Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 264,2 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix06.02.2018
ölçüsü264,2 Kb.
#26292
  1   2   3   4   5   6   7   8   9   10


PEDAQOGİKA ELMİ HAQQINDA ÜMUMİ ANLAYIŞ 

 

                          Əhatə olunan məsələlər: 

 

1.

 



. Elm anlayışı. 

2. Pedaqogika nəzəri və tətbiqi elmdir. 

3. Pedaqogika nəyi öyrənir: pedaqogika elminin obyekti  

       və predmeti. 

4. Pedaqogikanın anlayışlar sistemi. 

5. Pedaqoji cərəyanlar. 

6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi. 

7. Pedaqogikanın sahələri. Pedaqogikada diferensiasiya prosesləri.  



 

1. Elm anlayışı 

 

Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi elmi tərəqqi ilə sıx bağlıdır. Elm 

anlayışı  (ər. 

  “elm”)  “bilmək,  məlumatlı  olmaq”  mənalarını  verən 

  “aləmə” 

kökündəndir.  Alim  (  ər. 

,  cəmi   

  “  üləma”)  sözü  də 

  “elm”  sözündən 

əmələ gəlmişdir. 

İctimai fikir tarixində öz xidmətləri ilə seçilən, elm və mədəniyyət aləmində 

tanınan görkəmli şəxsiyyətlər elm haqqında qiymətli fikirlər söyləmişlər. 

Qədim yunan filosofu Diogen elmi dünyada ən böyük xeyir, nadanlığı isə ən 

böyük şər hesab edirdi. Böyük türk mütəfəkkiri və şairi Cəlaləddin Rumiyə görə 

elm  sahilsiz  bir  dəryadır,  alim  də  sahilsiz  dəryaya  dalmış  bir  dalğıcdır.  Dahi 

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yazırdı: 

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz. 

Hər uca rütbədən biliniz, fəqət 

Alimin rütbəsi ucadır əlbət. 

Azərbaycan  milli  izahlı  ensiklopedik  pedaqoji  lüğətində  (Bakı,  2005)  “elm” 

və “alim” kəlmələri belə xarakterizə olunur: 

“Elm-real  gerçəkliyin  ictimai  şüurda  inikası  olan  və  onu  (gerçəkliyi) 

təkmilləşdirməyə  yönələrək  cəmiyyətə  fayda  verən  obyektiv  biliklər  sistemidir. 

Alim - iqtisadiyyatın, ticarətin, inşaatın, mədəniyyət və incəsənətin, habelə təbiətin 

bu  və  ya  digər  sahəsindəki  hadisələr  arasında  səbəb  və  nəticə  əlaqələrini, 

qanunauyğunluqlarını elmi cəhətdən araşdıran əsasən elmlər namizədi (indi fəlsəfə 

doktoru) və ya elmlər doktoru elmi dərəcəsi olan şəxsə deyilir”. 

Azərbaycan  dilinin  izahlı  lüğətində  (II  cild,  “Şərq-Qərb”,  2006)  elm  -  təbiət 

və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını 

meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi adlandırılır. 

Müəllim  (ər. 

  “öyrədən,  müəllim”)  sözü  də 

  “elm”  kökündəndir. 

Pedaqoji anlamda müəllim - sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri, mənəvi, 



əxlaqi keyfiyyətləri öyrənənlərə, yetişən nəslə məqsədəyönlü, planlı və mütəşəkkil 

aşılayan,  öyrədən,  istiqamət  verən  və  fəaliyyəti  ilə  cəmiyyətin  inkişafına  təkan 

verən pedaqoji təhsilli mütəxəssisdir. 

İnsanlara  xeyirli,  faydalı  işlər  aşılamaq  tərbiyənin  ana  xəttidir.  Tərbiyə 

hikmətə  aid  mühüm  məsələlərdən  biri  olduğundan,  hikmət  vərdişinin 

formalaşdırılması  tarixən  ən  aktual  məsələ  sayılmışdır  və  indiki  şəraitdə  bu 

aktuallıq daha da artmışdır. Hikmət mərifət sahibləri arasında hər şeyi olduğu kimi 

dərk  etmək,  hər  işi  lazımi  səviyyədə  yerinə  yetirməkdir.  Hikmət  nəticəsində 

insanın  mənəviyyatı  mümkün  qədər  təkmilləşməli,  arzu  edilən  səviyyəyə  yüksəl-

məlidir. Deməli, hikmət  bir-birini  tamamlayan  iki hissənin  – elm  və  əməlin  (işin, 

fəaliyyətin) vəhdətidir. Professor Z.İ.Qaralovun fikrincə, elm təbiətdə, cəmiyyətdə, 

insan  beynində  gedən  dəyişmələrin,  hərəkətin  mahiyyətini,  qanun  və  qanunauy-

ğunluqlarını  düzgün  dərk  etmək,  insanın  yaradıcı  ağlı,  sağlam  düşüncəsi,  iti 

təfəkkürü dairəsində varlıqlarda daim fəaliyyət göstərən çevrilmələri, onların səbəb 

və nəticələrini, xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarıb sistemə salmaqdır. Elm 

dərk  olunmuş  həqiqətlər  sistemidir.  Bu  sistemə  yiyələnməyə  vərdiş  etmək 

insanların insanlıq borcudur. Əks təqdirdə insan nadanlığa doğru gedər. Bu vərdişə 

sahib olanlar bilikli, ağıllı, bəşəriyyətə və özünə xeyir gətirən insanlar kimi tanınır. 

Quranda yazılıb: “Uca Tanrı kimi istəyirsə, ona hikmət verir, kimə hikmət verirsə, 

ona böyük nemət bəxş edir.” 

Elm  onunla  həqiqətən  məşğul  olanlara  məmnuniyyət  bəxş  edir.  Lakin  onun 

idraki  qiyməti  bununla  bitmir.  Elm  –  azad  insan  zəkasının  ən  böyük  nailiyyəti, 

idealı  və  onun  narahat  ağlının  məhsuludur.  Elm  –  bəşər  sivilizasiyasının  məhək 

daşıdır.  Elmin  məqsədi  həqiqəti  axtarmaqdır.  Miletli  Falesdən  üzü  bəri  həqiqəti 

tapmaq uğrunda mübarizə bu günə qədər davam edir və davam etməkdədir. Elmin 

məqsədi  dünyanı  və  bizim  özümüzü  dərk  etməkdir.  Elmin  böyük  kəşflərə  doğru 

gedən  yolu,  Bekonun  dediyi  kimi,  heç  də  şahrah  deyil,  əksinə  daşlı-kəsəkli, 

sıldırımlı və tufanlıdır. 

Elmdə  seçmə  çox  vacibdir.  Alim,  faktlar  düzgün  gəlmədikdə  ən  sevimli 

nəzəriyyəni  belə  məmnuniyyətlə  dəyişməyi,  hətta  rədd  etməyi  bacarmalıdır.  O, 

inanmalıdır  ki,  təbiətdə  rasionalizm  mövcuddur,  ancaq  hesab  etməməlidir  ki, 

gerçəyin  qanunları  tamamilə  determinikdir  (Həqiqi,  kəskin  dəlillər  gətirməlidir, 

unutmamalıdır ki, determinizm obyektiv gerçəklikdə baş verən bütün hadisələri, ma-

hiyyətdə,  dərin  qatlarda  bütün  mənaları  izah  edə  bilmir).  Buna  baxmayaraq,  elm, 

hadisələrin 

sonrakı  gedişini  əvvəlcədən  xəbər  vermək  üçün  onların 

qanunauyğunluqlarla cərəyan etdiyini qəbul edir. 

Ç.Darvinin  qeyd  etdiyi  kimi,  elm  adamının  işinin  müvəffəqiyyəti 

aşağıdakılarla təyin olunur: 

 

Elmə məhəbbət; 



 

Müşahidə aparmaq və faktları toplamaq səyi; 

 

Hər hansı məsələ haqqında uzun müddət düşünmək, lazım 



gəldikdə intəhasız səbrə malik olmaq; 

 

Kifayət qədər ixtiraçılıq qabiliyyəti və sağlam düşüncənin 



olması. 


Yüklə 264,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə