NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   57   58   59   60   61   62   63   64   65

 
 
Mətlə (ə) - günəşin və ya başqa ulduzun çıxması, tülu, günəşin və ya başqa ulduzun 
doğduğu yer, qəzəlin ilk beyti. 
Mətlub (ə) - istənilən, tələb edilən, arzu olunan, alacaq, borcludan istənilən (pul). 
Mətlub (ə) - istənilən, arzu olunan. 
Məf'ul (ə) - olunmuş, edilmiş, ərəb qrammatikasında tə'sirlik, yönlük, çıxışlıq və 
yerlik halları.  
Məxzən (ə) - anbar, xəzinə. 
Məhal (ə) - mümkün ola bilməyən, çətin, qeyri-mümkün. 
Məhbit (ə) - müdşəcək yer, eniləcək yer. 
Məhbub (ə) - sevgili, sezilmiş, dost. 
Məhək (ə) - gümüş və qızılın əyarını yoxlamaq üçün xüsusi daş; məc. bir şeyin 
cinsini və ya dəyərini göstərən şey, me'yar, məc. həyatın sınağı, həyat təcrübəsi. 
Məhr (ə) - kəbin, kəbin zamanı ər tərafindən arvadı üçün tə'yin olunan pul və s. 
nigahlıq. 
Məhrəm (ə) - yaxın dost, qohum. Məhrəmi-raz - sirdaş. 
Məhruz (ə) - saxlanılmış, mühafizə edilmiş, qorunmuş, gözlənilmiş, hafizədə, 
yaddaşda saxlanılan, əzbər edilən, əzbər edilmiş. 
Məcmər (ə) - manqal. 
Məcruh (ə) - yaralı, yaralanmış, biabır edilmiş, e'timada, e'tibara layiq görülməyən. 
Məşkuk (ə) - şübhəli, şəkk törədən, şübhə doğuran.  
Məşrəb (ə) - içilən yer, içki qabı, xasiyyət, həvəs, meyl. 
Məşriq (ə) - şərq, günəşin doğduğu yer və ya tərəf. 
Məşrut (ə) - şərtli, bir şərtlə bağlı olan, şərtlənmiş, şərt edilmiş, şərtə görə tələb 
olunan. 
Məşşatə (ə) - gəlin və qızları bəzəndirən qadın, bəzəkçi. 
Miad (ə) - qayıtma, qayıdış yeri. 
Mir'at (ə) - güzgü, ayna. 
Misbah (ə) - çıraq, fənər, lampa. 
Miştah (ə) - açar. 
Mövla (ə) - sahib, yiyə, cavab, ağa, hami, havadar. 
Mövt (ə) - ölüm. 
Mövc (ə) - dalğa, ləpə. 
Mö'min (ə)
 
- dindar, qatı dindar. 
Mö'tədil (ə) - orta, mülayim; aza qane olan; mütənasib. 
Möhtəməl (ə) - ehtimal olunan, mümkün olan, dözülən, təhəmül olunan. 
Möhtəmil (ə) - ehtimal edən, dözən. 
Möhtəcib (ə) - gizlənən, örtülmüş, bürünmüş. 
Mö'ciz (ə) - mö'cüzə, xariqə, xariqüladə, ancaq xəyalda mümkün ola bilən. 
Müayinə (ə) - baxış, müşahidə, təftiş, yoxlama. 
Mübah (ə) - izin verilmiş, mümkün ola bilən, şəraitcə haram və ya məkruh olmayan 
şey. 
Mübəddəl (ə) - dəyişdirilmiş, əvəz edilmiş, çevrilmiş, döndərilmiş, başqa şəklə və 
hala salınmış. 
Mübəssir (ə) - baxıcı, nəzarətçi. 
Müvəhhəd (ə)  - bir, tək, yeganə, ərəb əlifbasında bir nöqtəli hərf. 


 
 
Müvəhhid (ə) - allahın birliyinə inanan. 
Müqəddəm (ə) - qabaqda olan, irəlidə olan, qabaqkı, qabaq, əvvəl, irəli sürülən, 
qabağa qoyulan, başçı, rəis, rəhbər, sələf. 
Müqəyyəd (ə) - bağlı, maraqlanan, asılı, sərbəst olmayan, qayğısına qalan, düşünən, 
maraqlanan. 
Müqim (ə) - oturan, duran, yaşayan, sakin, daimi, həmişəlik. 
Müqtəda (ə) - təqlid edilən adam, dalınca gedilən adam, rəhbər, başçı. 
Müəlla (ə) - yüksək, uca. 
Müddəi (ə) - iddiaçı, iddia edən adam, haqsız yerə bir şey tələb edən, məc. rəqib. 
Müdəvvər (ə) - girdə, kürə şəklində olan, dairə şəklində olan, dəyirmi. 
Müənbər (ə) - ənbərli, ənbər ətirli, ənbərlə ətirlənmiş, ənbər qoxulu.  
Müəttər (ə) - ətirli, ətirlənmiş. 
Müjgan (f) - kirpiklər (“müjə”nin cəmi) 
Müzəffər (ə) - fəth və zəfərə nail olan, talib, bir işə müvəffəq olan. 
Müin (ə) - köməkçi, yardım edən, kömək, arxa. 
Müyəssər (ə) - asanlıqla əmələ gələn, əmələ gəlməsi mümkün olan, mümkün, 
uğurlu olan, müvəffəqiyyətli, uğurlu. 
Mükərrəm (ə) - möhtərəm, hörmətli, səxavətli, əliaçıq, comərd. 
Mümtəni' (ə) - mümküi olmayan, əlçatmaz, mümtəneyi-cövhər, - əlçatmaz cövhər. 
Münəvvər (ə) - nurlandırılmış, işıqlandırılmış, işıqlı, nurlu, parlaq. 
Münəzzəh (ə) - günahdan və cinayətdən təmiz, uzaq olan, günahsız, xətasız, 
təqsirsiz, təmiz, namuslu, qüsursuz (adam); məc. alicənab. 
Münzəl (ə) - endirilən, aşağı düşürülən. 
Münzil (ə) - endirən, aşağı düşürən. 
Münkir (ə) - inkar edən, danan, inanmayan, inamsız. 
Müntəhi (ə) - çatan, bitən, tamamlanan. 
Münfəil (ə) - bir şeydən tə'sirlənmiş, həyəcanlanmış, utanan, utançaq, xəcalətli, 
xəcaləti olan.  
Mürğ (f) - quş. 
Mürsəl (ə) - göndərilmiş, yollanmış, elçi, peyğəmbər. 
Mürşid (ə) - yol göstərən, rəhbər, nəsihətçi, bələdçi, müridlərə rəhbərlik edən 
təriqət başçısı. 
Müsəvvər (ə) - rəsmlər və şəkillər ilə bəzədilmiş, rəsmi çəkilmiş, təsvir edilən, 
rəsm edilmiş, təsvir olunan; düşünülən, müəyyən bir şəklə malik olan. 
Müsəlsəl (ə) - silsiləli, silsilə şəklində olan, zəncir kimi bir-birilə bağlı olan, bitişik, 
arasıkəsilməz.  
Müsəmma (ə) - adlandırılmış, adlanan.  
Müsəffa (ə) - saflaşdırılmış, saf hala gətirilmiş. 
Müstəğni (ə) - ehtiyacı olmayan, varlı, qəni. 
Müstəmənd (ə) - yazıq, biçarə, zavallı, dərdli.  
Müstəcab (ə) - istəyi yerinə yetirilən, xahişi qəbula keçən.  
Müshəf (ə) - lülə halında bükülmüş yazılı kağız, kitab, Qur'an.  
Müttəle' (ə) - bir işdən xəbərdar, mə'lumatı olan. 
Mütrib (ə) - çalğıçı, sazanda, xanəndə, rəqs edə-edə mahnı oxuyan. 
Mütəhhər (ə) - təmiz, pak, pakizə. 


 
 
Müfərrəh (ə) - fərəhlənən, şadlanan, sevinən. Müfərrəhi-dil - ürək sevinci. 
Müxalif (ə) - zidd, əks, uyğun olmayan, məqsədə uyğun, klassik muğamlardan 
birinin adı. 
Müxəmmər (ə) - mayalanmış, turşuyub qabarmış (xəmir). 
Müxlis (ə) - səmimi olan, səmimi, xalis olan, xalis. 
Müxtəre' (ə) - ixtira edən, icad edən, yaradan. Müxtəreyi-vücud - vücudun 
nəqşlərini icad edən, allah. 
Mühavir (ə) - söhbət, danışıq, müsahibə. 
Mühəqqəq (ə) - təhqiq olunmuş, doğruluğu müəyyən edilmiş, doğru, gerçək, yəqin. 
Mühib (ə) - sevən, məhəbbət bəsləyən, dost. 
Mühit (ə) - əhatə edən, bir şeyin ətrafını alan, çevrə, okean. 
Müşk (mişk) (f) - ətirli maddə. 
Müşrik (ə) - bütpərəst, islam dinində olmayan. 
 

Nab  (f)  - xalis, saf, təmiz.  
Navək (f) - ox. 
Nay (f) - ney, qamış, qarğı, qamışdan qayrılmış tütək.  
Nalan (f) - nalə edən, inləyən, ağlayan.  
Nagəhan (f) - qəflətən, gözlanilmədən, birdən-birə.  
Nam (f) - ad, şöhrət, san, ünvan.  
Nar (ə) - od, atəş, cəhənnəm; məc. dərd, qəm.  
Nafe (ə) - faydalı, mənfəətli, xeyirli. 
Nafə (f) - xüsusi cinsdən olan ahunun göbəyindəki müşk kisəsi.  
Naseh (ə) - nəsihət verən, öyüd verən nəsihətçi. 
Naci (ə) - qurtulan, nicat tapan.  
Nəvalə (ə) - bəxşiş, ehsan, pay, hissə.  
Nədamət (ə) - peşmanlıq, peşmançılıq.  
Nədidə (f) - görünməmiş. 
Nəimə
 
(ə) -
 
ne'mət, bolluq, rifah içində yaşama.  
Nəməd (f) - keçə. 
Nəng (f) - eyib, ar, bədnamlıq. Namü nəng (nam-nəng) şöhrət və ya biabırçılığa 
səbəb olan iş, hərəkət. 
Nəsrin (ə) - ağ rəngli bir çiçək, nəstərən çiçəyi, itburnu. 
Nəfxə (ə) - üfürmə, şişirtmə, şitmə; nəfxi (nəfxeym) İsa - Isa peyğəmbərin ölüləri 
dirildən nəfəsi (dini); nəfxi (nəfxeyi-sur) - İsrafilin qiyamət günü sur çalması. 
Nəcat (ə) - qurtulma, xilas olma, nicat. 
Nəcəs (nəcasət) (ə) - murdarlıq, pislik, nəcislik. 
Nəşat (ə) - sevinc, şadlıq, kef. 
Nizar (f) - arıq, zəif, xar. 
Nikk (Niku) (f) - yaxşı, xoş; xuyi niku - xoş, yaxşı xasiyyətli, təbiətli. 
Nisar (ə)  - saçma, səpmə, dağıtma, toyda şabaş verilən pul, qurban. 
Nisyan (ə) - unutma, yaddan çıxarma. 
Nihad (ə) - yaradılmış, zat, təbiət. Kafirnihad (ə-f) kafir təbiətli. 
Nihal (f) - cavan ağac, fidan. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə