NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Hənnanə (ə) - başqa kişiyə meyl göstərən ərli qadın. 
Hənuz (f) - hələ, hələ ki, indi, indicə, bu saat.  
Həram (ə) - yasaq olunmuş, qadağan edilmiş, toxunmaz, müqəddəs. 
Hərami (ə) - haram mala əl uzadan, yolkasən, soyğunçu.  
Hərif (ə) - sənət yoldaşı, həmməslək, kef, oyun yoldaşı, kücdə, birlikdə və s.-də 
bərabər olan, düşmən, rəqib.  
Həsud (ə) - həsəd aparan.  
Həft (f) - yeddi.  
Həcər (ə) - daş.  
Həşəmət (ə) - əzəmət, dəbdəbə. 
Həşr (ə) - toplama, bir yerə yığma, qiyamət günü, qiyamət (dini).  
Hidayət (ə) - gətirmə, qoyma, doğru yola çağırma, rəhbərlik, rəhbərlik etmə. 
Hilal (ə) - bir neçə gecəlik təzə ay, aypara; məc. klassik şe'rdə gözəlin qaşı 
mə'nasında. 
Himmət (ə) - çalışma, çabalama, cə'y, cəhd, comardlik, qəsd, yüksək fikirlər, 
düşüncələr. 
Hindu (ə) - hində məxsus, hind dili, hind əhalisindən olan hindli, hindu, keçmişdə 
hərəmxanalarda gözətçi; qara; məc. xal (üzdə). 
Hindusifət (f-ə) - hindli kimi qara. 
Hirman (ə) - məhrum olma, əli üzülmə, qovulma, xaric olma.  
Hicab (ə) - pərdə, örtük, utanma, utancaqlıq. 
Hicr (ə) - ayrılıq, ayrılma. 
Həccət - rəsmi vərəqə, vəsiqə, sənəd, dəlil, sübut, mübahisə; höccətü-bürhan - 
mübahisəli məsələni həll edən, qət edən. 
Huri (ə) - dini əfsanələrə görə cənnət əhlinə və'd edilən gözəl qızlar; məc. 
ümumiyətlə gözəl qız. 
Huşyar (ə) - ayıq-sayıq, ağıllı, fərasətli, diqqətli, dəqiq. 
Hübbülvətən (ə) - vətən sevgisi. 
Hüveyda (f) - bəlli, aşkar, zahir. 
Hümay (ə) - cənnət quşu, dövlət quşu (xəyali bir quş); məc. uğurluluq, xoşbəxtlik
səadət mə'nasında.  
Hücrə (ə) - otaq, kiçik otaq. 
Hüccan (ə) - hacılar, Məkkə ziyarətinə gedənlər. 
 

Xazin (ə) - xəzinədar, xəzinəçi, anbardar. 
Xak (f) - torpaq. 
Xalid (f) - ölməz, əbədi, daimi. 
Xar (f) - tikan. 
Xatəm (ə) - möhür, damğa, üzük, sonuncu, axırıncı, son, axır, müstəsna. 
Xasir (ə) - yoldan azan, uğursuz, uduzmuş, baxtalamış. 
Xacə (f) -hörmətli, möhtərəm, ağa, sahib, başçı, varlı adam, ticarətçi, tacir, müəllim, 
şanlı, hörmətli qoca, müdrik şəxs; xoceyi-dəhr - zəmanənin ağası, müdrik şəxsi və s. 
Xaşak (f) - çör-çöp, zir-zibil, xırım-xırda. 
Xeyrülbəşər (ə) - insanların ən yaxşısı (müsəlmanlarda Məhəmməd peyzğəmbərin 


 
 
ləqəblərindən biri).  
Xeyrül-ən'am - bax: ən'am.  
Xeymə (ə) - çadır. 
Xəbir (ə) - xəbəri olan, mə'lumatı olan, bilən, başı çıxan bilikli, səriştəli. 
Xədəng (f) - ağcaqovaq; ox. 
Xəlvət (ə) - təkliyə çəkilmək, yalnız qalma, boş məhəl, ibadət, zikr və rəyazət ilə 
məşğul olmaq üçun tənha hücrəyə çəkilmək; xəlvətiərbəin—təriqətdə, sufizmdə 40 
gün xəlvətə çəkilib zikr ilə məşğul olmaq; xəlvətnəşin - həmin mə'nada. 
Xəlvətsəra (xəlvətxanə) (ə-f) - xəlvət ev, hücrə. 
Xəluq (ə) - gözəl xasiyyətli, xoşrəftar. 
Xəmr (ə) - şərab, badə; xəmri-müsəffa - saf şərab. 
Xəndə (f) - gülüş. 
Xətib (ə) - məsciddə xütbə oxuyan, gözəl danışan, natiq, nişanlı, inşanlanmış. 
Xəfi (ə) - gizli, məxfi. 
Xirqə (ə) - bez və ya qumaş parçası, dərvişlərin geydikləri üst paltar, cübbənin 
altından və gecəköynəyinin üstündən geyilən pambıqlı paltar. 
Xişur - (qədim fars dilində) peyğəmbər, rəsul. 
Xovf (ə) - qorxu, təhlükə. 
Xosrov (f) - hökmdar, padşah; Xosrovi-xuban - gözəllər padşahı, gözəllər gözəli. 
Xocəstə (f) - xoşbəxt, uğurlu, mübarək; xocəstəliqa - gözəl üzlü.  
Xoşgüvar (f) - ləzzətli, dadlı, asan həzm olunan yeməli və içməli şey.  
Xu (f) - xasiyyət. 
Xub (f) - yaxşı, qəribə, əcayib, gözəl, göyçək; xuban - gözəllər. 
Xun (f) - qan. 
Xunab (f) - qanlı su, su ilə qan qarışıq, qanlı göz yaşı. 
Xunxar (f) - qaniçən, zalım, qəddar.  
Xülq (ə) - xasiyyət, təbiət. 
Xüld (ə) - həmişəlik, əbədilik, cənət, behişt; xüldi-bərincənnət, behişt. 
Xüllər - Şiraz yaxınlığında özünün yüksək keyfiyyətli al şərabı 'ilə məşhur olan bir 
yerdir, yüksək keyfiyyətli şərab. 
Xümar (ə) - içkidən sonra süstləşmə, ertəsi günün başağrısı, xumarlanan, xumar 
(göz), kefli, sərxoş, məst. 
Xürrəm (f) - şad, sevinc, şən; xürrəmru - üzükülər. 
Xüsran (ə) - ziyan, zərər, yanılma, səhv. 
Xütur (ə) — xatirə gəlmə, (xatırlama). 
Xüşk (f) — quru. 
 
 
İ 
İqrar (ə) - qərarlaşdırma, yerləşdirmə, dil ilə söyləmə, ifadə etmə, söyləmə, 
boynuna alma, e'tiraf etmə, təsdiq, e'tiraf. 
İzz (ə) - izzət, əzəmət, şan, ləyaqət. 
İzza (ə) - əziyyət vermə, incitmə. 
İzzət (ə) - qiymət, qədr, e'tibar, şərəf, qüdrət, qüvvə, cəlal, hörmət. 
İyman (ə) - inanma, inam, e'tiqad. 


 
 
İkrah (ə) - iyrənmə, nifrət etmə. 
İlət (Az.) - çatdır, yetir, göndər. 
İlla (ə) - “...dən başqa... dən savayı, yalnız, ancaq” mə'nalarında istisna bildirən 
ədat. 
İltimas (ə) - xahiş, rica. 
İmamət (ə) - imamlığ, məzhəb işlərinə rəhbərlik etmə.  
İmruz (f) - bu gün. 
İnab (ə) - tünd qırmızı rəngində olan iydə növündən meyvə. 
İnayət (ə) - qayğı, kömək, hüsn-rəğbət, yaxşılıq. 
İrəm (ə) - Şərq əsatirində-Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağ; məc. 
behişt, cənnət. 
İrişmək (Az.) - yetişmək, çatmaq. 
İsma (ə) - eşitdirmə, dinləmə. 
İstiva (ə) - taraz olma, müvazinətdə olma, tarazlaşma, müvazinətləşmə, 
bərabərləşmə. 
İstifham (ə) - soruşub anlama, sual, sorğu. 
İtab (ə) - məzəmmət etmə, üzünü danlama. 
İttisal (ə) - bitişmə, yapışma, kip olma, möhkəm olma, yaxınlıq. 
İşvə (ə) - şivə, naz, qəmzə. 
 

Jalə (f) - şeh 
 

Kamran (f) - arzusuna çatan, xoşbəxt, kam alan, qüdrətli. 
Kan (f) - mə'dən, mə'dən quyusu, bir şeyin bol olan yeri, mənbə. 
Kafirkiş (ə-f) - kafir, islam dinində olmayan. 
Kaşanə (f) - saray, imarət. 
Kəvakib (ə) - ulduzlar. 
Kəlb (ə) - it (cəmi: gəlab). 
Kəlim (ə) - söhbət edən, müsahib. 
Kəlimmüllah (ə) - Musa peyğəmbərin ləqəbi. 
Kəmtər (f) - azacıq, lap az, məc. e'tibarsız. 
Kəndi (t) - özü. 
Kənz (t) - xəzinə, dəfinə. 
Kəs (ə) - kasa; qəd. piyalə. 
Kəsb (ə) - qazanma, qazanc, ələ keçirmə, sənət, məşğuliyyət. 
Kəsrət (ə) - çoxluq, bolluq, həddən ziyadəlik. 
Kaffarət (ə) - bağışlanma,   günahını yuma,   günahın bağışlanması üçün dini cəza. 
Kisvət (ə) - paltar, geyim, üst-baş, zahiri görkəm, qiyafə. 
Kişvər (f) - ölkə. 
Kişvəri-məlahət (f-ə) - gözəllik ölkəsi.  
Kövkab (ə) - ulduz, göy cisimlərinin hər biri.  
Kövsər (ə) - dini əfsanəyə görə cənnətdə bir bulaq adı.  
Külah (f) - papaq. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə