Mühazirə otağı/Cədvəl ii-gün 10: 30 iv-gün 10: 30 Konsultasiya vaxtı



Yüklə 83,52 Kb.
tarix26.10.2017
ölçüsü83,52 Kb.
#6703
növüMühazirə


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

LİT405 Dünya ədəbiyyatı - 3

Kreditlərin sayı 3



Departament

Azərbaycan dili və ədəbiyyatı.

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2015, yaz semestri

Fənni tədris edən müəllim (lər)

Mürşüdova Röya Məftun qızı

E-mail:

roya.meftunqizi@mail.ru

Telefon:

051 884 20 13

Mühazirə otağı/Cədvəl

II-gün 10:30

IV-gün 10:30





Konsultasiya vaxtı

Çərşənbə günü, 12:00

Prerekvizitlər

LİT 308

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1. Alman ədəbiyyatı anatalogiyası. I-II cild. Bakı. 2006

2.İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi(rus dilindən tərcümə). B., 1969

3.İ.Şıxlı. XX əsr xarici ədəbiyyat tarixi. B., 1974

5.Q.Quliyev. Dəlidən doğru xəbər. B., 1999

6. Q.Quliyev. XX əsr Amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar. (Dərs vəsaiti). B., 2011

7. Q.Quliyev. XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları. B., 2012

8. Fransız ədəbiyyatı antalogiyası. I-II cild. Bakı. 2006

9. V.Hacıyev. Alman romantizmi. Bakı. 1984

10.Y.Abdullayeva. XX əsr ədəbiyyatında modernizm. B., 2005

11. Xarici ölkə yazıçılarının novella və hekayələri. B., 1969

12. С.Джабраилова. Очерки творчества писателей зарубежной литературы ХХ века. Б., 1997

13. Sevim Kantarcıoğlu - Edebi Akımlar,Paradigma yayınları, 2009

2.Gürsel Aytaç - Yeni alman edebiyatı tarihi, Gündoğan yayınları, 1992

4.Mina Urgan - İngiliz edebiyatı tarihi,YKY yayınları, 2010



5. Azərbaycan Respublika Prezidentinin sərəncamı ilə çıxan 150 cildlik "Dünya ədəbiyyatı seriyası" müvafiq cildlər - Çarlz Dikkens : "Oliver Tvistin macərları",Viktor Hüqo "Səfillər", Stendal "Qırmızı və qara", Balzak "Qorio Ata", "Qobsek". Flober : "Madam Bovari", Cek London : "Həyat Eşqi" povesti və "Martin İden" romanı, Ernest Heminquey "Qoca və Dəniz", Uilyam Folkner "Avqust işığı", Dostoyevski "Alçaldılmış və təhqir olunmuş insanlar", Tolstoy " Anna Karenina", Çexov "Seçilmiş əsərləri", " Şoloxov "Seçilmiş əsərləri"


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

+

Qrup müzakirəsi

+

Praktiki tapşırıqlar

+

Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər







Prezentasiya/Qrup müzakirə




10

Final imtahanı




40

Davamiyyət




10

Yekun




100

Kursun təsviri

"Dünya ədəbiyyatı -3 " fənni filoloji fakültələrdə tələbələri ümumdünya tarixi-ədəbi prosesinin ayrı-ayrı inkişaf mərhələləri, qanunauyğunluqları və nəzəri təcrübi nailiyyətləri ilə tanış etmək məqsədi daşıyır. “Dünya ədəbiyyatı” fənni Antik ədəbiyyatı və Orta əsrlər ədəbiyyatı bölümlərinin davamı olaraq tələbələrdə yeni dövr dünya ədəbiyyatı haqqında dolğun təsəvvür yaradacaq.

Kursun məqsədləri

“Dünya ədəbiyyatı-3” kursunun əsas məqsədi Avropa və Amerika, Rus ədəbiyyatında formalaşan ümumbəşəri dəyərləri və ədəbi estetik nailiyyətləri tələbələrə mənimsətməkdən ibarətdir .

Avropa, Amerika və Rus ədəbiyyatındakı aparıcı ictimai–siyasi və ədəbi–fəlsəfi simaları, onların həyat və yaradıcılığı və. s barəsində dolğun nəzəri–təcrübi məlumatlar verməsi bu kursun əsas vəzifələri siyahısına daxildir.




Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr aşağıdakıları edə biləcəklər:

1. XIX-XX əsrlərdə yaranan dünya ədəbiyyatı nümunələrinin hansı mühitdə formalaşması haqqında fikir yürüdə biləcəklər ;

3. Romantizm dövründən postmodernizm dövrünə qədər yaranan ədəbiyyatlar arasındakı başlıca fərqlərdən danışa biləcək, bu fərqləri izah edə biləcəklər.

4.XIX-XX əsr Amerika, Avropa və Rusiyada yaranan ədəbiyyat haqqında müfəssəl məlumat əldə etmiş olacaqlar.








Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyətə görə bal verilməsində tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.

İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

3. Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.




Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

27.01.2015
29.01.2015

Alman romantizmi və nümayəndələri.
Hofmanın həyatı, mühiti və yaradıcılığı.“Sinnober ləqəbli balaca Saxes” əsəri.

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.18-85

2



3.02.2015

5.02.2015

İngilis romantizmi və nümayəndələri. Bayronun həyatı, mühiti və yaradıcılığı. “Şərq poemaları”.
Valter Skottun yaradıcılığı. “Ayvenqo” əsəri

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.86-220

3



10.02.2015

12.02.2015

Fransız romantizmi və nümayəndələri . V.Hüqonun yaradıcılığı.“Paris Notrdam kilsəsi” romanı
Jorj Sandın yaradıcılığı. “İndiana” romanı

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.220-275

4



17.02.2015

19.02.2015

Amerikan romantizmi və nümayəndələri.

F. Kuperin yaradıcılığı. “Axırıncı magikan”əsəri


Edqar Ponun yaradıcılığı.“Morq küçəsində qətl”, “Qırmızı ölüm maskası”, “Qızıl böcək”adlı novellaları.

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.276-297

5



24.02.2015


26.02.2015


XIX əsr xarici ədəbiyyatda tənqidi realizm və nümayəndələri. Stendalın yaradıcılığı. “Vanina Vanini” novellası. “Qırmızı və qara” romanı.

Prosper Merimenin yaradıcılığı. Novellaları: (“Etrüs vazı”, “İlliyalı Venera”) “Karmen” əsəri




İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.330-361

6



3.03.2015

5.03.2015


O. Balzakın yaradıcılığı.“Qorio ata” və “Qobsek” əsəri.
İngiltərədə tənqidi realizmi və nümayəndələri.

Ç.Dikkensin yaradıcılığı. “Oliver Tvistin macəraları” əsəri



İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.373-419

7



10.03.2015

12.03.2015


Şarlota Brontenin yaradıcılığı. Həyatı və mühiti. “Cen Eyr” romanı
Aralıq imtahanı

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.466-525

8



17.03.2015

19.03.2015

XIX əsrin ikinci yarısında Fransız ədəbiyyatı. Q.Floberin həyatı və mühiti. “Madam Bovari” romanı
XIX əsrin ikinci yarısında Amerikan ədəbiyyatında tənqidi realizm. Harriet Biçer-Stounun yaradıcılığı. Tom dayının daxması” romanı

İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.529-578

9


24.03.2015


26.03.2015

XX əsrin əvvəllərində fransız ədəbiyyatı

Mopassanın yaradıcılığı. Novellaları: (“Daş-qaş”, “Boyunbağı”, “Eybəcərlər anası”, “Gombul”). “Gözəl dost” romanı.


XX əsrin əvvəllərində alman ədəbiyyatı. E.M.Remarkın yaradıcılığı. “Zəfər tağı”romanı

İ.Şıxlı. XX əsr xarici ədəbiyyat tarixi.

s.3-83

10




31.03.2015


2.04.2015


T. Mann və H. Mannın yaradıcılığı. T. Mannın “Buddenbroklar” romanı. Haynrix Böllün yaradıcılığı. “Bir təlxəyin düşüncələri” əsəri

XX əsrin əvvəllərində ingilis ədəbiyyatı. E.L.Voyniçin yaradıcılığı. “Ovod”əsəri


İ.Şıxlı. XX əsr xarici ədəbiyyat tarixi.

s.83-147

11



7.04.2015
9.04.2015

XX əsrin əvvəllərində amerikan ədəbiyyatı. Mark Tvenin yaradıcılığı. “Şahzadə və dilənçi” əsəri.
C.Londonun yaradıcılığı.“Həyat eşqi” hekayəsi. “Marten İden” romanı

İ.Şıxlı. XX əsr xarici ədəbiyyat tarixi.

s.199-228



12



14.04.2015


16.04.2015


Drayzerin yaradıcılığı “Kerri bacı” romanı.

Ernest Hemenqueyin yaradıcılığı. “Qoca və dəniz”əsəri.


Folknerin yaradıcılığı. “Avqust işığı”romanı

İ.Şıxlı. XX əsr xarici ədəbiyyat tarixi. s.228-255


13




21.04.2015
23.04.2015


XX əsr dünya ədəbiyyatında modernizm və postmodernizm F.Kafkanın “Çevrilmə” əsəri
Umberto Ekonun “Qızılgülün adı” romanı

1.Y.Abdullayeva. XX əsr ədəbiyyatında modernizm. S.21-33

2.Q.Quliyev. XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları. S.254-283



14

28.04.2015

30.04.2015

Rus ədəbiyyatı haqqında ümumi məlumat. Qoqolun “Müfəttiş” əsəri

Lermantovun “Əsrimizin qəhrəmanı” əsəri. M.Qorkinin “Artamonovların işi”romanı



İ.Şıxlı. XIX əsr xarici ədəbiyyat tarixi. s.529-547

15


5.05.2015


7.05.2015

F.Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” romanı.

L.Tolstoyun yaradıcılığı. “Anna Karenina” əsəri.


Turgeniyevin yaradıcılığı. “Atalar və oğullar” romanı. Çexovun hekayələri:

M.Şoloxovun “İnsanın taleyi” əsəri




1.Dostoyevski - "Seçilmiş əsərləri", səh. 5-12
2.Tolstoy -"Seçilmiş əsərləri", səh. 5-13
3.Çexov - "Seçilmiş əsərləri", səh. 5-1,

4.Şoloxov -"Seçilmiş əsərləri, səh. 5-12





Yüklə 83,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə