmançı simptomu hansı nevritdə müşahidə olunur?
Orta sinir
164
Üçlü sinirin nevralgiyası zamanı ağrı tutması nə qədər davam edir?
Saniyə-dəqiqiə
165
Bel-oma radikuliti - xəstədə bel ağrıları, ağrının ətraflara yayılması, hərəkət 
məhdudluğu zamanı tibb işçisinin taktikası nədir
Xəstənin onurğa sütununun bel nahiyyəsini immoblizə etməli, 
bərk səth üzərinə uzatmalı
166
Qabırğaarası nevralgiya zamanı ilk təxirəsalınmaz yardım
Sərt yataqda istirahət, analgetik vermək
167
Güclü qıcıqların təsiri altında meydana çıxan və uzun müddət davam edən emosional hal necə adlanır? 
Ehtiras
168
Paresteziya nədir?
Qıcığın tərhif olunmuş şəkildə qəbul edilməsi
169
Aşağıda sadalanan aqnoziyalardan hansı mövcud deyil? 
Vestibulyar
170
Düsüncənin hansı pozulmasından sonra tam amneziya olur?
Amensiya
171
Katatonik stupor nədir? 
Hərəkətlərin və nitqin tormozlanması
172
Amneziyanın neçə növü müşahidə edilir? 
4


173
Hallusinasiya nədir? 
Uyğun xarici obyektin olmaması zamanı qavrama 
174
Konfabulyasiya və psevdoreminisensiya yaddaş pozulmasının hansı növünə aiddir? 
Paramneziya 
175
Əgər xəstə özünü kiçik yaşlı hesab edirsə bu necə adlanır? 
Pueralizm 
176
Təfəkkürün keyfiyyət pozulmasına hansı pozulma aid deyil? 
Rezonyorluq 
177
Somnambuliya və ya ay işığında gəzmək hansı pozuntuya aiddir?
Düşüncə
178
Piromaniya nədir?
Yanğın törətməyə meyl
179
İmpulsiv hərəkət nədir?
Qəflətən meydana çıxan hərəkətlər
180
Kleptomaniya nədir?
Mənasız, məqsədsiz oğurluğa meyl
181
Xəstə çarpayıda uzanarkən bədəninin yuxarı hissəsini qaldırarsa bu pozuntu necə adlanır?
Katalepsiya
182
Bu xarakteristikalardan hansı parafren sindroma aid deyil?
Sistemləşdirilmiş sayıqlama
183
Xəstə dərisinin altında xırda həşərat və cücülərin süründüyünü hiss edirsə söhbət hansı pozuntudan gedir?
Taktil hallüsinasiyalar
184
Həqiqi əşya və hadisələrə uyğun olan hallüsunasiyalar necə adlanır?
Həqiqi hallüsinasiyalar
185
Yüksək qiymətli ideyalar hansı pozulmaya aiddir?
Təfəkkür
186
Bunlardan yaddaşın kəmiyyət pozulmalarına aid olmayan hansıdır?
Konfabulyasıya
187
Oliqofreniyanın neçə ağırlıq dərəcəsi var?
3
188
Real obyektin təhrif olunması necə adlanır?
İllüziya
189
Bunlardan hansı qavrama pozuntusuna aid deyil?
Perseverasiya
190
Hiperbuliya nədir?
İradənin güclənməsi
191
Aşağıdakılardan yaddaş pozuntusuna aid olmayanı hansılardır?
Amensiya
192
Aşağıdakılardan düşüncənin keyfiyyət pozuntusuna aid olanı hansıdır?
Göstərilənlərin hamısı doğrudur
193
Aşağıdakılardan düşüncə pozuntusuna aid olmayanı hansıdır?
Amneziya
194
Nisbətən yüngül düşüncə pozulmasını göstərin
Obnibulyasiya
195
Bu pozuntulardan hansı intellekt pozulmasına aid deyil?
Amensiya
196
Oliqofreniyanın ən ağır ifadə olunmuş forması hansıdır?
İdiotiya
197
Uzun müddət müəyyən hadisə üzərində psixi fəaliyyətin mərkəzləşə bilməməsi - bu nədir?
Diqqətin zəifləməsi
198
Özlərinə qarşı inamsızlıq, təəssuratlarının kövrək, daima aciz və köməksiz olanlar hansı 
şəxsiyyət pozuntusuna aiddir?
Anankastik şəxsiyyət pozuntusuna
199
Autistik təfəkkürə malik olmaları və ətrafdakılarla ünsiyyətə girmək çətinliyi, 
qapalılıq hansı şəxsiyyət pozuntusuna aiddir?
Şəxsiyyətin şizoid pozuntusuna
200
Şəxsiyyətin disharmoniyasının bütün formalarını neçə böyük qrupa bölmək qəbul olunmuşdur?
4
201
Şəxsiyyət pozuntuları (psixopatiyalar) haqqında təlim hansı alimin adı ilə bağlıdır?
E. Kreçmer
202
Şəxsiyyət pozuntularının dinamikasını ilk dəfə təsvir edən rus alim kimdir?
Qannuşkin


203
Psixopatiyanın hansı klinik formasında xəstənin tez-tez əhvalı dəyişir, sözünün üstündə durmur, 
ətrafdakıların təsiri altına düşür?
Affektiv psixopat
204
Psixopatiyanın hansı klinik formasında ümumi zəiflik, yoğunluq, sadəlövlük, hissiyata qapılmaq, 
inamsızlıq xarakter əlamətdir?
Astenik psixopat
205
Psixopatiyanın hansı klinik formasında xəstələr özlərini çox sevən, eqoist, adama yoğuşmaz olur, 
bilik və bacarıqlarını həmişə nümayış etdirməyə səy göstərirlər?
Paranoyal psixopat
206
Psixopatiya nədir?
Xarakterin patologiyası ilə şərtlənən düzgün olmayan tərbiyə
207
Psixopatiyanin hansi klinik formasinda xəstə ən xırda səbəbdən əsəbləşir, dözümsüz olur, 
başqalarına tez inanır, liderliyə can atır, iradəsi zəif olur?
Davamsız tip psixopat
208
Şəxsiyyət pozuntusunun formalaşması həyatın əksərən hansı dövründə təzahür edir?
Yeniyetməlik və gənclik dövründə
209
Ruhi xəstəxanaya hospitalizə üçün hansı göstərişlər əsasdır? 
Ətrafdakılara qarşı təhlükəli olması
210
Psixomator oyanılıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatlardan istifadə olunur? 
Aminazin 
211
Xəstədə psixomotor oyanıqlıq var ,ünsiyyətə daxil olmur,ətrafdakilara və özünə zərər yetirir.Tibb işçisi nə etməlidir? 
Xəstəni müvəqqəti təsbit etməli və yatağa uzandırmalı
212
Şizofreniya sözü yunancadan tərcümədə hansı məna kəsb edir?
Psixikanın parçalanması
213
Şizofreniyanın sadə forması üçün xarakterik deyil?
Sayıqlama və hallüsinasiyalar
214
Şizofreniya üçün daha çox xas olan emosional pozuntular hansılardır?
Ambivalentlik və emosional kütlük
215
Hansı düşüncə pozuntusu şizofreniyaya daha çox xasdır?
Oneyroid tip
216
Şizofreniyanın paranoid formasının nüçə mərhələsi var?
3
217
Paranoid şizofreniyaya daha çox xas olan psixi simptomlar hansılardır?
Psevdohallüsinasiyalar
218
Katatonik şizofreniyaya aşağıda qeyd olunanlardan hansı xas deyil?
Ambulator avtomatizm
219
Şizofreniya aşağıda qeyd olunanlardan hansının əsaslı pozuntusu kimi xarakterizə oluna bilər?
Təfəkkür
220
Şizofreniyanın hebefrenik forması hansı yaşda başlayır?
12-18 yaş
221
Şizofrenik deffektin mənasını hansı simptomlar təşkil edir?
Psixikanın parçalanması, autizm, aktivliyin enməsi
222
Uşaqlarda anadangəlmə aşağı ətrafın spastik iflici hansı xəstəliyin əlamətidir?
Littl xəstəliyi
223
Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanin 
cüzi pozulması müşahidə olunur?
Uşaq serebral iflicinin hiperkinetik formasında
224
Aşağıda sadalanan səbəblərdən hansı anadangəlmə hidrosefaliyanı törədir?
Sadalanan səbəblərin hamısı
225
Aşağıda sadalananlardan hansı qazanılmış hidrosefaliyaya xasdır?
Kəllənin böyüməsi və deformasiyanın olması 
226
Uşaq serebral iflicinin beyincik forması üçün hansı simptomlar xarakterikdir?
Hipotonus,hecavı nitq ,müvazinət pozğunluğu 
227
Düşem-Erb iflici yeni doğulmuşlarda hansı zədələnmə zamanı müşahidə edilir?
Onurğa beyin və çiyin kələfinin zədələnməsi
228
Uşaq serebral iflicinin neçə forması var?
4
229
Littl xəstəliyi uşaq serebral iflicinin hansı formasına aiddir?
Diplegik
230
Hansı forma xəstəliklər uşaq serebral iflic qrupuna aid deyil?
Astenik


231
Hidrosefaliya zamanı hansı əlamətlər müşahidə edilir?
Onurğa beyin mayesinin həcminin artması
232
Mikrosefaliyanın əlamətləri hansılardır?
Kiçik baş, intellekt zəifliyi
233
Uşaqlarda anadangəlmə birtərəfli iflic bəzən də nitqin pozulması uşaq serebral iflicin hansı klinik 
formasında təsadüf edir?
Uşaq serebral iflicinin hemiplegik formasında
234
Batan günəş simptomu nə zaman müşahidə edilir?
Hipertenziv sindrom
235
Doğuşdan sonra əmələ gələn asfiksiya hansı əlamətlərlə xarakterizə olunur?
Tənəffüsün pozulması, dərinin sianozu, hiporefleksiya
236
Zədələnmə səviyyəsindən asılı olaraq mamalıq iflicinin neçə növü ayırd edilir?
3
237
Yeni doğulmuşun normada başının diametri hansı ölçüdədir?
34 sm.

Yüklə 95,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə