Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

əməl  etməlidir.  Neotomistlər  məktəbin  tədris  planına  humanitar  fənlərlə  yanaşı 

təbiət fənlərinin daxil edilməsini də məsləhət görürlər.  



Bixeviorizm  ingilis  sözü  olub  “davranış”  deməkdir.  XX  əsrin  əvvəllərində 

Amerikada  meydana  gəlmiş  cərəyandır.  Cərəyanın  müəlliflərindən  biri  olan 

Edvard  Torndayka  görə,  psixologiya  şüuru  deyil,  davranışı  özü  üçün  tədqiqat 

predmeti  seçilməlidir.  E.Torndayka  görə,  həm  heyvanlarda,  həm  də  insanlarda 

psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici 

proseslər  situasiya  və  cavab  reaksiyası  ilə  bağlı  olaraq  təzahür  edir.  E.Torndayk 

ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – reaksiya” nəzəriyyəsini irəli 

sürür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, 

şagird  məqsədəuyğun  cavab  reaksiyası  ilə  çıxış  edə  bilsin.  Yeni  təlim 

texnologiyaları  əsasında  keçirilən dərslərdə  motiv  məhz  buna  xidmət  edir.  Motiv 

şagirdi  cavab  reaksiyası  üçün  hazırlayır,  onu  problem  ətrafında  fikirləşməyə, 

tədqiqat aparmağa sövq edir.  



Pedaqoji futurologiya. Futurologiya latın sözü “futurum” (gələcək) və yunan 

sözü  “logiya”  (nəzəriyyə)  birləşməsi  olub  gələcək  haqqında  nəzəriyyə  mənasını 

verir.  Pedaqoji  futurologiya  təhsilin  gələcək  inkişaf  yollarını,  məktəbin  necə 

olacağını  müəyyənləşdirməyə  çalışır.  Pedaqoji  futurologiyanın  ABŞ-da  ən 

görkəmli  nümayəndələri  Q.Broudi,  A.Dyajt,  D.Qolberq,  U.Ziqler  və başqalarıdır. 

Onların  pedaqoji  fikirlərində  müxtəlif  fərqlər  olsa  da,  ümumi  cəhətlər  də  vardır. 

Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə “cəmiyyət məktəbsiz” olacaq, məktəblər 

“tədris mərkəzləri” nə, “evdə məktəblərə” çevriləcək, müxtəlif texniki vasitələrdən

xüsusən elektron vasitələrindən geniş istifadə olunacaq, fərdi təlim üstünlük təşkil 

edəcəkdir;  məktəbin  funksiyaları  qismən  kitabxanaların,  muzeylərin,  parkların, 

digər mədəni-maarif və istehsalat müəssisələrinin üzərinə düşəcəkdir.  

Futuroloqların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir, mədəni-maarif 

və  istehsalat  müəssisələrində  məlumatlar  isə  gənclik  üçün  daha  maraqlı  olur. 

Futuroloqların təsəvvüründə gələcəyin təhsili fərdi təlim əsasında qurulmalıdır. 

Konstruktivizm  XX  əsrin  ikinci  yarısında  amerikalı  pedaqoqlar  Kappan, 

Əbdəl-Həqq,  Skarf-Siter,  Makkenin  və  başqaları  tərəfindən  irəli  sürülmüşdür. 

Konstruktivizm  mahiyyətcə,  əsas  prinsipi  yeni  biliklərin,  ideyaların  əvvəlcədən 

bildiyimiz  ideyaların  sintezi  yolu  ilə  əldə  edilməsi  haqqında  nəzəriyyədir.  Bu,  o 

deməkdir  ki,  bilik  passiv  olaraq  alınmır.  Bu,  insanların  necə  öyrənməsi  haqqında 

tədqiqata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir 

fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Konstruktiv 

öyrənməyə  necə  nail  olmaq  haqqında  bir  sıra  fikirlər  vardır,  lakin  əksər  təhsil 

işçiləri  inanırlar  ki,  şagirdlər  mücərrəd  anlayışları  araşdırmalar,  mühakimələr  və 

müzakirələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəllimin 

üzərində yazdığı daş, yazı taxtası deyildir.  

Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətin və insanların necə 

öyrəndiklərinin izahını verən epistomologiya kimi yanaşılır. 

Pedaqoji  ədəbiyyatda  konstruktivizmin  növlərinə  aşağıdakı  yer  verilir:  1) 

Pyajenin psixoloji konstruktivizmi; 2) L.Vıqotskinin sosial konstruktivizmi.  

Pyajenin  psixoloji  konstruktivizminin  mahiyyətində  təlimin  məqsədinə  uyğun 

şagirdin  maraq  və  ehtiyaclarının  dəstəklənməsi  durur.  Bu  yolla  tədqiqat  obyektinə 



çevrilən  şagirdin  fərdi  idraki  inkişafı  təmin  olunur.  L.Vıqotskinin  sosial 

konstruktivizmi  sosial  transformasiya  üçün  təhsilə  əsaslanır,  sosial-mədəni 

kontekstdə fərdin yerləşdiyi (əhatə olunduğu) mühitin onun inkişafındakı rolunu əks 

etdirir.  Etibarlı  inkişaf  zonası  kimi  xarakterizə  olunan  mühit  şagirdlərin 

formalaşmasının  bazisi  kimi  göstərilir.  Fərdi  inkişaf  mədəni  qaydaların  qrup 

tərəfindən  paylaşdırıldığı  və  nəticədə  fərd  tərəfindən  özününküləşdirilən  sosial 

qarşılıqlı  əlaqələr  nəticəsində  yaranır.  Şagirdlər  bilikləri  mühitlə  qarşılıqlı  əlaqədə 

əldə  edirlər.  Bu  zaman  həm  fərd,  həm  də mühit  dəyişir.  Tədqiqatın  obyekti  fərdlə 

sosial və mədəni mühit arasındakı dialektik münasibətlərdir.  

1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İtaliya, Fransa, ABŞ 

və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar birləşərək pedaqoji dərgilər, toplular, 

jurnallar  çap  etdirməyə  başlamışlar.  Onlar  təlim,  tərbiyə  və  təhsil  sahəsində 

apardıqları tədqiqat işlərinin nəticələrini həmin informasiya vasitələri ilə təşviq edir-

dilər. ABŞ-da U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran-

sada  R.Harodi,  İ.Konyo  planlı  və  məqsədyönlü  təsir  göstərməyin  zəruriliyini 

əsaslandırır,  demokratik  məktəb  sistemi  uğrunda  mübarizə  aparır,  icbari  təhsilin 

müddətini  uzatmağı  tələb  edirlər.  Onların  fikrinə  görə,  uşağın  imkanlarını, 

qabiliyyətlərini  tərbiyə  şəraitindən  ayırmaq  və  ayrılıqda  nəzərdən  keçirmək  qeyri-

elmi yoldur.  

 

6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi 

 

Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Müxtəlif tədris müəssisələri 

üçün tədris planlarının, tədris proqramlarının və dərsliklərin işlənməsində, ayrı-ayrı 

fənlərin  tədrisində,  müəssisə,  idarə  və  təşkilatlarda  tərbiyə  işinin  nizama 

salınmasında  digər  elmlərlə  pedaqogikanın  əlaqəsi  özünü  daha  qabarıq  göstərir. 

Bütün  elmlərlə  pedaqogikanın  qarşılıqlı  əlaqəsini  burada  səciyyələndirmək 

mümkün  deyil.  Pedaqogikanın  yalnız  fəlsəfə,  psixologiya  və  fiziologiya  ilə 

əlaqəsini nəzərdən keçirək.  



Pedaqogikanın fəlsəfə ilə əlaqəsiF.Paulsen göstərir ki, pedaqogikanı bir elm 

olaraq  fəlsəfədən  ayırmaq  mümkün  deyil.  Psixologiyasız  və  etikasız,  o,  öz 

təməlindən  ayrı  düşür.  Bu  fənlər  də  öz  növbəsində  metafizika  və  idrak  nəzəriy-

yəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil 

inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi 

düşüncələr  sisteminə  cəlb  edir.  Pedaqogika  və  tərbiyə  tarixi  ilə  bağlı  bir  çox 

tədqiqatların  çatışmazlığı  bundadır  ki,  onların  müəllifləri  təhsilə  baxışlar 

kompleksini  fəlsəfi  və  psixoloji  düşüncənin  ümumi  axarından  ayırırlar.  Ona  görə 

də,  pedaqogika  tarixi  müxtəlif  didaktika  üsullarının  sadalanmasından  ibarət  olur. 

Lakin,  axı  bu  üsullar  özü  konkret  bir  dövrdə  doğulmuşdur  və  özündə  zamanın 

dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.” 

Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə də həyat üçün 

hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan 

və  dünya  problemlərinin  tərkib  hissəsidir.  Təsadüfi  deyildir  ki,  bu  məsələlərə 

ənənəvi olaraq məhz filosofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər 

tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazırlan-




Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə