Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

2.

 

Diaqnostik  səviyyə  (bu,  pedaqoji  hadisələrin  vəziyyətini,  pedaqoqun  və 

şagirdlərin  səmərəli  fəaliyyətini,  onları  təmin  edən  şəraiti  və  səbəbləri  üzə 

çıxarmağı nəzərdə tutur); 

3.

 

Proqnostik  səviyyə  (bu,  pedaqoji  gerçəkliyi  eksperimental  yolla  tədqiq 



etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur).  

Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata keçirilir: 

1.

 

Layihə  səviyyəsi  (buraya  tədris  planları,  proqramları,  dərslik  və  dərs 



vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması və s. daxildir); 

2.

 



Dəyişdirici  səviyyə  (bu  səviyyədə  pedaqoji  elmin  nailiyyətləri  təhsil 

praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilə tətbiq olunur); 

3.

 

Refleksiv  və  korrektiv  səviyyə  (bu səviyyə  elmi-tədqiqatların nəticələrinin 



təhsil-tərbiyə  praktikasına  təsirinin  yekunlarını  qiymətləndirməyi  və  sonradan 

elmi-nəzəriyyə  ilə  praktik  fəaliyyətin  qarşılıqlı  təsirini  korreksiya  etməyi  nəzərdə 

tutur) .  

Bir  elm  sahəsi  kimi  pedaqogika  elmi  özündə  üç  hissəni  birləşdirir:  O  nəyi 

öyrənmişdir?  O  nəyi  öyrənməlidir?  O  nəyi  öyrətməlidir?  Bu  üç  hissə  arasında 

tarixilik, inkişaf və təkmilləşmə prosesi vardır.  

Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi olaraq fərqləndirilən 

bölmələr bunlardır:  pedaqogikanın ümumi  əsasları, didaktika, tərbiyəşünaslıq 



və  məktəbşünaslıq.  Bu  bölmələrin  hər  biri  nisbi  müstəqil  nəzəriyyə  kimi  (elmi 

idrakın  forması  olmaqla)  pedaqogikanın  strukturunda  yer  tutmuşdur.  Pedaqogika 

elmi-pedaqoji  nəzəriyyələrin  məcmusu  kimi  təqdim  oluna  bilər.  Bu  gün  hər  bir 

nəzəriyyənin  (məsələn,  didaktikanın)  özünün  inkişafı  nəticəsində  yeni-yeni 

nəzəriyyələr  (məsələn,  “Müasir  dərs  nəzəriyyəsi”)  işlənib  hazırlanmışdır.  Bu  onu 

göstərir ki, pedaqogika elmi inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. 



 

3. Pedaqogika nəyi öyrənir: 

Pedaqogika elminin obyekti və predmeti 

 

Pedaqoji  tədqiqatlarda  ən  mürəkkəb  məsələlərdən  biri  tədqiqatın  obyekti  və 



predmeti  problemidir.  Uzun  illər  obyektlə  predmeti  ayırmağa,  onlar  arasındakı 

sərhədləri  müəyyənləşdirməyə  cəhdlər  göstərilmişdir.  Bu  günədək  “Pedaqogika 

elminin  tədqiqat  obyekti  və  predmeti  nədir?”  –  sualına  birmənalı  cavab  verilmə-

mişdir.  

“Obyekt”  və  “predmet”  anlayışları  bir-biri  ilə  sıx  bağlı  və  bunların  arasında 

oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək olmaz. Bunların başlıca fərqi ondan 

ibarətdir  ki,  əvvəla  “obyekt”  anlayışı  “predmet”  anlayışından  genişdir;  məsələn, 

fizikanın  da,  kimyanın  da  obyekti  təbiətdir,  lakin  həmin  elmlər  təbiəti  müxtəlif 

aspektdə  öyrənir  –  biri  maddələri  və  onların  çevrilmələrini,  digəri  isə  fiziki 

hadisələri  tədqiq  edir.  İkincisi  obyekt  orijinalla,  predmet  isə  həmin  orijinalın 

modeli  ilə,  hissəsi  ilə  əlaqədardır.  Eyni  orijinalın  müxtəlif  modeli  ola  bilər,  lakin 

bu modellər əsla bir-birini təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, 

həm  də  evin  fotoqraf  tərəfindən  çəkilmiş  şəkli  “ev”  orijinalı  üçün  model  yerində 

çıxış  edir.  Çertyoj  və  fotoqrafiya  müxtəlif  elmlərin  mövzularına  daxil  olan 

modellərdir:  çertyoj  həndəsə,  fotoqrafiya  isə  fizika  elmi  ilə  əlaqədardır. 



Pedaqogika da, psixologiya da insan haqqında elmdir, lakin psixoloqun əldə etdiyi 

modellə pedaqoqun əldə etdiyi model bir-birini əsla təkrar etmir.  

Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet 

isə  obyektin pedaqoji  aspektdə  öyrənilməsi, yəni orijinalın pedaqoji  modeli  və  ya 

hissəsidir.  

Pedaqogikanın  obyekti  pedaqoji  gerçəklikdən  ibarətdir.  Pedaqoji  gerçəklik 

dedikdə  insanın  həyata  hazırlanmasını,  onun  hərtərəfli  və  ahəngdar  inkişafına 

rəhbərlik  prosesini,  həyata  hazırlayanla  həyata  hazırlanan  arasındakı  qarşılıqlı 

əlaqəni nəzərdə tuturuq. Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız 

tədqiqata  cəlb  olunduqda,  onun  üzərində  elmi  araşdırmalar  aparıldıqda  obyekt 

yerində  çıxış  edir.  Pedaqogikanın  predmeti  isə  pedaqoji  gerçəkliyin  pedaqoji 

modelindən ibarətdir.  

Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” 

kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları eyniləşdirmə halları da müşahidə 

olunur.  Əslində  isə  bunları  eyni  mənada  işlətmək  doğru  deyildir.  Harada  ki, 

təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses 

isə  pedaqoji  gerçəklikdən  dar  anlayışdır.  Yəni,  o,  ümumiyyətlə  təcrübənin 

verilməsi  deyil,  yalnız  müəyyən  tip  müəssisələrdə,  yəni  təlim-tərbiyə 

müəssisələrində  özünü  göstərən  pedaqoji  gerçəkliyi  əhatə  edir.  Təcrübənin 

verilməsində  məqsəd  yeni  nəsilləri  həyata  hazırlamaqdan  ibarətdir.  Bu  mənada 

pedaqogikanı insanın həyata hazırlanması haqqında elm adlandırmaq olar.  

“Təcrübə”  anlayışına  aşağıdakılar  daxildir:  biliklər  sistemi;  münasibətlər 

sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təcrübəsi. Biliklərin yeni nəsillərə 

verilməsi  sayəsində  təbiət,  cəmiyyət  və  təfəkkürün  ümumi  sirləri  öyrədilir; 

münasibətlərin  öyrədilməsi  geniş  mənada  davranış  qaydaları  sistemini,  davranış 

normalarını mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri maddi 

və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; yaradıcılıq təcrübəsi isə 

mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır.  



Pedaqoji prosesdə əlaqənin ikitərəfli olması mühüm şərtdir ki, bunu belə 

formulə  edə  bilərik:  təcrübəni  verən,  istiqamətləndirən

  əlaqə  yaradan 

vasitələr sistemi 

 təcrübəni qəbul edən, araşdıran, tədqiq edən.  

Nəhayət,  söylənilənlərə  yekun  vuraq:  pedaqoji  tədqiqatın  yönəldiyi  sistem 

təlim,  tərbiyə,  təhsil  və  inkişafı  vahidin  tərəfləri  kimi  özündə  birləşdirir. 

Pedaqogika  bu  təbiətə  malik  prosesin  –  sistemin  variantlarını  öyrənir,  onun 

mahiyyətinə adekvat nəzəriyyələrin və texnologiyaların işlənilməsinə yönəlir.  

 

4. Pedaqogikanın anlayışlar sistemi 

 

Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı 



təsiri  və  üzvi  əlaqəsi  nəticəsində  təşəkkül  tapmış,  inkişaf  edərək  zənginləşmişdir. 

Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmlərdən biri olduğu üçün 

özünün anlayış sisteminin təkmilləşməsinə həmişə ehtiyac duymuşdur. Bu sistemə 

çoxsaylı anlayışlar, terminlər daxildir. Pedaqogika onların köməyi ilə öz obyektinə, 

predmetinə  aid  olan  hadisələri  və  prosesləri  təsvir  və  izah  edir,  elmi 

ümumiləşdirmələr aparır.  




Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə