Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

pedaqogika psixikanın inkişaf nəzəriyyəsini, psixologiya isə psixikanın inkişafında 

təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.  

Təhsillə  bağlı  nə  nəzəri,  nə  də  praktik  problemlərin  həlli  baxımından 

pedaqogika  və  psixologiyanın  əlaqəsini  nəzərə  almamaq  mümkün  deyildir. 

Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qarşılıqlı asılılığı obrazlı şəkildə belə 

ifadə  edirik:  pedaqogika  psixologiyasız  “kasıbdır”,  psixologiya  isə  pedaqogikasız 

“acdır”. Psixologiya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya ək-

sinə,  pedaqogika  üçün  predmet  hesab  olunan  psixologiya  üçün  şərtdir,  yəni 

psixikanı  inkişaf  etdirmək  üçün  təhsil  şərtdir,  təhsil  vermək  üçün  isə  psixikanın 

inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”  

Akademik  M.Mehdizadə  yazırdı  ki,  bu  problem  də  çox  mürəkkəbdir, 

böyükdür,  mühüm  və  zəruri  olan  bir  çox  məsələni  əhatə  edir.  Onların  nəzərə 

alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. 

Son  vaxtlarda  pedaqoji  psixologiya  onları  daha  çox  işıqlandırmağa  başlamışdır, 

lakin  təəssüf  ki,  bu  sahədə  iş  ləng  gedir,  məlum  psixoloji  tövsiyələr  ləng  tətbiq 

edilir,  çünki  kifayət  qədər  aydın  şəkildə  şərh  edilmir.  L.T.Oxotina  yazır:  “Çox 

müəllimlər  və  metodistlər  deyirlər  ki,  psixoloji  əsərləri  çətin  oxumaq  olur.  Bu 

sözlərin  əsası  vardır.  Təlim-tərbiyənin  psixoloji  məsələlərinin  heç  də  hamısı 

axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız 

nəzərə  almaq,  nəyi  isə  fəaliyyətdə  rəhbər  kimi  qəbul  etmək  lazım  gəldiyini  asan 

müəyyən edə bilmirlər.” 

Həmin  nöqsanları  aradan  qaldırmaq  üçün  bu  istiqamətdə  tədqiqatları 

genişləndirmək,  pedaqoji  kadrların  psixoloji  hazırlığını  yüksəltmək,  təhsil 

prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata 

keçirmək lazımdır.  

Pedaqoji  və  psixoloji  fikir  tarixindən  görünür  ki,  tərbiyə  haqqında 

nəzəriyyələr,  adətən,  psixika  haqqında  nəzəriyyələrə  uyğun  gəlmişdir.  Bu, 

tamamilə təbii hadisədir və səhv qənaət üçün əsas olmamalıdır.  

Pedaqoji  tədqiqatlarda  psixoloji  eksperimentin  faydasını  nəzərə  alan  bəzi 

mütəxəssislər  yanlış  olan  belə  bir  nəticəyə  gəlmişlər  ki,  guya  bütün  pedaqoji 

qaydalar  psixoloji  tədqiqata  əsaslanmalıdır.  Xüsusi  vurğulayaq  ki,  pedaqogikanı 

psixologiyanın yedəyinə bağlamaq yolverilməzdir.  

Bir sıra psixoloqlar (B.M.Teplov, L.S.Vıqotski, S.A.Rubinşteyn, L.V.Zankov 

və  başqaları)  eksperimental  yolla  isbat  edə  bilmişlər  ki, xüsusi  təşkil  edilən  təlim 

və  tərbiyə  vasitələri  ilə  uşaqlarda  psixikanın,  qabiliyyətlərin  inkişaf  sürətini 

artırmaq mümkündür. 

Təfəkkürün 

xüsusiyyətlərinə  müəllimin  bələd  olması  da  təlimin 

müvəffəqiyyətini  təmin  edən  əsas  amillərdəndir.  Psixologiyada  isbat  olunmuşdur 

ki,  məntiqi  təfəkkürü  bir  sıra  amillər  səciyyələndirir:  ardıcıllıq,  tənqidilik, 

müstəqillik,  oxşar  və  fərqli  cəhətləri üzə çıxartmaq,  ümumiləşdirmələr  etmək,  öz 

nəticəsinin düzgünlüyünü isbat etmək və s. Təfəkkürün əlamətlərindən hali olan və 

onları  öz  işində  tətbiq  edən  müəllim  şagirdlərində  məntiqi  təfəkkürün  inkişafını 

təmin  edə  bilir.  Bu  cür  faktları  nəzərə  alan  pedaqogika  həm  psixikanın  öz  daxili 

qanunları  üzrə  inkişaf  etdiyini  söyləyən  nəzəriyyəni,  həm  də  psixikanın 

dəyişməsini  başdan-başa  mühitin  təsiri  ilə  izah  edən  nəzəriyyəni  birtərəfli  hesab 




edir;  psixikanın  inkişafına  şəxsin  daxili  mənəvi  imkanları  ilə  ətraf  mühit  amilləri 

də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pedaqogika uşaqların fərdi 

və  yaş  xüsusiyyətlərini,  qabiliyyətlərini  üzə  çıxarmağı  və  nəzərə  almağı,  onların 

fəaliyyət növlərini və üsullarını müəyyənləşdirməyi zəruri hesab edir.  



Pedaqokanın  etika  ilə  əlaqəsi.  Pedaqogika  etika  ilə  qarşılıqlı  əlaqəlidir. 

Fəlsəfi  elm  olan  etika,  əxlaq  tərbiyəsinin  əsasını  təşkil  edir.  Pedaqoji  prosesdə 

əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur. 

Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqonomika, məntiq, 

gigiyena və daha bir çox digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır. Pedaqogika 

nəinki  başqa  elmlərin  nailiyyətlərinə,  həm  də  bütün  digər  elmlərə,  onların 

inkişafına  təkan  verir.  Pedaqogikanın  digər  elmlərlə  qarşılıqlı  əlaqəsi  sayəsində 

tamam yeni elm sahələri də yaranır.  

Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək deyildir ki, guya 

pedaqoji  bilikləri  başqa  elm  sahələrində  axtarmaq  lazımdır,  hansı  ki,  vaxtı  ilə 

K.D.Uşinskinin  “Antropologiya”  əsərində  belə  meyil  qabarıq  şəkildə  ifadə 

edilmişdir.  

Pedaqogikanın digər elmlərlə əlaqələrini aşağıdakı kimi xülasə etmək olar: 

 



 pedaqogika  başqa  elmlərin  əsas  ideyalarından,  nəzəri  müddəalarından  və 

ümumiləşdirilmiş nəticələrindən istifadə edir; 

 

 pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;  



 

 fəlsəfə,  psixologiya,  ali  sinir  fəaliyyətinin  fiziologiyası,  sosiologiya  və 



başqa  elmlərin  apardığı  tədqiqatların  konkret  nəticələri  pedaqogikada  tətbiq 

olunur; 


 

 pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak edir . 



 

                                     7. Pedaqogikanın sahələri  

(və ya pedaqogikada diferensasiya prosesləri) 

 

Vaxtilə  fəlsəfənin  və  sosiologiyanın  tərkibində  olan,  bir  müddətdən  sonra 

ondan  ayrılan  və  getdikcə  müstəqil  elmə  çevrilən  pedaqogika  inkişaf  edərək  bir 

çox  şaxələrə  ayrılmaqdadır.  Pedaqogikanın  öyrəndiyi  predmet  o  qədər 

mürəkkəbdir ki, ayrıca, hətta ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə 

vasitələrini  əhatə  edə  bilməz.  Pedaqogika  uzun  inkişaf  yolu  keçərək  çoxlu  nəzəri 

və  təcrübi  informasiya  toplamış  və  hazırda  şaxələnmiş  elmi  biliklər  sisteminə 

çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, tərbiyə haqqında elmlər 

sisteminə  çevrilmişdir.  Pedaqoji  elmin  sahələri  arasında  ardıcıl,  sıx  əlaqə  vardır. 

Onların hamısı insanı öyrənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, prak-

tika  üçün  tövsiyələr  işləyib  hazırlayır.  “Pedaqogika  elminin  arxitekturasının 

özünəməxsusluğu,  təkrarolunmazlığı  məhz  təbiətin  ən  ali  varlığı  olan  insanın 

özünün  dünyaya  gəlməsi  ilə  və  ya  sosiallaşması  prosesində  düçar  olduğu  qeyri-

normal hadisələrlə şərtlənir” . 

Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s. 

imkanlarının müxtəlifliyi ilə də bağlıdır.  

Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir: 



Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim 

məsələlərini  öyrənir.  Ümumtəhsil  məktəbinin  pedaqogikası  digər  pedaqoji  elm 

sahələri  üçün  elmi  bazadır,  o  məhz  ümumi  pedaqogikadır  (ümumtəhsil  məktəbi 

bütün  dünyada  kütləvi  məktəbdir,  o,  təhsil  sisteminin  əsasını  təşkil  etdiyindən 

həmin  sistemin  həlqələri  –  ilk  peşə  təhsili,  subbakalavr  təhsili,  ali  təhsil  onun 

üzərində  qurulur).  Xüsusi  pedaqogika  (defektologiya)  fiziki  və  əqli  cəhətdən 

qüsurlu  olan  uşaqların  (həm  də  yaşlıların)  inkişafının  psixofizioloji 

xüsusiyyətlərini,  onların  təlim-tərbiyəsinin  nəzəri  əsaslarını,  prinsiplərini, 

üsullarını,  təşkili  formalarını  və  vasitələrini  işləyib  hazırlayır.  Xüsusi 

pedaqogikanın  da  sahələri  vardır:  surdopedaqogika  –  lal  və  karların, 



tiflopedaqogika – kor və zəif görənlərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, 

loqopediya  –  nitqi  qüsurlu  olanların  təhsili  və  tərbiyəsi  məsələlərini  öyrənir. 

Fənlərin  tədrisi  metodikası  təlim  qanunauyğunluqlarının  ayrı-ayrı  fənlərin 

tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal  metodlarını və 

vasitələrini 

öyrənir. 



Peşə 

metodikası 

konkret 


peşə 

fəaliyyətinin 

qanunauyğunluqlarını  öyrənir,  nəzəri  ümumiləşdirmələr  aparır,  insanın  təhsilinin 

prinsiplərini  və  texnologiyasını  işləyib  hazırlayır.  Tədqiqatçılar  peşə  sahəsindən 

asılı  olaraq  istehsalat,  hərbi  və  tibbi  pedaqogikanı  fərqləndirirlər.  Ali  məktəb 

pedaqogikası  ali  təhsil  müəssisələrində  ali  təhsil  prosesinin  spesifik  xüsusiyyət-

lərini  öyrənir.  Sosial  pedaqogika  insanların  bütün  yaş  qrupları  və  sosial 

kateqoriyalarının  xüsusi  yaradılmış  təşkilatlarda  sosial  tərbiyəsi  məsələlərini 

öyrənir.  Pedaqogika tarixi  müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin  və  məktəb 

tarixinin  inkişaf  qanunauyğunluqlarını  öyrənir.  Pedaqogika  tarixini  öyrənmədən 

bəşəriyyətin  təhsil-tərbiyə  tarixini  izləmək,  onu  təhlil  etmək,  tarixi-pedaqoji  irsin 

inkişafındakı  müsbət  və  mənfi  meyilləri  üzə  çıxarmaq  mümkün  deyildir. 

Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının 

qanunauyğunluqlarını  müxtəlif  ölkələrlə  müqayisəli  şəkildə  öyrənir.  Ailə 



pedaqogikası  ailədə  uşaqların  tərbiyəsinin  düzgün  təşkili,  ailədə  düzgün 

münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında 

səmərəli  əlaqə  yaradılması,  cəmiyyətlə  ailənin  tərbiyəvi  təsirlərinin  əlaqələn-

dirməsi,  bunların  insanların  həyata  hazırlanması  işinə  təsiri  və  digər  ailə,  övlad 

problemlərini  araşdırır.  Hərbi  pedaqogika  hərbi  məktəblərdə,  ali  hərbi 

məktəblərdə,  hərbi  akademiyalarda,  adi  ali  təhsil  müəssisələrinin  hərbi 

kafedralarında,  hərbi  hissələrdə,  orta  məktəblərdə,  orta  ixtisas  məktəblərində 

gənclərin  hərbi  hazırlığı,  hərbi  təlimi,  tərbiyə  və  təhsilini  tədqiq  edir.  Xalq 



pedaqogikası xalqın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikir-

lərdir ki, bu  fikirlər  insanların  təlim  və  tərbiyəsi, davranışı, insanlara,  ətraf  aləmə 

düzgün  münasibəti  üçün  xalq  tərəfindən  qəbul  edilmiş  əxlaqi,  etik,  estetik 

normalardır.  Xalqın  müdrik  fikirləri  folklor  nümunələrində,  xalqın  adət  və 

ənənələrində  öz  əksini  tapmışdır.  Korreksiyaedici  pedaqogika  sosial-psixoloji 

cəhətdən  qüsurlu  uşaqların  diaqnostikası,  profilaktikası  və  bərpası  üzrə  aparılan 

pedaqoji, psixoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun 

həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat pedaqogikası müxtəlif 

istehsalat  müəssisələrində,  idarə  və  təşkilatlarda  aparılan  tərbiyə  işləri,  texniki 

inkişafla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması 




və digər pedaqoji problemləri araşdırır. Gender pedaqogikası son dövrlərdə peda-

qogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sözündən olub “cins” 

deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bioloji deyil, sosial tərəflərini, 

fərqlərini  öyrənir.  Bu  fərqlər  kişi  və  qadının  cəmiyyətdə  fəaliyyətində, 

davranışında,  mental  və  emosional xüsusiyyətlərində  özünü  büruzə  verir.  Gender 

pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi, 

mənəvi  problemlərini  işləyib  tədqiq  edir.  Gender  pedaqogikası  təlim  və  tərbiyə 

prosesində  oğlan  və  qızların  gender  sosiallaşması  xüsusiyyətlərini  öyrənir. 

Pedaqoji  prosesdə  gender  münasibətlərinin  nəzərə  alınması  təlim  və  tərbiyənin 

keyfiyyətinin yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir.  Yaş peda-



qogikası  isə  müxtəlif  yaş  dövrlərində təlim  və  tərbiyə  məslələrini öyrənir  və  ona 

müvafiq olaraq pedaqoji prosesi qurur. 



Yaşlıların  pedaqogikası  –  pedaqoji  elmin  bir  sahəsi  olub  yaşlı  insanların 

təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, 

sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.  

Tibbi  pedaqogika.  Pedaqogikanın  bu  sahəsi  tibbin  hüdudunda  təşəkkül 

taparaq  formalaşır.  Uşaq  və  yeniyetmələr  arasında  хəstəlik  hallarının  olması  bu 

istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə 

uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə 

konstruksiyalarının  işlənib  hazırlanması  təхirəsalınmaz  vəzifə  kimi  qarşıda  durur. 

Tibbi  pedaqogikanın  predmetini  хəstə  və  halsız  şagirdlərlə  müəllimlərin  təlim-

tərbiyə  fəaliyyətinin  sistemi  təşkil  edir.  Deməli,  müalicə  və  təhsilin  səmərəli 

şəkildə  uzlaşdırılması  tələbatı  öz-özlüyündə  meydana  çıхır  və  beləliklə,  tibbi-

pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq 

üçün  alimlərin  və  praktik  işçilərin  ikili  təhsilə  (tibbi  və  pedaqoji)  yiyələnmələri 

məqsədəuyğundur. 

İslah-əmək  pedaqogikası  (və  ya  “Pentensiar  pedaqogika”)  islah  əmək 

kolonoyalarında  həbs  olunmuş  şəxslərin  yenidən  tərbiyə  olunması  üçün  pedaqoji 

yanaşmaların  nəzəri  və  praktik  əsaslarını  öyrənir,  burada  onların  təhsilinin  və 

tərbiyəsinin  təşkili  məslələrini  araşdırır.İslah-əmək  pedaqogikası  hüquq  elmləri  ilə 

daha sıx bağlıdır.  

Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.  



Humanistlik  pedaqogikası  1950-ci  illərin  sonu  1960-cı  illərin  əvvəllərində 

ABŞ-da  yaranmışdır.  Humanistlik  pedaqogikası  əvvəlcə  humanistlik  ideyalarının 

ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqa-

mətlərini  özündə  əks  etdirmişdir.  Qərbdə  onun  ən  fəal  nümayəndələri  kimi 

K.Rodjere,  R.Bart,  Ç.Ratboun  və  başqalarını  göstərmək  olar.  Humanistlik  pe-

daqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə 

avtoritarizmi  dəf  etmək,  şagirdlərin  bilikləri,  bacarıq  və  vərdişləri  mənimsəmə 

prosesinə  emosional  rəng  qatmaqdır.  Humanistlik  pedaqogikasında  təmənnasız 

yardım  etmə,  pay  vermə,  bağışlama,  həvəsləndirmə  və  rəğbətləndirmə  kimi 

formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı 

uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla 

yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi 

işlərin  ən  mühüm  tərkib  hissələrindən  biri  hesab  edir.  Antropedaqogika  insanın 



bütün  həyatı  boyu  təhsil,  tərbiyə  və  inkişafı  prosesi  ilə  bağlı  yaranmışdır.İnsanın 

fasiləsiz tənsil alması problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellek-

tual  fəaliyyətinə  mane  olan  amillərin  aradan  qaldırılmasını  öyrənir.  Elmi-texniki 

tərəqqi  dövründə  informasiya  axınının  idarə  olunması  və  yetişən  nəslin  nüma-

yəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya 

informatika-kibernetika  pedaqogikası  deyilir.  Qızların  mənəvi-əxlaqi  normalarının 

saflaşdırılmasına  xidmət  edən  pedaqogika  feminist  pedaqogika,  oğlanların  əxlaqi-

mənəvi  normalarının  saflaşdırılmasına  yönələn  pedaqogika  centlmen  pedaqogikası 

adlanır.  

Pedaqogikanın  göstərilən  sahələri  də  öz  növbəsində  inkişaf  edərək  şaxələnir, 

inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.  

 

                             Suallar və tapşırıqlar 

 

1.

 



Elm sisteminin başlıca elementləri ilə bağlı şərh verin. 

2.

 



Pedaqogikanın elmlər sırasına qatılmasını şərtləndirən əsas arqumentlər 

hansılardır? 

3.

 

Pedaqogikanın əsas funksiyaları hansılardır? Nəzəri və texnoloji 



səviyyələrlə bağlı şərh verin.  

4.

 



“Pedaqogikanın obyekti” və “Pedaqogikanın predmeti” anlayışlarını 

səciyyələndirin. 

5.

 

Pedaqogikanın əsas anlayışları ilə bağlı fikirlərinizi açıqlayın.  



6.

 

“Təhsil” anlayışının əsas xüsusiyyətləri hansılardır? 



7.

 

“Təlim” və “təhsil” anlayışlarını qarşılıqlı şəkildə səciyyələndirin. 



8.

 

 Pedaqoji cərəyanlardan hər hansı ikisinin müqayisəli təhlilini verin. 



9.

 

“Konstruktivizm” cərəyanının əsas xüsusiyyətləri barədə danışın. 



10. Pedaqogikanın başqa elmlərlə əlaqəsi barədə nə deyə bilərsiniz?  

11. Pedaqogika ilə psixologiyanın əlaqəsinə şərh verin. 

12. Pedaqogikada diferensiya proseslərinin səbəblərini göstərin. 

13. Xüsusi pedaqogika nəyi öyrənir? 

14. Şərh edin: 

Gender pedaqogikasının mahiyyəti və məqsədi;  

Xalq pedaqogikasında tərbiyə məsələləri;  

Müqayisli pedaqogikanın mahiyyəti və məqsədi;  

Ailə pedaqogikasında valideyn-övlad münasibətləri.  

 

 



 

 

 

 

 

Ədəbiyyat 

 


1.

 

Əhmədov  B.A.  Pedaqogikadan  mühazirə  konspektləri.  Bakı:  Maarif, 



1983, səh.5-37. 

2.

 



Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prinsipləri. 

Bakı: Maarif, 1993, səh.16-17. 

3.

 

Naxçıvanlı  A.H.  Qadın  liderliyi  haqqında  bəzi  mülahizələr// 



Genderşünaslıq, 2000, № 4. 

4.

 



Xəlilov  S.S.  Təhsil,  təlim,  tərbiyə.  Bakı:  Azərbaycan  Universiteti,  2005, 

səh.13, 76-81. 

5.

 

İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim, 



2010, səh.7-82. 

6.

 



Kərimov  Y.Ş.,  Pedaqoji  tədqiqat  metodları.  Bakı:  Azərnəşr,  2009, 

səh.10-12. 

7.

 

Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007, səh.9; 



17-18, 22-38. 

8.

 



Mollayeva  E.Ə.  Təlim  prosesində  şagirdlərin  gender  tərbiyəsinin 

imkan və vasitələri. (Metodik tövsiyə) Bakı: Müəllim, 2009  

9.

 

Mollayeva  E.Ə.  Azərbaycan  xalq  peadqogikasında  gender  bərabər-



liyinə münasibət.(Metodik vəsait). Balı: Müəllim, 2010. 

10.


 

Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual problemləri. Bakı: Səda, 1998.  

11.

 

Dostuzadə D.Ə. Eşitmə qüsurlu uşaqlarla işin təşkili. Bakı: ADPU, 2011. 



12.

 

Ağayev  M.H.  Müqayisəli  pedaqogika  (Bakalavr  təhsili  üçün  proqram). 



Bakı: ADPU, 2011  

13.


 

Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1953, səh.77-78. 

14.

 

Волков Г.Н. Социология науки. М.: Мысль, 1968,стр.121. 



15.

 

Загвязинский В.И. Методология и методика дидактичес- 



кого исследования. М.: Педагогика, 1982, стр.10. 

16.


 

Философская  энциклопедия.  М.:  Советская  энциклопедия,  1964, 

Т. III, стр. 420. 

17.


 

Ченцов А.А. Теоретические основы научной организации 



учебного процесса. Белгород, 1972, стр.11. 

 

Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə