Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

mışdır.  Pedaqogikanın  nisbətən  müstəqil  bir  elm  sahəsi  kimi  formalaşması  ilk 

növbədə  filosoflardan  Y.A.Komenskinin,  J.J.Russonun,  C.Lokkun  yaradıcılıqları 

ilə  bağlıdır.  İ.Kantın  “Pedaqogika  haqqında”,  “Maarifləndirmə  nədir?”  –  sualına 

cavab”,  “Antropoloji  didaktika”  əsərlərində,  Hegelin  “Gimnaziya  direktorunun 

çıxışları”,  “Universitetdə  fəlsəfənin  tədrisi”,  “Gimnaziyalarda  fəlsəfənin  tədrisi” 

əsərləri  müasir  kurikulum  probleminin  metodoloji  əsaslarını  təşkil  edir. 

Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair əsasən üç mövqe vardır. 

Bəziləri  (P.Narton,  F.Paulsen,  Q.Gerşensteyner,  S.Y.Volfson  və  başqaları) 

pedaqogikanı  “tətbiqi  fəlsəfəyə”  aid  edirlər.  Onlar  haqlı  olaraq  düşünürlər  ki, 

fəlsəfənin  sahələri  olan  etika,  estetika,  məntiq  və  s.  ictimai  həyatın  sahələrini,  o 

cümlədən  təlim  və  tərbiyə  məsələlərini  də  əhatə  edir.  Lakin  onlar  bu  düzgün 

fikirdən  belə  bir  səhv  nəticə  çıxarırlar  ki,  fəlsəfə  tərbiyə  işinin  məqsədini, 

pedaqogika  isə  onu  həyata  keçirməyin  yollarını  müəyyənləşdirir.  Buna  görə  də 

onlar  pedaqogikanı  tətbiqi  fəlsəfə  adlandırırlar.  Belə  çıxır  ki,  pedaqogikanın 

əsalarını  və  qanunauyğunluqlarını  fəlsəfədə  axtarmaq  lazımdır.  Bu  mövqe  ilə 

razılaşmaq  olmaz.  Başqa  bir  qrup  mütəxəssis  (Z.Freyd,  G.Max,  E.Meyman, 

İ.Krecmep,  P.P.Blonski,  A.P.Pinkevic  və  başqaları)  pedaqoji  qanunauyğunluqları 

fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandıraraq psixologiyaya meyil etmiş 

və  düşünmüşlər  ki,  pedaqogikanın  başlıca  dayağı  psixologiya  olmalıdır. 

Fikrimizcə,  pedaqogikanı  fəlsəfədən  ayırmaq  cəhdi  uğursuzdur.  Çünki  humanitar 

elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbiyənin 

və inkişafın bir çox problemlərini  metodoloji  dayaqsız  həll  etmək  mümkün deyil. 

Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, F.F.Korolyov, B.P.Yesipov və başqaları 

aid  edilir.  Onlar bir çox  halda  fəlsəfi  müddəaları  mexaniki  şəkildə  pedaqogikaya 

gətirirlər.  Dialektik  materializmə  istinad  edən  pedaqoqları  (M.M.Mehdizadə, 

N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) dördüncü qrupa aid 

etmək olar.  

Onlar  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  məsələlərini  konkret  şəraitlə  əlaqədar 

nəzərdən  keçirirlər.  Onların  fikrincə,  məsələn,  pedaqoji  prosesin  səmərəlilik 

dərəcəsi  konkret  şəraitdən  də  asılı  olur.  Eyni  üsulun  səmərəsi  bir  şəraitdə  çox, 

başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika 

həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzərdən keçirir. 

Uşaq  daim  inkişafda  olduğundan  və  ətraf  mühit  amillərinin  ona  təsiri 

dəyişdiyindən  tərbiyəvi  təsirlər  də  başqalaşmış  olur.  Dialektik  materializmə 

əsaslandıqda pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını 

onun  özündə  axtarmalı  oluruq.  Dialektik  materializm  həm  də  təhsil  və  pedaqoji 

fikir  tarixi  məsələlərinin  təhlili  və  öyrənilməsinə  düzgün  yanaşmağa  imkan  verir. 

Unutmaq  lazım  deyil  ki,  hər  pedaqoji  nəzəriyyəyə  və  ya  fikrə  onun  yarandığı 

şəraitlə əlaqədar qiymət vermək zəruridir. 

 Məlumdur  ki,  dialektik  və  tarixi  materializm  təbiət  və  cəmiyyətin  obyektiv 

inkişaf  qanunauyğunluqlarını  müəyyən  edir.  Bu  qanunlar  pedaqoji  gerçəkliyin 

ayrı-ayrı  sahələrində  də  fəaliyyət  göstərir.  Pedaqoji  prosesdə  insanların  biliklərə 

yiyələnməsi  və  inkişafı  fəlsəfi  qanunlar  əsasında  baş  verir.  Təlim  və  tərbiyə 

prosesində  mövcud  olan  ziddiyyətlər  inkişafın  əsasını  təşkil  edir.  Digər  tərəfdən 

elmi  dünyagörüş  varlığın  obyektiv  şəkildə  dərk  olunması,  maddi  aləm 




hadisələrinin  qarşılıqlı  əlaqə  və  vəhdətdə  olduğunu  qavranması,  inkişaf  və 

dəyişmənin  zəruriliyinin  dərk  edilməsi  əsasında  baş  verir.  Bu  isə  pedaqogikanın 

fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur. 

Pedaqogikanın  sosiologiya  ilə  əlaqəsi.  İnsanlar  məhz  tərbiyə  vasitəsilə 

sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formalaşma prosesində 

məqsədyönlü  tərbiyə  ilə  yanaşı  sosial  mühit,  sosial  münasibətlər  də  təsir  edir. 

Digər  tərəfdən  tərbiyəvi  təsirlər  bilavasitə  sosial  mühitdə  reallaşır,  həyata  tətbiq 

edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə 

qarşılıqlı  əlaqəyə  girir.  Pedaqoji  proses  isə  bu  qarşılıqlı  əlaqəyə  nəzarət  etməli, 

sistemli  tərbiyəvi  təsirlərlə  sosioloji  təsir  arasında  məqsədyönlü,  səmərəli  və 

düzgün münasibət yaratmalıdır. 



Pedaqogikanın fiziologiya ilə əlaqəsi. Bu əlaqə müxtəlif istiqamətlərdə başa 

düşülür.  Bəzi  mütəxəssislərin  fikrincə,  təlim  və  tərbiyə  məsələləri  bioloji 

faktlardan  çıxış  etməlidir.  Guya  sinir  fəaliyyəti  haqqında  elm  olan  refleksologiya 

pedaqogikanın  əsasını  təşkil  etməlidir.  Bu  cərəyanın  tərəfdarları  bütün  pedaqoji 

hadisələri “stimul-reaksiya” formuluna uyğun izah etməyə çalışırlar. Onlar güman 

edirlər  ki,  pedaqogika  uşağın  fəaliyyətini  idarə  edən  stimullar  sistemini  işləyib 

hazırlamalıdır.  Belə  bir  sistem  isə  uşaq  fəaliyyətində  şüurluluq  ünsürlərini 

məhdudlaşdırır. Bu səbəbdən də refleksoloji yanaşma düzgün sayıla bilməz. 

Pedaqogikada  refleksoloji  yanaşmanın  birtərəfliliyini  başa  düşən  digər  qrup 

mütəxəssislər  pedaqogikanı  biologiyadan  ayırmağa  səy  göstərmişlər:  onlar 

inandırmağa  çalışırlar  ki,  biologiyanın  pedaqogikaya  heç  bir  dəxili  yoxdur  və 

pedaqogika öz işini bioloji biliklərə istinad etmədən qurmalıdır.  

Ali  sinir  sistemi  fəaliyyətinə  dair  elmi  fiziologiyadan  və  genetikadan  ayrı 

salmaq  cəhdi  bir  sıra  pedaqoji  problemlərin  düzgün  həllinə  mane  olur,  təlim  və 

tərbiyədə  irsi  əlamətlərin  rolunu  inkar  edir,  uşaq  qabiliyyətlərinin  üzə  çıxarılması 

və  formalaşdırılması  prosesini  çətinləşdirir.  Pedaqoji  hadisələri  yalnız  bioloji 

qanunauyğunluqlar zəminində izah etmək cəhdi də, bu hadisələri fiziologiyasız və 

genetikasız  nəzərdən  keçirmək  cəhdi  də  eyni  dərəcədə  səmərəsizdir.  Pedaqogika 

uşağın  əqli,  həm  də  fiziki  inkişaf  qanunauyğunluqlarına  dayanmalıdır.  Pedaqoji 

hadisələrin  qanunauyğunluqları  fizioloji  qanunauyğunluqlarla  müncər  edilə 

bilmədiyi kimi, bu qanunauyğunluqlar da inkar edilə bilməz.  

Pedaqogikanın  psixologiya  ilə  əlaqəsi.  Pedaqogika  ilə  psixologiyanın 

əlaqəsini  təmin  edən  insanın  psixikasıdır:  psixikanı  hər  iki  elm  tədqiq  edir. 

Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhələlərini əsasən psixologiya, təlim 

və tərbiyə zamanı psixikanı maksimum inkişaf etdirməyin yollarını isə pedaqogika 

öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə 

qədər  dərindən  öyrənilir  və  nəzərə  alınırsa,  çıxarılan  nəticələr  və  verilən 

məsləhətlər  bir  o  qədər  əsaslı  olur.  Psixikanın,  yəni  qavrayışın,  təxəyyülün, 

təfəkkürün,  iradənin,  diqqətin  və  digər  psixi  proseslərin  və  psixi  xüsusiyyətlərin 

necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə 

öyrətmək,  nə vaxt  və  necə öyrətmək  suallarına cavab  verir.  Pedaqogika  psixoloji 

biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.  

Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq 

psixikasını,  psixologiya  isə  pedaqogikanın  təlim  və  tərbiyə  nəzəriyyəsini; 



Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə