RUSĠYA VƏ FARSISTAN ARASINDA SÜLH MÜQAVĠLƏSĠNƏ
ƏSASƏN FARSISTANDAN QAYIDAN ERMƏNĠLƏRƏ ZĠYAN
VURDUĞU TAUN NƏTĠCƏLƏRĠ HAQQINDA QARABAĞIN
KOMENDANTI KALAÇEVSKĠYƏ ĠKĠ HƏSABAT
1828-ci ilin avqustun 24-ü və 25-i
Həsabat № 45. Prap. Tumanov Çaylı yerindən Qarabağın komendantı
Kalaçevskiyə.
1828-ci ilin avqustun 24-ü.
Cari ayın 20 tarixli № 3384 nömrəli fərmandakı əmrinizi əsas tutaraq,
məruzə etməklə fəxr edirəm. Köçəri erməni cəmiyyətinin arasında Sizin
qarşınızda vəfat edənlər və sağ qalanlar haqqında məlumat verməyə qadir
heç bir sağlam adam yoxdur. Qoca adamlar var idi, onlar da artıq vəfat
etmişlər. Qalanlar isə indi xəstə haldadırlar, kimsə onların mülkünə
sahiblik etmir.
Prap. Tumanov.
Həsabat № 46. Prap. Tumanov Farsıstandan qayıdan Qarabağ
ermənilərinə toxunan taun haqqında.
1828-ci ilin avqustun 25-i.
Cari ayın 20 tarixli № 3384 nömrəli fərmandakı əmrinizi əsas tutaraq …
məruzə etməklə fəxr edirəm ki, köçərilər o qədər acınacaqlı haldadırlar ki,
ölü cəsədləri torpağa basdıran kimsə yoxdur. Hər gün iyirmişər adam vəfat
edir.
Mənbə: Barseğov Yu., Dağlıq Qarabağ beynəlxalq hüququnda və
beynəlxalq siyasətində, Sənədlər və rəylər, iki cilddə, Moskva, 2008, c.1, s.
209-210.