İlkram Əliyev



Yüklə 27,19 Kb.
tarix17.09.2017
ölçüsü27,19 Kb.
#59

Bəzi cinayətlər törədilərkən, caninin ruh halının öyrənilməsi, affekt halında olub-olmaması aydınlaşdırılır. "Ekspress" qəzetinin məlumatına görə, affekt halında işlənilən cinayətlərin cəzasının bir qədər yüngül olduğu da hamıya bəllidir. Bəs nədir affekt halı? Mütəxəsislərin fikrincə, affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Yəni bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Onu da deyək ki, bu hal ancaq psixoterapevtin müayinəsi nəticəsində konkretləşdirilə bilər. Yəni hər cinayətkar, cani deyə bilməz ki, "mən affekt halında idim, bu cinayəti işləmişəm".

Anksiyet yunan sözü olub qorxu, emosiya pozğunluğu, affekt mənasını verir. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Həkim psixoterapevt İlkram Əliyevin sözlərinə görə, affekt halında olanlar gərgin və düşünmədən vuran-öldürən olurlar. "Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Ağlın dumanlı olması, ətrafdakı əşyaları bulanıq görmək, çox həssas olmaq, diqqəti toplamaq qabiliyyətinin itirilməsi, yaddaş pozğunluğu, ağlını itirmək, ölüm, fiziki olaraq zərər görmə, hərəkət qabiliyyətini itirmək, başqaları tərəfindən səhv başa düşülmə qorxusu, dəhşət duyğusu affekt halının əlamətləridir".

Ürək döyüntüsünün artması, təngənəfəslik, boğazda qəhər, əzələlərdə spazm və gərginlik, tez yorulma, ağrılar, yuxu pozuntusu, iştahasızlıq, ürək bulanması, qusma, cinsi gücsüzlük, tez boşalma, qaşınma, soyuq və isti tərləmə və s. bu kimi əlamətlər affekt halında olan insanın fizioloji əlamətləridir.

Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.

Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Ola bilər ki, xəstə ayda iki dəfə bu haldan əziyyət çəksin. İlk tutma gözlənilməyən bir anda ortaya çıxır. İlk tutmadan 1 ay sonra davranış dəyişiklikləri müşahidə edilir.

Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar.

Həkimin sözlərinə görə, affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir. "Alkoqol və narkotika istifadəçilərinin beyni hər zaman dumanlı olur. Yaş artdıqca isə bu öz mənfi təsirini göstərir. Affekt halına əsasən kişilər düşür. Amma qadınlarda affetk - kəskin ruhi pozğunluğuna rast gəlinir".

Bu xəstəliyin müalicəsinə gəlincə, həmsöhbətim deyir ki, emosiya pozğunluğunun müalicəsi 6 ay çəkir. "6-12 ay ərzində xəstədə sadaladığımz heç bir əlamət özünü göstərmirsə, deməli o artıq sağalır", - deyən həkim affekt xəstələrə daha çox diqqətin ayrılmasının lazımlığını vurğulayıb. "Bu xəstələr cəmiyyət üçün təhlükəlidir. Əgər yaxınlarınızda, tanışlarınızda sadalanan əlamətlərə rast gəlmisinizsə, düşünmədən psixoterapevtə müraciət edin. Unutmayın ki, ruh pozğunluğu uzun sürən əziyyətli bir xəstəlikdir və öz-özünə sağalmır. Onun tam sağalması uzun müddət alır".

2


Z.Freyd affekt haqqında öz fikrini meyl nəzəriyyəsinə əsaslandırır və mahiyyət etibari ilə affekti və meyllə motivasiyanı eyniləşdirir.Xüsusən psixoanalitiklərin 
emosiyaların yaranma mexanizmləri haqqında təsəvvürlərə fikri cəmləşdirməyi D.Rapaport irəli sürmüşdü.Bu təsəvvürlərin mahiyyəti aşağıdakı kimidir:kənardan perseptiv obrazların qavranılması qeyri-iradi proses yaradır,insanda instinktiv energiyanın səfərbərliyi düşünülmüş baş verməsi gedişində əgər o insanın xarici fəaliyyəti ilə uyğunluq tapmırsa,o digər qeyri-iradi fəaliyyətlə çıxış yolu axtarmağa başlayır;belə aktivliyin müxtəlifliyi “emosianal ekspressiya” və “emosianal yaşantı”adlanır.Onlar eyni vaxtda,növbə ilə və ümumiyyətlə bir-birindən asılı olmayaraq yarana bilərlər.
Freyd və onun davamçıları ancaq konfliktli meyllər nəticəsində yaranan mənfi emosiyaları nəzərdən keçirdirdilər.Bu səbəbdən də onlar affekti 3 aspektə bölürlər:
1.instinktiv meylin energetik komponenti (affekt “enerjisi”)
2. “aravermə” prosesi
3. bütünlükdə aravermənin qavranılması (duyğu və ya emosiya təzahürü)

Affekt effekti



Özünü itirmə ilə affekt vəziyyətini səhv salma. Bu, nəzarətin tamamilə itirilməsi, kəskin və sürətli müdafiə reaksiyasıdır və ekstraordinar hərəkətlə müşayiət olunur. İnsan ekstremal bir vəziyyətdə, qeyri-adi fiziki güc nümayiş etdirməklə, özünü və başqasını xilas etməyə qadirdir. Ya da özündən fiziki cəhətdən güclü olan rəqibinə ağır bədən xəsarətləri yetirə bilər. Bəzən affekt vəziyyətinə tamamilə sağlam və psixi cəhətdən dözümlü insanlar düşə bilər; misal üçün, buzlu suya düşəndə və ya yaxınının ölümünü görəndə. Bundan sonra kəskin güc düşkünlüyü baş verir, insan prostrasiya vəziyyətində olur, qismən və ya tamamilə törətdiklərini unudur.

Məlum olduğu kimi mövcud qanunlara görə cinayəti törədən zaman yaranan güclü ruhi həyəcan halı (yəni fizioloji affekt) təqsiri yüngülləşdərəci amil sayılır. Uzun illər ərzində müqəssirin cinayəti törədən zaman affekt vəziyyətində olmasını hüquqşünaslar ya mütəşəkkil olaraq özləri və ya məhkəmə-psixiatrik ekspertizasının köməyi ilə müəyyən edirlər. Lakin bu mürəkkəb məsələnin həllində bir şey məhkəmə-psixiatrik ekspertizasının imkanlarının məhdud olması onun tamam başqa proseslə, yəni psixikanın patologiyası ilə məşğul olması nəzərdən qaçırılırdı. Fizioloji affekt nədir və başqa emosional hallardan, o cümlədən əhvaldan, stressdən, hisslərdən, ehtirasdan nə ilə fərqlənir? Əvvəla fizioloji affekt norma çərçivəsindən kənara çıxmayan emosional haldır. Başqa emosional hallardan fiziolooji affekt yaranma və cərəyan etmə mexanizminə görə fərqlənir. Fizioloji affekt üç xarakterik xüsusiyyətlə səciyyələnir.
Fizioloji affekt qəflətən yaranan, olduqca qüvvətli, lakin qısa müddətli emosional haldır. Onun əsasını hər bir sağlam adama xas olan təbii neyrodinamik proseslər təşkil edir. Ona görə də fizioloji affektin diaqnostikası və tədqiqi tamamilə məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir.
Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır, daha doğrusu qanunazidd zorakılıqdır.
İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur. Fizioloji affektin yaranmasının başqa əhəmiyyətli şərtləri də vardır. Psixoloqların fikrincə hər şəraitdə fizioloji affekt yaranmır. O, yalnız xüsusi əlamətlərlə səciyyələnən şəraitdə yaranır ki, belə şəraitə affektogen şərait deyilir. Affektogen şərait- kəskin münaqişəli şəraitdir ki, buna dava-dalaş, mübahisə və s. misal ola bilər. Fizioloji affektin ekspertizası zamanı belə bir affektogen şəraitin, yəni kəskin münaqişəli şəraitin olub-olmamasına xüsusi fikir vermək lazımdır. Qeyd etmək lazımdır ki, affektin gücü ilə affekt yaradan səbəbin qüvvəsi arasında dəqiq əlaqə yoxdur, yəni affektiv partlayışın gücü və dərinliyi insana təsir edən qıcıqlandırıcının (yəni təhqirin və zorakılığın) obyektiv qüvvəsinə bərabər deyil, çünki eyni bir təsir insan şüurunda müxtəlif şəkildə əks oluna bilər. Bu məsələ ilə əlaqədar olaraq deməliyik ki, situasiya və səbəbsiz affektin yaranması mümkün deyildir. Lakin affektin yaranması üçün səbəb və situasiya kifayət deyildir. Affektin yaranması üçün tələb olunan əlavə şərtlərə insanın fərdi psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı aiddir. Fizioloji affektin psixoloji ekspertizası zamanı bu məsələyə də xüsusi fikir verilməlidir, yəni müqəssirin fərdi-psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı tədqiq edilməlidir. Tədqiqat zamanı cinayət işi materiallarının təhlilinin və testlərlə aparılan psixoloji müayinənin nəticələrindən istifadə etmək lazımdır. Apardığımız müşahidə və tədqiqatlar göstərir ki, bu məsələnin həllində bəzi hallarda ekspert-psixoloqlar kobud səhvə yol verirlər. Belə ki, əvvəla şəxsiyyətin psixi xassələri və psixi halları tədqiq edilmir. Ekspert psixoloqların bir qrupu müqəssirin şəxsiyyətinin psixi xassələrini yalnız törənmiş cinayətin retrospektiv psixoloji təhlili və cinayət işi materiallarının tədqiqi əsasında müəyyən etməyə çalışırlar

AFFEKT   SİNDROM  - DEPRESİYA  VƏ  MANİYA

Manikal  sindrom - əhval  ruhiyyənin  səbəbsiz yüksəlməsi  , fəaliyyətin  və  təfəkkürün (nitqin)  sürətlənməsi   ilə  xarakterizə  olunan  haldır. Xəstələr  özlərini  çox  şən  və  çevik  aparırlar. Müxtəlif  hərəkətlər  nümayiş  etdirirlər . Bir  sıra  hallarda   maniakal   sindrom  özünüböyütmə  ideyaları  ilə  birlikdə  müşahidə  olunur. Xəstələr  özlərini  güclü,isdedadlı  adamlar  kimi  qələmə  verir. Lakin  onların  hərəkətlərində  məqsədə uyğunluq  ardıcıllıq  olmur, müxtəlif yersiz, mənasız  tələblər  irəli  sürürlər  yerinə  yetirmədikdə  qəzəblənirlər. Belə  hal  qəzəbli  maniya  adlanır.  Maniakal  sindrom   bipolyar  pozuntunun  maniaakal  fazasında  və  dövri (sirkulyar) psixozda,bəzən  isə  toksik  hallarla  əlaqədar  meydana  çıxa bilər.

Depresiv  sindrom - manyakal  sindromun  əksinə  olan  əlamətlərlə : fəaiyyətin  enməsi,hərəkətlərin  və  nitqin  tormozlanması  ilə  xarakterizə  olunur. Xəstələr  bütün  günü  qəmgin  halda  başlarını  aşağı   dikərək  çarpayıda  oturur.Ətraf  mühütdə  olan  əşyalar  solğun,adamlar  məyus  görünür.



Stupor (donuqluq) vəziyyətində  olan  xəstələrdən  fərqli  olaraq  belə  xəstələrlə  kontakt  yaratmaq  mümkün  olur, lakin  suallara  ləng,asta  və  monoton  səslə  cavab  verirlər. Depresiya  vəziyyətində  olan  xəstələr  bəzən  özünü  kiçiltmə ,izləmə,  və  müflisləşmə  sayıqlamaları  söyləyirlər. Bəzən  isə  narahat, həyacanlı  olurlar. Buna  ajitəli   depresiya  deyilir. Özünə  qəsd  etmək  fikirləri  olarsa  xəstələrə  nəzarəti  gücləndirmək  tələb  olunur.  Depresiv  sindrom  əsasən  affektiv  pozuntuların  depresiya  fazasında  qocalıq önü  psixozlarda  və  reaktiv  hallarda  rast  gəlinir.

Apatiya  sindromu - tam  laqeyidlik  fəaliyyətsizlik  bütün  istək  və  arzuların  yoxluğu  ilə  xarakterizə  olunur. Xəstələr  bütün  günü  çarpayıda  uzanıb  gözlərini  bir nöqtəyə  dikərək  mənasız  vaxt  keçirirlər. Özlərinə  adi  gigienik  xidmət  etmək (əl-üzünü  yumaq,  saçını  daramaq) həvəsi olmur. Bu sindrom  çox  vaxt  iradi  hərəkətlərin  fəaliyyətin  bütün  formalarını  tormozlanması ilə  birlikdə  müşahidə  olunur (apato-abulik  sindrom).  Şizofreniyanın  son  dövrü  üçün  xarakterikdir.
Yüklə 27,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə