Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
1   2   3   4   5   6   7   8   9   10

A.A.Blok  yazır:  “Şair  –  ahəngin  oğludur  və  ona  dünya  mədəniyyətində 

müəyyən  rol  verilmişdir.  Ona  üç  iş  həvalə  olunmuşdur:  birinci  –  səsləri  öz  əzəli 

yatağından  oyadıb  azad  etmək;  ikinci  –  bu  səsləri  müəyyən  qəlibə  salıb,  onları 

müəyyən bir ahəngə gətirmək; üçüncü – bu ahəngi xarici aləmə təqdim etməkdir”. 

Əgər bu keyfiyyətləri elmə uyğunlaşdırmağa cəhd etsək, aşağıdakılar alınar: 

 

Təkrar olunan faktlar və hadisələr arasındakı əlaqələri müəyyən etmək; 



 

Fərziyyə  və  nəzəriyyələrin  köməyi  ilə  qarma-qarışıq  faktları  müəyyən 

ahəngə, qanuna gətirmək; 

 

Tədqiqatın nəticələrini müzakirəyə vermək. 



Ehtimal ki, ən çətin üçüncü məsələdir.  

İnsan  bütün  böyük  ümidlərini  elmə  bağlayır,  qarşısına  çıxan  çətinliklərdən, 

təhlükələrdən xilas yolunu elmdə axtarır. Baxmayaraq ki, bu gün bəşəriyyət üçün 

ən  böyük  təhlükə  olan  nüvə  silahını  da,  ekoloji  böhranı  da  elm  yaratmışdır. 

Doğrudanmı hər bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi 

doğuran  səbəbin  özündə  axtarmaq  lazımdır?  Qarşıda  duran  böyük  vəzifə  heç 

olmazsa  bu  gün  kamal  əhlinin  elmə  daha  böyük  sürətlə  yiyələnməsi  və  inkişaf 

səviyyəsinə  görə  “fəsad  əhlini”  qabaqlamasıdır.  Elm  yalnız  o  zaman  bəşəriyyəti 

həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.  

Elmin  əsas  funksiyası  heç  də  sadəcə  olaraq  insanın  mənəvi-intellektual 

maraqlarına  deyil,  onun  dünyanı  məqsədyönlü  surətdə  dəyişdirmək,  öz  əməli 

fəaliyyətini  elmi  əsaslar  üzrə  qurmaq  məqsədinə  xidmət  etməkdir.  Bütün  əməli 

fəaliyyət sahələri ancaq elmi əsaslarla təşkil olunduqda səmərə verir. Buna görə də 

ixtisasından  asılı  olmadan  bütün  fəaliyyət  sahələrində  çalışan  insanlar  həmin 

sahənin elmi əsaslarını öyrənmək məcburiyyətindədirlər (Elmi əsaslar təkcə elmin 

deyil,  müvafiq  fəaliyyət  sahəsinin  də  tərkibinə  daxildir.  Yəni  ixtisas  təhsili  alan 

şəxs elm adamı olmasa da, müvafiq fəaliyyət sahəsinin elmi əsaslarına yiyələnmiş 

olmalıdır).  

Elmin  ön  xəttinə  çıxmaq  üçün  ilk  növbədə  onu  mənimsəmək  tələb  olunur. 

Həm  də  təkcə  konseptual  məzmun  baxımından  deyil,  sosial  və  təşkilati  struktur 

baxımdan. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil. 

Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər 

keçdiyi tarixi yolu izləmək, inkişaf meyillərini aşkara çıxarmaq və məqsədəuyğun 

istiqamətə yönəltmək tələb olunur.  

“Elm” anlayışının başa düşülməsindən asılı olaraq onun nə vaxtdan başlandığı 

sualını  cavablandırmaq  mümkündür.  Elm  dedikdə,  bir  neçə  en  kəsiyi  ehtiva  edən 

mürəkkəb  qeyri-bircins  sistem  nəzərdə  tutulur.  İstər  “elm”  sistemi,  istərsə  də  elmi 

inkişaf prosesi yalnız son dövrlərdə xüsusi tədqiqat predmetinə çevrilmişdir ki, bu 

da elmin sosial və iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır.  

Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə bir 

vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün 

meyara çevrilir, artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, onları tamamlamaq 

elmiliyin şərti kimi çıxış edir.  

Yaxud, ikincisi, mövcud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni 

faktiki material gözləmədən yeni bilik almaq imkanı yaranır, başqa sözlə, mövcud 

biliklər öz-özünü inkişaf etdirmək keyfiyyəti əldə edir.  




Elmi  biliyin  tarixi  inkişaf  yolunun  izlənilməsi  elmin  ümumi  inkişaf 

qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Belə 

ki,  bütöv  “elm”  sisteminin  keçdiyi  əsas  tarixi  mərhələlər  yalnız  konkret  elmi 

yaradıcılıq  xüsusiyyətlərinin,  istifadə  edilən  elmi  idrak  metodlarının,  elmi  biliyin 

toplanma və saxlanma vasitələrinin, informasiya  mübadiləsi və s. cəhətlərin müx-

təlif  dövrlərdə  müxtəlif  ictimai-iqtisadi  şəraitlərdəki  vəziyyətlərinə  görə 

müəyyənləşdirilə bilər. 

“Elm”  sisteminin  başlıca  elementlərindən  birini  də  elmi  yaradıcılıq  prosesi 

təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və 

onu yalnız bir en kəsiyində, qnoseoloji müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda 

elmi bilik istehsalı, prosesin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir.  

Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əvvəlcə onu 

bütöv  dinamik  bir  sistem  kimi  təsəvvür  etmək  və  elmi  səciyyələndirən  müxtəlif 

hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik obyektini müəyyənləşdirmək 

lazımdır.  

Elm  bilavasitə  idrakla  bağlı  olduğuna  görə  onun  öyrənilməsində  məntiqi-

qnoseoloji  aspekt  mühüm  yer  tutur.  Lakin  elm  ayrıca  bir  fərdin  deyil,  ictimai 

fəaliyyətin  məhsulu  olduğundan  cəmiyyətə  xas  olan  müəyyən  xüsusiyyətlər  elm 

hadisəsində  də  öz  əksini  tapır.  Hər  hansı  bir  dövrdə  və  hər  hansı  bir  ölkədə  elmi 

fəaliyyətin özünəməxsus  cəhətləri, elmin  qarşısında  qoyulan  məqsəd və  vəzifələr, 

elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqamətləri, bu və ya digər elmi 

axtarışa ictimai maraq və bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin 

dəyişməsi  həmin  dövrdə  və  həmin  ölkədəki  ictimai  quruluşun  xarakterindən, 

ümumi  mədəni inkişaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi 

təhlillə  elmin  inkişaf  qanunauyğunluqlarını  aşkar  etmək  mümkün  deyildir.  Buna 

görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə tarixin vəhdətindən 

çıxış  etmək,  digər  tərəfdən  də  elmi  mürəkkəb  tədqiqat  obyekti  kimi  götürmək, 

onun qnoseoloji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.  

Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan 

sahələrdə  isə  bir-birindən  fərqli  məzmunlara  malikdir.  Bu  ümumi  sahə  –  elmi 

bilikdir. Elmi bilik “elm” sisteminə daxildir. “Bilik” anlayışı elmi bilikdən başqa, 

əməli  biliyi  də  əhatə  edir  ki,  sonuncu  “elm”  sisteminə  daxil  deyildir.  Yaxud  da 

“elm”  anlayışının  əhatə  etdiyi  maddi  tərəflər  (elmi  tədqiqat  institutları, 

laboratoriyalar,  “elm  texnikası”  və  s.)  və  yaradıcılıq  axtarışları  “bilik”  sisteminə 

daxil deyil. 

Biliklər  sistemi  özündə  fəaliyyət  məqamını  əks  etdirmir.  Elm  isə  məhz  elmi 

axtarışlar,  yaradıcılıq,  tədqiqat  prosesində  –  elmi  fəaliyyət  zamanı  cəmiyyətin 

tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır.  

Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək təhsil siyasətinin 

formalaşması  üçün  çox  önəmlidir.  Çünki  təhsilin  məzmununda  elmi-texniki 

biliklərə  birtərəfli  qaydada  geniş  yer  verilməsi  və  onların  insanın  daha  böyük 

amallar uğrunda mübarizəsində ancaq bir vasitə olduğunun öyrənilməsi, gənclərin 

bu amallardan xəbərsiz qalması təhsilin alı məqsədindən uzaqlaşmasına səbəb ola 

bilər.  Elmin  məqsədi  insanın  intellektual  dünyasını  zənginləşdirmək,  onu  daha 

məlumatlı,  daha  bilikli  etmək  və  bu  biliyin  qüvvəyə  çevrilməsi  sayəsində  onun 



Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə