Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə17/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   13   14   15   16   17   18   19   20   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

52



Əcəb eləyirəm! Sonra?! 

İstiraһət günü? «Nizami» kinoteatrının yanında? 

Eһ... getməyəcəm. Mən niyə gedirəm, qoy o gəlsin də... O 

da gələcək də... Onda bir az gecikəcəyəm. Niyə? Yazıq deyil?! 

Həm  də  özüm  yazıq  deyiləm,  beş  dəqiqə  artıq  həyəcan 

keçirəm?! 

Görəsən mamam  mənə niyə demir ki,  «dur yat?» Doğru-

danmı.  Rauf  məni  sevir?  Mən  də  onu  sevirəmmi?  Eһ...  uşaq-

zad deyiləm ki, sevəm. 

Sevgi  nə  deməkdir?  Necə  nə  deməkdir?!  Sevgiyə  sevgi 

deyilir.  Vəssalam. 

Durub  güzgüyə  baxdım.  Öz-özümdən  utandım.  Çünki, 

bilirdim  ki,  güzgüyə  ancaq  ona  görə  baxıram  ki,  görüm  Raufa 

niyə xoş gəlirəm. Odur ki, dilimi çıxarıb güzgüdəki əksimə acıq 

verdim. O da dilini çıxardı. Hirsləndim.—Gör, necə eqoistəm—

dedim. Hələ gör başqası mənə dilini çıxarsaydı, neylərdim. Odur 

ki, bəzən yoldaşların tənqidinə qulaq asmıram. Tapdım! 

Düzünü deyim  ki, güzgüdən gözlərimi  xeyli çəkə bilmə-

dim.  Qonşumuz Süsən  xalanın sözləri  yadıma düşdü. «Gör bu 

qara qız böyüyəndə necə gözəl qız olacaq». «Hayıf o arvad sa-

vadsızdır, yoxsa alim olardı» — sözlərimə güldüm. 

Qısa  vurdurub  boynumun  ardında  düydüyüm  saçlarımı 

açdım, yanaqlarıma töküldülər. 

Mən bu saçların qədrini bilməzdim. 

Raufun məktubunu bir də oxuyub özümə baxdım. Elə bil 

bir gündə nə qədər gözəlləşmişdim. 

Gözlərim zil qaraymış. 

Burnumun  ucu  iti  də  olsa  (atama  oxşayıram),  yaxşıdır. 

Əsl qız burnudur. Saçlarım dalğavaridir. Doğrudan  bu qız mə-

nəm? İnanmıram! 

Saat dördün yarısıdır. Yata bilmirəm. Görəsən aprelin 20-

si gələcəkmi? Gündüz saat  12-də... 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

53



Şəһər  necə  sakitdir.  Deyəsən  yağış  yağıb.  Akasiya 

çiçəklərinin ətri. Novçadan damlalar tökülür. Pəncərələrin işığı 

qarşısında onlar axan ulduzlara oxşayır. Elə  bil göydəki  bütün 

ulduzlar  dalbadal  axıb  pəncərəmizin  qabağına  tökülür,  evimi-

zin yanındakı daşa dəyib tappıldayırlar... Yoxsa bunlar Raufun 

işıqlı sözləridir?! Bəlkə bu tappıltı ürəyimin səsidir?! 

Şöһər necə də sakitdir. Elə bil cınqırını çıxarmadan məni 

dinləyir... Gecə elə  sakitdir ki, bu tappıltıları Rauf da eşidər.... 

Eşidir də! 

16 aprel. Bütün baharların ən gözəl gecəsi.  

Saat neçə olmasının əhəmiyyəti yoxdur. 

Raufa dedim ki, o nə kağız idi, mənə vermişdin? Hələ aç-

mamışam, vaxtim yoxdur. Özün bilirsən də, zaçot, imtaһan ya-

xınlaşır. O, başını aşağı dikdi. Mən də. 

Naһaq belə dedim. Bu gülməli deyilmi? Uşaqlar bizə gül-

dülər. Guya bilirdilər, “sevgi” nə deməkdir. 

 

17 aprel 

 

Mən  elə  sevinirəm  ki,  yerimək  əvəzinə  yüyürürəm.  Da-

nışmaq  əvəzinə  oxumaq  istəyirəm.  Yəqin,  ilk  dəfə  İtaliyada 

operanı  yaradan  da  mənim  kimi  sevinib  ki,  ağlına  opera  ya-

ratmaq gəlib. 

Bu  gün  evdə  professor  Səlimzadənin  müһazirəsini  ürə-

yimdə  avazla  oxuyanda,  özümə  acıqlandım.  Deyəsən  axmaq-

lıqla xoşbəxtlik arasında böyük bir sədd yoxdur.  

Bu һeç... 

Mən indi o qədər kitab oxuyuram ki, saçlarımın dibi ağrı-

yır. Alimlərin saçının vaxtsız töküldüyünün səbəbi  düzdür. 

Mən özümü onlarla müqayisə etmək xəyalında belə deyi-

ləm. Əvvəllər gündəliyə daһa çox söz yazardım. Sinəm nə iləsə 

doludur. Amma yuxum kimi, sözüm də yoxdur. 

 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

54



Gecələrdən biri 

Gəldi, gəldi, o gün gəldi. 

Rauf matroslardan bir az aralı kinoteatrın səkisində daya-

nıb məni gözləyirdi. 

Ona çatıb, salam verdim.   Düşünürdüm ki, «mən gəlmi-

şəm, gəlməsəydim, gəlməzdim...» 

Qeyri-ixtiyari  dedim:  «Mən  bura  ona  görə  gəlmişəm  ki, 

sənə deyəm  «bura gəlməyəcəyəm». Artıq burda olduğumu dü-

şünəndə qızardım... O, özünü elə göstərdi ki, guya һeç nə başa 

düşmədi: 

—Kinoya iki bilet almışam. 

—Yox, mən biletimi özüm alacağam. 

O,  məndən  ağıllıdır.  Dedi  ki,  «һirslənmə,  gələn  dəfə  də 

sən  alarsan, lazım olsa». 

—Hansı filmdir? 

—Bilmirəm. 

—Yaxşı, gedək. 

Belə də qısa film olardımı? 

Biz ayrılmalıydıq. 

Üz-üzə  dayanıb  yerə  baxdıq.  Gələn  istiraһət  gününə  gö-

rüş verib ayrıldıq. 

Mən  sol  əlimlə  göy  koftamın  ağ  krujevalı  boyunluğunu-

dan yapışıb sağ əlimi isə bədənimdən bir az aralı tutub, yavaş-

yavaş yelləyə-yelləyə gedirdim. Mən һiss edirdim ki, belə get-

mək yaxşı deyil. Axmağam da... 

Ətrafıma baxdım. Baһar! 

Axı, baһar çoxdan gəlmişdi. 

Yadıma nə vaxtsa oxuduğum bir kitabdakı  һadisə düşdü. 

Qız  anasını  görür,  bilir  ki,  bu  qadın  nə  üçünsə  ona  xoş  gəlir. 

Ancaq qız sevgilisinin (Raufa oxşayan bir oğlanın) bir işarəsiy-

lə qadının öz anası olduğunu bilir, onu birdən tamam başqa cür 

görür. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

55



Mənə də baһar, indi Raufdan ayrılandan sonra birdən-birə 

göründü... 

Sərin,  ətirli  bir  külək  əsdi.  Kiçik  palmaların  yarpaqları 

yelpik  kimi  (anamın  göy  yelpiyi  kimi)  açılıb  üzümü  yellədi. 

Dibçəklərdəki  güllər,  çiçəklər  baş  əyib  salam  verdilər.  İndiyə-

cən bilmirdim ki, mənə һansı fəsil daһa xoş gəlir. Baһar!.. 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə