Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

ifadə  etdikləri  hadisənin,  prosesin  inkişafından  asılıdır.  Elmin  terminin  dəqiqliyi, 

birmənalılığı  onun  əsas  keyfiyyətlərindəndir.  Bu  reallıq  pedaqogika  elminə  də 

aiddir.  

 

5. Pedaqoji cərəyanlar 

 

Ayrı-ayrı  ölkələrdə  ictimai,  iqtisadi  və  siyasi  quruluşun  müxtəlifliyi  ilə 

əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azərbaycan pedaqoqları təhsil 

sistemlərini  və  pedaqoji  fikirləri  öyrənməyə  və  oradakı  mütərəqqi  cəhətlərdən 

istifadə  etməyə  çalışırlar.  Bu,  təqdirəlayiq  bir  ənənədir.  Daha  geniş  yayılmış  bəzi 

pedaqoji cərəyanlara diqqət yetirək. 



Praqmatizm  pedaqogikası.  Praqmatizm,  yunan  mənşəli  “pragmatos” 

sözünə  uyğundur,  iş  və  ya  əməl  deməkdir.  Praqmatizm  fəlsəfi  cərəyan  kimi 

cəmiyyətdə  bütün  fəaliyyətin  əsasını  subyektiv  mənada  anlaşılan  əməldə, 

təcrübədə  görür.  Belə  bir  metodoloji  müddəaya  əsaslanan  Con  Duyi,  Vilyam 

Kilpatrik  (ABŞ)  və  bir  çox  başqaları  praqmatizm  pedaqogikasının  əsasını 

qoymuşlar.  Həyatda  məktəblilərin  iştirakını  təmin  etmək,  uşaqların  marağına 

diqqət  yetirmək  və  fərdi  xüsusiyyətlərini  nəzərə  almaq,  məktəbin  ictimai  həyatla 

əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstünlük vermək, təlimdə şagirdlərin 

fəallığına  nail  olmaq  praqmatizm  pedaqogikasının  başlıca  xüsusiyyətləridir. 

Vurğulayaq  ki,  praqmatizm  pedaqogikası  təcrübəni  geniş  ictimai,  istehsalat 

təcrübəsi  kimi  deyil,  ətraf  mühitlə  şəxsin  təması  mənasında  başa  düşür.  Məsələn, 

praqmatizm  pedaqogikası  təlimin  məzmununu  və  ya  əxlaq  tərbiyəsinin 

məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə əsasən müəyyənləşdirir .  

C.Duyinin  fikrincə,  anlayışlar,  ideyalar,  nəzəriyyələr  yalnız  gündəlik  praktik 

fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna bilər (onun dayandığı fəlsəfi təlimə 

– praqmatizmə görə, həqiqət – obyektiv aləmin insan şüurunda inikasından ibarət 

deyildir, həqiqət odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur, 

ona  fayda  verir);  bütün  bunlar  praktika  üçün  “alət”  rolunu  oynamalıdır. 

Praqmatizmin  məşhur  nümayəndələrindən  olan  Vilyam  Kilpatrik  (“layihələr 

metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd edir ki, həqiqət obyektiv ola bilməz, 

çünki dəyişkəndir. O, tədqiqatda yalnız eksperimenti qəbul edir. 

Praqmatizm  pedaqogikası  cəmiyyəti  yeniləşdirmək  üçün  tərbiyəni  əsas  sayır. 

Bu  pedaqogikanın  ideoloqları  hesab  edirlər  ki,  tərbiyə  cəmiyyəti  istənilən  şəkildə 

düzəldə bilər, məktəb cəmiyyətdən asılı deyil, əksinə cəmiyyət məktəbdən asılıdır. 

Onlar  tərbiyədə  son  məqsədi,  perspektivləri  qəbul  etmir.  Onların  fikrincə,  məqsəd 

odur ki, konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və tələbi 

ödənilsin,  uşaq  özünü  mövcud  ictimai  quruluşun  tələblərinə  uyğunlaşdıra  bilsin. 

Praqmatik pedaqoqlar sübut etməyə çalışırlar ki, elmlərin əsaslarının sistematik öy-

rənilməsinə  ehtiyac  yoxdur,  müəllimin  borcu  odur  ki,  konkret  fəaliyyət  zamanı 

lazım gələn bilikləri öyrətsin (“kompleks proqramlar” bu ideyadan doğmuşdur). 

Praqmatizm  pedaqogikası  özünün  nedosentrizm  prinsipini  irəli  sürmüşdür. 

Bunun  mahiyyəti  belədir:  təlim-tərbiyə  prosesinin  əsasında  məktəblinin  maraq  və 

tələbatları  durmalıdır.  Bu  yanaşmada  uşağa  o  qədər  hüquq  verilir  ki,  o  öz 




vəzifələrini  tamam  unutmaq  halına  gəlir,  müəllimin  rolu  demək  olar  ki,  heçə 

endirilir . 

ABŞ-da  neopraqmatistlər  (T.Brameld,  H.Raqq,  E.Kelli  və  b.)  C.Duyinin 

cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha da dərinləşdirməklə yeni 

pedaqoji istiqamət yaratmağa nail ola bilmişlər.  

Ekzistensializm  pedaqogikası.  Ekzistensializm  əslində  fəlsəfi  cərəyandır, 

latın  sözündən  (eksistentia)  əmələ  gəlmişdir.  Mövcudluq  deməkdir. 

Ekzistensializm  fəlsəfəsinə  görə  ölüm  adamda  qayğı,  qorxu,  qətilik,  vicdan  kimi 

həyat  təzahürləri  əmələ  gətirir.  Bu  fəlsəfə  hər  kəsin  özünə  gün  ağlamasını,  heç 

kimdən  imdad  gözləməməsini  tələb  edir.  Ekzistensializm  Fransada,  Almaniyada, 

ABŞ-da  daha  geniş  yayılmışdır.  Təlim  və  tərbiyə  işini  mövcudluq  fəlsəfəsi  əsa-

sında  qurmağa  çalışan  pedaqoqlardan  A.Fallinko  (ABŞ),  J.P.Sartr  (Fransa), 

E.Qrizebax  (Almaniya)  və  başqalarını  göstərmək  olar.  Onlar  isbat  etməyə 

çalışmışlar ki, adamın xarakterini formalaşdıran təlim, tərbiyə deyil, şəxsin özüdür. 

Nə müəllim, nə də valideyn uşağın daxili aləminə nüfuz edə bilməz.  

Müəllim  və  ya  tərbiyəçinin  əsas  vəzifəsi  uşağa  əqli  və  əxlaqi  cəhətdən  hələ 

kamil  olmadığını  hiss  etdirməkdən  və  özünütərbiyədən  ibarət  olmalıdır. 

Ekzistensializm  pedaqogikasına  görə,  məsələn,  tarix  dərslərində  sosial-iqtisadi 

münasibətləri, siyasi quruluşları öyrənməklə yanaşı, insan aqibətinə diqqət yetirmək, 

hissləri  oyatmaq  lazımdır.  Ekzistensializm  pedaqogikası  özünütərbiyəni  ailə  və 

məktəb tərbiyəsinə, sosial mühitin təsirinə qarşı qoyur, tərbiyədə  məqsədyönlülüyü 

və  planlılığı  əhəmiyyətsiz  iş  sayır.  Bu  pedaqogikanın  son  məqsədi  uşaqlarda 

işgüzarlıq xüsusiyyəti formalaşdırmaqdır. Praqmatizmə möhkəm tellərlə bağlı olan 

cərəyanlardan biri neopozitivizmdir. Bu cərəyanın pedaqoji aləmdəki nümayəndələri 

(V.Bretsnika  (Almaniya),  R.Pitres  və  P.Xeret  (İngiltərə),  L.Leqran  (Fransa)) 

sistematik  biliklərin  verilməsinə  qarşı  çıxır,  şagirdlərin  “tədqiqatçılıq”  bacarığını 

inkişaf  etdirməyi  ön  plana  çəkirlər.  Əxlaq  tərbiyəsi  məsələlərində  neopozivistlər 

belə bir fikir irəli sürürlər ki, guya etik problemlərin ictimai həyatla heç bir əlaqəsi 

yoxdur.  



Neotomizm  pedaqogikası.  Neotomizm  də  fəlsəfi  cərəyandır.  Neotomizm 

yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo – yeni deməkdir. Tomizm 

orta  əsr  sxolastı  Foma  Akvinskinin  dini  nəzəriyyəsidir.  Neotomistlər  Foma 

Akvinskinin  ilahiyyat  nəzəriyyəsini  inkişaf  etdirməyə  çalışmışlar.  Jak  Mariten 

(Fransa), U.Kanninham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neo-

tomizmin aparıcı ideoloqları olmuşlar.  

Neotomistlər  insanın  və  onun  ictimai  həyat  tərzi  formalarının  ilahi  qüvvə 

tərəfindən yarandığını iddia edirlər: insan onu yaradanı daim yadda saxlamalı, ondan 

həya etməli, ona itaət göstərməlidir. Neotomistlərin fikrincə, dini görüş real bilikdən 

üstündür.  Onlar  dövlət  məktəblərində  də  dinin  tədris  olunmasını,  bütün  fənlərin 

tədrisinə  dinin  sirayət  etməsini  istəyirlər.  Onların  fikrincə,  xarici  aləmi  dərk  etmək 

üçün  elm  kifayət  deyil,  bundan  ötrü ilahiyyat,  ilahi qüvvəyə  qovuşmağı  bacarmaq 

lazımdır:  sonuncunu  isə  uşağa  kilsə,  ruhanilər  verir;  elm  şüura,  din  isə  şüuraltı 

hissiyyata  istinad  edir.  Neotomistlərə  görə,  İsus  Xristosa  oxşamaq  tərbiyənin 

məqsədi  olmalıdır.  Bundan  ötrü  hər  kəs  dini  cəhətdən  təkmilləşməli,  dini  adətlərə 



Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə