Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə12/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   8   9   10   11   12   13   14   15   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

36



Doğrudan  da  əgər  yalnız  «Sevastopol  hekayələri»ni  diq-

qətlə oxusaq, Tolstoyun bütün böyüklüyünü görə bilərik. 

Yazıçının hekayə, povest və romanlarını, dahiyanə «Hərb 

və  sülh»  roman-epopeyasını  oxuduqca  inanırsan  ki,  psixoloji 

təhlil  sahəsində  böyük  uğurlar  qazanan  Tolstoy  bir  yerdə  dur-

mur,  özünün  «qəlb  dialektikası»nı,  təsvir  metodunu  təkmilləş-

dirir.  Tolstoy  ömrü  boyu  yeni-yeni  kəşflər  edir.  Məsələn,  onu 

sələflərinin  əsərlərindəki  portretlər  qane  etmir.  Bu  portretlər, 

hətta  «Zəmanəmizin  qəhrəmanı»ndakı  daha  mükəmməl,  daha 

canlı hesab etdiyi portret də ona statik təsir bağışlayırdı. 

Tolstoy  həqiqi  mənada  hərəkətdə  olan  portret  yaratmaq 

istəyirdi. Onu üzün ifadəsi, gözlərin parıltısı, təbəssüm maraq-

landırırdı.  O  istəyirdi  ki,  qəhrəmanın  portreti  «qəlbin  dialekti-

kası»nı əks etdirsin. 

Tolstoyun ifadələri get-gedə genişlənir, sintaksisi  mürək-

kəbləşir; cümlələrində feli bağlama tərkibləri, təkrarlar, «nəqə-

ratlar»  artır,  onların  hərəkəti  həyat  çayının  aşıb-daşan  məcrası 

kimi güclü və nahamar olur. Əsl novator kimi o, ənənəni inkar 

etməyərək özünə mane olan hər şeyi kənara atır, frazadakı «hər 

cür  qəşəngliyi»,  zərifliyi,  ifadə  ahəngdarlığını...  açıqcasına  və 

qeydsiz-şərtsiz rədd edir. 

Tolstoyun  irsi  dünyanın  mənəvi  xəzinəsinə  daxil  ol-

muşdur. 

Qorki,  A.Tolstoy,  Şoloxov,  Fadeyev,  Qladkov,  Fedin, 

Paustovski  Tolstoyun  təcrübəsindən  öyrənmişlər.  Qərbdə  Lui 

Araqon,  Marden  dü  Qar,  Andre  Stil,  Ernest  Heminquey,  Re-

mark, Kronin, Folkner, Böll, Marina Mayerova, Sadovyanu və 

bir çox başqaları ondan öyrənmişlər. 

Tolstoyun  kitabları  oxucular  və  yazıçılar  üçün  stolüstü 

kitaba çevrilmişdir. 

Lakin Tolstoyun öz əleyhdarları da var. Məsələn, Fransız 

ekzistensializminin  sələfi,  insan  ləyaqətinin  inkar  edildiyi 

«Qəlp  pul  kəsənlər»  romanının  müəllifi  modernist  Andre  Jid 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

37



böyük  romançı  Marten  dü  Qarı  «təsvirin...  məntiqi  axını»nda 

qınayaraq  yazırlı:  «Tolstoydakı  bu  üsul  artıq  mənim  xoşuma 

gəlmir». Sonra fikrini inkişaf etdirərək yazır ki, Tolstoydakı ən 

uğurlu yerlər belə ona «solğun gəlir, çünki bütün tərəflərdən bir 

bərabərdə işıqlandırılır». 

Andre  Jidə  «Tolstoy  məktəbi»  yox,  «Prust  məktəbi» 

yaxındır.  «Prust  məktəbi»nin,  onun  məşhur  «İtirilmiş  vaxtın 

sorağında» romanının mahiyyəti nədən ibarətdir? 

Prust illərlə, öz otağının kip bağlı qapı və pəncərələri ar-

xasında  tənha  yaşayırdı  ki,  ətraf  mühit  onun  «mücərrədləş-

dirilmiş» fikrinə mane olmasın, Prust tənhalığın ləzzətini təbliğ 

edirdi.  Onun  gənc  qəhrəmanı  özünütəhlil  ilə  məşğuldur.  Bu 

psixoanaliz psixopatologiyaya çevrilir. O, tamamilə düşüncələ-

rə dalır. Ətraf mühit onun uçün mövcudluğunu itirir. O özünün 

gizlində qalmış yarımdərk olunan «həyəcanları» ilə məşğuldur. 

Andre Jid nəzərdən qaçırmışdı ki, Tolstoy hələ gəncliyin-

də, «Ötən günün əhvalatı»nda özünütəhlillə məşğul olmuşdu və 

bu  onda  daha  yaxşı  alınırdı.  Lakin  böyük  yazıçı—realistin  in-

tuisiya və idrakı onu bu yoldan çəkindirdi. 

Əkər Andre Jid Tolstoyun «Ötən günün əhvalatı»nı oxu-

saydı,  yəqin ki,  bunu  böyük rus  yazıçısının  bütün  əsərlərindən 

üstün tutardı. 

Ekzistensialistlər  və  modernistlər  Tolstoyu  nə  qədər  tən-

qid etsələr də onun yaradıcılığı bütün dünya yazıçıları üçün bö-

yük  realizm,  bədii  sənətkarlıq  məktəbi  olmuşdur  və  olacaqdır. 

Tolstoyun  dünya  ədəbiyyatına  təsiri  çox  böyükdür.  Marten  dü 

Qar, Lui Araqon, Ernest Heminquey və bir çox başqaları bu ba-

rədə  dəfələrlə  yazmışlar.  Bu  və  ya  digər  dərəcədə  Tolstoydan 

təsirlənməyən,  ondan  öyrənməyən  yazıçı  tapmaq  çox  çətindir. 

Tolstoyun rus ədəbiyyatına və SSRİ xalqları ədəbiyyatına təsiri 

ayrıca  bir  mövzudur.  Aydındır  ki,  o  bizə  xüsusilə  doğma  və 

yaxındır. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

38



Azərbaycanda Lev Tolstoyun əsərləri  hələ  yazıçının sağ-

lığında  geniş  yayılmışdı.  İnqilabaqədərki  Azərbayçan  səhnə-

sində  L.Tolstoyun  «Maarifin  bəhrələri»  və  «Cəhalətin  hökm-

ranlığı» pyesləri səhnəyə qoyulmuşdu. 

Lev Tolstoyun əsərlərinin tərcüməsi üzərində ən görkəmli 

Azərbaycan  yazıçıları  çalışmışlar.  Onun  yaradıcılığı  Azərbay-

canda yazıçılar, maarifçilər, inqilabçılar tərəfindən geniş təbliğ 

edilib. Burada da Tolstoy uğrunda mübarizə gedirdi. Mütərəq-

qi,  inqilabi  əhval-ruhiyyəli  tənqidçilər  Tolstoyu  «müqavimət-

sizlik»  tərənnümçüsü  kimi  təbliğ  etmək  istəyən  burjua  liberal 

ədəbiyyatşünaslığına  qarşı  mübarizə  aparırdılar.  Böyük  rus 

yazıçısının yaradıcılığının güclü cəhətlərinə gölgə salmaq, xalq 

üçün daha qiymətli və vacib olanları kütlələrdən gizlətmək cə-

hətləri nəticəsiz qaldı! Tolstoy—realistin, Tolstoy – humanistin 

əsərləri kütlələr arasında geniş yayılır, ürəkləri fəth edir. 

Oktyabr  inqilabından  sonra  Azərbaycanda  Tolstoyun  de-

mək  olar  ki,  bütün  əsərləri  tərcümə  olunub  nəşr  edilmişdir. 

Onun ədəbi irsi Azərbaycan nəsrinə səmərəli təsir göstərmişdir 

və  indi  də  göstərir.  Tolstoy  nəsri  quru  təsvirçilikdən  qaçmağa 

kömək edir, hadisələrin, tarixi keçmişin və müasir həyatın təs-

virində dərin psixoloji təhlil qaydaları ilə öyrədir. 

Qabaqcıl  yazıçılarımızdan  M.İbrahimov,  M.Hüseyn, 

S.Rəhimov,  Ə.Vəliyev,  Ə.Məmmədxanlı,  Mir  Cəlal,  S.Rəh-

man,  İ.  Əfəndiyev  və  başqaları  Tolstoydan  çox  şey  öyrənmiş-

lər. Onların bəziləri L.Tolstoy haqqında, bu dahi rus yazıçısının 

həmişəyaşar  ədəbi  irsinin  onlara  göstərdiyi  müsbət  təsir  haq-

qında dəfələrlə yazmışlar. 

M.Arif,  Ə.Məmmədxanlı,  C.Məcnunbəyov,  B.Musayev 

və başqa nasirlərimiz Tolstoy əsərlərinin Azərbaycan dilinə gö-

zəl tərcümə nümunələrini yaratmışlar. 

Tolstoy  yaradıcılığı  Azərbaycan  Dövlət  Universitetində, 

respublikanın ali məktəblərində, Azərbaycan SSR Elmlər Aka-

demiyasının Nizami adına Ədəbiyyat institutunda öyrənilir. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə