Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

arzuolunmaz, zərərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, 

onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün 

faydalı  olan  yeni  keyfiyyətləri  uşağa  aşılamalıdır.  Yanlış  və  ya  zərərli  mənəvi 

keyfiyyətlər  uşağın  şüurundan  davranışına  süzüldükdə  tərbiyəçinin  işi  daha  da 

çətinləşir. O, nəinki uşağın mənəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir 

göstərməli  olur.  Odur  ki,  uşağın  tərbiyəsini  lap  balacalıqdan  düzgün  qurmaq 

zəruridir. Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.  

Uşağın  şüurunda  və  ya  davranışında  kök  salmış  zərərli  əlamətlərin  ləğvi, 

onların  əvəzində  ictimai  əhəmiyyət  kəsb  edən  keyfiyyətlərin  uşaqlara  aşılanması 

yenidəntərbiyədir.  

Özünütərbiyə. 

Tərbiyə 


də, 

yenidəntərbiyə 

də 

özünütərbiyə 



ilə 

nəticələnməlidir.  Özünütərbiyə  yaxşı  tərbiyənin  nəticəsidr.  Tərbiyə  və 

yenidəntərbiyə  zamanı  uşağa  özünütərbiyə  bacarığı  verilməlidir.  Bəzi  uşaqlar  və 

yeniyetmələr valideynlərin, müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəzarəti 

olmayan şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz 

tərbiyəçilərinin  tələblərinə  uyğun  şəkildə  fikirləşməyə  və  davranmağa  alışdırmaq 

lazımdır.  Tərbiyəçilərin  bilavasitə  nəzarəti  olmadan,  lakin  onların  məsləhətlərinə 

uyğun  şəkildə  uşaqlar  nə  qədər  tez  fəaliyyət  göstərsələr,  bir  o  qədər  ailə  üçün, 

cəmiyyət  üçün  yaxşıdır.  Bu  tərbiyə  işinin  müvəffəqiyyətli  getdiyini  göstərən  əsas 

meyarlardan biridir.  



Valideynlərin,  müəllimlərin,  digər  tərbiyəçilərin  nəzarəti  olmadığı  şəraitdə 

onların  verdiyi  istiqamətə  uyğun  düşünməyə  və  davranmağa  uşaqların  alışması 

prosesi özünütərbiyədir.  

Təhsil  anlayışı.  Pedaqogika  elminin  başlıca  analyışlarından  olan 

 

“təhsil”  sözü  ərəb  dilində  “hasil”,  “məhsul”  mənalarını  verən 



  “həsələ” 

kökündən  əmələ  gəlmişdir.  Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunda 

yazılmışdır:  “Təhsil  –  sistemləşdirilmiş  bilik,  bacarıq,  təcrübə  və  vərdişlərin 

mənimsənilməsi  prosesi  və  onun  nəticəsidir”.  Hər  bir  dövlətin  və  millətin  inki-

şafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər 

Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli” adlandırmış və demişdir 

ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.  

Təhsilin  məqsədi:  hərtərəfli  inkişaf  etmiş  şəxsiyyətin  formalaşdırılması; 

özünün  maraqlarına  və  cəmiyyətin  tələbinə  uyğun  olaraq  yaradıcı  potensialından 

istifadə etmək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və ənənələrin davam 

etdirilməsi;  elmin,  texnikanın,  mədəniyyətin  inkişaf  etdirilməsi,  tarixi  varisliyin 

təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədəniyyətlərin 

inkişaf  etdirilməsi;  təhsilin  bütün  istiqamətlərinin  yeniləşdirilməsi;  insanın  bütün 

həyatı  boyu  fasiləsiz  təhsili;  təhsilin  müyəssərliyi;  distant  təlimin  inkişaf 

etdirilməsi;  informasiya  texnologiyalarından  geniş  surətdə  istifadə  olunması; 

təhsilalanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi təd-

qiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin 

edilməsi; peşə mobilliyi və s.  

Təhsil müəyyən tədris müəssisələrində və ya müstəqil yolla həyata kеçirilir.  

Təhsil  gеniş  anlayışdır.  Оnun  bütün  növləri  və  fоrmaları  bu  anlayışda 

cəmləşir.  Məktəbəqədər  təhsil,  ibtidai  təhsil,  natamam  оrta  təhsil,  ümumi  orta 




təhsil, оrta iхtisas təhsili, ali təhsil, tехniki pеşə təhsili, pedaqoji təhsil, tibbi təhsil, 

hərbi  təhsil,  bakalavr  təhsili,  magistr  təhsili,  doktorantura  təhsili,  fasiləsiz  təhsil, 

əlavə təhsil, dini təhsil, özünütəhsil və s. təhsil anlayışına aiddir.  

Təhsil  intellektual  potensialın  reallaşdırılmasına,  mütəxəssislərin,  peşəkar 

kadrların  yetişdirilməsinə  xidmət  edir.  Bu  kadrlar  ilk  növbədə  çağdaş  sosial-

iqtisadi  həyatın  tələblərini  ödəmək  üçündür.  Bu  barədə  Heydər  Əliyev  belə 

demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla inkişaf etmək üçün insan 

müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.” 

Həm  elmin  inkişafında  iştirak  edən,  həm  müasir  texnologiyalara  yiyələnə 

bilən,  istehsalı  günbəgün  modernləşdirə  bilən  kadrların  yetişdirilməsi  isə  təhsilin 

inkişafından  asılıdır.  Ona  görə  də,  təhsil  bir  tərəfdən  dövlətin,  digər  tərəfdən 

ictimai-iqtisadi prosesin diqqət mərkəzində olmalıdır.  

Fikrimizcə,  təhsil  anlayışının  aşağıdakı  kimi  interpretasiya  olunması  daha 

məqbuldur: 



Təhsil  cəmiyyətin  və  dövlətin  mənafeyi  naminə  şəxsiyyətin  intellektual  və 

emosional  sferalarını  inkişaf  etdirmək,  onun  həyata  hazırlanması  məqsədi  ilə 

sistemləşdirilmiş  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi  prosesi  və  onun 

nəticəsidir.  

İnkişaf  -  insanın  orqanizmində  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri 

prosesi  və  onun  nəticəsidir.  Şəxsiyyətin  inkişafı  obyektiv  aləmin  mürəkkəb 

prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının 

fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona 

görə  də  elmdə  insanın  bioloji,  psixoloji  və  sosial  inkişafı  anlayışları  işlədilir. 

Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun 

mənəvi inkişaf problemlərini də öyrənir. 

 Pеdaqоgika  elmində  şəхsiyyətin  inkişafı  dedikdə  оnun  daha  çox  psixi, 

mənəvi  inkişafı  başa  düşülür.  Yəni,  iradi  keyfiyyətlər,  yaddaş,  hafizə,  təsəvvür, 

təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər təlim və tərbiyə 

prosesində  inkişaf  edir.  Şəхsin  malik  оlduğu  psiхоlоji  хüsusiyyətlər  pеdaqоji 

prоsеsdə istər-istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.  

Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə alan müəllimlər 

və digər tərbiyəçilər həmin inkişafın səviyyəsini хеyli yüksəldə bilirlər. Bu mənada 

inkişaf pеdaqоji prоsеsin həm zəmini оlur, həm də nəticəsinə çеvrilir.  



Pedaqoji  proses.  Pedaqoji  proses  deyərkən  təlim,  tərbiyə  və  təhsilin,  habelə 

bunlarla  əlaqədar  olan  inkişafın  vəhdəti  nəzərdə  tutulur.  Pedaqoji  proses 

cəmiyyətin  yaranması  və  inkişafı  ilə  birlikdə  yaranmış  və  inkişaf  etmişdir. 

Cəmiyyətin  ehtiyaclarına  uyğun  olaraq  pedaqoji  prosesin  məzmunu,  təşkili 

formaları,  metod  və  prinsipləri  dəyişmiş  və  təkmilləşdirilmişdir.  İctimai-iqtisadi 

formasiyanın,  yəni  istehsal  üsulunun  və  istehsal  münasibətlərinin  dəyişməsi  ilə 

pedaqoji  prosesin  təşkili  formalarının,  metodlarının  dəyişməsi  və  inkişaf  etməsi 

onun  tarixi  səciyyə  daşıdığını  göstərir.  Pedaqoji  proses  bəşər  cəmiyyətinin  bütün 

mərhələlərinin zəruri funksiyalarından biri olmuşdur.  

Pedaqoji  anlayışların  mənşəyini  onların  özündə  yox,  həyatın  tələbatlarında, 

məktəb  praktikasında  axtarmaq  lazımdır.  Anlayışların  təşəkkülü  və  inkişafı 

mexanizmi insanların praktik fəaliyyəti ilə bağlıdır. Anlayışların dialektikası onların 



Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə